minât, sağlamlığın qorunması, təhsil, məşğulluğun təmin edilməsi,
mənzil verilməsi və yaxud nəqliyyat təminatı hüquqlarına aiddir.
Dəqiq hüquqi defınisiyalara, müvafiq hüquqi qərarların
formalaşmasına nail olmaq üçün bu sahədə hələ xeyli tədqiqat aparılması
lazım gələcəkdir və əlbəttə ki, məhz bu sahədə hüququn ümumi
prinsipləri nəzəriyyəsi qarşıdakı illərdə ən böyük təkamül potensialına
çevriləcəkdir.
§ 3. Administrasiyanın mälahizshr üzr a s9İahiyyəthri
Mülahizə üzrə administrasiyasının səlahiyyəti - vəziyyəti
qiymətləndirmək və ona uyğun qərarlar qəbul etmək azadlığı deməkdir.
Burada administrasiyaya geniş meydan verilmişdir. O, bir sıra
qərarlardan birini seçə bilər. Administrasiya müəyyən işi görmək və ya
görməmək hüququna malikdir, işi gördükdə isə bir neçə mümkün
variantdan birini seçə bilər.
Diskresion hüququn klassik nümunəsi köhnə rejimdə adamların
məhkəməsiz və istintaqsız sürgün edilməsi və yaxud həbs olunması
haqqında kral fərmanları idi ki, xoşbəxtlikdən bunlar artıq yoxdur.
Hazırda siyasi, diplomatik və yaxud hərbi xarakterli məsələlər üzrə
diskresiya tətbiqinin bir çox imkanlarına rast gəlinir. Hərbi kampaniya
zamanı diplomatiya sahəsində müttəfiqlər seçilməsində, yaxud
iqtisadiyyatın planlaşdırılması sahəsində məhsul artımının plan
göstəricilərinin müəyyənləşdirilməsində olduğu kimi, strategiya və
taktikanın seçilməsi də əlbəttə ki, rəhbərliyin mülahizəsindən asılıdır.
Diskresion hüquqlara həmçinin idarəetmə sahəsində də (misal
üçün, küçənin və yaxud kommunanın adı seçilərkən, yaxud da şəhərsalma
baxımından onların hündürlüyü müəyyənləşdirilərkən) rast gəlinir. Lakin
variant seçildikdən, plan isə təsdiq edildikdən sonra fərdi qərarlar qəbul
etmək sahəsində səlahiyyətlər tikintiyə icazə verilməsi ilə
məhdudlaşdınlır. Mülahizə üzrə səlahiyyətdən bu və ya digər vəzifəli
şəxsin qulluqda irəli çəkilməsi, yaxud pərakəndə satış qiymətləri
müəyyənləşdirilməsi zamanı geniş istifadə olunur.
Mütləq səlahiyyət nadir hallarda tam hüquqi olduğu kimi,
diskresion mülahizə də mütləq hüquqi deyildir. Onun müəyyən
çərçivələri vardır. Barelin işp'? ilə əlaqədar olaraq, kommunist
namizədlər nazirin diskresion mülahizəsi ilə Milli İnzibati Məktəbə qəbul
üçün müsabiqədən kənarlaşdınlarkən vəkil Moro Jiaferri parlamentdə mü
Dövlət Şurasının Barelin işinə dair 28 may, 1954-jü il tarixli qəran.
135
zakirələr zamanı demişdi: «Diskresion səlahiyyət elə hüquqdur ki, ondan
məhdud şəkildə istifadə edilməlidir... Bu, hüquqi formuldan daha çox
siyasi formuldur. Lakin formal olaraq diskresion hüququn mövcudluğu
şəraitində belə administrasiyanın azadlığına bir sıra məhdudiyyətlər
qoyulur, bu azadlıq qanunçuluq çərçivələrində həyata keçirilir və ona
görə nə tam, nə də nəzarətsiz azadlıqdır».
Administrasiya öz diskresion hüququndan istifadə edərkən
faktların nəzərə alınması zamanı səhvlərə yol verməməlidir.
Ümumiyyətlə o, yaranmış faktiki vəziyyət əsasında hərəkət
etməlidir. Buna görə onun həmin şəraitin yanlış şərh olunmasına yol
verməyə ixtiyarı yoxdur. Əgər pərakəndə satış qiymətləri sərbəst
mülahizədən asılıdırsa və administrasiya hər hansı mal üçün qiymət
müəyyənləşdirərkən hesablama aparır, bu zaman hər hansı dəyər
göstəricisi üzrə faktiki səhvə yol vermişdirsə, deməli, o öz diskresion
hüququndan pis istifadə etmişdir. Beləliklə, faktlara münasibətdə qa-
nunçuluğa əməl edilməsi dərəcəsi barədə də mühakimə yürütmək olar.
Diskresion hüququn tətbiqi.
Administrasiya həmin hüququ tətbiq
edərkən, faktiki səhvə yol verərsə, deməli bununla da hüquqi səhvə yol
verir və yaxud yanlış hüquqi qiymətləndirməyə əsaslanaraq qərar qəbul
edir. Barelin işinə dair qərar buna misaldır. Administrasiya Milli İnzibati
Məktəbə qəbul üzrə müsabiqə üçün namizədlərin siyahısının tətbiq
olunması baxımından diskresion hüquqa malik idi. Lakin o, namizədlərin
siyasi görüşlərini qiymətləndirmək üçün mülahizə üzrə səlahiyyətlərdən
istifadə etməklə hüquqi səhvə yol vermiş, bununla da vətəndaşların fikir
azadlığını və dövlət qulluğuna qəbul olmaqda bərabər imkan prinsipini
pozmuşdur.
HakimiV vətdən sui-istifadə.
Öz diskresion səlahiyyətlərini həyata
keçirmək prosesində administrasiya hakimiyyətdən sui-istifadəyə də yol
verə bilər. Administrasiyaya səlahiyyətlər həmişə onun öz mənafeləri və
ayrı-ayrı vətəndaşların mənafeləri naminə deyil, ictimai- faydalı
məqsədlər üçün verilir. Əgər administrasiya səlahiyyətlərindən ümumi
mənafe üçün deyil, başqa məqsədlərə istifadə edirsə, o, qanunsuz hərəkət
edir və onun düzgün olmayan hərəkətlərindən məhkəmə qaydasında
şikayət verilə bilər.
Qiymətləndirmədə açıq-aşkar səhvə yol verilməsi, nəhayət, indi
Fransada həll olunmuş bir problemi də meydana çıxara bilər. Onun
mahiyyəti bundan ibarətdir ki, administrasiya öz diskresion
səlahiyyətlərini həyata keçirərkən vəziyyətə görə və ona hüquqi qiymət
verməkdə səhv etmək hüququna malikdirmi? Bu, xaricdə də mövcud
136
olan səhv etmək hüququ problemidir. Administrasiyanın diskresion
səlahiyyətləri məsələsi indi dünyanın bütün ölkələrinin idarəetmə
praktikasında ən mühüm məsələlərdən biridir.
Bu problem müəyyən çərçivədə Fransa praktikasında da meydana
çıxmışdır. Dövlət Şurası qiymətləndirmədə açıq-aşkar yanlışlıq anlayışını
tətbiq etmişdir.^* Administrasiya verdiyi qiymətdə səhv edə bilər, lakin
onun açıq-aşkar etdiyi səhv, yəni eyni zamanda həm ciddi, həm də göz
qabağında olan səhv kimi qiymətləndirilir.
Mənəvi nöqteyi-nəzərdən hakimiyyətdən sui-istifadə halları
məntiq baxımından açıq-aşkar səhvə yol verməklə eyni şeydir.
Administrasiya öz səlahiyyətlərini həyata keçirmək hüququna malikdir,
lakin onun səhvlərə yol vermək hüququ yoxdur (hərçənd burada nə
mənalı, nə də mənasız olduğu sualı meydana çıxa bilər). Hər halda
hazırda diskresion səlahiyyətlərin həyata keçirilməsi üçün dördüncü
məhdudiyyət mövcuddur ki, bu da qiymətləndirmənin açıq-aşkar səhv
anlayışında ifadə olunmasıdır.
Məhkəmə praktikası tədricən diskresion hüququn bütün hallarına
şamil edilməyə başlamışdır. Həmin hüququn həyata keçirilməsinin ən
əyani formalarından biri xarici nəşrlərə senzura qoyulması məsələsinə aid
edilmişdir.25
Artıq bir neçə ildir ki, Dövlət Şurası diskresion səlahiyyətlərin
həyata keçirilməsinə öz nəzarətini gücləndirmək üçün iki əlavə vasitədən
- direktiv göstərişlər nəzəriyyəsindən və adekvat məsariflər prinsipindən
istifadə edir.
Diskresion fərdi qərarlar qəbul edə bilən hakimiyyət orqanları
bəzən hüququn tətbiqi zamanı şəraiti və əsas götürəcəkləri siyasi xətti də
müəyyənləşdirirlər. Dövlət Şurası Fransanın torpaq krediti işinə dair 11
dekabr, 1970-ci il tarixli qərarında bu üsulun qanunauyğunluğunu qəbul
etdi. Lakin tezliklə «direktiv» verildikdə, yaxud «oriyentasiya norması»
bəyənildikdə idarəetmə orqanı sonralar, haqq qazandırıla bilən ekstremal
hallar istisna olmaqla, onlan əsas götürməyə borcludur. Mülahizəyə görə,
hüququn reallaşdıniması zamanı fərdi qərarlarla əlaqədar məhkəmə
nəzarəti iki baxımdan həyata keçirilir: direktivin özünün əsaslandırılmış
olması baxımından (çünki onun administrasiya tərəfindən tətbiq edilən
qanunun məqsədlərinə uyğun olub-olmadığını yoxlamaq vacibdir) və
direktivin fərdi şəkildə yerinə yetirilməsi baxımından, o cümlədən,
ümumi qaydalardan yol verilmiş
Dövlət Şurasının Laqranjın işinə dair 15 fevral, 1961-ji il tarixli qəran.
Dövlət Şurasının «Fransa Masperonun kitab mağazası» səhmdar jəmiyyətinin işinə
dair 1 noyabr, 1973-jü il tarixli qəran.
137
Dostları ilə paylaş: |