Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə45/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

Müdafiə  hüququna  hər  hansı  şəxsə  qarşı  onun  hüquqlarını  və 
azadlıqlarını  pozan  sanksiyalar,  məsələn,  cinayət  cəzası  hadisəsi  baş 
verdikdə həmin şəxsin müdafiə olunmaq imkanı kimi tərif verilə bilər. 
Bu,  indi  dünyada  hamılıqla  qəbul  olunmuş,  o  cümlədən 
Beynəlxalq insan hüquqları Bəyannaməsində qeyd edilmiş hüquqdur. O, 
ingilislərin  təbii  ədalət  hüququ  adlandırdıqları,  bu  mənada  Fransanın 
«ümumi  hüquq  prinsipi»nə  ekvivalent  olan  anlayışa  üzvi  şəkildə  daxil 
olur. 
Bu hüquq əvvəlcə məhkəmə proseslərində, o cümlədən intizam 
məsələlərinə baxan məhkəmələr 
tərəfindən^^ 
tətbiq edilən cəza tədbirləri 
ilə  əlaqədar  qərar  çıxanlarkən  ümumi  hüquqi  prinsip  kimi  meydana 
gəlmiş, sonra isə inzibati prosesə şamil edilməyə başlamışdır. 
Əslində  bu  hüquq  şəxsi  dosye  materiallarının  məmurların 
nəzərinə çatdırılması hüququ haqqında 22 aprel, 1905-ci il tarixli qanunla 
inzibati  proses  üçün  formalaşdırılmışdı.  Lakin  həmin  qanunun  qəbul 
edildiyi vaxtdan bəri Dövlət Şurası xeyli məhkəmə təcrübəsi yaratmışdır 
ki, bu da normanın tətbiq dairəsini genişləndirmiş və ona ümumi norma 
xarakteri vermişdir. 
İndi  qanunda  deyildiyi  kimi,  «şəxslə  əlaqədar»  hər  hansı 
tədbirdən  əvvəl  çəkişmə  (mübahisə,  münaqişə)  prosesi  getməlidir.  Bu, 
yalnız  intizam  tədbirlərinə  deyil,  misal  üçün  şəxsin  tutduğu  vəzifəyə 
qeyri-  müvafiqliyi  ilə  bağlı  tətbiq  edilən  tədbirlərə,  habelə  hökumətin 
mülahizəsi  ilə,  ən  yüksək  rütbələr  də  daxil  olmaqla,  vəzifələrə  təyin 
olunan məmurlara münasibətdə tətbiq edilən tədbirlərə də aiddir. 
Dövlət  Şurası  sonralar  məhkəmə  praktikasını  dövlət  qulluğu 
hüdudlarından  kənara  çıxartdı,  onu  administrasiya  ilə  hər  hansı 
münasibətlərdə  olan  vətəndaşlara  da  şamil  etməyə  başladı.^4  Dövlət 
administrasiyası  üçün  müdafiə  hüququ  haqqında  müddəa  həmçinin 
müdiriyyət və vətəndaşlar arasındakı münasibətlərə aid 28 dekabr 1983- 
cü il tarixli dekretin 8-ci maddəsində də təsbit edilmişdir. 
Şikayət  vermək  hüququna  uyğun  olaraq  inzibati  və  yaxud 
məhkəmə xarakterli hər hansı qərardan azı bir şikayət verilə bilər. 
Bu prinsip Dövlət Şurasının qərarında, o cümlədən qərarlarından 
şikayət verilməyən qanunverici xüsusi qeyd etdiyi hallarda da dəfələrlə 
təsdiq edilmişdir. Hətta göstərilən halda belə, Dövlət Şurası qa- 
Dövlət Şurasının lerinin işinə dair 20 iyun, 1913-jü il tarixli qərarı. 
Dövlət Şurasının dul qadın Trompye-Qravyenin nitqinə dair 5 may, 1944-jü il tarixli 
qərarı (ijtimai yerdə qoyulmuş qəzet köşkü barədə konsessiyanın ləğvi ile əlaqədar). 
132 


nunvericinin əleyhinə çıxaraq müəyyənləşdirmişdir ki,  «heç bir şikayət 
ola  bilməz»  formulu  hakimiyyət  səlahiyyətini  aşmağa  görə  şikayət 
verilməsi  hüququnu^5,  yaxud  kassasiya  şikayəti  hüququnu^^  istisna 
etmir. 
Bu  məhkəmə  praktikası  geniş  ictimaiyyətə  məlum  olan,  siyasi 
dairələrdə çaxnaşma yaradan bir işdə öz tətbiqini tapmışdı, Dövlət Şurası 
general  Kanalın  işi  üzrə  qərara  almışdı  ki.  Respublika  Prezidenti 
ordonans  yolu  ilə  xüsusi  hərbi  məhkəmə  -  qərarı  kassasiya  şikayəti 
obyekti olmayan məhkəmə yaratmaq hüququna malik deyildir. 
Digər ümumi hüquqi prinsiplər də mövcuddur; burada onlardan 
yalnız  ən  səciyyəvi  olanlar  göstərilmişdir.  Lakin  hüququn  ümumi 
prinsiplərinin  nəzəriyyəsi  Fransa  hüququnun  ən  diqqətəlayiq  və 
möhtəşəm yaradıcılıq məhsullarından biridir. 
Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsində 
əsas  hüquqlar,  azadlıqlar  və  vəzifələr  vətəndaşların  hüquq  və 
azadlıqlarının müdafiəsinə həsr edilmişdir. 
Azərbaycan  Respublikasının  vətəndaşlarının  inzibati  hüquqi 
statusu  dedikdə  icra  hakimiyyəti  sahəsində  onlara  verilmiş  hüquq  və 
azadlıqların  və  onların  üzərlərinə  qoyulmuş  vəzifələrin  məcmusu  başa 
düşülür.  Vətəndaşların  inzibati  hüquqi  statusunun  elementləri:  inzibati 
hüquqi  qabiliyyət,  inzibati  fəaliyyət  qabiliyyəti,  inzibati  hüquqlar, 
vəzifələr və məsuliyyətdir. 
İnzibati  hüauai  qabiliyyət
  dedikdə,  vətəndaşın  inzibati  hüquqla 
müəyyən  edilmiş  hüquqlara  malik  omaq  və  inzibati  vəzifələr  daşımaq 
qabiliyyəti başa düşülür. 
İnzibati fəaliyyət qabiliyyəti
 vətəndaşın müəyyən yaş həddinə çatmaqda 
müstəqil  surətdə  öz  şüurlu  hərəkətləri  ilə  ona  verilmiş  hüquqları  və 
üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirmək,  bunun  nəticəsində  yeni 
hüquq və vəzifələri əldə etmək və öz davranışına görə hüquqi məsuliyyət 
daşımasıdır. 
İnzibati  hüquqlar  və  vəzifələr
  əsasən  ümumi  və  xüsusi  olur.  Ümumi 
inzibati  hüquqlar  və  vəzifələr  dövlət  idarəetməsinin  bütün  sahələrində 
çalışan vətəndaşlara aiddir. 
İnzibati hüquqlar və vəzifələrin xüsusi forması isə vətəndaşların 
dövlət  idarəetməsinin  konkret  bu  və  ya  digər  sahəsində  olan  inzibati 
hüquqlan və vəzifələridir. 
İnzibati hüquqlar və vəzifələrdə məsuliyyət
 dedikdə, hüquq po
 
Dövlət Şurasının Lomottun işinə dair 17 fevral, 1950-ji il tarixli qərarı. 
Dövlət Şurasının d’Ayerin işinə dair 7 fevral, 1947-ji il tarixli qəran. 
133 


zuntusu törədən şəxsə qarşı müxtəlif tənbeh (cəza) tədbirlərinin cinayət, 
inzibati, intizam və maddi məsuliyyətin tətbiqi başa düşülür. 
Vətəndaşların hüquq və vəzifələri konstitusiya ilə və Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  müəyyən 
edilmişdir. Onların hüquq və vəzifələri dövlət tərəfindən müdafiə edilir. 
Əgər  onların  hüquq  və  vəzifələri  pozularsa,  bu  halda  onu  pozan  şəxsə 
qarşı tədbir görülür. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  57-ci  maddəsinə 
əsasən Azərbaycan Respublikasının dövlət orqanlarına şəxsən müraciət 
etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququ 
vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə 
yazılı cavab verilməlidir. 
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və 
onların  vəzifəli  şəxslərinin,  siyasi  partiyaların,  həmkarlar  ittifaqının  və 
digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya 
işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir 
və böhtan isə tənqid sayıla bilməz. 
Şikayət  vermək  hüququ,  əlbəttə,  nəzəri  cəhətdən  həmişə 
mövcuddur,  lakin  real  olaraq  ondan  heç  də  hamı  istifadə  edə  bilmir. 
Xüsusən, ona görə ki, şikayət vermək üçün belə bir hüququn olduğunu 
bilmək  vacibdir.  Bu  da  minimum  mədəni  səviyyənin  olmasını  nəzərdə 
tutur. Fransada məskunlaşmış çoxmilyonlu xarici əməkdaşlar kütləsində 
isə belə mədəni səviyyə müşahidə olunmur. Lakin çətinlik təkcə bunda 
deyildir  -  şikayət  verilməsi  həm  də  müəyyən  maliyyə  vəsaitlərinin 
olmasını nəzərdə tutur və əgər məhkəmə yardımı prosedurları olsa belə, 
bunlar heç də həmişə səmərəli deyildir. Nəhayət, şikayət verən şəxs labüd 
surətdə  mümkün  namünasib  nəticələrlə  əlaqədar  təhlükəyə  məruz 
qalmalı olur. 
Bu  cür  məhdudiyyətlərin  araşdırılması  belə  bir  fikir 
oyatmamalıdır ki, (guya hüququn ümumi prinsiplərinin heç bir mənası 
yoxdur,  bu  təhlilin  yalnız  praktikada  müəyyən  nisbi  əhəmiyyəti  var) 
hüququn ümumi prinsipləri heç bir əhəmiyyət kəsb etmir. 
Faktiki məhdudiyyətlər, misal üçün, 1949-cu il Konstitusiyasının 
preambulasında, habelə BMT-nin insan hüquqları haqqında beynəlxalq 
müqavilələrində  elan  edilmiş  iqtisadi  və  sosial  hüquqlar  sistemində  də 
vardır. Klassik hüquq və azadlıqlara nisbətən bunların hüquqi cəhətdən 
reallaşdırılması  daha  çətindir,  çünki  söhbət  vətəndaşın  nəinki  təkcə 
inzibati  özbaşınalıqdan  müdafiə  edilməsindən,  həm  də  yardım 
göstərilməsindən  gedir  ki,  bu  da  əsasən  hüquqi  tədbirlərdən  daha  çox 
maliyyə tədbirləri görülməsini nəzərdə tutur. Bu, sosial tə- 
134 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə