kimi, ödənc hüququ doğurur. Lakin məsuliyyət prinsipi qanuni əsaslarla
yarandığı halda, zərər iki cəhətdən səciyyələnməlidir; o öz miqdarına
(ölçüsünə) görə qeyri-adi olmalı və zərərçəkən üçün spesifik nəticələr
doğurmalıdır.
Zərərin qeyri-adiliyi bundan ibarətdir ki, o, xüsusi mahiyyət
daşımalıdır, belə halda ödənc tələb etmək hüququ qəbul ediləcəkdir.
Qavarnidə poçt açıqcaları satıcısı mer tərəfindən görülmüş tədbir
nəticəsində tam iflasa məruz qalmışdı və yalnız buna görə o, ödənc
almağa ümid edə bilərdi; əgər o öz əmtəə dövriyyəsinin sadəcə olaraq
əhəmiyyətsiz dərəcədə azaldığını vaxtında bildirmiş olsaydı, onda heç bir
ödənc almayacaqdı.
Zərərin spesifikliyi bundan ibarətdir ki, o, əhalinin geniş
təbəqələrinə, hətta bütün millətə deyil, yalnız ayrıca bir vətəndaşa, yaxud
vətəndaşların kiçik bir qrupuna aid olmalıdır. Radio-elektrik enerjisi Baş
şirkətinin işində bu ideya təsbit olunmuşdur: zərərlərin ödənilməsi
tələbini rədd etmək üçün Dövlət Şurası Fransa vətəndaşlarının çoxsaylı
kateqoriyaları üçün ödənc hüququnun məhdudlaşdırılması haqqında
təzminat müqavilələri bağlamaq məsələsini irəli sürdü.
Ümumi hakimiyyətin məsuliyyətindən istifadə mexanizminin
prinsipi belədir. Burada daha iki halı qeyd etmək olar. Əvvələn, bu
mexanizm məhkəmə praktikasının, o cümlədən onun təqsirsiz
məsuliyyətə aid edilən hissəsinin məhsulu kimi təşəkkül tapmışdır. Bu
mexanizmi işləyib hazırlayarkən
məhkəmələr, bir-birinə
əks tələblər irəli
sürməklə tarazlığı təmin etməyə çalışırdılar: yəni məhkəmələr bir
tərəfdən dövlət vəsaitlərinə qənaət edilməsi tələblərini nəzərə alır (bu
tələblər nəticə etibarilə vergiverənlərin mənafelərinin müdafiə
olunmasını rəhbər tutur, çünki cərimə ödəmələri hansı yolla olursa-olsun,
verilməlidir, əgər cərimənin ödənilməsi ümumi kollektivə həvalə
olunursa, onların vasitəsilə bu tənbehə vergiverənlər məruz qalırlar),
digər tərəfdən, ədalətlilik mülahizələrini rəhbər tutaraq, zərərçəkənə
dəymiş zərərin maksimum dərəcədə ödənilməsini təmin etməyə cəhd
göstərirdilər. Bunun nəticəsində olduqca güzəştli qərarlar verilir və daimi
təkamül prosesinə məruz qalan qeyri-sabit tarazlıq təşəkkül tapır.
183
§ 2. Zərərin ödənilməsi qaydası
İnzibati hüquq üçün bu, xüsusi hüquqla müqayisədə daha artıq
dərəcədə özünəməxsus bir sahədir. Buna görə də onu dərindən təhlil
etməyə dəyməz. Üç məsələ haqqında ayırmalar etmək tamamilə
kifayətdir: üzərinə məsuliyyət qoyulan kollektivlər haqqında; zərər
anlayışı haqqında və cərimə ödənilməsi tələbli məhkəmə iddiaları
haqqında.
Üzərinə məsuliyyət qoyula bilən kollektivlər hər dəfə borclunun,
zərərçəkənə cərimə ödəməli olanın xasiyyətini müəyyənləşdirməyi vacib
sayır. Burada yenidən hüquqi şəxsin ilkin anlayışı meydana çıxır. Adi
dildə «administrasiyanın məsuliyyəti» və ya «ümumi hakimiyyətin
məsuliyyəti» ifadəsi işlədilir. Bu ifadələrin hüquqi nöqteyi-nəzərindən
heç bir mənası yoxdur. Müəyyən hüquqi şəxsin - dövlətin
və yaxud ərazi
kollektivinin, kommunanın və ya departamentin, ümumi xidmət
funksiyasını həyata keçirən dövlət təsisatının və ya xüsusi orqanın
məsuliyyəti meydana çıxır.
Bu, praktiki cəhətdən çox vacib məsələdir, çünki əgər zərərçəkən
səhvən təqsiri olmayan kollektivə qarşı iddia irəli sürərsə, onda ilk tələb
iddia icraatında tətbiq edilən formula uyğun olaraq ünvanına
yönəldilməmiş hesab ediləcək və hətta zərərçəkənin tələbinin mahiyyəti
üzrə tamamilə əsaslı olsa belə, iddia məhkəmə tərəfindən rədd
ediləcəkdir.
Bununla belə, idarəetmə orqanlarının hansının həqiqətən təqsirli
olduğunu müəyyənləşdirmək bir sıra səbəblər üzündən çox çətin olur.
Misal üçün, eyni bir qulluqçu bir neçə kollektivin adından çıxış
edə bilər; bu, funksional ikiləşmədir; mer gah kommunanın adından
fəaliyyət göstərir, gah da dövlət adından.
Elə də olur ki, bir neçə kollektiv eyni bir funksiyanı yerinə
yetirməkdə əməkdaşlıq edirlər: misal üçün, kommuna yollarının lazımi
vəziyyətdə saxlanmasını təmin etmək üçün dövlət - hüquqi statusa malik
olan yol xidmətini həyata keçirir; bununla yanaşı, bələdiyyə polisinə aid
olan yanğınsöndürmə işləri departament səviyyəsində təşkil edən
xidmətlərə həvalə olunur və xüsusi ictimai təsisat tərəfindən yerinə
yetirilir. Nəhayət, daha bir neçə çətinliklərə rast gəlinir ki, bu da
nəzarətin, gözqoymanm olmamasıdır. Bəs nəzarət altında, bəzən də
yuxarı idarəetmə orqanının tələbi ilə qeyri-qanuni qərar qəbul edildikdə
bunun üçün kim məsuliyyət daşıyır? Kollektiv və yaxud qərar çıxaran
şəxs, yoxsa dövlət orqanı?
184