Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə34/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

Müharibə  dövründə  qoşunların  ərzaqla  təchizatını  təmin  etmək 
üçün həyata keçirilən hərbi rekvizisiyalar haqqında 1977-ci il qanununda 
nəzərdə  tutulurdu  ki,  qoşunların  ərzağa  ehtiyacı  həmişə  olur;  hərbi 
əməliyyatlar zamanı yanğına bərabər vəziyyət  yaranır və deməli, icbari 
icra  həmişə  mümkündür.  Müvafiq  qanunların  mətnində  də  bu  barədə 
danışılır. 
İndiyədək  qüvvədə  olan  1898-ci  il  qanunu  «dağılmaq  təhlükəsi 
altında  olan  binalara»  aiddir,  Acınacaqlı  vəziyyətdə  olan  elə  binalar 
nəzərdə  tutulur  ki,  bunlar  hər  hansı  vaxtda  qəzaya  məruz  qala  bilər  və 
deməli, insanlara zərər vura bilər, yaxud insan tələfatına səbəb ola bilər. 
Belə  hal  üçün  şikayətlə  məhkəməyə  müraciət  etməkdən  ibarət  olan  adi 
prosedur  saxlanılır;  lakin,  qanunda  deyildiyi  kimi,  «bilavasitə  təhlükə» 
mövcuddursa,  mer  tikilinin  sökülməsi,  yaxud  təmiri  haqqında  dərhal 
sərəncam  verir,  həmin  işləri  öz  sərəncamı  ilə  və  ev  sahibinin  vəsaiti 
hesabına təxirə salınmadan həyata keçirə bilər. Bu zaman o, qabaqcadan 
məhkəmə  orqanına  müraciət  etmir,  çünki  bu,  xilasetmə  üçün  zəruri 
tədbirlər görülməsini ləngidə bilər. 
Qadağan  olunmuş  yerlərdə  saxlanılan  və  nəqliyyatın  hərəkətinə 
maneçilik törədən avtomobillərin xüsusi meydançaya sürülüb aparılması, 
yaxud  daşınması  icbari  icra  vasitələridir.  Belə  tədbirlər  əvvəllər  təcili 
zərurətlə  əsaslandırılırdı,  çünki  münasib  olmayan  yerdə  dayanan 
avtomobil  küçəni  keçən  nəqliyyat  vasitələrinin  hərəkəti  üçün  təhlükəli 
maneələr  yarada  bilər.  İndi  bu  tədbirlər  qanunla  nəzərdə  tutulur.  Yol 
hərəkəti qaydalarının pozulmasına dair İXM-in 25-ci maddəsində deyilir: 
digər sürücülər üçün narahatlıq yaradan və nəqliyyatın normal hərəkətinə 
mane  olan,  yaxud  ictimai  yolun  lazımi  vəziyyətdə  saxlanmasına  ziyan 
vuran avtomobillərin xüsusi meydançaya sürülüb aparılması və daşınması 
üçün konkret tədbirlər nəzərdə tutulur. 
Bu  halda  iki  prosessual  forma  -  cinayət  cəzası  və  xidməti  borc 
üzrə  icra  formaları  bir-biri  ilə  uzlaşdırıla  bilər.  Sürücü  öz  avtomobilini 
icazə  verilməyən  yerdə  və  yol  hərəkətinə  mane  olan  vəziyyətdə 
saxladıqda cinayət əməli törətməkdə təqsirkardır və məhkəmə qaydasında 
cəzalandırılmalıdır.  Lakin  qanun  ona  qarşı  müəyyən  müddətdən  sonra 
tətbiq  ediləcək  cinayət  sanksiyası  ilə  yanaşı,  maneəni  aradan 
qaldırmaqdan ötrü təcili zərurətlə əlaqədar yol polisi üçün xidməti borc 
üzrə dərhal icra hüququ nəzərdə tutmuşdur. 
Azərbaycan  Respublikasının  İXM-də  yol  hərəkəti  qaydaları 
əleyhinə olan inzibati xətalar 157-159-cu maddələrdə öz əksini tapmışdır. 
Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  qaydaları  əleyhinə  olan 
inzibati xətalar isə 160-168-ci maddələrdə müəyyən edilmiş 
101 


dir. Mülkiyyət əleyhinə olan inzibati xətalar 69-75-ci lüaddələrdə, ticarət 
qaydaları  əleyhinə  olan  inzibati  xətalar  224-242-ci  maddələrdə, 
vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə 
olan  inzibati  xətalar  isə  243-257-ci  maddələrdə  əks  olunur.  Bu 
maddələrin  tələbi  pozulduqda  inzibati  qaydada  onu  pozmuş  şəxs 
barəsində  tədbirlər  görülür.  Müəssisədə,  idarədə,  təşkilatlarda  və 
sahibkarlıqla  məşğul  olan  şəxslər  tərəfindən  işlədiyi  kollektivə  ziyan 
vurularsa, onda Əmək Məcəlləsinə müvafiq olaraq onlar barəsində tədbir 
görülür. 
Cinayət hüququnun tələbləri o halda tətbiq edilir ki, hər hansı bir 
şəxs öz əməlləri ilə qəsdən və ya ehtiyatsızlıq üzündən cinayət törətsin və 
törətdiyi cinayət nəticəsində maddi ziyan vursun. Belə hallarda cinayət işi 
başa çatdıqda dəymiş ziyan müəyyən edilir. Onun ödənilməsi üçün iddia 
ərizəsi cinayət işinə əlavə edilir və aidiyyəti üzrə məhkəməyə göndərilir. 
§4. Qanunçuluğun şarthri, icbari icranın qeyri-qanuniliyina 
görə tətbiq edilən sanksiyalar 
Xidməti  borc  üzrə  icra  üç  əsas  halda  mövcud  olduqda  həyata 
keçirilir. 
Tələb edilir ki, belə hərəkət qanuni olsun, çünki heç kim qanunsuz 
qərarı yerinə yetirmək hüququna malik deyildir. 
Eyni zamanda, əlaqədar şəxs tərəfindən müqavimət göstərilməsi 
faktları olduqda qeydə alınmalıdır. Əgər şəxs qərarı könüllü olaraq yerinə 
yetirməyə razıdırsa, icbari icraya ehtiyac qalmır. 
Bütün  hallarda  yol  verilən  hədləri  keçmək  olmaz.  Romye 
aşağıdakı sözlərlə məhz bu fikri ifadə etmişdir: «İcbari icra tədbirlərinin 
ən  yaxın  məqsədi  yalnız  qanunla  nəzərdə  tutulmuş  qərarları  yerinə 
yetirməkdir». 
Bu  halda  söhbət  səlahiyyətlərlə  müşayiət  olunan  vəzifələrdən 
gedir. Bu zaman qeyri-qanuni qərarın icrası zamanı bir sıra alternativlər 
meydana çıxa bilər. 
Qeyri-qanuni qərarın icrası da qeyri-qanuni sayılır. 
Sadəcə  olaraq,  qeyri-qanuni  verilmiş  cəzanın  icrası  zamanı 
administrasiya  bütün  məsuliyyəti  öz  üzərinə  götürür.  Əgər  o, 
qeyri-qanuni qərarı icra etmişdirsə, dəyən zərərin ödənilməsi ona həvalə 
olunmuşdursa, onda qərarın icrasına görə məsuliyyəti də o, öz öhdəsinə 
götürür. O, qeyri-qanuni hərəkət etməklə qeyri-qanuni qərara əsaslanaraq 
avtomobili xüsusi platformaya yüklədikdə yükləmə üçün xərc 
102 


lərin ödənilməsi də ona həvalə edilir, o, xüsusi şəxsə dəymiş zərərə görə 
həmin şəxsdən cərimənin ödənilməsini tələb etməməlidir. 
Elə  olur  ki,  işin  (hərəkətin)  qeyri-qanuni  xarakteri  güman 
edildiyindən daha ciddi mahiyyət kəsb edir. Misal üçün, qeyri-qanuni iş 
(hərəkət)  mülkiyyət  hüququnun  pozulması  ilə  vətəndaşların  hüquq  və 
azadlıqlarına  qəsd,  yaxud  məhkəmə  qərarlarında  deyildiyi  kimi,  o, 
«açıq-aşkar  şəkildə  qanun  və  ya  hüquqi  aktın  tətbiq  edilməsinə 
əsaslanmır». Belə hallar hüquqa zidd olduğundan o, öz nəticələri etibarilə 
vətəndaş azadlıqlarına və yaxud mülkiyyət hüququna toxunduğuna görə, 
eyni  zamanda  qanunçuluq  prinsipinin  özünə  qarşı  qəsd  edildiyinə  görə 
belə  qərarın  icbari  icrası  özbaşınalıqdır  və  ümumi  yurisdik-  siya 
məhkəmələrinin ixtiyarı vardır ki, belə hallarda zərərçəkənə dəymiş zərəri 
ödətdirsinlər. 
İkincisi, 
ümumi 
yurisdiksiya 
məhkəmələri 
administrasiyanın  ünvanına  xüsusi  qərardadlar  göndərə  bilərlər.  Başqa 
sözlə, administrasiya nəinki təkcə cərimə ödəmyə cəlb edilə bilər, həm də 
onun  qanunsuz  hərəkətlərinə  görə  bir  vəzifə  olaraq  tutduğu  sahəni 
boşaltmaq tapşırığı verə bilər. 
Bu  cür  özbaşınalıq  faktlarına  üç  dolaşıq  məhkəmə  işində  rast 
gəlmək olar. 
Məsələn,  Kariyenin  işində^  söhbət  tarixi  abidələrin  mühafizəsi 
üzrə  xidmətlərin  öz  funksiyalarını  pis  icra  etdiklərini  göstərmək  üçün 
Şartrda kilsənin bəzi zədələnmiş hissələrinin fotoşəklini çəkmək istəyən 
bir  nəfərdən  gedirdi.  Onun  hərəkəti  kilsənin  baş  keşişinin  xoşuna 
gəlməmişdi.  O,  Kariyeyə  qarşı  məhkəmə  iddiası  irəli  sürmüş,  digər 
tərəfdən isə onun zəng qülləsinə qalxmasına mane olmaq üçün güc tətbiq 
etmiş, həm də çəkdiyi fotoşəkilləri də ondan tutub almışdı. Bu, icbari icra 
və şəxsi azadlığın, dövlət abidələrinə baxmaq, onların şəkillərini çəkmək 
azadlığının  kobudcasına  pozulması  hadisəsi  kimi  qiymətləndirildi; 
deməli, söhbət burada özbaşınalıqdan gedirdi. 
Randonun  işi’^  Okserr  şəhərinin  poçt  kassirinə  aid  idi.  O,  bəzi 
şəxslərin  seçilməsinin  qeyri-mümkünlüyünü  tənqid  edən  və  Üçüncü 
respublikanın  keçmiş  siyasi  xadimi  Pyer-Etyen  Flanden  tərəfindən 
göndərilmiş  plakatlardan  ibarət  korrespondensiyanı  mənimsəmişdi. 
Plakatlar poçt şöbəsində müsadirə edilmiş, bununla da o, yazışma sirrini 
və  azadlığını  pozmuşdu;  belə  əsassız  icra  özbaşınalıq  aktı  kimi 
qiymətləndirildi. 
‘‘
 Dövlət Şurasının Kariyenin işinə dair 18 noyabr, 1949-ju il tarixli qərarı. 
’’
 Münaqişələr üzrə Tribunalın Randonun işinə dair 10 dekabr, 1956-jı il tarixli qərarı. 
103 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə