Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

rada isə vəziyyət başqa cürdür: dövlətdən böyük məbləğdə pul oğurlamış 
qulluqçuya  sadəcə,  töhmət  də  verilə  bilər,  bircə  dəfə  işə  gecikmiş 
qulluqçunu  vəzifədən  kənarlaşdırmaq  da  olar.  Hakimlər  hüquqazidd 
əməlin  mövcudluğunu  və  intizam  sanksiyaları  siyahısında  sanksiyanın 
olub-olmamasını  yoxlayır,  bununla  əlaqədar  qərar  qəbul  edir.  Lakin 
Dövlət  Şurası  Lebonun  işinə  dair  9  iyun,  1978-ci  il tarixli  qərarı  ilə  öz 
məhkəmə  praktikasını  dəyişdirdi.  İndi  o,  hakimləri  administrasiyanın 
tətbiq  etdiyi  cəza  tədbirini,  seçərkən  qəbahətə  düzgün  qiymət  vennə- 
məyə çağırır. 
Qanunçuluq prinsipinin ikinci aspektinə görə, eyni bir təqsirə görə 
iki dəfə cavabdehlik olmaz, yəni eyni bir təqsirə görə iki cəza növü tətbiq 
edilə bilməz. 
Bu qaydada iki istisna hal mövcuddur. Birincisi, əgər qulluqçu hər 
hansı idarəetmə korpusuna göndərilmişdirsə, eyni bir əmələ görə iki cəza 
tədbirinə məruz qala bilər: bir cəza tədbirinə görə başqa yerə göndərildiyi 
üçün,  ikincisinə  əsas  korpusda  -  təqsirə  yol  vermiş  qulluqçunun 
göndərildiyi  korpusda  ona  qarşı  sanksiya  onun  əsas  korpusa 
qaytarılmasından ibarət ola bilər, oradan isə onu vəzifədən kənarlaşdıra 
bilərlər.  Deməli,  bu  halda  söhbət  iki  situativ  mövqeyin  eyni  məqamda 
mövcudluğu  ilə  əlaqədar  olaraq  eyni  əmələ  görə  iki  cəza  növünün 
cəmləşməsindən gedəcəkdir. 
Ümumi qaydadan ikinci kənarlaşma ondan ibarətdir ki, eyni bir 
əmələ  görə  həm  cinayət  cəzası  tətbiq  edilə  bilər,  həm  də  intizam 
sanksiyası. Əgər qulluqçu oğurluq etmişdirsə, o, həbs cəzasına məhkum 
edilə və eyni zamanda vəzifədən kənarlaşdırıla bilər. 
Üçüncü  qayda  cinayət  işi  ilə  əlaqədar  iddiaya  və  intizam  işinə 
ayrı-aynlıqda baxılmasından ibarətdir. 
Ola  bilər  ki,  eyni  zamanda,  paralel  olaraq  iki  iddia  icraatı, 
məsələn,  cinayət  prosesi  qaydasında  əmlak  oğurluğuna  görə  icraat  və 
intizam  icraatı  başlansın.  Belə  halda  inzibati  orqan  cinayət  prosesinin 
nəticələrini  gözləyə  bilər, lakin  bunu  etməyə  borclu  deyil:  əgər inzibati 
orqan  nəticəyə  gəlsə  ki,  oğurluğu  məhz  həmin  qulluqçu  etmişdir,  onda 
cinayət işləri üzrə məhkəmənin qərarını gözləmədən dərhal həmin şəxsə 
qarşı intizam sanksiyası tətbiq edə bilər. 
Nəhayət, bu cür təhqiqat nəticələri də müxtəlif ola bilər. Ola bilər 
ki,  eyni  əmələ  görə  qulluqçuya,  misal  üçün,  cinayət  işləri  üzrə 
məhkəmədə bəraət qazandınlsm, intizam qaydasında isə o cəzalandınisın. 
Bu, iki hal onunla izah edilir ki, əməllərin hüquqazidd olması müxtəlif cür 
qiymətləndirilir,  bundan  başqa,  işin  faktiki  tərəfi  barədə  həmin 
instansiyaların məlumatlılığı da müxtəlif ola bilər. O cümlədən də elə 
205 


ola bilər ki, administrasiyanın hüquq pozuntusu törətdiyinə əmin olduğu 
qulluqçu  əsaslandırılmamış  şübhələrin  mövcudluğu  sayəsində  bəraət 
qazanar,  çünki  cinayət  işi  üzrə  hakim  inzibati  instansiyalar  üçün 
prinsipial olmayan bu meyarlardan geniş istifadə edir. İnzibati orqan da 
şübhə  yaradan  hallarda  faktları  dəqiq  olaraq  qiymətləndirə  bilər. 
Prefektura  polisi  işində  belə  olmuşdu.  Lakin  bir  neçə  dəfə  pre-  fektin 
kabinetində  oğurluq  halları  baş  vermiş,  təqsirkarı  tapmaq  mümkün 
olmamışdı.  Bu,  xırda  oğurluqlar  idi:  elektrik  ülgücü,  kitablar,  kiçik 
əşyalar oğurlanırdı. Axırda oğrunu tapa bildilər; oğru ins- pektorun özü 
idi. Müəyyən edilmişdi ki, oğurluqlar onun növbətçi olduğu zaman baş 
vermişdir: oğurlanmış əşyaların biri onun portfelində tapılmışdı. Həmin 
inspektor müsbət xarakteristikaya malik olan, işdə çalışqan əməkdaş idi. 
O,  şəhər  kənarında  arvadı  və  uşaqları  ilə  sadə  vəziyyətdə  yaşayır, 
sağa-sola pul səpələmirdi. İyirmi il ərzində vicdanla işləmişdi. Cinayət 
işləri üzrə məhkəmə təkcə onun portfelində oğurlanmış əşya tapıldığını 
əsas  tutaraq  onu  məhkum  edə  bilməzdi:  axı  əşyanı  onun  portfelinə 
başqası da qoya bilərdi! Cinayət qanunvericiliyi nöqteyi-nəzərindən bunu 
sübut  kimi  qiymətləndirmək  olmaz.  Lakin  intizam  nöqteyi-nəzərindən 
inam yaranmışdı ki, oğurluğu məhz həmin ispektor etmişdir. Bu da onun 
vəzifədən  kənarlaşdırılması  ilə  nəticələndi,  çünki  onun  etdiyi  hərəkət 
yerinə  yetirdiyi  vəzifəyə  uyğun  hərəkət  deyildi.  Şəxsi  heyətin  və 
administrasiyanın  nümayəndələrindən  ibarət  olan  intizam  şurası  da 
yekdilliklə bu qərarı qəbul etdi; bu cür qərar polis nəfərinin karyerasını 
məhv etdi, çünki o, 45 yaşında idi, bu yaşda belə xasiyyətnamə ilə onun 
yenidən yaxşı iş tapmaq imkanı az idi: iş Dövlət Şurasına göndərildi və o 
da fakt üzrə qəbul edilən qərarı obyektiv qərar kimi qiymətləndirdi. 
Sonuncu  məsələ  isə  amnistiya  haqqında  qanunların  tətbiqinə 
aiddir. Hər dəfə prezident seçkilərindən sonra amnistiya haqqunda qanun 
qəbul edilir. Əvvəllər də cinayət işlərinə dair amnistiya barədə qanunlar 
qəbul  olunurdu.  Müharibədən  sonrakı  dövrdə  intizam  sahəsində 
amnistiya  haqqında  normativ  aktlar  qəbulu  davam  etdirildi.  Həmin 
aktlara  əsasən,  törədilmiş  əmələ  görə  cinayətə  cəlb  edilmə  və  intizam 
qaydasında  tənbeh  tədbiri  şəxsin  üzərindən  götürülür.  Bunun  nəticəsi 
olaraq amnistiyadan əvvəl törədilmiş hüquqpozmaya görə amnistiyadan 
sonra cəza tədbiri tətbiq edilə bilməzdi. Təbii ki, cəza tədbiri amnistiya 
haqqında qanundan əvvəl tətbiq olunmuşdursa, qanunla o, ləğv edilmir. 
Qanun cəza tədbirlərini ləğv etmir, yalnız əməllərin cəzaya layiqliliyini 
ləğv  edir;  əgər  belə  əməllər  üçün  hələ  cəzalar  tətbiq  edilməmişdirsə, 
bunları daha tət 
206 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə