ta olunmağa meyillidirlər və onlara qarşı iddia irəli sürüldüyü zaman
cəriməni əslində sığorta şirkəti ödəyəcəkdir. Digər tərəfdən, çox zaman
zərərçəkən artıq öz sığorta olunduğu sığorta şirkətindən ödənc almış olur.
Bu zaman məhkəmədə gedən proses öz nümayəndələri ilə təmsil olunan
iki sığorta şirkəti arasında yaranan proses olacaqdır. Belə təsəvvür
yaranır ki, bir tərəfdən kommuna, digər tərəfdən isə vətəndaş çıxış edir,
lakin əslində onların hər ikisinin arxasında sığorta şirkətləri durur.
Zərər anlayışı.
Mülki hüquqa yaxşı məlum olan bu məsələnin
inzibati hüquqla xüsusi orijinal fərqləri yoxdur və əslində bunlar zəruri də
deyildir.
Zərər zərərçəkənə dəyir. Vətəndaşın və yaxud administrasiyanın
günahı üzündən zərərçəkənlər arasında fərq qoymaq üçün heç bir əsas
yoxdur. Əslində isə belə fərqlər mövcuddur, çünki məhkəmə qərarlarını
eyni məhkəmələr qəbul etmirlər və onların sübut-dəlilləri heç də həmişə
eyni olmur. Buna görə də, məsələn, yol-nəqliyyat hadisələri haqqında
1957-ci il qanununda anlayışların eyniləşdirilməsi üçün bəzi tədbirlər
görülmüşdür. Əvvəllər xüsusi şəxslərə məxsus avtonəqliyyat
vasitələrinin toqquşmasından zərər çəkən adamlar dövlət idarəetmə
orqanına məxsus avtomobildən zərər çəkənlərə nisbətən daha böyük
miqdarda cərimə alırdrırlar. Qanunvericilik belə qeyri-bərabərliyin
əsassızlığını qət edərək, mübahisəni mülki məhkəmələrin praktikasında
işlənmiş prinsiplərin xeyrinə unifıkasiya etdi.
Hazırda həm cərimə ödənilməli olan zərərin xarakterini
müəyyənləşdirmək baxımından, həm də iddia tələblərində göstərilən
məbləğlərin qiymətləndirilməsi baxımından praktikanın iki növünün -
mülki hüquqi və inzibati növünün bərabərləşdirilməsi meyli nəzərə
çarpır.
Ödənilməli olan zərər.
Klassik tərifə görə vurulmuş zərər yalnız o
halda ödənilməlidir ki, o, müstəqim, səhih olsun və pul ilə
qiymətləndirilə bilsin.
Müstəqim zərər anlayışı indiyədək də mövcud olan çoxsaylı
fəlsəfi şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Həqiqətən də səbəb
və nəticə arasındakı əlaqələrin xarakteri barədə həmişə mübahisə etmək
olar,
Praktikada inzibati məhkəmələr bəzən düşünmədən iki ideyaya:
normalhq ideyasına və qarşılıqlı səbəb əlaqəsi ideyasına müraciət edirlər.
Normalhq ideyasına müraciət zamanı müəyyənləşdirməyə çalışırlar ki,
zərərin vəziyyəti yaranmış halın normal nəticəsidir və xarici amilin
təsirindən əmələ
gəlmişdir; qarşılıqlı səbəb əlaqəsi ide-
188