Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə37/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

nnm  hədələrdən,  ağır  təhqirlərdən,  təhqiramiz  ifadələrdən  və  yaxud 
böhtanlardan, habelə onların şəxsən özlərinin və ya əmlaklarının məruz 
qala biləcəyi qəsdlərdən müdafiəsini təmin etməyə borcludur. 
Elə  hallar  olmuşdu  ki,  vergi  idarəsinin  məmurlarına qarşı  vergi 
verənlər tərəfindən məhkəmə iddiaları, habelə Hind-Çində və Əlcəzairdə 
müharibələr dövründə dövlət qulluqçularının əmlakı ilə əlaqədar iddialar 
irəli sürülmüşdü. Belə hallarda administrasiya öz qulluqçularını müdafiə 
etmiş,  qulluqçular  tərəfindən  onlara  vurulmuş  zərərə  görə  cərimə 
ödəməli olmuşdur. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnda  dövlət 
qulluqçularına həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsi və yaxud 
lazımi  şəkildə  yerinə  yetirilməməsi,  həmçinin  müəyyən  edilmiş 
məhdudiyyətlərə  əməl  olunmaması,  qanunda  başqa  qayda  nəzərdə 
tutulmayıbsa, inzibati məsuliyyətə səbəb olur. 
Dövlət qulluqçularına qarşı aşağıdakı inzibati tənbeh tədbirləri 
tətbiq oluna bilər: töhmət; 
bir  il  müddətinədək  vəzifə  maaşının  5  faizindən  30  faizinədək 
azaldılması; 
həmin  dərəcədən  olan,  lakin  vəzifə  maaşı  aşağı  olan  işə 
keçirilməsi; 
daha aşağı dərəcəli işə keçirilməsi; 
ixtisas dərəcəsinin aşağı salınması; 
ixtisas dərəcəsindən məhrum 
edilməsi; dövlət qulluğundan azad 
edilməsi. 
Dövlət qulluqçularının məsuliyyət növləri aşağıdakılardır: 
intizam; inzibati; 
maddi və cinayət. 
İntizam məsuliyyəti o vaxt meydana çıxır ki, dövlət qulluqçusu 
xidməti  nizam-intizamı  pozsun,  inzibati  xəta  törətdiyinə  görə,  maddi 
ziyan vurmağa görə və nəhayət cinayət məsuliyyəti o vaxt baş verə bilər 
ki, şəxs vəzifə cinayəti törətsin. 
Fransa  inzibati  hüququndan  fərqli  olaraq  Azərbaycan 
Respublikasının  qulluqçuları  tərəfindən  vurulmuş  ziyanı  özləri 
ödəyirlər.  Dövlət  qulluqçusu  öz  hərəkətlərinin  qanuniliyi  üçün 
cavabdehdir.  Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan  dövlət 
qulluqçusunun  etirazına  baxmayaraq,  həmin  rəhbər  işçi  öz  göstərişini 
qüvvədə saxlayarsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi 
ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. 
110 


§2. Dövht dmlakmm mühafizəsi qaydaları 
Dövlət  tikililəri,  dövlət  mülkiyyəti  və  dövlət  idarəetmə 
orqanlarının əmlakı xüsusi metodla müdafiə olunurlar. 

 
Dövlət tikililəri (yollar, körpülər, bəndlər) görülən ictimai işlərin 
nəticəsidir.  İdarəetmə  orqanının  bu  tikililərlə  əlaqədar  səlahiyyəti 
aşağıdakı  kimi  ifadə  edilmişdir:  «Pis  planlaşdırılmış  ictimai  tikililər 
sökülə  bilməz».  Xüsusi  sahədə,  həmin  sahə  sahibindən  icazəsiz  və 
müvafiq qaydalara əməl olunmadan yerləşdirilmiş və yaxud inşa edilmiş 
tikili  dağıdıla  bilməz;  o,  ictimai  baxımdan  faydalı  olduğu  üçün 
saxlanmalıdır,  nəticədə  sahənin  sahibinə  dəymiş  zərər  ona  cərimə 
ödənilməklə kompensasiya edilməlidir. 
Ümumi  mülki  hüquq  münasibətlərinə  nisbətən  idarəetmə 
sistemində  bu  mənada  köklü  fərq  vardır,  çünki  əgər  xüsusi  şəxs  digər 
şəxsin sahəsində qurğu və ya bina yerləşdirərsə, sahə sahibi tikilinin uçu- 
rulmasını  tələb  etmək  hüququna  mallikdir.  Lakin  burada  faktiki  və 
hüquqi  cəhət  arasında  fərq  qoyulmalıdır.  Aydın  məsələdir:  əgər  Mon- 
parnasm  uca  qülləsində  bir  binanın  dövlət  tikilisi  deyil,  xüsusi  tikili 
olduğu  və  ya  namünasib  yerləşdirildiyi  aşkara  çıxarsa,  hər  halda 
təsəvvürə gətirmək çətindir ki, məhkəmə onu uçurmaq barədə qərar qəbul 
etsin,  polis  isə  bu  əməlİ
3
^atın  yerinə  yetirilməsinə  kömək  göstərsin. 
Lakin prinsip etibarilə hüquq təminetmə tədbirlərindəki fərqlər tamamilə 
açıq-aşkar müəyyən edilmişdir. 

 
Dövlət  mülkiyyəti  ilk  növbədə  onun  toxunulmaz  və  özgəninki- 
ləşdirilə bilməz olması ilə səciyyələnir. 
Onun toxunulmazlığı bununla təzahür edir ki, xüsusi şəxs həmin 
mülkiyyətin  istehlakı  üzrə  mürur-müddətlə  əlaqədar  olaraq  mülkiyyət 
hüququnu əldə etməmişdir. 
Dövlət mülkiyyətinin özgəninkiləşdirilə bilməməsi o deməkdir ki 
administrasiya  onu  sata  və  yaxud  kiməsə  güzəşt  edə bilməz.  O,  dövlət 
mülkiyyətinin  qiymətinin  aşağı  salınması  və  yaxud  kiməsə  onun 
məqsədli  təyinatının  dəyişdirilməsi  məqsədilə  qabaqcadan  tədbirlər 
gördüyü və xüsusi prosedurlar həyata keçirdiyi hallardan başqa, heç bir 
halda  dövlət  mülkiyyətinə  öz  mülahizəsi  üzrə  sərəncam  vermək 
hüququna malik deyildir. Beləliklə, özgəninkiləşdiriləbilməz- lik əmlakı 
dövlət 
administrasiyanın 
özbaşına 
sərəncamından 
qoruyur, 
toxunulmazlıq  isə  onun  xüsusi  şəxslər  tərəfindən  iddialardan  müdafiə 
olunmasını təmin edir. Bundan başqa, dövlət əmlakı xüsusi olaraq cinayət 
hüququ  xarakterli  tədbirlərlə  qorunur.  Yol  hərəkəti  qaydala-  nna  əməl 
edilməməsinə və avtonəqliyyatın hüquq pozuntularına görə 
111 


idarə edənlərin məsuliyyəti həmin tədbirlərdəndir. 
■  Dövlət  idarəetmə  orqanlarının  əmlakı  -  mülkiyyətindən  asılı 
olmayaraq,  istər  inzibati  binalar,  istərsə  də  digər  tikililər  cərimələrdən 
azaddır, çünki administrasiyaya qarşı əmlak xarakterli iddialar irəli sürülə 
bilməz. Əgər vətəndaş məhkəmənin digər vətəndaş tərəfindən ona cərimə 
ödənilməsi  barədə  qərar  qəbul  etməsinə  nail  olmuşdursa,  borclu  isə 
həmin qərarı yerinə yetirməkdən boyun qaçırırsa, kreditor tənbehi onun 
əmlakı,  hətta  əmək  haqqının  məlum  hissəsini  öz  üzərinə  keçirmək 
hüququna  malikdir.  Dövlət  əmlakına,  dövlət  maliyyə  vəsaitlərinə,  yəni 
administrasiyanın  sərəncamında  olan  dövlət  idarəetmə  orqanlarının 
əmlakı üzərinə cərimə qoymaq olmaz. 
Dövlət  əmlakını  və  dövlət  maliyyə  vəsaitlərini  cəriməyə  cəlb 
etməyin qeyri-mümkünlüyü haqqında qayda Münaqişələr üzrə Tribunal 
tərəfindən  işlənib  hazırlanmışdır.  O,  sahibkar  birliklərinin  dövlət 
təsisatları  olmasını  qeyd  edərək,  bunun  əsasında  belə  bir  nəticə 
çıxarmışdı  ki,  onların  əmlakı  cəriməyə  məruz  qala  bilməz  və  qərarın 
icrasının  icbari  üsulları  ona  şamil  olunmur.  Bu  o  demək  deyil  ki, 
idarəetmə orqanına münasibətdə qərarın icrasını təmin etmək üçün heç 
bir  vasitə  yoxdur,  lakin  bu  o  deməkdir  ki,  dövlət  idarəetmə  orqanına 
münasibətdə ümumi hüquqdan irəli gələn tələblər mövcuddur. 
Lakin  həmin  prinsip  sənaye  və  kommersiya  xarakterli  dövlət 
xidmətləri  ilə  əlaqədar  problemlər  yaradır,  çünki  o,  dövlət 
müəssisələrinin  ticarət  hüququnun  ümumi  normalannın  təsirindən  - 
məsuliyyətdən  xilas  edərək,  onları  xüsusi  müəssisələrlə  müqayisədə 
nisbətən imtiyazlı vəziyyətdə saxlayır. 
Bu misallarda idarəetmə orqanlarına inzibati hüquq çərçivəsində 
verilən və onlar üçün sıravi vətəndaşlarla müqayisədə olduqca imtiyazlı 
vəziyyət  yaradan  mühüm  səlahiyyətlər  əks  etdirilmişdir.  Lakin  ümumi 
hüquq  xarakterli,  geniş  səlahiyyətlər  medalın  bir  üzünü  təşkil  edən 
müvafiq vəzifələrlə uzlaşdırılır. 
§ 3. Administrasiya qulluqçularının vəzifahri anlayışı, məzmunu və 
xüsusiyyətləri 
Vəzifələrin hüquqi formada təsbit edilməsi problem xarakterli bir 
neçə vəziyyətin qaydaya salınması zərurəti ilə bağlıdır. 
Əvvələn, belə vəzifələr aşağıdakı ən müxtəlif nöqteyi-nəzərlər və 
mənafelər  üzrə  ümumi  məqsədlərin  təmin  edilməsi  naminə 
müəyyənləşdirilir: qanunlaırn tətbiq edilməsində və müdiriyyətin hüquq 
normalarına uyğun fəaliyyət göstərməsində ümumiyyətlə marağı olan və- 
112 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə