Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə51/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

dı; çünki o, özünə hüquq qazanmış, xidməti işdə də mövqe tutmuşdur; bu 
baxımdan  onun  mövqeyini  sonsuzluğadək  sual  altında  qoymaq  olmaz. 
Buna görə də Dövlət Şurası Kaşenin işinə dair qərarında həmin iki tələb 
arasında kompromis variantına əl atdı. 
Əgər  hər  hansı  bir  akt  qanunsuz  normativ  aktdırsa  (çox  zaman 
fərdi aktlar belə olur), onun fəaliyyəti yalnız məhkəmə qaydasında şikayət 
verilməsi  ilə  həll  edilir.  Bu  zaman  aktın  qüvvəsi  onun  dərc  edildiyi  və 
yaxud  haqqında  məlumat  verildiyi  gündən  etibarən  iki  aylıq  müddət 
ərzində  dayandınla  bilər.  Bu,  məmurun  vəzifəyə  təyin  edilməsinə, 
tikintiyə  icazə  verilməsinə  və  yaxud  hər  hansı  güzəştlərin  müəy- 
yənləşdirilməsinə də aiddir. 
Əksinə,  qanunsuz  akt  dəfələrlə  öz  təsir  gücünə  malikdirsə,  o, 
istənilən vaxt ləğv oluna bilər. Dövlət Şurası öz məhkəmə praktikası ilə 
hüquqi 
normalara 
uyğun 
olmayan 
aktların 
siyahısını 
müəyyənləşdirmişdir.  Bunlar  misal  üçün,  reqlamentar  aktları  və 
qulluqçuların  maaşının  miqdarını  müəyyən  edən  maliyyə  xarakterli 
qərarlar ola bilər. 
Lazımi  şərait  olduqda,  yəni  qəbul  edilən  akt  qanunsuz  hüquq 
normalarına uyğun olmayan akt deyilsə, yaxud belə akt olsa da belə ondan 
şikayət  verilməsi  müddəti  keçmişdirsə,  bu  zaman  həmin  aktın  ləğv 
olunması administrasiyadan tələb edilə bilər və yaxud da administrasiya 
bunu öz təşəbbüsü ilə də ləğv edə bilər. Əgər administrasiya öz qarşısına 
məqsəd  qoymuşdursa,  o  aktı  ləğv  etmək  onun  borcudur  -  bu,  sərt 
səlahiyyət haqlı hesab edilir. 
Lakin  çox  zaman  administrasiya  psixoloji  və  yaxud  siyasi 
səbəblər üzündən öz səhvini etiraf etməyə tərəddüd edir, qulluqçularının 
qanunsuz hərəkətə yol verdiyini təsdiqləmək istəmir. Belə hallarda aktın 
ləğvinə nail olmaq üçün məhkəməyə müraciət edilməlidir. Bu, qanunsuz 
aktların  məhkəmə  qaydasında  ləğv  edilməsinin  ən  geniş  yayılmış 
üsuludur. 
Məhkəmə  qaydasında  ləğvetmə.
  Administrasiyadan  fərqli  olaraq 
məhkəmə öz təşəbbüsü üzrə fəaliyyət göstərə bilməz. O gözləməlidir ki, 
ona şikayət daxil olsun və həm də bu şikayət əsaslı olsun. 
Şikayətlərin  əsaslılığının  şərtlərindən  biri  ikiaylıq  müddətdir. 
Konkret  haldan  asılı  olaraq,  aktın  ləğv  edilməsi  yalnız  onun  dərc 
olunduğu  və  yaxud  haqqında  məlumat  verildiyi  gündən  sonra  iki  ay 
ərzində  tələb  oluna  bilər.  Bu  norma  qanunsuz  xarakterli  olması  barədə 
istənilən vaxt şikayət verilə bilən aktlara qarşı irəli sürülən iddialara da 
tətbiq olunur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  şikayət  verilməsi  faktı 
özü-özlüyündə  aktın  icrasını  dayandırmır.  Əgər  administrasiya  başqa 
qərara gələrsə, icra təxirə salına bilər, belə hallarda akt icra edilməlidir. 
149 


Qanun  aktlarının  ləğvinə  nail  olmaq  üçün  ikiaylıq  müddətdən 
sonra və yaxud aktın qeyri-qanuniliyindən istənilən vaxt etiraz bildirmək 
olar;  ləğv  edilməsinə,  fəaliyyətinin  dayandırılmasına  və  yaxud 
qanunçuluğun  pozulması  barədə  protestlərin  qəbul  edilməsinə  yalnız 
mürir-müddət çərçivəsində nail oluna bilər. Lakin administrasiya hüquqi 
normalara  uyğun  olmayan  aktlarını,  yəni  bütün  qanunsuz  aktla-  nnı  və 
fərdi aktlarının bəzilərini istədiyi vaxt ləğv edə bilər. 
Ləğ-yetmənin  nəticələri.
  Prinsipcə  belə  nəticələrin  böyük  əhəmiyyəti 
vardır, 
çünki 
aktın 
fəaliyyətinin 
administrasiya 
tərəfindən 
dayandırılmasından  və  ya  məhkəmə  tərəfindən  onun  ləğvindən  söhbət 
getməsindən asılı olmayaraq, belə aktlar heç vaxt mövcud olmamış hesab 
edilir və tamamilə, qəti olaraq onun geriyə təsir qüvvəsi olmur. 
Belə  hallarda  çox  zaman  obyektiv  və  subyektiv  xarakterli 
çətinliklər meydana çıxır. 
Obyektiv  çətinliklərə  gəldikdə  isə  Marli-le-Ruada  çoxmərtəbəli 
binaların  tikintisinə  verilmiş  icazənin  Dövlət  Şurası  tərəfindən  ləğv 
edilməsi ilə əlaqədar olaraq iki binanın tikintisinə verilmiş icazələrin ləğv 
edilməsini  göstərmək  olar:  bir  bina  tam  tikilib  qurtarmış,  lakin 
sökülməmişdir, digərinin isə yalnız bünövrəsi qoyulmuş, bundan sonra 
tikinti tamamilə dayandırılmışdır. 
Mülahizələr əsas götürülərək qətiyyətlə etiraf edilməlidir ki, ləğv 
edilmiş işlərin geriyə təsir qüvvəsi yoxdur. 
Subyektiv  çətinliklərə  gəlincə,  söhbət  o  subyektlərdən  gedir  ki, 
administrasiya  ləğvetmə  haqqında  tələbi  yerinə  yetirə  biləcəyi  halda, 
bunu siyasi və yaxud praktik mülahizələrə görə qəsdən etmir. 
Bir  sıra  hallarda  aktların  ləğv  edilməsi  hər  cür  maneələrə  rast 
gəlir,  ona  görə  də  nəticəsiz  qalır;  bəzən  isə  administrasiya  onu  başqa 
formada  bərpa  edir,  yaxud  görülmüş  işi  nəyin  bahasına  olur-olsun 
qanuniləşdirməyə çalışaraq, onu rəsmi qaydada normativ şəklə salır. 
Sonuncu  halda  hökumət  məhkəmə  hakimiyyətini  inandırmağa 
çalışır ki, belə hallar bir növ parlamentin nüfuzuna xələl gətirir. Hökumət 
isə  parlamentdən  xahiş  edir  ki,  həmin  aktı  qanuni  qüvvədə  saxlasın. 
Klassik  ingilis  nəzəriyyəsində  qeyd  olunur  ki,  parlament  kişini  qadına 
çevirməkdən başqa hər şey edə bilər. Fransız variantında demək olmaz ki, 
parlament hər şeyə qadirdir, lakin o cümlədən o da qeyri-qanuni aktlara 
müvafiq qüvvə verməklə onları qanuni akta çevirə bilər. 
Bəzi  hallarda  belə  praktikalar  dövlət  büdcəsi  ilə  əlaqədar  olan 
tələsik,  təcili,  hazırhqsız  olaraq  müzakirə  edilir,  nəticədə  isə  qanunsuz 
qərar qəbul olunur. 
Parlament qanunsuz aktların qanuni qüvvəyə minməsi barədə 
150 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə