Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

xidməti  siyahını  hazırlamalıdır.  Buna  müvafiq  olaraq  administrasiya 
siyahıya  daxil  edilmiş  şəxslərin  xidmət  üzrə  irəli  çəkilməsini  müəyyən 
etməlidir. Bəzən bu məqsədlə seçmə komissiya yaradılır və namizədi bu 
və ya digər vəzifəyə təyin etməzdən əvvəl onun biliyi yoxlanılır. 
Xidmət  üzrə  irəliçəkilmə  cədvəlinə  daxiletmə  inzibati  orqanın 
mülahizəsindən asılıdır, paritet komissiyası isə bu barədə yalnız öz rəyini 
verir.  Qulluqçu  xidmət  üzrə  irəliçəkilmə  cədvəlinə  bir  neçə  il  dalbadal 
daxil  edilə  bilər,  lakin  boş  vəzifələr  olmadığından  bundan  istifadə  edə 
bilməz. 
Xidmət üzrə irəliçəkilmə attestasiya ilə bağlıdır. Hər bir mülki və 
yaxud hərbi qulluqçu xidmət etdiyi rəis tərəfindən hər il qiymətləndirilir; 
bu  qiymət  iki  elementdən  -  bal  qiymətindən  və  xasiyyətnamə-  dən 
ibarətdir. 
Qiymətləndirmə  məlumatlarının  bildirilməsi  və  bu  məlumatlara 
yenidən  baxılması  çox  mürəkkəb  prosedur  ilə  əlaqədardır;  adətən, 
əlaqədar şəxsə geniş xasiyyətnamə deyil, balla qiymət verilir, lakin bəzi 
hallarda qiymətə yenidən baxılması tələb edilə bilər. Məlumdur ki, dövlət 
qulluqçularının bal qiymətləri çox böyük hədləri əhatə edir - 17 pis qiymət 
deməkdir və əgər bir neçə il ərzində 18-18,5 qiymətə keçmək mümkün 
olursa, bu, xidmət üzrə gələcək irəliçəkilməyə inam yarada bilər. 
Attestasiya, demək olar ki, avtomatik sürətdə növbəti rütbə və ya 
dərəcə verilməsi üçün verilmiş təqdimatla nəticələnir, habelə xidmət üzrə 
irəliçəkilmə sahəsində sonrakı tədbirlərin əsası qoyulur. 
Xarici mobillik - bu, qulluqçunun karyerasına başladığı idarəetmə 
korpusunun mobilliyidir. Kadr xidməti siyasəti sistemi ölkələrində, misal 
üçün  Fransada,  Almaniyada,  İngiltərədə  bundan  nadir  hallarda  istifadə 
olunur. Əksinə, ABŞ kimi ölkələrdə xarici mobillik çox inkişaf etmişdir. 
Xarici mobilliyin iki dərəcəsini fərqləndirmək yerinə düşərdi: vahid tam 
olmaq etibarilə idarəetmə aparatı çərçivəsində mobillik və həmin aparat 
hüdudlarından kənarda mobillik. 
İdarəetmə  aparatı  çərçivəsində  xarici  mobillik  hər  şeydən  əvvəl 
qulluqçuların bəzi kateqoriyaları üçün, məsələn, müsabiqə üzrə aparılan 
seçmə  yolu  ilə  korpusları  dəyişdirmə  qaydası  tətbiq  edilir.  Tamamilə 
aydındır  ki.  Milli  inzibati  məktəbi  bitirdikdən  sonra  əvvəlki,  xidmətə 
başladığı  korpusa  deyil,  digər  korpusa  qəbul  edilən  qulluqçu  bununla 
xarici  mobillik  formasında  fəaliyyət  göstərir;  o,  bir  idarəetmə 
korpusundan  çıxaraq,  müsabiqə  yolu  ilə  və  yaxud  məktəb  mərhələsini 
keçərək digər korpusa daxil olur. 
Sosial nərdivanla yüksəlməklə korpusun dəyişdirilməsi ancaq 
197 


peşə qulluqçulanmn attestatları əsasmda reallaşdırılır. Həmin attestatlar 
mülki  administrasiya  aparatında  vəzifəyə  təyin  edilmə  zamanı  tərtib 
olunur. Belə əməkdaşlar üçün ümumi bölmədə müəyyən sayda vəzifələr 
müəyyənləşdirilir  və  onlar  bu  yolla  başqa  idarəetmə  korpusuna  keçə 
bilirlər. 
Xarici mobillyin digər forması - eyni səlahiyyətə malik olmaqla 
bir korpusdan digərinə göndərilmə yolu ilə həyata keçirilir. Misal üçün, 
Dövlət  Şurasının  üzvü  idarəetmə  aparatına  və  yaxud  prefektura 
korpusuna rəhbər vəzifəyə göndərilə bilər. On minlərlə qulluqçuya şamil 
edilən  bu  qayda  olduqca  mürəkkəbdir.  Bu  ona  görə  mürəkkəbdir  ki, 
aralarında münaqişə baş verməsin deyə əvvəlcədən hər iki tərəfin razılığı 
alınır. 
Bəzi  vaxtlar  xarici  mobillyin  bu  formasının  yolları  məcburi 
qaydada  həyata  keçirilirdi.  1964-cü  il  islahatına  görə,  milli  inzibati 
məktəbin məzunları olan dövlət qulluqçularının bəzi ali vəzifələrə təyin 
olunmasına yalnız onlar mütləq müəyyən rəhbər və iş stajı qazandıqdan 
sonra  icazə  verilə  bilərdi.  Bu  halla  aşağıdakı  qaydaya  riayət  edilirdi. 
Misal üçün, xidmət direktorunun və ya rəisinin müavini vəzifəsinə yalnız 
öz korpusundan və özünün ilk xidmət yerindən kənarda hər hansı rəhbər 
vəzifədə iki il işləmiş olan mülki administrasiya rəhbərləri qəbul oluna 
bilərdilər.  Bu,  «sınaqdan  çıxarma  adlandırılan  üsuldur.  Nəticədə,  milli 
inzibati məktəbi bitirmiş qulluqçulann müəyyən qismi onlar üçün ehtiyat 
saxlanmış yerləri tuta bilmək üçün aralıq rəhbər vəzifə axtarmalı olurlar. 
13 iyul, 1983-cü il tarixli qanunun qəbul edilməsi ilə yeni addım 
atılır: qanunun 14-cü maddəsinə uyğun olaraq mobillik ayrı-ayrı hallarda 
yalnız vəzifə yox, həm də dövlət və idarəetmə bölmələrinin qulluqçuları 
üçün hüququn «əsas təminat»ıdır. Bu təminat yeni ümumi statusun tətbiqi 
haqqında aktlarda reallaşdırılmışdır. 
Dövlət idarəetmə aparatı hüdudlarından kənarda xarici mobillik 
iki hüquqi formada ifadə oluna bilər. 
Birinci  formada  qulluqçu  başqa  inzibati  vəzifələrə,  məsələn, 
parlamentdə  və  yaxud  hökumət  aparatında  xidmətə  göndərilir. 
Parlamentə  seçilmiş  qulluqçular  eyni  zamanda  həm  deputat,  həm  də 
qulluqçu ola bilməzlər. Eynilə də onları beynəlxalq təşkilata - BMT-yə və 
yaxud  YUNESKO-ya,  ümumi  müəssisəyə,  hətta  ictimai  faydalı 
fəaliyyətlə  məşğul  olan  hesab  edilən  bəzi  xüsusi  müəssisələrə  də  işə 
göndərmək olar. 
Əgər  dövlət  idarəetmə  aparatı  hüdudlarından  kənarda  xarici 
mobillik sözün əsl mənasında xüsusi müəssisəyə keçmək məqsədini 
198 


daşıyırsa, onda başqa qayda - ehtiyata daxil etmə qaydası tətbiq olunur. 
Lakin bu vəziyyət sonsuzluğadək davam edə bilməz; sonra qulluqçu ya 
idarəetmə aparatına işə qayıdır, ya da qəti olaraq onu tərk etməklə xüsusi 
sahibkarlıq sahəsində qulluğa keçir. 
Mobilliyin  bu  formaları  beynəlxalq  təşkilata  və  yaxud  xüsusi 
müəssisəyə də işə keçmək üçün real imkanı olan (bu isə o qədər də tez-tez 
olmur) az bir qisim qulluqçuları əhatə edir. 
§ 4, Məsuliyyətin növlərinin anlayışı və intizam sanksiyalarının 
tətbiqi qaydaları 
Ümumi  hüquq  rejiminin  təsir  dairəsində  olan  hüquqi  şəxslərin 
məsuliyyəti  qulluqçuların  fərdi  məsuliyyəti  ilə  uzlaşmalıdır.  Bəzi 
müəlliflər  bildirirdilər  ki,  qulluqçular,  ümumiyyətlə,  məsuliyyət 
daşımayan  adamlardır  və  bu  baxımdan  60-cı  illərdən  dərc  edilmiş 
məqalənin  sərlövhəsini  -  «Toxunulmaz  silki»ni  yada  salmaq  olar. 
Məqalədən belə bir nəticə çıxarılırdı ki, qulluqçular toxunulmazdırlar və 
onları heç vaxt məsuliyyətə cəlb etmək olmaz. 
Bu,  şübhəsiz  ki,  həddindən  artıq  şişirtmədir.  Həqiqətdə  isə 
qulluqçulara dair bir neçə məsuliyyət növləri mövcuddur. 
Cinayət məsuliyyəti.
 Cinayət, hüquq pozuntusu və ya qəbahət törətmiş 
dövlət qulluqçusu ümumi hüquq rejimi şəraitində müvafiq tənbeh (cəza) 
tədbirlərinə cəlb edilir. Dövlət qulluqçularına bilavasitə xas olan hüquq 
pozuntuları  və  qəbahətlər  aşağıdakılardır:  hədə-qorxu  ilə  ələ  alma, 
rüşvətxorluq, vəzifə mövqeyindən şəxsi qazanc əldə etmək və s. Lakin 
qulluqçuların  cinayət  məsuliyyətinə  cəlb  olunmasına  və  eləcə  də  bu 
məsələnin  xüsusi  olaraq  təhqiq  edilməsinə  çox  nadir  hallarda  təsadüf 
edilir. 
Maliyyə  məsuliyyəti  - qulluqçuların maliyyə məsuliyyəti böyük 
praktik əhəmiyyət kəsb edir. Söhbət onların şəxsi mülkiyyətlərində olan 
əmlak kütləsi üçün nə dərəcədə əlverişsiz nəticələr yarana biləcəyindən 
gedir. 
Nəzərə almaq lazımdır ki, maddi məsuliyyətə cəlb edilmənin bəzi 
növləri bütün qulluqçular kateqoriyasına qarşı tətbiq olunur. 
Qulluqçuların ümumi məsuliyyəti.
 Qulluqçuların əməllərinin nəticəsində 
hakimiyyətə nə qədər maddi zərər dəyirsə, hakimiyyət öz qulluqçularına 
qarşı elə həmin məbləğdə də iddia irəli sürə bilər. 
Dövlət Şurasının Larüelin və Delvilin işinə dair 28 iyul, 1951-ci il 
tarixli  qərarından  göründüyü  kimi,  məsuliyyət  formasında  yaranan 
məsələ iki halda meydana çıxa bilər: ya Larüelin və Delvilin işindəki 
199 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə