Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   2   3   4   5   6   7   8   9   ...   77

tusiya  Məhkəməsi,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi, 
Azərbaycan  Respublikasının  Apellyasiya  məhkəmələri,  Azərbaycan 
Respublikasının  ümumi  məhkəmələri  və  digər  ixtisaslaşdırılmış 
məhkəmələri həyata keçirirlər. 

 
Məhkəmə  hakimiyyəti  konstitusiya,  mülki  və  cinayət-mühakimə 
icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş vasitələr ilə həyata keçirilir. 

 
Məhkəmələrin  icraatlarında  cinayət  işi  olduqda  bu  prosesdə 
prokurorluğun nümayəndəsi və müdafiə tərəfi də iştirak edir. 

 
Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən 
edilir. 

 
Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən 
olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin 
yaradılması qanunla qadağan edilir. 

 
Hakimlər  müstəqildir,  yalnız  Azərbaycan  Respublikasının 
Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində 
dəyişilməzdirlər. 
Hakimlərin 
çıxartdıqları 
qərarlardan, 
hökmlərdən 
və 
qərardadlardan şikayət və protest verilə bilər. 
Verilmiş şikayətlər və protestlər öz qanuni həllini tapır. 
Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına 
aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olaraq, 
kassasiya  qaydasında  ədalət  mühakiməsini  həyata  keçirir,  məhkəmə 
təcrübəsinin praktikasına aid olan məsələlər üzrə izahatlar verir. 
Azərbaycan  Respublikasının  apellyasiya  məhkəmələri  qanunla 
onların  səlahiyyətlərinə  aid  edilmiş  işlər  üzrə  yuxarı  instansiya 
məhkəmələridir. 
Onların səlahiyyətləri ondan ibərətdir ki, I instansiya məhkəmələri 
tərəfindən  çıxarılmış  hökmlərdən,  qərarlardan  verilmiş  şikayət  və  ya 
protest əsasında işə baxır, obyektiv qərar qəbul edir. 
§3. İnzibati hüququn yaranma tarixi 
Fransa  inqilabından  sonra  əhalinin  tələblərinə  cavab  verə  bilən, 
ölkədə  qanunçuluğun  inkişafını  təmin  edə  bilən  hüquq  sistemi  elmində 
yeni elm olan inzibati hüququn yaradılmasına ciddi ehtiyac yarandı. 
15 


inzibati  hüquq  konsepsiyası,  inzibati  hüquq  normalarının  mər- 
kəzləşdirilməsindən ibarət olmaqla, inzibati münasibətlərin həll edilməsi 
yollarını müəyyənləşdirir. 
İnzibati hüququn mərkəzləşdirilməsi iki əsas məqamı özündə əks 
etdirir; 
Birincisi, inzibati-ərazi və kommunal peşələr üzrə hökumətin bu 
təşkilatlar  üzərində  nəzarəti.  İkincisi,  coğrafi  cəhətdən  ölkənin 
mərkəzdən tutmuş bütün regionlar və departamentləri dövlətin nəzarəti 
altında olmalıdır. 
Mərkəzləşmənin çox qədim tarixi vardır, hələ inqilabdan əvvəl o
monarxiya  dövründə  mövcud  idi.  İnqilabçıların  mərkəzləşməyə  mənfi 
münasibətlərinə  baxmayaraq,  bu  meyillər  get-gedə  üstünlük  təşkil 
etməyə başladı. 
Fransada mərkəzləşdirmə dövlət idarəetməsinin əsasını təşkil edir 
ki, onun da əsasını Napaleon qoymuşdur. 
Bu  mərkəzləşdirmə  ona  görə  vacib  hesab  edilirdi  ki,  inzibati 
hüquq  konsepsiyası  daha  da  inkişaf  etsin  və  hakimiyyət  tərəfindən 
istənilən  nəticəyə  nail  olunsun.  Bu  baxımdan  da  Fransa  dövləti  digər 
dövlətlərin  hüquqi  ərazi  qurumlarından  fərqlənirdi.  Bu,  Fransa 
hakimiyyətinə ona görə vacib idi ki, dövlət öz daxilində geniş imkanlara 
malik olsun. 
Dövlət  fəaliyyətinin  əsası  müəssisələrin  və  xırda  inzibati  ərazi 
təsisatlarının gəlirlərinə nəzarət edilməsindən ibarətdir. Dövlətin hakim 
mövqeyi  isə  onun  suverenlik  prinsipindən  irəli  gələn  funksiyalarının 
yerinə  yetirilməsidir.  Belə  halda  ən  xırda  kollektiv  birlikləri  də  öz 
fəaliyyətlərini çox asanlıqla tənzimləyə bilirlər. 
Fransada  dövlətin  hakimiyyət  nəzəriyyəsi  yalnız  XX  əsrin 
əvvəllərində inkişaf etməyə başladı. 
Bu  nəzəriyyənin  mühüm  elementlərdən  biri  ondan  ibarət  idi  ki, 
dövlət idarəetmə orqanları vətəndaşlar arasında yaranan münasibətlərin 
həll edilməsində iştirak etməlidir. 
Bu  baxımdan  inzibati  ədliyyə  bu  münasibətlərin  həll  edilməsi 
üçün qanuna uyğun olaraq üsul və metodlardan istifadə edirdi. İnqilabdan 
sonrakı  ilk  illərdə  ümumi  hüquq  məhkəmələrinə  dövlət  idarəetmə 
sisteminə müdaxilə etmək qadağan edilmişdi. Məsələ onda idi ki, köhnə 
rejimin  son  dövrlərində  ali  məhkəmələr  də  kral  parlamentində  mürtəce 
xətti müdafiə edir, digər hallarda isə həyatda gedən islahatlara hər vasitə 
ilə müqavimət göstərirdi. 
Məhz buna görə də inqilabçılar istəmirdilər ki, yenidən belə hallar 
bir daha baş versin. Ona görə də, idarəetmə işlərinə məhkəmə 
16 


nəzarətinin  yol  verilməməzliyini  tələb  edirdilər  və  bununla  əlaqədar 
olaraq iki normativ akt qəbul olundu. 
Münaqişələr üzrə tribunal ümumi hüquq məhkəmələri ilə inzibati 
ədliyyə arasında səlahiyyətlər də bölüşdürüldü. Mübahisəli məsələləri həll 
edən  orqan  öz  qərarlarını  qəbul  edən  zaman  qüvvədə  olan  normativ 
aktlardan istifadə edirdi. 
Hələ o dövrlərdə məhkəmələr özbaşına icraatlarına işlər qəbul edir 
və bunların həlli zamanı vəzifələrindən sui-istifadə edirdilər. 
Buna görə də, 16 və 24 oktyabr, 1790-cı ildə məhkəmə orqanları 
barədə qanun verildi. Bu qanunda deyilirdi ki, hakimlər öz vəzifələrindən 
sui-istifadə  hallarına  yol  verməməlidirlər,  qanundan  qorxmalıdırlar, 
hakimlər tərəfindən hər hansı qanuna zidd hərəkətlər müəyyən olunarsa, 
onların  barəsində  ciddi  tədbirlər  görüləcəkdir,  lazım  gəldikdə  isə  hətta 
cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu qanun da özbaşınalığın 
qarşısını  almağa  kifayət  etmədi.  Ona  görə,  bir  neçə  ildən  sonra  həmin 
normativ aktı əvəz edən yeni qanun qəbul edildi ki, bu qanun indiyə qədər 
Fransada öz qüvvəsini saxlayır. 
Həmin  qanuna əsasən,  məhkəmələrə özbaşına işi  öz  icraatlarına 
götürmək  qadağan  edildi.  Bu  onunla  bağlı  idi  ki,  məhkəmələrin 
fəaliyyətlərinə  nəzarət  edən  orqan  yox  idi  və  bu  sahədə  boşluq 
yaranmışdı. Aparılan islahatlar yolu ilə yaranmış boşluq dolduruldu. 
Məhkəmələr  tərəfindən  belə  bir  vəziyyətin  yaradılması  hələ 
inqilab  dövründə  üstünlük  təşkil  edirdi.  Onların  apardıqları  siyasət  bu 
liberal  prinsiplərə  (insanların  şəxsiyyətinə  və  hüquqlarına  hörmətlə 
yanaşma  prinsiplərinə)  zidd  idi.  Bu  baxımdan  məhkəmələr  arasında 
yaranan  hüquqi  boşluq  Napaleon  tərəfindən  dolduruldu.  O,  idarəetmə 
orqanlarının  sisteminə  nəzarət  etmək  üçün  xüsusi  məhkəmə  sisteminin 
yaradılmasına göstəriş verdi. Bu, öz-özlüyündə bir yenilik deyildi, çünki 
hələ  köhnə  rejim  dövründə  də  inzibati  təhqiqat  üzrə müəyyən  prosedur 
qaydaları mövcud idi, lakin bu göstəriş, sadəcə, onların inkişafına təkan 
verdi. 
Konsulluq və imperiya dövründə eyni vaxtda hüququn iki qolunun 
ayrılıqda mövcud olmasına zəmin yaradıldı; 

 
tamamilə  təbiidir  ki,  biri  yazılmış  normalarla,  digərləri  isə 
məhkəmə  praktikasından  olan  müstəqil  hüquq  mənbəyinə  əsaslanan 
məhkəmə  təsisatlan.  Onların  fəaliyyətləri  sayəsində  biri  digərindən 
fərqlənən iki hüquq sahəsi meydana çıxdı; 

 
nəticədə  isə  inzibati  mübahisələrə  və  münaqişələrə  dair 
mərkəzləşdirmə prosesi güclənmişdir. 
Fransanın hüquq sistemi bir tərəfdən dövlət idarəetməsinin tə- 
17 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə