___________________
X
FƏSIL
__________________
MƏSULİYYƏT PRİNSİPİ
§ 1. ümumi məsuliyyət rejimi anluyışı və təqsirə görə məsuliyyət
Ümumi tərifi. Məsuliyyət anlayışı təkcə inzibati hüquq
münasibətlərinə xas deyildir. O, xüsusi hüququn da çox mühüm bir
bölməsini təşkil edir. Hər iki halda hüquqi məsuliyyət o vaxt yaranır ki,
idarəetmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində başqasına ziyan
vurulsun. Vurulmuş belə zərəri ödəmək onun vəzifəsidir.
Təkamülü. İnzibati hüquq münasibətləri dairəsində məsuliyyət
anlayışında nəzərə çarpan təkamül baş vermişdir.
Məsuliyyət prinsipinin tədricən bərqərar olması nəticəsində ilk
vaxtlarda dövlət öz fəaliyyətinə görə bu prinsip üzrə məsuliyyət
daşımırdı. Sonradan tədricən məsuliyyət prinsipinin bərqərar
edilm.əsində keçid dövrü baş verdi.
Bu təkamül yuxanda haqqında danışılan qanunçuluq prinsipinin
keçdiyi yolu - yəni şəxsi mülahizə prinsipindən biri olmaqla bütün
səviyyələrdə qanunçuluğun tələblərinə riayət edilməsi yolunu keçmişdir.
Eyni ilə qulluqçular arasında məsuliyyətin olmaması qaydası öz yerini
administrasiyanın məsuliyyəti prinsipinə verdi. Məsuliyyətin olmaması
qaydası hələ qədim dövrlərdə də ifadə olunmuşdu; «Kral pis fikrə düşə
bilməz». Bu forma Fransa inqilabmadək saxlanmışdı.
Buna baxmayaraq
bir sıra istisnalar da mövcud idi; kral cərimələri bağışlaya da bilərdi,
lakin bu onun vəzifəsinə daxil deyildi, artıq dövlətlə xüsusi şəxslər
arasında bağlanmış müqavilələrə əsaslanan müqavilə məsuliyyətinin
bəzi formaları öz təşəkkülünü tapmağa başladı.
Qismən və azaldılmış məsuliyyət.
XIX əsrdə olan məsuliyyətsizlik
prinsipi qismən və azaldılmış məsuliyyət sistemi ilə əvəz edildi. XVIII
yüzilliyin lap sonlarında qəbul edilmiş qanun əsasında görülən ictimai
işlər zamanı və ictimai tikililər nəticəsində vurulmuş zərərlərlə əlaqədar
olaraq bu məsuliyyət prinsipi meydana çıxdı.
Qismən məsuliyyət ideyası isə Dövlət Şurasının Blankonun işinə
dair 8 fevral, 1873-cü il tarixli qərarında çox dəqiq ifadə olunmuşdur.
Həmin qərara əsasən dövlətin məsuliyyəti «nə ümumi, nə də tam»
məsuliyyət deyildi. Bu qərarın qəbul edilməsindən
sonra təkamül davam
etdi; dövlətin məsuliyyət sistemi get-gedə daha geniş dairələrə şamil
edildi və gücləndi, bunun da nəticəsində indi idarəetmə orqanlarının
məsuliyyəti xüsusi şəxslərin ümumi mülki hüquqları üzrə
məsuliyyətlərinin bir çox cəhətlərini üstələyir.
160
Dövlət Şurası Darmonun işinə dair 29 dekabr, 1978-ci il tarixli
qərarı ilə müəyyən etmişdir ki, qanunun qüvvəyə mindiyi və qəti
məhkəmə qərarından söhbət getdiyi hallardan başqa, bütün hallarda
dövlətin inzibati ədliyyə orqanları cavabdehlik daşıyır. İndi hətta
məhkəmənin qərarı da (bu qərarın sonradan ləğv edilmiş olması şərti ilə
də) onu məsuliyyətə cəlb etmək üçün əsas ola bilər. Misal üçün bankların
fəaliyyətinə nəzarət komissiyaları sonradan ləğv olunmuş intizam
xarakterli aktlarla əlaqədar məsuliyyət haqqında bu cür qərarları
çıxardırlar.
İnzibati hüquq mənbələri Mülki Məcəllədə əks etdrilmiş
məsuliyyət haqqında normaları çox zaman məhkəmə fəaliyyəti
nəticələrinə əsaslanan inzibati məsuliyyət huququna qarşı qoyurlar.
Belə qarşıqoymanm sxematik xarakteri bir qədər zəifləmişdir.
Mülki hüquq normaları çox məhdud xarakter daşıyır və əsasən Mülki
Məcəllənin 1382 və 1384-cü maddələrində olan bir neçə sətirlə müəyyən
edilir. Bu yığcam normalar əsasında ümumi məhkəmələr olduqca
mürəkkəb və geniş məhkəmə praktikası yaratmışlar,
yəni mülki hüquqda
məsuliyyət təsisatı xeyli dərəcədə məhkəmə praktikasında da özünü
göstərir.
İnzibati hüquqda məsuliyyət rejimi məhkəmə tərəfindən
müəyyənləşdirilir, lakin məhkəmələr özləri maddi hüquqi normaların
olduqca çoxşaxəli kompleksinə əsaslanırlar.
Digər tərəfdən inzibati məsuliyyətin mənbələrini məhdud şəkildə
şərh etmək lazım gəlmir, çünki o, çox zaman xüsusi hüquq normalarına,
daha dəqiq desək. Mülki Məcəllənin normalarına əsaslanır. Misal üçün,
məhkəmə praktikasına uyğun olaraq sənaye və ticarət xarakterli ümumi
xidmətlərin məsuliyyəti xüsusi hüquq normalarının tələblərinə
tabedir və
1957-ci il qanununa uyğun olaraq dövlət avtonəq- liyyat vasitələrinin
törətdiyi hadisələrə görə məsuliyyətin müəyyənləşdirilməsi hallarında hər
dəfə Mülki Məcəllə normalarına müraciət edilir.
İstər xüsusi, istərsə də ümumi inzibati hüquqda müqavilə və
kvazidelikt məsuliyyəti arasında bir sria fərq qoyulmuşdur.
Müqavilə məsuliyyəti administrasiyanın digər tərəflə müqavilə
bağlaması zamanı meydana çıxır. Bunlar əsasən tədarükçü ilə sahibkar
arasında, qulluqçu ilə (idarəetmə sistemində təsərrüfat müqaviləsi
formasından istifadə edildiyinə görə) idarəetmə orqanının istifadəsində
olan müqavilə əsas hesab edilir. Sonuncu, adətən, sənaye və ticarət
xarakterli xidmətlərin fəaliyyətini səciyyələndirir. Misal üçün, qaz və
elektrik enerjisi təchizatı haqqında müqavilə ümumi (ictimai) xidmət-
162