Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə3/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   2   3   4   5   6   7   8   9   ...   77

I
 
FƏSİL 
İNZİBATİ HÜQUQ 
§1. İnzibati hüququn anlayışı V3 ümumi xüsusiyyətləri 
Sovet  hakimiyyətinin  ilk  illərində  SSRİ-nin  təhsil  ocaqlarında 
inzibati hüquq fənni tədris olunmurdu, onu Həmkarlar İttifaqları haqqında 
qanunvericilik əvəz edirdi və inzibati hüquqa dair bütün məsələlər ancaq 
bu qanunvericiliklə tənzimlənirdi. Fransada inzibati hüquq isə cəmiyyətin 
tələbinə  əsasən  inqilabdan  sonra  meydana  gəlmiş  və  müasir  dövrdə  də 
qüvvədə olmaqla təkmilləşdirilmişdir. 
Bir sıra sovet alimləri «inzibati hüququn hüquq sistemində öz yeri 
olmalıdır»  fikrini  bəyan  edirdilər.  Bu  hüquq  ona  görə  vacib  idi  ki, 
həmkarlar haqqındakı qanunvericilik dövlət məmurlarına şamil edilmirdi. 
Həm  hüquqi  nöqteyi-nəzərdən,  həm  mahiyyətcə,  həm  də  o  vaxtların 
tələbinə uyğun olaraq bu fənnin yaradılması günün vacib məsələlərindən 
biri sayılırdı. 1946-cı ildə bir sıra sovet alimləri tərəfindən Fransa inzibati 
hüququ  öyrənildi  və  onun  əsasında  hüquq  sistemində  1949-cu  ildən 
başlayaraq  inzibati  hüquq  fənni  dərslik  kimi  bütün  ali  məktəblərdə 
öyrənilməyə başlandı. 
Fransa  inzibati  hüququ  dünyada  ilk  dəfə  olaraq  yaranmış  və 
demək olar ki, bütün məsələlər inzibati hüquq normaları ilə tənzimlənir ki, 
bu  da  hüquq  sistemində  asudəlik  yaratmaqla  bütün  sosial  reallığı  əks 
etdirir.  Bütün  dövlətlərdə  olduğu  kimi,  Fransada  da  cəmiyyət-  .  daxili 
ziddiyyətlər və bunun məntiqi nəticəsi kimi hüquqazidd əməllər mövcud 
olmuş  və  bu  gün  də  davam  edir.  Belə  halların  qarşısının  alınmasında 
Fransa konstitusiyası və inzibati hüquq mühüm rol oynayır. Məhz onların 
sayəsində  cəmiyyətin  və  dövlətin  idarəçiliyi  sahəsində  qarşıya  qoyulan 
məqsədlərə  nail  olunur.  Fransa  Konstitusiyasına  əsasən,  inzibati  hüquq 
idarəetmə elmini yaratdi, bu da elmi baxımdan siyasi və sosial amilləri 
tədricən özündə birləşdirərək sosioloci münasibətlərin yaranmasına səbəb 
oldu. 
İdarəetmə  sistemində  Fransa  inzibati  hüququnun  əsas 
cəhətlərindən  biri,  dövlət  fəaliyyətinin  bütün  sahələrində  normativ 
aktların təsir qüvvəsinin geniş hüquqi təminatlarla mövcud olmasıdır. 
Müasir  dövrdə  Fransada  miqyasından  asılı  olmayaraq 
cəmiyyətdə,  ictimaiyyətdə  və  idarəetmə  sistemində  baş  verən  bütün 
məsələlər, hadisələr və problemlər inzibati hüquq qanunvericiliyi ilə bu və 
ya digər formada tənzimlənir. 


Fransa konstitusiyasına əsasən dövlətin siyasətini müstəqil olaraq 
hökumət  və  respublika  prezidenti  həyata  keçirir,  onların  səlahiyyətləri 
konstitusiya ilə tənzimlənir. Fransada idarəetmə sistemi ilə yanaşı, ədalət 
mühakiməsini  həyata  keçirən  məhkəmə  hakimiyyəti  də  mövcuddur. 
Onlar  öz  səlahiyyətləri  çərçivəsində  meydana  çıxan  münaqişə  və 
mübahisələri  həll  edirlər.  Həmçinin  vətəndaşlar  arasında  yaranan 
münasibətlər zamanı (o cümlədən cinayət, inzibati xətalar, mülki qaydada 
yaranan mübahisələr) müvafiq hüquq prosessual normalarından istifadə 
edirlər. Fransada hakimiyyət orqanları müvafiq idarəetmə metodları ilə 
öz səlahiyyətlərini həyata keçirirlər. Fransada bir çox dövlət təşkilatları 
islehsalat fəaliyyəti, sahibkarlıqla məşğul olur, yəni mallar istehsal edir, 
xidmətlər göstərir, alqı-satqı sövdələşmələrini həyata keçirirlər. Onlar öz 
fəaliyyətlərini  həyata  keçirən  zaman  inzibati  hüquq  normalarından 
kənara çıxdıqda həmin hüquq normaları ilə tənbeh edilirlər. Hətta dövlət 
müəssisələri, qarşılarına məqsəd qoyurlar ki, nəyin bahasına olursa olsun, 
gəlir, əlavə mənfəət əldə etsin. Bu məqsədə çatmaq üçün onlar rentabellik 
prinsipinə geniş yer verdiklərindən bəzən inzibati hüquq normalarından 
xeyli  dərəcədə  uzaqlaşırlar.  Dövlət  idarəetmə  prosesində  üç  fəaliyyət 
kateqoriyası onlar üçün inzibati hüquq dairəsindən kənara çıxmağa şərait 
yaradır  -  siyasət  və  idarəetmədə  bir-birinə  qarşılıqlı  hörmətetmə 
əlamətləri  mövcuddur.  Məsələn,  baş  nazir  hökumət  başçısı  olmaqla 
yanaşı, o, həmçinin siyasi hakimiyyətə malikdir. Dövlət administrasiyası 
hökumətə tabe edildiyindən, o, idarəedici, sərəncamverici səlahiyj'ətlərə 
malikdir. 
Siyasi və idarəetmə sahələri arasında möhkəm qarşılıqlı əlaqənin 
mövcudluğu orada yüksək rütbəli məmurların olması ilə şərtlənir. 

 
Bir  sıra  yüksək  məmurlar  (Nazirlər  Kabinetinin  üzvü,  mərkəzi 
idarəetmədə  çalışan  direktorlar  və  respublika  komissarları)  az  da  olsa, 
siyasi  hakimiyyətin  daşıyıcılarıdır.  Dövlət  Şurası  isə  çox  zaman  siyasi 
xarakterli qərarlar qəbul edir. Məsələn, 1954-cü ildə kommunistlərin ali 
inzibati məktəbə qəbul olunmalarına aydınlıq gətirildi, Dövlət Şurasının 
verdiyi  rəyə  əsasən,  kommunistlərin  müsabiqəyə  qoşulmalarına  razılıq 
verildi.  Bu  isə  beynəlxalq  sənəd  kimi  qiymətləndirildi,  çünki  «soyuq 
müharibə» dövründə bu qərarın verilməsi mühüm əhəmiyyət kəsb edirdi. 

 
İdarəetmə  və  məhkəmə  sahəsindəki  münasibətlər  bir-birinə 
göstərilən  qarşılıqlı  təsir  nəticəsində  inzibati  hüquq  normaları  əsasında 
deyil, ayrı-ayrı prosessual və məhkəmə quruluşuna aid edilən normalarla 
həyata keçirilir. Buna baxmayaraq, Fransada məhkəmə orqanla- 
10 


rmın təşkili və onların fəaliyyəti inzibati hüquq normaları ilə tənzimlənir. 
İnzibati məhkəmələr arasında yaranan münaqişələr Ali Məhkəmə 
instansiyasının  qərarı  ilə  yoluna  qoyulur  və  dəqiqləşdirilir.  Fransada 
ədalət  məhkəməsinin  müstəqil  qolu  olan  inzibati  ədliyyə  mövcuddur, 
onun əsas məqsədi vətəndaşlar və dövlətin idarəetmə orqanları arasında 
yaranan  mübahisələrin  həll  edilməsi  ilə  bağlı  olur  və  onlar  öz 
səlahiyyətlərini inzibati hüquq normaları əsasında həyata keçirir. 
■ Fransada dövlət müəssisələri və dövlət idarəetmə orqanları arasında sıx 
əlaqələr  mövcuddur.  İdarəetmə  orqanlarının  dairəsi  ümumi  hüquqa 
malikdir, bu da nəticə etibarilə dövlətin məzmununu təşkil edir. 
Fransada  idarəetmə  orqanlarının  funksiyaları,  səlahiyyətləri  və 
vəzifələri  müxtəlifdir  və  onlar  suverendirlər,  bu  əsas  etibarilə  polisə, 
Xarici  İşlər  Nazirliyinə,  Milli  Təhlükəsizlik  Nazirliyinə  və  onlann 
orqanlarına  aiddir.  Bu  da  onunla  bağlıdır  ki,  hərə  öz  sahəsində 
funksiyalarını,  səlahiyyətlərini  sərbəst  şəkildə  həyata  keçirə  bilsin. 
Məsələn,  Xarici  İşlər  Nazirliyi  xarici  diplomatik  fəaliyyəti,  polis 
orqanları  ölkə  daxilində  asayişin  təmin  edilməsini,  cinayətkarlığa  qarşı 
mübarizəni təmin edirlər. 
Bəzi dövlət orqanları funksiyalarını öz səlahiyyətləri çərçivəsində 
həyata  keçirirlər.  Məsələn,  hər  hansı  bir  tədbirlərin  keçirilməsini,  ona 
nəzarət  edilməsini,  yaxud  şəhərsalmada  vətəndaşlar  tərəfindən  yaşayış 
qaydalarına əməl olunmasını dövlət orqanları həyata keçirirlər. 
Bu yolla dövlət idarəetmə orqanları öz fəaliyyətlərini iqtisadi və 
sosial məsələlərin həllinə yönəldir, onların inkişafına təkan verirlər. 
Bir sözlə, Fransada dövlət idarəetmə orqanları hamı üçün əlverişli 
və faydalı olan ictimai işləri yerinə yetirməklə əhaliyə xidmətlər göstərir. 
Məsələn, yolların çəkilməsi, əhalinin su təchizatı və yaxud əhalinin təhsil 
almasına köməklik göstərilməsi və s. 
Dövlət  idarəetmə  funksiyalarını  həyata  keçirən  zaman  cari 
idarəetmə vəzifələri də yerinə yetirilir, yəni baş verən proseslər normaya 
salınır  və  bunun  üçün  ümumi  dövlət  əhəmiyyətli  qərarlar  qəbul  edilir. 
Məsələn, hər hansı ictimai xidmət sahəsindən asılı olmayaraq, idarəetmə 
orqanları  öz  qərarları  hesabına  büdcəni  möhkəmləndirir,  əldə  edilmiş 
mənfəət  hesabına  ictimai  müəssisəyə  çevrilərək,  rentabelli  müəssisə 
sayılır. 
11 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə