Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə53/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

Bu işdə «mövcud olmamaq» və yaxud «mənasızlıq» nəzəriyyəsi 
məhkəmə praktikasına aid bir çox nəzəriyyələr kimi izlənilən mənadadır, 
Dövlət Şurası çox zaman empirik məhkəmə praktikasına malik olur, bu 
da özünü onun «məhkəmə praktikası sahəsindəki xəttində» əks etdirir. O, 
müəyyən məqsədə çatmağa cəhd göstərərək, məqsədə nail olmaq üçün 
həm hüquqi nəzəriyyəyə müraciət edir, həm də müvafiq hüquqi motivlərə 
əsaslanaraq qərar qəbul edir. «Mənasızlıq» nəzəriyyəsi cəncəl xarakter 
kəsb edən və adi vəziyyətlərdə mürur-müd- dət keçdiyinə görə qarşısının 
alınması  mümkün  olmayan  qanunsuz-  luğu  dəf  etmək  hüququna 
malikdir. Beləliklə, bu nəzəriyyə məhkəmə hakimiyyətinin özü üçün çox 
təsirli vasitədir və o, bu vasitədən fövqəladə vəziyyətlərdə istifadə edir. 
Aktın  mövcud  olmaması  və  yaxud  mənasız  elan  edilməsini 
müəyyən  etdikdə  bu  zaman  ağır  sanksiyalarla  yanaşı,  zəiflədilmiş 
sanksiyalar rejimi də tətbiq edilə bilər və onlardan şikayət verilə bilməz. 
İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlar qanunçuluq rejiminə 
tabe  olsa  da,  qanunsuz  olan,  lakin  onun  qanunsuzluğu  məhkəmə 
qaydasında müəyyənləşdirilə bilməyən aktlardandır. 
§ 3. Hökumət aktları, nəzarətdən çıxan daxili xarakterli aktlar və 
qanunsuz hərəkətlərlə vurulmuş ziyanın ödənilməsi qaydası 
Bu  aktlar  qanunvericilik  aktları  ilə  reqlamentar  aktlar  arasında 
aralıq mövqeyi tutur. Bunları qanunvericilik aktlan ilə yaxınlaşdıran odur 
ki,  onlardan  inzibati  ədliyyə  çərçivəsində  şikayət  verilə  bilməz, 
reqlamentar aktlarla bunların oxşarlığı ondan ibarətdir ki, hər ikisi icra 
hakimiyyəti tərəfindən qəbul edilən qanun aktlarıdır. 
Həmin  kateqoriyadan olan aktların əlamətləri əvvəlcə müəyyən 
edilmiş,  ifadə  olunmuş  məqsəd  baxımından  əlaqələndirilir.  Əgər  aktın 
əsasını  XIX  əsrdə  «sövqedici  siyasi  səbəb»  adlandırılan  aktlar  təşkil 
edirdisə, o, hökumət aktı hesab edilirdi. 
Dövlət  Şurasının  1975-ci  il  tarixli  qərarında  deyilirdi  ki,  əgər 
aktın  əsasında  siyasi  xarakterli  səbəb  durursa,  ona  görə  həmin  aktdan 
şikayət verilməsi barədə danışmağa dəyməz o, sadəcə olaraq qanunsuz 
hesab edilir. 
Beləliklə,  siyasi  xarakterli  sövqedici  səbəblər  nəzəriyyəsi  də 
aradan  götürülmüş,  lakin  buna  baxmayaraq,  siyahısı  inzibati  ədliyyə 
çərçivəsində hazırlanmış olan hökumət aktlan kateqoriyasının özü ləğv 
edilməmişdi.  Hökumət  aktları  kateqoriyasının  ayrılması  iki  meyara 
əsaslanır.  Birincisi,  həmin  kateqoriyaya  ümumi  konstitusion 
hakimiyyətlər arasındakı münasibətlərlə bağlı olan daxili qanunvericilik 
akt- 
154 


lari,  digər  tərəfdən  isə  Fransa  dövlətinin  xarici  dövlətlərlə  və  yaxud 
beynəlxalq  təşkilatlarla  münasibətlərinə  dair  beynəlxalq  əhəmiyyətli 
aklar aid edilir. 
Ümumi  hakimiyyətlə  konstitusiya  statusu  olanlar  arasında  münasibətlər.
 
Parlament rejiminin fəaliyyəti ilə sıx bağlı olan bu münasibətlər klassik 
nümunələr hesab edilir. Misal üçün, hökümət parlamentin müzakirəsinə 
qanun  layihəsi  təqdim  edir,  yaxud  əksinə,  qanun  layihəsinin  qəbul 
olunmasına qarşı motivləri irəli sürür, belə hallarda o, hökumət aktı hesab 
edilir.  Bununla  yanaşı,  müvafiq  qanunun  təsdiqindən  sonra  onun 
Respublika  Prezidenti  tərəfindən  imzalanmaqla  elan  edilməsi  barədə 
verilən dekret də hökumət aktıdır. 
İndi həmin kateqoriyaya aktların Konstitusiyada nəzərdə tutulmuş 
yeni  növləri  daxid  edilmişdir.  Bunlar  prezidentin  Respublika 
Konstitusiyasının  11-ci  maddəsində  nəzərdə  tutulmuş  referendum 
haqqında qərarP^ və yaxud fövqəladə səlahiyyətlərindən istifadə edilməsi 
haqqında Konstitusiyanın 16-cı maddəsində təsbit edilən qərar- 
lardır^ö.
 
Birinci 
kateqoriyaya 
daxil 
olan 
hökumət 
aktlannm 
qanunauyğunluğu tam aydındır. Məhkəməyə xalq tərəfindən referendum 
yolu ilə normayaratma səlahiyyəti verilmişdir. O, milli hökumət orqanlan 
ilə  və  yaxud  parlament  qarşısında  hesabat  verməklə  nümayəndəli 
orqanlarla  münaqişə  vəziyyətinə  düşür.  Belə  hallarda  Respublika 
Prezidenti öz fövqəladə səlahiyyətlərindən istifadə edir. 
Fransanın  xarici  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibətləri.
  Söhbət 
olduqca  çoxsaylı  aktlardan,  fransız  vətəndaşının  xaricdə  diplomatik 
müdafiəsindən,  Fransa  xarici  hakimiyyət  orqanları  tərəfindən  xarici 
radiostansiyaların  verilişlərinin  susdurulmasmdan  (misal  üçün. 
Münaqişələr üzrə Tribunal belə aktların qanunauyğunluğu barədə qərar 
qəbul etmişdir) və yaxud beynəlxalq müqavilələrdən, məsələn, Əlcəzairin 
müstəqilliyi  üçün  müqəddimə  olmuş  Evian  müqa-  vilələrmin37 
bağlanmasına dair aktlardan gedirdi. 
Burada qanun üstünlük təşkil edir, ona görə ki, Fransa beynəlxalq 
danışıqlarda  və  yaxud  beynəlxalq  münasibətlərdə  tək  çıxış  etmir,  onun 
xarici partnyorları vardır və ona görə də Fransanın xarici part- nyorlarla 
diplomatik  münasibətləri  ilə  bağlı  hallar  məhkəmə  hakimiyyətlərinin 
nəzarəti altına alma bilməz. 
Dövlət Şurasının Brokun işinə dair 19 oktyabr, 1962-ji il tarixli qəran. 
Dövlət Şurasının Rüben de Servanın işinə dair 2 mart, 1962-ji il tərixli qəran. 
Münaqişələr üzrə Tribunalın Fransa Radio Verilişləri Şirkətinin işinə dair 2 fevral 
,1950-ji il tarixli qərarı. 
155 


Hökumət  aktlannm  kateqoriyasının  həcmi  son  zatnanlar 
«fərqləndirilən aktlar» kateqoriyasından istifadə edilməklə azaldılmışdır. 
Yalnız  beynəlxalq  -  hüquqi  xarakterli  aktlar  hökumət  aktlan 
kateqoriyasına  aid  edilmişdir,  xarici  aspektdən  gələn  bütün  aktlar  isə 
məhkəmə  nəzarəti  rejiminə  tabe  olan  dövlətdaxili  aktlar  kimi 
qiymətləndirilir.  Fərqləndirilən  aktlara  misal  olaraq  müqəssirlərin 
bir-birinə  təhvil  verilməsi  barədə  dekretləri  göstərmək  olar,  Fransa 
hökuməti  bu  aktların  köməyi  ilə,  müvafiq  ölkənin  tələbi  üzrə  cinayət 
törətməkdə  müqəssir  olan  şəxsləri  xarici  dövlətə  göndərməyə  razılıq 
verir. 
Qanunsuz olaraq xarici dövlətlər tərəfindən Fransa vətəndaşlarına 
vurulmuş  zərərə  görə  kompensasiya  kimi  xarici  hökumətdən  alınmış 
ümumi cərimənin ödənilməsinə aid bütün aktlar da fərqləndirilən aktlar 
hesab edilir. 
Nəhayət, fərqləndirilən akt anlayışı inkişaf etməkdə olan ölkələrlə 
əməkdaşlıq  çərçivəsində  xarici  dövlətlərin  orqanlarına  və  yaxud 
beynəlxalq  təşkilatlara  müvəqqəti  ezam  edilmiş  Fransa  qulluqçularının 
statusunun  tənzimlənməsinə  aid edilən, çox tez-tez  rast  gəlinən  hallara 
şamil edilmişdir. 
Nəzarət altından çıxan daxili xarakterli aktlar haqqında, şikayət 
verilməli  olmayan  aktların  ikinci  kateqoriyası  ilə  bəzi  idarədaxili 
qərarlarla əlaqədar da mübahisə etmək olar. Şübhəsiz ki, bu kateqoriyalı 
aktlar  hökumət  qərarlanndan  daha  az  əhəmiyyətlidir.  Lakin  bu  aktlar 
ümumi  prinsipdən  istisna  edilmə  səbəblərindən  doğur,  hərçənd  belə 
istisnalar üçün irəli sürülən səbəblər müxtəlif olur. Bəzən belə aktların az 
əhəmiyyətli  olmasını  nəzərə  alaraq  məhkəmənin  bunlarla  məşğul 
olmasını istisna kimi qəbul edirlər. Belə aktların qəbul edilməsi əsasən 
intizam tədbirləri ilə bağlı olur. 
Bəzi aktlar mülki qulluqçuların statusu ilə məhdudlaşır; buna görə 
də  onlar  az  əhəmiyyətli  aktlar  kateqoriyasına  aid  edilmişdir.  Hərbi 
qulluqçulara  aid  edilən  aktlar  daha  mühüm  aktlardır:  söhbət  hərbi 
qulluqçulara  qarşı  tətbiq  edilən  həbs,  qalaya  salınma  və  yaxud  ev 
şəraitində  dustaq  saxlama  tədbirlərindən  gedir.  Bəzən  belə  qənaətə 
gəlmək olur ki, bu cür tədbirlər son dərəcə ciddi deyildir. Bu, yuxarıda 
sadalanan sonuncu hal üçün doğrudur, lakin qalada 50 günlük saxlanılan 
həbsi  qeyri-ciddi  tədbir  adlandırmaq  olmaz;  belə  halda  da  «intizamı 
pozduğuna görə ona tətbiq edilən cəzanı çəkən» hərbi qulluqçular üçün 
də müəyyən edilmiş bəzi sanksiyalar mövcuddur, məsələn, rütbənin aşağı 
salınması  və  yaxud  zabit  vəzifəsindən  kənarlaşdı-  rılma  kimi  intizam 
tədbirləri tətbiq edilə bilər. Digər tərəfdən, başqa ölkələrdə olduğu kimi, 
Fransada da ümumi qaydalar müəyyən edilmişdir. 
156 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə