buna tipik misal oldu. Kommunaya iki yol ilə getmək olardı. Hərəkətin
səmərəli təşkili üçün mer qərara almışdı ki, iki yoldan biri arabalar üçün,
digəri isə piyadalar üçün nəzərdə tutulsun. Poçt daşıyıcılarından biri
suvenirlər satan köşkü yollardan birinin kənarında yerləşdirmişdi, həmin
yol isə araba yolu idi; arabaçıların dayanmağa nə vaxtları vardı, nə də
həvəsləri və bu səbəbdən ticarətçi iflasa uğradı. Merin aktı qanuni idi,
çünki yoldan istifadə olunmasının təhlükəsizliyini təmin edirdi. Lakin
belə hesab edildi ki, ticarətçi merin bu hərəkətindən zərər çəkən yeganə
şəxsdir, hər halda ödənc almaq hüququna malikdir.
Fərdi qərarlarda, o cümlədən məhkəmə qərarının icrası zamanı
ümumi hakimiyyət tərəfindən kömək göstərilməsi ilə əlaqədar olaraq
analoji hallara praktikada tez-tez rast gəlinir. Kirayənişinin mənzildən
çıxarılması barədə məhkəmə qərarı qəbul edilməsinə nail olan ev sahibi
sonra polis komissarına müraciət edir. Kirayənişin mənzili könüllü olaraq
boşaltmadığına görə onun evdən məcburi qaydada çıxarılması barədə
polis komissarı qərar qəbul edir, daha doğrusu məhkəmə qərarını icra
edir.
Dövlət Şurası Kunteanın işinə dair 30 noyabr, 1923-cü il tarixli
qərarını qəbul etdikdə belə hesab etdi ki, əgər məhkəmə qərarının icrası
ictimai asayişin ciddi surətdə pozulması təhlükəsini törədə bilərsə, polis
hakimiyyəti belə köməkdən qanuna əsaslanaraq imtina edə bilər. Sosial
güzəştlərə malik olan şəxslərdən, məcburi qaydada köçürülməsi ictimai
iğtişaşa təhlükə
yarada bilən azgəlirli, çoxuşaqlı ailələrdən
söhbət getdiyi
təqdirdə adamlann mənzillərdən çıxarılması zamanı məhkəmə
praktikasından istifadə edilir.
Belə hallarda hesab edilir ki, polis orqanları yardım göstərməkdən
imtina etmək hüququna malikdir. Bu onunla əsaslandırılır ki, mənzilin
boşaldılması zamanı ev sahibi üçün zərərli nəticələr baş verə bilər.
Göstərilən hallarda mənzil kirayəsini ödəmək iqtidarında olmayan
kirayənişinlə əlaqədar mənzil kirayəsini və digər zərərləri ödəmək yükünü
dövlət öz üzərinə götürür. Dağılma təhlükəsi altında olan binadan əhalinin
köçürülməsi zamanı ailələri təcili məskunlaşdırmaq üçün, başqa mənzilin
müsadirəsi haqqında merin sərəncam verməsinə baxmayaraq, bu məsələ
barədə məhkəmə praktikası ilə tədbir görülür. Bu zaman nəzərə alınır ki,
müvafiq ailələrin küçədə qalmamasından ötrü mer mənzil müsadirə etmək
hüququna malik olmuşdur. Onun polis səlahiyyətləri ilə əlaqədar olaraq
bu
müsadirə qanuni hesab edi
181
lir. Lakin bu müsadirədən zərər çəkmiş mənzil sahibi isə məsuliyyətin
yaranmasına görə ödənc almaq hüququna malikdir.^ı
Administrasiya qeyri-qanuni tikinti sahibini məhkəməyə vermək
hüququna malik olduğuna baxmayaraq, buna əməl edilmədiyi halda buna
oxşar qərar da qəbul etmişdi. Lakin tikinti sahibi texniki səhvə yol verdiyi
üçün qonşusuna zərər vurmasına
görə cərimə olun-
muşdur.5^
Təqsirsiz məsuliyyətin yaranması halları get-gedə daha müxtəlif
formalarda olurdu. Qanunvericiliyin tələbləri sahəsində məsuliyyət
halları da nisbətən azalırdı, 1938-ci ildən sonra cəmi iki və ya üç belə hal
olmuşdur. Diplomatik müqavilələrin fəaliyyət dairəsində zərərin
ödənilməsi barədə hələ bir dənə də olsun qərar qəbul edilməmişdir.
Əksinə olaraq, qanuni idarəetmə qərarları ilə, xüsusilə
də fərdi qərarlarla
əlaqədar təqsirsiz məsuliyyət halları praktikada olduqca çoxdur.
Məsuliyyətin yaranması şərtlərinin əsasını qanunvericilik təşkil
edir, məhkəmə, adətən, öz qərarlarını əsaslandırmaq məqsədilə onu
pərdələyir. Qanunverici hər cür cəriməni istisna etmək niyyətində
olmasına görə o, xüsusi mənafelərə toxunan qanun qəbul edir və cərimə
ödənilməsinə gəldikdə, təqsir olmadığı təqdirdə məsuliyyət baxımından,
bu, məhkəmə praktikası üçün əsas ola bilməz.
Qanunvericilik belə niyyəti aşkar formada da ifadə edə və nəzərdə
tuta bilər, ikinci halda isə bu niyyət məhkəmə tərəfindən
müəyyənləşdirilir. O cümlədən məhkəmə bu halda iki imkanı əsas
götürür; həmin imkanlar çərçivəsində belə qənaətə gəlinir ki,
qanunvericiliyin tələbi pozulduğuna görə cərimə ödənilməsi təmin
edilməsin.
Birinci qrup hallar təhlükəli sayılmaqla, amoral xüsusi fəaliyyətə
aiddir. Məsələn, 1914-cü ildə müharibə zamanı qanunla xüsusilə
təhlükəli sayılan spirtli içkilərin istehsalı və satışı qadağan edilmişdi;
istehsalçılar isə həmin qanunla onlara vurulmuş zərərə görə ödənc almağa
nail ola bilməmişdilər. Belə bir fakt təəccüb doğurmur ki, İkinci dünya
müharibəsindən sonra fahişəxanalarm bağlanması haqqında 1946-cı ildə
qanunun qəbul edilməsi və həmçinin zərərə görə kompensasiya
ödənilməsindən imtina edilməsi ilə əlaqədar da analoji qərar tətbiq
olunmuşdu.
Zərərin xarakteri.
Prinsipcə hər cür zərər məsuliyyət yaranan
Dövlət Şurasının Verxenin işinə dair 15 fevral, 1961-ji il tarixli qərarı.
” Dövlət Şurasının Navamn işinə dair 20 mart, 1974-jü il tarixli qərarı.
182