Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə43/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

xidmətin  fasiləsiz  fəaliyyətini  təmin  etməli  olan  fiziki  şəxslərdir. 
Əvvəllər hakimlər belə hesab edirdilər ki, fasiləsizlik prinsipi tətil hüququ 
ilə  qətiyyən  bir  araya  sığmır  və  məhkəmə  praktikasının  bütün  dövlət 
funksionerlərinə tətil elan etməyi qadağan etməsinin səbəblərindən biri 
də bu idi. 
1946-cı  il  Konstitusiyasının  qəbul  edilməsilə  bağlı  olaraq  belə 
vəziyyət öz formasını saxlaya bilməzdi və Dövlət Şurası Deasm işinə dair 
7  iyul,  1950-ci  il  tarixli  qərarında  belə  bir  nəticəyə  gəldi  ki. 
Konstitusiyanın  preambulasmda  təsdiq  edilmiş  tətil  hüququ  prinsipini 
ümumi (ictimai) xidmətlərin fəaliyyətinin fasiləsizliyi prinsipi ilə (həmin 
prinsipi əvvəl irəli sürüldüyü şəkildə götürməklə) uzlaşdırmaq lazımdır. 
Konsessionerlərə  münasibətdə  fasiləsizlik  prinsipi  inzibati 
müqavilələr nəzəriyyəsinə, Bordo şəhərindəki işıqlandırma qurğuları Baş 
şirkətinin işinə dair Dövlət Şurasının 30 mart, 1916-cı il tarixli qərarında 
irəli  sürülmüş  gözlənilməz  hallardan  sığorta  anlayışının  tərkib  hissəsi 
kimi  daxil  olur.  Sahibkar  və  yaxud  şirkət  ümumi  (ictimai)  xidmət 
vəzifəsini konsessiya qaydasında yerinə yetirir, əhaliyə qaz verilməsini 
təmin  edir  və  bu  zaman  onlar  bunu  müəssisənin  müəyyən  rentabelliyə 
nail olmasına imkan verən tariflərin köməyi ilə edirlər. Bu halda başlıca 
tariflər saxlanılır, maya dəyəri isə artır. Bundan asanlıqla nəticə çıxarmaq 
olar ki, müəssisə daha mənfəət əldə etməyəcək və zərərə düşəcəkdir. Bu 
məqamda  onun  zərərlə  işləyən  müəssisələri  adi  üsula  əl  atmaqla 
müəssisənin xidmətinin fəaliyyətini dayandırırlar. Lakin ümumi (ictimai) 
xidmətin fəaliyyətinin bu cür dayandırılmasına yol vermək olmaz. Dövlət 
Şurası  bu  zaman  belə  bir  qərara  gəldi  ki,  ümumi  xidmətin  fasiləsiz 
fəaliyyətinin  təmin  olunması  üçün  administrasiya  konsessionerin 
şəxsində  müəssisəyə  kompensasiya  ödəməli  və  maya  dəyərinin 
artmasının  neqativ  nəticələrini  (heç  olmazsa  qismən)  öz  üzərinə 
götürməlidir. 
Bu cür məhkəmə praktikası fasiləsiz qaz təchizatının verilməsini 
nəzərə alaraq, belə qaydanı qəbul edir. 
İyerarxiya prinsipi
 üzrə hər cür inzibati xidmət piramidavari təşkilat 
quruluşuna  malikdir,  onun  başında  həmin  xidmətin  rəhbəri,  dövlət 
idarəetmə  aparatı  səviyyəsində  nazir  durur.  İyerarxiya  prinsipi  o 
deməkdir ki, xidmətin rəhbəri öz tabeliyindəkilərin aktlarını ləğv edə və 
yaxud dəyişə bilər; o belə hüquqa nəinki malikdir, həm də həmin hüququ 
həyata keçirməkdə cavabdehdir.^' Beləliklə, ümumi (ic 
^'Dövlet Şurasının Keralın işinə dair 30 iyun, 1950-ji il tarixli qeran. 
