Pages preview



Yüklə 89,35 Kb.

tarix11.06.2018
ölçüsü89,35 Kb.


91

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

UOT: 617.7-007.681-08

Qasımov E.M., İbadova N.T.

BİRİNCİLİ AÇIQ BUCAQLI QLAUKOMANIN MÜXTƏLİF FORMALARININ 

MÜALİCƏSİNDƏ UVEOSKLERAL AXININ ARTIRILMASININ ROLU 

(ƏDƏBIYYAT ICMALI)



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan

Açar sözlər: qlaukoma, prostaqlandinlər, supraxoroidal şuntlar, uveoskleral axın

Uveoskleral axın (USA) 45 il bundan əvvəl əksini tapmışdır.Hələ 1960-cı illərin ortalarında Anders Bill göz 

daxili  mayenin  axın  yollarını  aşkar  etmək  məqsədilə  nişanlanmış  molekulların  ön  kameradan  çıxma  prosesini 

tədqiq etmişdir [1]. Tədqiqat prosesi nişanlanmış molekulların ön kameraya infuziyasını, orada toplanmasını və 

skleranın ön kəsiyindən axmasını əks etdirir. Müəyyən olmuşdur ki, axının yalnız 80% trabekulyar axın yollarının 

payına düşür [2]. Növbəti apardığı tədqiqatlarda o ikinci, qeyri ənənəvi –USA-nın olduğunu təsdiq etdi [2, 3].

Göz mayesinin müəyyən həcmi ön kamera bucağından qüzehli qişa kökü vasitəsilə siliar (kiprik) əzələsinin 

hamar əzələ lifləri arasında yerləşən birləşdirici toxuma arakəsmələri ilə siliar əzələyə axır. Qeyd etmək lazımdır 

ki, ön kamera bucağı və kiprik əzələsi arasında epitelial baryer mövcud deyil. Inomata H. müştərək müəllif (1972) 

elə nəticəyə gəlmişdilər ki, göz daxili maye, skleral emissarlar vasitəsilə vortikoz venalardan (uveovortikoz) və 

skleradan (uveoskleral) diffuziya yolu ilə gözü tərk edərək supraxoroidal sahəyə nüfuz edir. Buna sübut olaraq 10 

nm ölçülü Thorotrast hissəcikləri [4], o cümlədən skleranın perivaskulyar sahəsində aşkar edilən metilmetakrilat 

və rənglənmiş jelatin misal gətirilir (şəkil 1) [5].

Şəkil 1. skleranın ön kəsiyində ön siliar venanın histoloji 

köndələn kəsiyi. Qara jelatin supraxoroidal sahədən 

perivaskulyar sahəni doldurur.

Sonralar skleranın hidravlik keçiriciliyi bir sıra tədqiqatlarda əyani şəkildə göstərilmişdir. Beləliklə Jackson 

müş.müəl.  hesablamaları  nəticəsində  transskleral  axının  4.3  ml/dəq  olması  qənaətinə  gəlmişdir.  Uzun  müddət 

ərzində ehtimal olunurdu ki, gözdə limfatik damarlar mövcud deyil və buna görə də hesab edirdilər ki,transskleral 

axın  gözün  limfatik  axın  yolunu  əvəz  edir  [6].  Lakin  tezliklə  mövcud  mülahizənin  yanlış  olduğu  sübuta 

yetirilmişdir [7]. Belə ki, US axını yaxşılaşdıran prostaqlandinlər eyni zamanda limfatik axını stimullaşdırır [8]. 

Kiçik molekulyar kütləli molekulların hissəcikləri ətraf toxumalara diffuziya etməyə meyilli olduğundan, US axını 

heyvanların eksperimental modelləri üzərində böyük kütləyə malik molekulları istifadə etməklə öyrənilmişdir [2]. 

Diffuziya prosesində kiçik zərrəciklər ətraf toxumalara çökə bilər, belə 10% flüoressein natrium ön kameradan 

ətraf toxumlara diffuziya vasitəsilə xaric edilir [9].

Bir çox müəlliflər tərəfindən USA-nın hesablama formulu və metodları işlənib hazırlanmışdır. Aşağıdakı formul 

təklif edilir:

İOP = P

ev

+ (F



in

 – F


us

) / C,


burada İOP – göz daxili təzyiq (GDT), Fin– sulu maye axını, Fus– USA,С – trabekulyar şəbəkə vasitəsilə axın, 

Pev– episkleral venoz təzyiq. [10,11].




92

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

Townsend  D.J.  və  Brubaker  R.F.  nəticəyə  gəlmişdir  ki,  cavan  pasiyentlərin  gözlərində  uveoskleral  axın 

0,8 ml/ dəq. təşkil edir və göz mayesinin ümumi axının 36% onun payına düşür [12]. Toris C.B müş.müəl. öz 

tədqiqatlarında uveoskleral axının 0,14 dən 1, 52ml/ dəq. arasında dəyişdiyini, bununla da USA –nın ümumi göz 

mayesi axının 12-54% təşkil etdiyini qeyd etmişdir [11].

İnsan və müxtəlif növ heyvanlarda göz mayesinin axma həcmi fərqlənir. Belə ki məməlilərdə göz mayesinin 

40-50%-i gözdən məhz uveoskleral axın vasitəsilə axıdılır. Müvafiq olaraq pişik, itlərin və dovşanların USA payına 

3%, 15%, 3-8% düşür. 

Bir  sıra  tədqiqatlarının  nəticələrinə  əsasən  əsas  axın  yolundan  (trabekulyar)  fərqli  olaraq  US  axın  GDT 

səviyyəsindən  çox  da  asılı  deyil,  belə  ki,  GDT  dəyişməsi  ön  kamera  və  suprasiliar  sahə  arasındakı  təzyiq 

qradiyentinə  cüzi  təsir  göstərir.  Meymunların  gözündə  GDT  15  mmc.s  olduqda,  suprasiliar  və  supraxoroidal 

sahədə təzyiq yalnız 0,8 mm c.s. olur. GDT 60 mm c.s. qədər yüksəlməsi ön kamera və suprasiliar sahə arasındakı 

təzyiq fərqinə təsir göstərmir, yalnız ön kamera ilə supraxoroidal sahə arasındakə təzyiq qradiyentini 6 mm.c.s. 

qədər  artırır  [13].  Digər  müəlliflər  isə  USA  və  GDT  səviyyəsi  arasında  asılılığın  olduğunu  qeyd  edirlər.  Göz 

daxili təzyiqin 4 mm c.s. qədər enməsi zamanı USA xeyli aşağı enir, həmçinin maye axının qarşısını alan əsas 

maneələri tamamilə aradan qaldıran siklodializ USA xeyli dərəcədə artmasına səbəb olur [3, 14]. İnsanda US axının 

intensivliyi  onun  yaşından  asılıdır  [15]. Tamm  S.  müəllifləri  ilə  (1992)  aşkar  etdilər  ki,  birləşdirici  toxumanın 

siliar əzələnin ümumi həcminə olan faiz nisbəti yaş keçdikcə daha da artaraq, 30-40 yaşlarında 20%, 60 yaşdan 

yuxarı isə 50% dən yüksək olur [16]. Toris C.B müş.m ilə 60 yaşlarında olan pasiyentlərdə1,10ml/ dəq olduğu 

halda  20-30  yaşlarında  USA-nın  kəmiyyətini  1.52  ml/dəq.  olduğunu  qeyd  edir  [17].  Hesab  edilir  ki,  skleranın 

hidravlik keçiricilik qabiliyyəti insan yaşa dolduqca azalır [6, 18]. USA-ya həmçinin siliar əzələnin statusu təsir 

göstərir. Siliar əzələnin yığılma vəziyyətində USA minimal olduğu halda, boşalması zamanı maksimal səviyyəyə 

çatır. Bu effektlərə xolinomimetiklər və xolinoblokatorların istifadə edilməsi ilə nail olmaq olar. Meymunların 

gözündə atropin USA-nı 0,90 dan 1,07 ml/dəq. qədər artırır. Beləliklə, atropinin istifadəsi zamanı gözlərin 6-sında 

USA  bütün  maye  axının  4-27%-ni  təşkil  etdiyi  halda,  pilokarpinin  istifadəsi  zamanı  gözlərin  3-də  bu  rəqəm 

yalnız  0-3%  təşkil  etmişdir  [1].  Ehtimala  görə  epinefrin  həmçinin  ß2-adrenoreseptorları  stimulyasiya  etməklə 

US axınını artırır,məsələn meymunların gözündə USA iki dəfə artır. US axının müxtəlif oftalmoloji xəstəliklərin 

patogenezində fiziologiyası və rolu haqqında məlumatlar daima yenilənir [17].

Birincili açıq bucaqlı qlaukoma (BABQ) zamanı USA-nın tədqiqi üzrə klinik tədqiqatlar aparılmışdır [19, 20]. 

Müəyyən olmuşdur ki, psevdoeksfoliasiyalı olmayan gözlərlə müqayisədə psevdoeksfoliasiyalı gözlərdə USA bir 

qədər aşağı düşür, lakin bu yalnız 2-3 mm c.s. təzyiq fərqində özünü büruzə verir [19].

USA-nın  mövcudluğu  faktı  və  farmakoloji  cəhətdən  onun  intensivliyinə  təsir  etmə  imkanları  qlaukomanın 

medikamentoz müalicəsində yeni imkanlar açdı. Hazırki gündə ilkin seçim preparatlardan olan prostaqlandinlər/

prostamidlər  bu  sahədə  geniş  tətbiqini  tapmış  oldu  [21].  USA-nın  yaxşılaşması  prosesində  prostaqlandinlərin 

təsir mexanizmi barədə ilkin təkliflər Crawford K.S., Kaufman P.L., və Nilsson S.F.E. [22,23]müş.müəl. ilə irəli 

sürülmüşdür. Hesab olunurdu ki, F2a prostaqlandini siliar (kiprik) əzələnin ekstrasellülyar matriksinin strukturunu 

dəyişməklə və siliar əzələnin relaksasiyasına səbəb olmaqla siliar əzələdə yerləşən prostaqlandin reseptorlarına təsir 

göstərir  və  bu  şəkildə  USA-nın  yaxşılaşdırır  [24-26].  Sonralar  prostaqlandinlərin  bu  xassəsi  digər  tədqiqatlarda 

nümayiş etdirilmişdir [23, 27, 28]. Siliar əzələnin ektrasellülyar matriksinin struktur dəyişikliyi kollagen səviyyəsini 

azaldır [29, 30], metalloproteinazların artmasına [29], əzələ hüceyrələrinin formasının dəyişməsinə səbəb olur [28].

Prostaqlandinlərin qlaukomanın müalicəsində effektivliyi ilə əlaqədar çox saylı tədqiqatların aparılmasına 

baxmayaraq onlara maraq azalmır və prostaqlandinləri istifadə edən qlaukomalı pasiyentlərin həyat keyfiyyətinin 

qiymətləndirilməsi  davam  edir.  Süni  göz  yaşı  preparatlarının  əlavə  təyin  edilməsi  ilə  prostaqlandinlərin 

keçiriciliyi və onların göz səthinə təsiri üzrə tədqiqatlar aparılır. Beləliklə 0,5% TSP®, Oftagen –konservantsız 

süni göz yaşı preparatının təyini 3 ay müddətində konyuktival inyeksiyanın inkişaf tezliyini 67%-dən 13%-

ə  qədər  endirməyə  imkan  verdi  [31].  Konservantsız  prostaqlandinlərin  istifadəsi  təklif  edilir.  Bununla 

belə  hesab  olunur  ki,  tətbiq  olunan  prostaqlandinin  effektivliyi  istifadə  olunan  konservantdan  asılı  deyil. 

Konservantsız  latanoprost  GDT  –in  36%  qədər  azalmasına  səbəb  olduğu  halda  benzalkonium  xloridlə  olan 

latanoprost  GDT  38%  qədər  endirmişdir.  0.0015%-li  konservantsız Tafluprost  və  0.001%  polikvad  ilə  olan 

0.004%-li Travoprost  damcılarının  eksperimental  istifadəsi  zamanı  konyuktival  fibroblastların  sitotoksik  və 

apoptoz tezliyinin azalması müşahidə edilir [32]. Bir çox müəlliflər hesab edirlər ki, latanoprost və travoprost 

bimatoprostdan fərqli olaraq göz səthinə daha çox toksiki təsir göstərir [33-35]. Tsikripis P. müş. müəl. elə 

nəticəyə  gəlmişdilər  ki,  prostaqlandin  terapiyası  buynuz  qişanın  biomexaniki  xassələrinin  və  onun  mərkəzi 

qalınlığının  dəyişməsinə  səbəb  olur.Uzun  müddətli  6  aylıq  prostaqlandin  terapiyası  zamanı  buynuz  qişanın 

rezistentlik faktoru dəyişmədiyi halda, corneanin mərkəzi qalınlığının və histerizesinin xeyli dərəcədə artması 



93

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

müşahidə  olunur  [36].  Panos  G.D.  müş.müəl.  əksinə  qeyd  edirlər  ki,  buynuz  qişanın  mərkəzi  qalınlığının 

ən  çox  azalması  qrostoqlandin  terapiyasının  ilk  6  ayı  ərzində  müşahidə  olunur.  12  ay  müddətində  aparılan 

prostaqlandin terapiyası zamanı 5 % gözlərdə bu azalma 25μm təşkil edir [37]. You J.Y. məlumatlarına əsasən 

24 aydan yuxarı istifadə müddətində normotenziv qlaukoma ilə olan pasiyentlərdə latanoprost buynuz qişanın 

mərkəzi qalınlığının azalmasına səbəb olur [38]. 

Prostaqlandinlərin istifadəsinin əks təsir effektlərindən savayı ədəbiyyatda periorbitopatiya (dermatoxalyazis, 

blefaroptoz, üst palpebral büküşün dərinləşməsi) haqqında maraqlı məlumatlar mövcuddur, bununla belə bu fəsadın 

dərəcəsi tətbiq olunan prostaqlandin növündən asılıdır [39-42]. Həmçinin prostaqlandinlərin həzm, tənəffüs və 

ürək-damar sisteminə mənfi təsiri təsvir olunur [43].

Bəzi  pasiyentlərin  komplaynt  olmamaları-yəni  həkim  təyinatına  əməl  etməmələri  ilə  əlaqədar  latanoprost 

tərkibli qurğuların subkonyuktival implantasiyası üzrə eksperimental tədqiqatlar aparılmışdır [44]. Kashiwagi K. 

müş.müəl. latanoprostla hopdurulmuş biodeqradasiya edilən nan-vərəqələrin istifadəsini təklif edirlər [45]. 

Müxtəlif sinfə aid prostaqlandinlərin effektivliyi üzrə müqayisəli araşdırmalar aparılır. Lakin alınan nəticələr 

olduqca ziddiyyətlidir. Görünür ki, bimatoprost, travoprosta nisbətən 12 həftə istifadə müddətində GDT həddindən 

artıq  azalmasına  səbəb  olur  [46,  47].  Müxtəlif  prostalandin  preparatlarının  qəbulu  zamanı  pasiyentlərin  həyat 

keyfiyyəti həmçinin dəyişir. Göstərilir ki, latanoprost və travoprostun istifadəsinə nisbətən bimatoprostun qəbulu 

zamanı pasiyentlərin həyat keyfiyyəti xeyli aşağı düşür. 

Prostaqlandin terapiyası, qlaukomanın lazer və cərrahi müalicəsinin müxtəlif modifikasiya və kombinasiyaları 

araşdırılır  [48,  49].  Belə  Hirn  C.  müş.müəl.  aparılmış  prostaqlandin  terapiyası  fonunda  selektiv  lazer 

trabekuloplastikanın yüksək effektivliyini qeyd edir [50]. 

Müxtəlif prostaqlandinlərin digər qrupa aid olan hipotenziv preparatlarla kombinasiyasında təsirliliyi müqayisə 

edilir.Timamolun  latanoprostla  kombinasiyası  ilə  müqayisədə  timololun  travoprostla  kombinasiyasının  GDT 

azalmasında yüksək effektivliyi göstərilib. 

Antiqlaukomatoz  cərrahi  əməliyyatından  sonra  latanoprost  və  unoprostonun  əməliyyatdan  sonrakı  sağalma 

prosesinə ingibitoredici təsiri barədə çox maraqlı fərziyyə irəli sürülmüşdür [51]. Həmçinin prostanoidlərin GDT 

endirilməsində  effektivliyi  araşdırılması  davam  edir  [52].  Ədəbiyyatda  unoproston  izopropilin  tapetoretinal 

distrofiyalı pasiyentlərdə gözün tor qişasının mərkəzi həssaslığına müsbət təsiri barədə məlumatlara rast gəlinir. 

O  cümlədən  hesab  olunur  ki,  unoproston  neyron  hüceyrələrin  həyat  fəaliyyətini  artırır,  gözün  qan  təhcizatını 

yaxşılaşdırır və quru makulodistrofiyanın müalicəsində uğurla tətbiq oluna bilər [53]. 

Hal-hazırda USA cərrahi aktivliyini əhatə edəcək qlaukomanın cərrahi yolla müalicəsinin yeni metodlarının 

axtarışı aparılır [54, 55]. Supraxoroidal sahəyə köçürülən müxtəlif materialdan (silikon, polipropilen, qızıl) olan 

drenajların effektivliyi araşdırılır [55-57]. Bununla belə drenajlar istər ab-interno -Glaukos,Cypass [58-60], istərsə 

də ab-externo mikroinvaziv cərrahiyyə gedişində köçürülə bilər [61]. 

Heyvanların  eksperimental  modelləri  üzərində  supraxoroidal  sahəyə  köçürülən  antiproliferativ  örtüklü 

mikrostentlər öyrənilib [54]. Siewert S. müş.müəl. ilə - ön kamera və supraxoroidal sahə arasında təzyiq qradiyenti 

0,8-3,7 mm c.s.-dan yuxarı olduğu zaman açılan mikro-mexaniki klapandan istifadə etməyi təklif edirlər [62]. Bir 

sıra müəlliflər kataraktanın ekstraksiyasını və supraxoroidal sahəyə drenajın köçürülməsi əməliyyatını eyni vaxtda 

aparmağı təklif edirlər. Bu yanaşmada daha çox rast gəlinən fəsadlar sırasına erkən tranzitor hipotoniyası (13,8%) 

və DGT tranzitor yüksəlməsi (10,5%) aiddir [59].

Refrakter  qlaukoma  zamanı  silikon  drenajın  supraxoroidal  sahəyə  implantasiyasının  yüksək  effektivliyini 

göstərilir. Müvəffəqiyyət tezliyi (hipotenziv damcılardan istifadə edilmədikdə GDT-in səviyyəsinin ≤21 mm c. 

s. olduğu hallarda) 13,3 % təşkil edir. Bununla belə 66,6 % gözlərdə GDT-in 30%-dən artıq enməsi müşahidə 

olunmuşdur  [63].  Jordon  J.F.  müş.  müəl.  öz  növbəsində  qeyd  edirlər  ki,  silikon  şuntun  supraxoroidal  sahəyə 

köçürülməsindən  sonar  52  həftəlik  müşahidə  müddəti  ərzində  60%  gözlərdə  GDT-in  enməsi  müşahidə  olunur 

[64]. Qızıl mikroşuntun supraxoroidal sahəyə köçürülməsi refrakter qlaukomalı gözlərin 67,3%-də uğurlu nəticə 

göstərdi  [65].  Əvvəlcədən  trabekulektomiya  aparılmadığı  halda  şuntların  supraxoroidal  sahəyə  köçürülməsinin 

müvəffəqiyyət tezliyi daha yüksəkdir [61]. Refraktor birincili açıq bucaqlı qlaukoma zamanı özünü doğrultmayan 

eksplantasiya olunmuş qızıl mikroşuntların əsas histoloji xüsusiyyəti drenajın proksimal və distal uclarını bloklayan 

sərt fibrotik kapsulun yaranması olmuşdur [58]. 

Bununla belə bu kapsulun formalaşması qeyri-iltihabi genezis, istərsə də supraxoroidal sahədə iltihab prosesi 

ilə  əlaqədar  ola  bilər  [66].  İmplantasiya  edilən  mikroşuntların  kliniki  qiymətləndirilməsini  ön  optik  kogerent 

tomoqrafiyasının istifadəsi ilə həyata keçirməyi təklif edirlər [67]. Silikon, poliuretan və titanium nikeldən olan 

mikrostentlərin dovşan gözlərində vizuallaşması üçün eksperimentdə maqnit-rezonans tomoqrafiyasından istifadə 

olunmuşdur [68].



94

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

2012-ci  ilin  mayında Avropa  ölkələrində  STARflo™  silikon  drenajının  istifadəsinə  rəsmi  razılıq  (CE  Mark 

Approval)  verilmişdir.  Biouyğun,  deqradasiyaya  məruz  qalmayan,  məsaməli  materialdan  hazırlanan  implant 

əməliyyatdan sonra bitişmə və fibrozlaşma proseslərini inhibə edir və onların əmələ gəlmə intensivliyini azaldır. 

STARflo™ implantasiyasından 12 ay sonra aparılan müşahidələr zamanı 4 pasiyentdə GDT-nin səviyyəsi 37 mm 

c.s.-dan 14,3 mm c.s. qədər enmişdir. Əməliyyatdan sonrakı erkən fəsadlar arasında erkən tranzistor hipotoniya və 

xoroidal hemorragiya qeyd olunur.Formalaşan filtrasiyaedici yastıq 1-3 ay ərzində yoxa çıxması qeyd olunur [69].

USA-nın cərrahi yolla aktivləşdirməsinin yeni effektiv metodunun işlənib hazırlanması qlaukomanın cərrahi 

müalicəsində  yeni  perspektivlər  açacaq  və  qlaukomatoloqlara  natamam  filtrasion  yastığın  formalaşması  ilə 

əlaqədar əməliyyatdan sonrakı erkən və gecikmiş fəsadların qarşısını almağa imkan verəcək.

ƏDƏBİYYAT:

1. 


Bill A. Physiology of the outflow mechanism // Drance, S.M. (Ed.), Applied Pharmacology in the Medical 

Treatment of Glaucoma.Grune and Stratton, Inc., Orlando, 1984, p.111–133.

2. 

Bill A., Hellsing K. Production and drainage of aqueous humor in thecynomolgus money (Macacairus) 



// Invest. Ophthalmol., 1965, v.4, p. 920–926.

3. 


Bill  A.  Conventional  and  uveo-scleral  drainage  of  aqueous  humour  in  the  cynomolgus  monkey 

(Macacairus) at normal and high intraocular pressures // Exp. Eye Res., 1966, v.5, p.45–54.

4. 

Inomata H., Bill A. Exit sites of uveoscleral flow of aqueous humor in cynomolgus monkey eyes // Exp. 



Eye Res.,1977, v. 25, p.113–118.

5. 


KrohnJ., Bertelsen T. Light microscopy of uveoscleral drainage routes after gelatine injections into the 

suprachoroidal space //ActaOphthalmol. Scand., 1998, v. 76, p.521–527.

6. 

Jackson T.L., Hussain A., Hodgetts A. et al. Human scleral hydraulic conductivity: age-related changes, 



topographical variation, and potential scleral outflow facility // Invest. Ophthalmol., 2006, v.47, p.4942–

4946.


7. 

Gupta N., Patel M., Ly T. et al. Evidence of a new uveolymphatic outflow pathway in human and sheep: 

implications  for  aqueous  humor  drainage  and  glaucoma  //  Invest.  Ophthalmol.,2008,  Vis.  Sci.  49, 

E-Abstract 2879.

8. 

Tam A.L., Gupta N., Zhang Z. et al. Latanoprost Stimulates Ocular Lymphatic Drainage: An In Vivo 



Nanotracer Study // Transl. Vis Sci Technol., 2013, v.2(5), p.3. 

9. 


Brubaker R.F. Flow of aqueous flow in humans. The Friedenwald lecture // Invest. Ophthalmol. Vis. 

Sci.,1991, v. 32, p.3145–3166.

10.  Lim K.S., Nau C.B., O’Byrne M.M. et al. Mechanism of action of bimatoprost, latanoprost, and

travoprost in healthy subjects. A crossover study // Ophthalmology,2008,v.115, p.790–795.

11. 

Toris C.B., Camras C.B., Yablonski M.E. Effects of PhXA41, a new prostaglandin F2 alpha analog, on 



aqueous humor dynamics in human eyes // Ophthalmology, 1993,v.100, p.1297–1304.

12.  Townsend  D.J.,  Brubaker  R.F.  Immediate  effect  of  epinephrine  on  aqueous  formation  in  the  normal 

human eye as measured by fluorophotometry // Invest. Ophthalmol. Vis. Sci., 1980,v.19, p.256–266.

13.  Emi K., Pederson J.E., Toris C.B. Hydrostatic pressure of the suprachoroidal Space // Invest. Ophthalmol. 

Vis. Sci., 1989,v.30, p.233–238.

14.  Suguro K., Toris C.B., Pederson J.E. Uveoscleral outflow following cyclodialysis in the monkey eye 

using a fluorescent tracer // Invest. Ophthalmol. Vis. Sci.,1985, v.26, p.810–813.

15.  Gabelt B.T., Kaufman P.L. Changes in aqueous humor dynamics with age and Glaucoma // Prog. Retin. 

Eye Res., 2005, v.24, p.612–637.

16.  Tamm  S.,  Tamm  E.,  Rohen  J.W.  Age-related  changes  in  the  human  ciliary  muscle.  A  quantitative 

morphologic study // Mech. Ageing Dev., 1992, v.62, p.209–221.

17.  Alm A., Nilsson S.F. Uveoscleral outflow--a review//Exp Eye Res.,2009, v.88(4),p.760-8.

18.  Anderson O.A., Jackson T.L., Singh J.K. et al. Human transscleral albumin permeability and the effect 

of topographical location and donor age // Invest. Ophthalmol. Vis. Sci., 2008, v. 49, p.4041–4045.

19.  Johnson T.V.,  Fan  S.,  Camras  C.B.  et  al. Aqueous  humor  dynamics  in  exfoliation  syndrome  // Arch. 

Ophthalmol., 2008, v.126, p.914–920.

20.  Toris C.B., Koepsell S.A., Yablonski M.E. et al. Aqueous humor dynamics in ocular hypertensive patients 

// J. Glaucoma, 2002, v.11, p.253–258.




95

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

21.  European Glaucoma Society, Terminology and Guidelines for Glaucoma, 3rd edition, 2014, Chapter 3, 

p.122-143.

22.  Crawford K.S., Kaufman P.L., Gabelt B.T. Effects of topical PGF2 alpha on aqueous humor dynamics in 

cynomolgus monkeys // Curr. Eye Res., 1987, v.6, p.1035–1044.

23.  Nilsson  S.F.E.,  Samuelsson  M.,  Bill A.,  Stjernschantz  J.  Increased  uveoscleral  outflow  as  a  possible 

mechanism of ocular hypotension caused prostaglandin F2a-1-isopropylester in the cynomolgus monkey 

// Exp. Eye Res., 1989, v.48, p.707–716.

24.  Crowston  J.G.,  Lindsey  J.D.,  Morris  C.A.  et  al.  Effect  of  bimatoprost  on  intraocular  pressure  in 

prostaglandin FP receptor knockout mice // Invest. Ophthalmol. Vis. Sci., 2005, v.46, p.4571–4577.

25.  Nilsson  S.F.E.,  Drecoll  E.,  Lu¨  tjen-Drecoll  E.  et  al.  The  prostanoid  EP2  receptor  agonistbutaprost 

increases uveoscleral outflow in the cynomolgus monkey // Invest. Ophthalmol. Vis. Sci., 2006, v.47, p. 

4042–4049.

26.  Sakurai  M.,  Higashide  T.,  Ohkubo  S.,  et  al.  Association  between  genetic  polymorphisms  of  the 

prostaglandin  F2α  receptor  gene,  and  response  to  latanoprost  in  patients  with  glaucoma  and  ocular 

hypertension // Br. J. Ophthalmol., 2014 v.98(4), p.469-73. 

27.  Gabelt B.T., Kaufman P.L. Prostaglandin F2a increases uveoscleral outflow in thecynomolgus monkey // 

Exp. Eye Res.,1989, v.49, p.389–402.

28.  Stjernschantz J., Sele´ n G., Ocklind A. et al. Resul B. Effects of latanoprost and related prostaglandin 

analogues // Alm A., WeinrebR.N. (Eds.), Uveoscleral Outflow. Biology and Clinical Aspects. Mosby-

Wolfe Medical Communications, 1998, p. 57–72.

29.  Ocklind A. Effect of latanoprost on the extracellular matrix of the ciliary muscle: a study on cultured 

cells and tissue sections // Exp. Eye Res., 1998, v.67, p.179–191.

30.  Sagara T., Gaton D.D., Lindsey J.D. et al. Topical prostaglandin F2a treatment reduces collagen types I, 

III and IV in the monkeyuveoscleral outflow pathway // Arch. Ophthalmol., 1999, v.117, p.794–801.

31.  Iester M., Oddone F., Fogagnolo P. et al. Confocal Microscopy Study Group. Changes in the morphological 

and functional patterns of the ocular surface in patients treated with prostaglandin analogues after the use 

of TSP 0.5%® preservative-free eyedrops: a prospective, multicenter study // Ophthalmic Res., 2014, 

v.51(3), p.146-52. 

32.  Kim E.J., Kim Y.H., Kang S.H. et al. In vitro effects of preservative-free and preserved prostaglandin 

analogs on primary cultured human conjunctival fibroblast cells // Korean J. Ophthalmol., 2013, v.27(6), 

p.446-53. 

33.  Seibold L.K., Kahook M.Y. The diurnal and nocturnal effect of travoprost with sofZia on intraocular 

pressure and ocular perfusion pressure //Am J Ophthalmol., 2014, v.157(1), p.44-49.

34.  Tomić M., Kaštelan S., Soldo K.M. et al.. Influence of BAK-preserved prostaglandin analog treatment on 

the ocular surface health in patients with newly diagnosed primary open-angle glaucoma // Biomed Res. 

Int., 2013, v.2013, p.603782. 

35.  Demirel  S.,  Doganay  S.,  Gurses  I.  et  al. Toxic-inflammatory  effects  of  prostaglandin  analogs  on  the 

ocular surface // OculImmunolInflamm., 2013, v.21(1), p.13-8. 

36.  Tsikripis  P.,  Papaconstantinou  D.,  Koutsandrea  C.  et  al.  The  effect  of  prostaglandin  analogs  on  the 

biomechanical properties and central thickness of the cornea of patients with open-angle glaucoma: a 

3-year study on 108 eyes // Drug Des DevelTher., 2013, v. 4;7, p.1149-56. 

37.  Panos  G.D.,  Konstantinidis A.,  Mendrinos  E.  et  al.  Effect  of  tafluprost  0.0015%  on  central  corneal 

thickness in patients with primary open-angle glaucoma // Curr Eye Res., 2013, v.38(9), p.977-82. 

38.  You J.Y., Cho B.J. Effect of latanoprost on central corneal thickness in unilateral normal-tension glaucoma 

// J. Ocul. Pharmacol. Ther., 2013, v.29(3), p.335-8.

39.  Maruyama K., Tsuchisaka A., Sakamoto J. et al. Incidence of deepening of upper eyelid sulcus after 

topical use of tafluprost ophthalmic solution in Japanese patients // ClinOphthalmol., 2013, v.7, p.1441-

6. 

40.  Sakata R., Shirato S., Miyata K. et al. Recovery from deepening of the upper eyelid sulcus after switching 



from bimatoprost to latanoprost // Jpn. J. Ophthalmol., 2013, v.57(2), p.179-84. 

41.  Shah  M.,  Lee  G.,  Lefebvre  D.R.  et  al. A  cross-sectional  survey  of  the  association  between  bilateral 

topical prostaglandin analogue use and ocular adnexal features // PLoS One., 2013, v.1;8(5), p.e61638. 

42.  Tan J., Berke S. Latanoprost-induced prostaglandin-associated periorbitopathy // Optom Vis Sci., 2013, 

v.90(9), p.e245-7; discussion 1029. 



96

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

43.  Liu X.Y., Tang L., Peng Y.H. et al. Research progress of the side effect of the prostaglandin drugs // 

Zhonghua Yan KeZaZhi., 2013, v.49(11), p.1045-8.

44.  Jessen  B.A.,  Shiue  M.H.,  Kaur  H.  et  al.  Safety  assessment  of  subconjunctivallyimplanted  devices 

containing latanoprost in Dutch-belted rabbits // J. OculPharmacolTher., 2013, v.29(6), p.574-85. 

45.  Kashiwagi K., Ito K., Haniuda H. et al. Development of latanoprost-loaded biodegradable nanosheet as 

a new drug delivery system for glaucoma // Invest Ophthalmol Vis Sci., 2013, v.19;54(8), p.5629-37.

46.  Chander A., Kapoor H., Thomas S. Comparison of the efficacy and safety of bimatoprost (0.03 %) and 

travoprost (0.004 %) in patients with primary open angle glaucoma // Nepal J. Ophthalmol., 2013, v.5(9), 

p.75-80.


47.  Konstas A.G., Quaranta L., Katsanos A. et al. Twenty-four hour efficacy with preservative free tafluprost 

compared with latanoprost in patients with primary open angle glaucoma or ocular hypertension // Br. J. 

Ophthalmol., 2013, v.97(12), p.1510-5. 

48.  Kanamoto  T.,  Kiuchi  Y.,  Ichioka  I.  et  al.  Clinical  efficacy  of  travoprost-timolol  fixed  combination 

on  ocular  hypotensive  agents  and  ocular  surface  agents  in  Japanese  glaucoma  patients  //  Nihon 

GankaGakkaiZasshi., 2013, v.117(10), p.793-8.

49.  Shoji  T.,  Sato  H.,  Mizukawa  A.  et  al.  Hypotensive  effect  of  latanoprost/timolol  versus  travoprost/

timolol fixed combinations in NTG patients: a randomized, multicenter, crossover clinical trial // Invest 

Ophthalmol Vis Sci., 2013, v.17;54(9), p.6242-7. 

50.  Hirn C., Zehnder S., Bauer G. et al. Long-Term Efficacy of Selective Laser Trabeculoplasty in Patients 

on Prostaglandin Therapy //KlinMonblAugenheilkd., 2014, v.231(4), p.351-356. 

51.  Wu K.Y., Wu P.C., Lai Y.H. et al. Novel usage of intraocular pressure-lowering drugs as wound-healing 

inhibitors  after  trabeculectomy  with  cell  culture  and  animal  models  //  Kaohsiung  J  Med  Sci.,  2013, 

v.29(7), p.353-61. 

52.  Titcomb L.C. Are generic topical prostanoids the way forward in the care of glaucoma patients? – Yes // 

Eye (Lond)., 2013, v.27(9) p.999-1001. 

53.  Tawada A., Sugawara T., Ogata K. et al. Improvement of central retinal sensitivity six months after topical 

isopropyl unoprostone in patients with retinitis pigmentosa // Indian J. Ophthalmol., 2013, v.61(3), p.95-9. 

54.  Allemann  R.,  Stachs  O.,  Falke  K.  et  al.  New  concepts  for  pressure-controlled  glaucoma  implants  // 

Ophthalmologe., 2013, v.110(8), p.733-9. 

55.  Brandão L.M., Grieshaber M.C. Update on Minimally Invasive Glaucoma Surgery (MIGS) and New 

Implants // J. Ophthalmol., 2013, v.2013, p.705915. 

56.  GuthoffR.F., Schmidt W., Buss D. et al. Development of a glaucoma microstent with drainage into the 

suprachoroidal space: fluid mechanical model approach // Ophthalmologe, 2009,v.106(9), p.805-12. 

57.  Oatts J.T., Zhang Z., Tseng H. et al. In vitro and in vivo comparison of two suprachoroidal shunts // 

Invest Ophthalmol Vis Sci., 2013,v.13;54(8), p.5416-23. 

58.  Agnifili L., Costagliola C., Figus M. et al. Histological findings of failed gold micro shunts in primary 

open-angle glaucoma // Graefes Arch Clin Exp Ophthalmol., 2012, v.250(1), p.143-9.

59.  Hoeh H., Ahmed I.I., Grisanti S. et al. Early postoperative safety and surgical outcomes after implantation 

of  a  suprachoroidal  micro-stent  for  the  treatment  of  open-angle  glaucoma  concomitant  with  cataract 

surgery // J. Cataract Refract Surg., 2013, v.39(3), p.431-7. 

60.  Mastropasqua L., Agnifili L., Ciancaglini M. et al. In vivo analysis of conjunctiva in gold micro shunt 

implantation for glaucoma // Br J Ophthalmol., 2010, v.94(12), p.1592-6. 

61.  Unal M., KocakAltintas A.G., Koklu G. et al. Early results of suprachoroidal drainage tube implantation 

for the surgical treatment of glaucoma // J Glaucoma, 2011, v.20(5), p.307-14. 

62.  Siewert S., Schultze C., Schmidt W. et al. Development of a micro-mechanical valve in a novel glaucoma 

implant // Biomed Microdevices., 2012, v.14(5), p.907-20. 

63.  Palamar M., Ates H., Oztas Z. et al. Suprachoroidal implant surgery in intractable glaucoma // Jpn. J. 

Ophthalmol., 2011, v.55(4), p.351-5. 

64.  Jordan J.F., Engels B.F., Dinslage S. et al. A novel approach to suprachoroidaldrainage for the surgical 

treatment of intractable glaucoma // J. Glaucoma, 2006, v.15(3), p.200-5.

65.  Figus M., Lazzeri S., Fogagnolo P., Iester M., Martinelli P., Nardi M. Supraciliary shunt in refractory 

glaucoma // Br. J. Ophthalmol., 2011, v.95(11), p.1537-41.

66.  Rękas M., Pawlik B., Grala B. et al. Clinical and morphological evaluation of gold micro shunt after 

unsuccessful  surgical  treatment  of  patients  with  primary  open-angle  glaucoma  //Eye  (Lond).,  2013, 

v.27(10), p.1214-7. 




97

2014/2 (15)

Ə Ə İ

A  İ MALLAR

67.  Saheb H., Ianchulev T., Ahmed I.I. Optical coherence tomography of the suprachoroid after CyPass Micro-

Stent implantation for the treatment of open-angle glaucoma // Br. J. Ophthalmol., 2014, v.98(1), p.19-23.

68.  Allemann R., Langner S., Witt M. et al. Ultra high-field magnetic resonance imaging of a glaucoma 

microstent // Curr Eye Res., 2011, v.36(8), p.719-26. 

69.  PourjavanS., CollignonN., Groot V. De.STARflo™ Glaucoma Implant: 12 month clinical results //Acta 

Ophthalmol., 2013, v. 91, Issue Supplement s.252.

Qasımov E.M., İbadova N.T.

РОЛЬ УВЕЛИЧЕНИЯ УВЕОСКЛЕРАЛЬНОГО ОТТОКА В ЛЕЧЕНИИ 

РАЗЛИЧНЫХ ФОРМ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ 

(ОБЗОР ЛИТЕРАТУРЫ)

Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г. Баку, Азербайджан

Республиканская клиническая больница им. М.А.Миркасимова, г.Баку, Азербайджан

Ключевые слова: глаукома, простагландины, супрахороидальные шунты, увеосклеральный отток

РЕЗЮМЕ


В настоящей научной работе приведен литературный обзор по активизации методов лечения увеоскле-

рального оттока (УСО) и глаукомы. Изучения УСО были отражены в литературе 45 лет назад и в настоящее 

время проведены всесторонние исследования. Однако проблема выбора более оптимального метода увели-

чения увеосклерального оттока в лечении различных форм глаукомы по настоящее время не теряет своей 

актуальности.  С  этой  точки  зрения  проведение  в  будущем  рандомизированных  исследований  считается 

более целесообразным.

KasimovE.M., IbadovaN.T.

THE ROLE OF ACTIVIZATION OF UVEOSCLERAL OUTFLOW IN THE 

TREATMENT OF DIFFERENT TYPES OF PRIMARY OPEN ANGLE 

GLAUCOMA (LITERATURE REVIEW)



National Centre of Ophthalmology named after academician ZarifaAliyeva, Baku, Azerbaijan

Republic Clinical Hospital named after Mirkasimov, Baku, Azerbaijan

Key words: glaucoma, prostaglandins, suprachoroidal shunts, uveoscleral outflow

SUMMARY


The review of literature regarding uveoscleral outflow and different methods of itsactivization in the treatment 

of glaucoma was performed. Uveoscleral outflow was widely described more that 45 years ago. However, the 

subject of selection of the most optimal method of improvement of uveoscleral outflow in the treatment of different 

types of glaucoma is still being discussed. The carrying out of further long-term randomized studies is required.

Korrespondensiya üçün:

Qasımov Elmar Mustafa oğlu,tibb elmləri doktoru, professor, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya 

Mərkəzinin direktoru

İbadova  Naidə  Telman  qızı,Mirqasımov  adına  Respublika  Klinik  Xəstəxanasının  Oftalmologiya  şöbəsinin 



həkim-oftalmoloqu 

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Ünvan: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15. 

Email: administrator@eye.az : www.eye.az; İbadova_Naida@mail.ru 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə