XII
FƏSIL
SİYASt HÜQUQLAR
§ 1. Siyasi hüquqların prinsiphri anlayışı, manbabri, bu sahada
qabul edilan qararlann növlari
Bütün ölkələrdə oldüğu kimi, Fransada da dövlət qulluqçuları
vətəndaşlan olmalıdır. Ona görə də onlar vətəndaşların malik olduqları
bütün hüquqlara malikdirlər, bəzi hallarda siyasi və məhdudlaşdırılmış
hüquqlara da malik olurlar.
Siyasi hüququn əsas prinsipləri olan azadlıq prinsipi Fransa
hüququ üçün spesifıkdir. Onlar bu prinsipə görə bir çox dövlətlərin
qulluqçularından fərqlənirlər, ona görə ki, daha geniş siyasi azadlıqlara
malikdirlər.
Fransada siyasi hüquqlar məhkəmə praktikasına əsaslanır, siyasi
motivlərə görə hər hansı ayrı-seçkilik qanunla qadağan edilibdir. 1
oktyabr, 1954-cü il tarixdə Dövlət Şurası qərar qəbul etmişdir. Həmin
qərarda söhbət əsasən. Akademiyanın inspektorundan, yuxarı Marna
departamentinin çox yüksək rütbəli qulluqçusundan gedirdi. O, eyni
zamanda kommunist bələdiyyə müşaviri idi. Onu testdən
kənarlaşdırmışdılar. Buna əsas səbəb o olmuşdur ki, o, partiya
nümayəndəsi olmaqla yanaşı, həm akademiyada inspektor və həm də
bələdiyyə müşaviri vəzifələrində çalışırdı.
8 iyun, 1962-ci il tarixli qərarına dəyişikliklər edilməsi ilə
əlaqədar olaraq Dövlət Şurası Friştanın işinə baxarkən müəyyən etdi ki, o.
Kommunist Partiyasının rəhbərlərindən biridir. Həmin dövrdə eyni
vaxtda o, mətbuat, telefon və telefon işçiləri federasiyasına rəhbərlik
etmiş və bu müddət ərzində Port işçiləri həmkarlar ittifaqı ilə müqavilə
bağlamışdır. Müqavilə hökumətin siyasətinin əleyhinə olduğuna görə o,
tənqid edilmişdir.
Baxışlar və əqidələr azadlığının məzmununu vicdan azadlığı
təşkil edir, yəni qulluqçunun istədiyi baxışların əsasını ona verilən
konstitusion azadlıq təşkil edir.
İkincisi isə sərbəst olaraq siyasi partiya
üzvlüyünə daxil olmaq və
həmin partiyada rəhbər vəzifələrin birini tutmaq onun hüquqi azadlığıdır
(nəzərinizə çatdırım ki, anqlosakson ölkələrdə qulluqçular siyasi
partiyalarda rəhbər vəzifələr tutmaq hüququna malik deyildirlər).
219
üçüncüsü - hər hansı bir təşkilatın seçkilərdə öz namizədlərini irəli
sürmək azadlığı var və bu olduqca sistemli surətdə həyata keçirilmişdir.
Bu zaman qulluqçu öz vəzifəsini seçki gününədək özündə saxlaya bilər,
əgər o, seçkidə hətta qalib gələ bilməsə də, öz vəzifəsini itirmir, əksinə,
parlamentdə fəaliyyət göstərmək üçün ona mandat verilə bilər. Əksinə
olaraq, İngiltərədə qulluqçu seçkilərdə namizəd kimi çıxış etməzdən
əvvəl istefaya getməlidir, bu zaman o deputat seçilməsə, onda vəzifəsini
itirməklə üzləşir.
Qulluqçu ona tapşırılmış ümumi xidmət sahəsinin işini təmin edir
və hamı ilə birlikdə eyni vəziyyətdə olmaqla, ayrı-seçkiliyə yol
verməmək şərti ilə öz fəaliyyətini həyata keçirir.
Məsələn, müəllim öz şagirdlərinə onların siyasi baxışlarından və
dini əqidələrindən asılı olmayaraq, yaxud da hər hansı başqa meyarları
nəzərə almaqla qeyri-obyektiv qiymət verə bilməz.
Fransada dövlət qulluqçuları obyektiv olmaqla öz vəzifələrini icra
edirlər.
Məhkəmə praktikası sayəsində və müəyyən dərəcədə hüquqi
aktların köməyi ilə qarşıya çıxan problemləri tənzimləmək mümkün
olmuşdur. Məhkəmə praktikası 50-ci illərdə kommunist qulluqçuların,
yaxud kommunist partiyasına mənsubluğu güman edilən qulluqçuların
müdafiəsi ilə əlaqədar olaraq xüsusilə müvəffəqiyyətlə inkişaf etmişdi.
Azadlıq prinsipi.
Bu prinsip Fransa hüququ üçün spesifikdir. Fransız
qulluqçusu dünyanın ən azad qulluqçularından biridir. O, xarici və o
cümlədən Almaniya həmkarlarına nisbətən daha geniş siyasi azadlığa
malikdir. Siyasi hüquqların əsasını nonnativ aktlar təşkil edir. Belə
aktlardan biri insan və vətəndaş hüquqlarının Bəyannaməsi olmuşdur.
Bəyannaməyə
uyğun
olaraq
bütün
vətəndaşların
onların
məziyyətlərindən və qabiliyyətlərindən irəli gələn məhdudiyyətlərdən
başqa, hər hansı məhdudiyyət olmadan ictimai vəzifələrə keçmək üçün
yolu açıqdır; bu, o deməkdir ki, siyasi baxışlara əsaslanan ayrı- seçkilik
xətti yeridilmir. Konstitusiyanın preambulasmda yazıldığı kimi, nəinki
qulluqçular, hətta muzdlu əməklə məşğul olan bütün şəxslərə, bütün
zəhmətkeşlərə münasibətdə bu prinsip tətbiq edilir.
Bu prinsip dövlət qulluqçularının ümumi statusunda və onun
əsasında qəbul edilmiş bütün statuslarda əks etdirilmişdir. O, 1946-cı il
qanununun 16-cı maddəsində, habelə 1959-cu il ordonansmın 13-cü
maddəsində öz əksini tapmışdır. Həmin hüquqi aktlarda qulluqçuların
əqidə və baxışları azadlığı qəbul olunmuş, göstərilmişdir ki, onların
dosyelərində siyasi və fəlsəfi baxışlarını və
dini əqidələrini yada sa
220