127 


timai) hüququn əsas prinsiplərinə uyğun olaraq, nazir iyerarxiyaya əməl 
edilməklə,  tabeliyindəki  şəxslərin  hərəkətlərinə  qarşı  şikayət  verərsə,  o 
həmin şikayətə baxmalı və müsbət, yaxud mənfi qərar qəbul etməlidir. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, yerarxiya prinsipi eyni zamanda 
həm də vəzifə səlahiyyətləri çərçivəsində yoxlanılmanı təmin etməlidir. 
Müstəqillik  prinsipi.
  İyerarxik  tabelik  prinsipi  eyni  bir  hüquqi  şəxs 
hüdudlarında  fəaliyyət  göstərdiyi  halda,  müstəqillik  prinsipi  müxtəlif 
hüquqi  şəxslər  arasındakı  münasibətlərdə  fəaliyyət  göstərir.  Hər  bir 
kollektiv digər kollektivə münasibətdə müstəqildir və bu, belə bir klassik 
formulda  ifadəsini  tapır  ki,  həmin  formula  uyğun  olaraq  müvafiq 
səlahiyyətverici  akt  olmadan  nəzarət  ola  bilməz.  Əgər  aktda  bir 
kollektivin digəri üzərində nəzarət tədbiri görmək imkanı xüsusi olaraq 
nəzərdə tutulmursa, belə nəzarət mövcud olmayan kimi qiymətləndirilir. 
Ümumi  (ictimai)  xidmətlərin  təşkili  və  fəaliyyətinə  aid  digər 
ümumi  prinsiplərdə  (misal  üçün,  dövlət təsisatlannın  ixtisaslaşdırılması 
prinsipi) mövcuddur. 
Vətəndaş  hüquqlarına  dair  hüququn  ümumi  prinsiplərinin  geniş 
kateqoriyası vardır. O, bir tərəfdən maddi normalar ilə, digər tərəfdən isə 
prosessual normalarla əhatə edilir. 
Maddi  normalar
  üç  qrupa  bölünür:  azadlıq,  bərabərlik,  geriyə  təsir 
qüvvəsinin olmaması ilə yerdəyişmə azadlığı, vicdan azadlığı; Fransada 
müasir iqtisadi və sosial sistemdə ticarət və sənaye azadlığı, öz fikirlərini 
ifadə  etmək  azadlığı,  eləcə  də  bir  çox  digər  azadlıqlar.  Bu  normalar 
qanunlarda təsbit olunmuş və məhkəmə praktikasında geniş tətbiq edilir, 
qanunlar çərçivəsində hüququn ümumi prinsipləri əsasında təmin olunur. 
Bərabərlik  prinsipi
  inzibati  hüquqda  çoxsaylı  təzahür  formala-  nna 
malikdir,  eyni  zamanda  öz  şərhi  baxımından  müəyyən  çətinliklərlə 
rastlaşır. 
Vətəndaşların
 ümumi (ictimai) xidmət qarşısında bərabərliyi. Misal 
üçün, Dövlət Şurası «Opop» qəzetinin işi barədə 25 iyun 1948- ci il tarixli 
qərarında elektrik enerjisindən istifadə üçün tariflərin tətbiqi məsələsinə 
dair belə bir prinsip irəli sürmüşdü ki, eyni vaxt ərzində elektrik enerjisi 
istehlakı  üçün  sayğac  qoymayanadək  onlara  qarşı  tariflər  tətbiq  etmək 
olmaz;  eyni  zamanda  bu,  həmin  aktın  həm  geriyə  təsir  qüvvəsinin 
olmaması,  həm  də  bərabərlik  prinsipinə  əməl  edilməsi  demək  idi. 
Bununla yanaşı, Dövlət Şurası konsert cəmiyyətlərindən birinin verdiyi 
iddia üzrə 9 may, 1951-ci il tarixli qərarında Fransa 
128 


Radio  Verilişləri  Şirkəti  tərəfindən  müxtəlif  konsert  cəmiyyətlərinə  - 
Parisdə  bazar  günü  konsertlər  verilməsilə  bağlı  onların  arasında  ayrı- 
seçkilik salmağa münasibətdə şirkətin mövqeyini pislədi. 
Vergilərə  və  dövlət  rüsumlarına  cəlbetmə  sahəsində  bərabərlik 
prinsipinə  uyğun  olaraq  kommuna,  qanunda  müvafiq  meyarlar  olma- 
dıqda  öz  vergiödəyiciləri  üçün  vergi  dərəcələrinin  müxtəlif  miqdarını 
təyin etmək hüququna malik deyildir. Bununla yanaşı, dövlət tərəfindən 
vergiyə  cəlbedilmə  sahəsində  bərabərlik  prinsipi  mövcuddur,  bəzi 
hallarda  administrasiya  qeyri-qanuni  hərəkət  edərək,  faktiki  olaraq 
vətəndaşdan və yaxud vətəndaşların hər hansı kateqoriyasından rüsumlar 
tutulmasına  baxmayaraq,  onlardan  əlavə  rüsum  tuturlar.  Belə  halda 
administrasiya  cərimə  ödəməlidir.  Beləliklə,  bərabərlik  prinsipi 
məsuliyyət məsələsinə keçir. 
Dövlət  qulluğuna  qəbul  zamanı  bərabərlik  prinsipinin  tətbiqi 
prosesində  iki  qrup  mülahizədən  irəli  gələn  çətinliklər  meydana  çıxır. 
Birincisi,  bərabərlik  prinsipi,  əslində,  yalnız  faktiki  olaraq  eyni 
vəziyyətdə  olan  şəxslərlə  əlaqədar  tətbiq  edilə  bilər,  həqiqətdə  isə  heç 
zaman  belə  olmur,  çünki  onların  arasında  həmişə  fərqlər  mövcud 
olmaqdadır. Əlbəttə, belə nəticəyə gəlmək olar ki, təcrübədə bərabərlik 
olmadığına  görə  hüquqda  da  ola  bilməz.  Əslində  bu  prinsipi  tətbiq 
edərkən  əvvəlcə  müvafiq  hüquq  konstruksiyalanm  müəyyənləşdirmək 
zəruridir;  bərabərlik  prinsipi  həmin  konstruksiyalar  çərçivəsində 
fəaliyyət göstərməlidir. 
Bundan  başqa  bərabərlik  prinsipinin  fəaliyyətinə,  məhkəmə 
nəzarəti  altında  yol  verilən  ictimai  fayda  mülahizələri  ilə  maneçilik 
törətmək olar. 
Lakin həmin prinsipin tam gücü ilə fəaliyyət göstərməsi üçün iki 
şərtə  əməl  edilməlidir:  əlaqədar  şəxslər  ümumi  (ictimai)  xidmətə 
münasibətdə eyni vəziyyətdə olmalıdır və ayrı-seçkiliyə haqq qazandıran 
hər hansı ictimai fayda mülahizəsi mövcud olmamalıdır. 
Misal  üçün,  Dövlət  Şurası  həkimlər  və  sosial-təminat  orqanları 
arasında  münasibətə  və  sosial-sığorta  sistemi  üzrə  sığorta  olunmuş 
şəxsləri  müalicə  etməyə  görə  həkimlərə  haqq  ödənilməsi  məsələlərinə 
dair öz rəyini bildirməli 
olmuşdur.22 
Hökümət bir vaxt həmin problemin 
həlli  üçün  müqavilələr  sistemi  yaratmışdı.  Lakin  həkimlər  şirkəti  belə 
qərara  gəldi  ki,  bu  halda  belə  müqavilələr  bağlanmış  və  bağlanmamış 
həkimlər arasında bərabərlik prinsipi pozulur; bu prinsip xəs- 
Dövlət Şurasının həkimlər şirkəti Milli Şurasının işinə dair 13 iyul, 1962-ji il tarixli 
qəran. 
129 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə