Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə44/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

tələr  arasında  da  pozulur,  çünki  onların  ödənc  almaq  hüququ  müraciət 
etdikləri həkimdən asılıdır. Dövlət Şurası bu tezisi aşağıdakı iki səbəbə 
görə  rədd  etmişdi:  həkimlər  vətəndaşa  qulluq  etmək  barədə  müqavilə 
bağlayıb  bağlamamaqla  ümumi  xidmətə  münasibətdə  özləri-özlərini 
qeyri-bərabər  vəziyyətdə  qoyurlar;  digər  tərəfdən  xəstələr  də  özlərinə 
həkim seçməkdə azaddırlar. Deməli, müqavilə ilə bağlı olmayan həkim 
seçməklə  onlar  dövlət  sosial-təminat  orqanları  ilə  münasibətdə  özlərini 
qeyri-bərabər vəziyyətdə qoyurlar. Bundan əlavə, Dövlət Şurası qət etdi 
ki, ictimai fayda mülahizələri bu cür sistemin mövcudluğunu (o cümlədən 
maliyyə  vəsaitlərinin  israfçılığına  yol  verməmək  üçün  sosial  təminat 
sistemi ilə əhatə olunmuş şəxsləri müalicə edən həkimlərin qonorarlarının 
miqdarım  məhdudlaşdırmağı)  döğrul-  dur  və  bu  ictimai  fayda 
mülahizələri  tibbi  xidmətlərin  ödənişində  ayrı-  seçkiliyə  kifayət  qədər 
haqq  qazandırır.  Hətta  demək  olar  ki,  bu,  həkimlərin  və  xəstələrin 
müxtəlif  kateqoriyalarına  münasibətdə  müəyyən  edilən  hüquqi 
qeyri-bərabərliyi  təmin  etmək  vasitəsi  olmuşdu,  çünki  əgər  həmin 
tədbirlər görülməsəydi, bərabərlik prinsipi pozula bilərdi. 
Dövlət  Şurası  bərabərlik  prinsipinin  yeni  və  maraqlı  şərhini 
verərək sübuta yetirdi ki, bu prinsipi elan etmək onu tətbiq etməkdən çox 
asandır. Dənizkənarı Şaranta departamentinin Baş Şurası depar- tamentin 
istifadə  etdiyi  və  Lapallisi  Re  adası  ilə  əlaqələndirən  bərə  üçün  fərqli 
tariflər  müəyyən  etdi:  ada  sakinləri  üçün  aşağı  qiymət.  Dənizkənarı 
Şaranta  sakinləri  üçün  orta  qiymət,  qalan  sərnişinlər  üçün  ümumi  tarif 
müəyyənləşdirmişdi. Dövlət Şurası Denuayenin və Şor- kun işinə dair 10 
may,  1974-cü  il  tarixli  qərarında  eyni  zamanda  ümumi  (ictimai) 
xidmətdən istifadə edənlərin  bərabərliyi  prinsipini  və onun  hüdudlarını 
xatırlatdı: «Ümumi xidmətin və yaxud ümumi qurğunun istifadəçilərinin 
müxtəlif  kateqoriyalarının  göstərilməsi,  eyni  xidmət  üçün  müxtəlif 
tariflər  müəyyənləşdirilməsi,  bu  fərqləndirmə  qanunun  tələbindən  irəli 
gəlmədikdə,  istifadəçilər  arasında  onların  faktiki  vəziyyəti  baxımından 
mühüm fərqlər olduqda, həmin tədbirin ictimai fayda mənafeləri naminə 
zərurətdən irəli  gəldiyini, xidmətin  və  ya  qurğunun  istismar  şərtləri  ilə 
əlaqəli olduğunu nəzərdə tutur». Dövlət Şurası müəyyən etdi ki, bu halda 
ada sakinləri ilə kontinent sakinləri arasında bərədən istifadəyə görə haqq 
ödənilməsində  ayrı-  seçkilik  haqlıdır,  lakin  Dənizkənarı  Şarantanın  və 
başqa yerlərin sakinləri üçün o yolverilməzdir. 
Geriyə  təsir  qüvvəsinin  olmaması.
  Azadlıq  və  yaxud  bərabərlik 
prinsipinə nisbətən az əhəmiyyətli olan bu prinsip o deməkdir ki, ad 
130 


ministrasiya keçmişə yönəldilmiş qərarlar qəbul etmək hüququna malik 
deyildir. Bu prinsip Mülki Məcəllənin 2-ci maddəsindən götürülmüşdür. 
Həmin  maddədə  deyilir:  «Qanun  gələcəyə  yönəlmişdir;  o,  geriyə  təsir 
qüvvəsinə  malik  ola  bilməz».  Mülki  Məcəllədə  bu  prinsip  qanunla 
müəyyən  olunduğundan  Dövlət  Şurası  həmin  prinsipin  əsasında 
qanunçuluq  mənbələri  üçün,  o  cümlədən  qanun  aktları  üçün  də  ümumi 
hüquqi prinsip müəyyənləşdirdi. 
Bu 
ideyanın 
nəzəri 
əsası 
hüquqi 
vəziyyətlərin 
qiymətləndirilməsində  sabitliyin  təmin  edilməsidir.  Öna  əməl  olunmalı, 
keçmiş vəziyyət dəyişdirilməli və vətəndaşların bu və ya digər məqamda 
olduqları şəraitə hörmət göstərilməlidir. 
Bu prinsip əmək haqqı sahəsində də qüvvədədir. Əmək haqqının 
miqdarı hakimiyyət tərəfindən təyin edildiyindən Dövlət Şurası müəyyən 
etdi ki, hökumət əmək haqqı miqdarını köhnə tarixlə artırmaq hüququna 
malik deyildir. Bu prinsip qiymətqoyma, vergiyə cəl- betmə sahəsində və 
bir çox başqa məsələlərdə də qüvvədədir. 
Lakin  həmin  prinsiplə  əlaqədar  olaraq  müəyyən  hüquqi  hədlər 
nəzərdə  tutulmuşdur.  Bəzən  uzun  bir  müddət  ərzində  tənzimləmədə 
çatışmazlıq  yaranır  və  həmin  çatışmazlığın  aradan  qaldırılması  üçün 
geriyə  təsir  qüvvəsinə  malik  tənzimləyici  tədbirlər  görülməsi  yeganə 
vasitə olur. Misal üçün, məhkəmənin hər hansı tədbiri köhnə tarixlə ləğv 
edilir  və  bu  qərar  haqlı  olur.  Baş  vermiş  hadisələrlə  əlaqədar 
qeyri-müəyyən  vəziyyət  saxlanıla  bilməz  deyə,  həmin  hadisələrə  yeni 
hüquqi qiymət verilməlidir. 
Digər tərəfdən, həmin prinsip fəlsəfi baxımdan mübahisəlidir və 
müəyyən  dövrlərdə  o,  nə  beynəlmiləl  hüquqda,  nə  dövlətdaxili,  nə  də 
məhkəmə praktikasında qəbul edilmirdi. 
1968-ci  ilin  sonlarında  valyuta  məzənnəsinin  qalxıb-düşməsinə 
səbəb olan ehtikarlıq təzahürləri ilə əlaqədar olaraq geriyə təsir qüvvəsinin 
olmaması  problemi  kəskin  şəkildə  qarşıya  çıxdı.  Həmin  dövrdə  pul 
tədavülü  üzərində  nəzarət  lazımi  səmərə  ilə  tətbiq  olunmurdu  və 
möhtəkirlərin  müəyyən  qismi  qeyri-qanuni  yollarla  çox  böyük  mənfəət 
götürmək  üçün  bundan  istifadə  edirdi.  Onlara  qarşı  törətdikləri  əməlin 
ciddiliyinə  uyğun  cəza  tədbirləri  tətbiq  olunmasını  təmin  edən  yeganə 
vasitə  kimi  geriyə  təsir  qüvvəsinə  malik  qanunlar  qəbul  edilməsi  ən 
ədalətli olardı. 
Geriyə təsir qüvvəsinin olmaması prinsipi ümumi hüquq prinsipi 
və əlbəttə, əsas konstitusiya prinsiplərindən biri kimi saxlanılır. 
Prosessual normalar -
 proses sahəsində vətəndaşların hüquqları əsasən 
iki üsulla: müdafiə hüququ və şikayət vermək hüququ ilə təmin olunur. 
131 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə