Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə56/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

lə istehlakçı arasında bağlanan müqavilədir. Kvazidelikt məsuliyyət hər 
cür şəraitdə meydana gəlmir, yalnız o hallarda yaranır ki, tərəflər arasında 
müqavilə  olmur,  zərərçəkən  özü  isə  zərərvuranla  aralarında  müqavilə 
bağlamırlar.  Bu,  Fransa  Mülki  Məcəlləsinin  1382-ci  və  sonrakı 
maddələrinin  mənasına  görə  «müqavilədənkənar  münasibətlərdə 
meydana çıxarsa, onun təəhhüdləri» hesab edilir. 
İnzibati  hüquqda  müqavilədənkənar  münasibətlər  üç  əsas 
kateqoriya  ilə  fərqləndirilir.  Birincisi,  şəxsi  heyətlə  münasibətlər 
müqavilə əsasında təşkil olunur və idarəetmə xidmətlərində azlıq təşkil 
edən  agentlərlə  yanaşı,  qalan  agentlərin  xeyli  hissəsi  reqlamentlərin 
müqavilədənkənar  tənzimləməsinin  təsiri  altına  düşür  və  onlarla 
münasibətdə administrasiyanın məsuliyyəti kvazidelikt məsuliyyət olur. 
Bununla yanaşı, inzibati ümumi xidmətlərin istifadəçilərlə münasibətləri 
də  müqavilədənkənar  yaranır.  Nəhayət,  bütün  dövlət  xidmətlərinin 
agentlər və istifadəçilər olmayan üçüncü şəxslərlə olan münasibətləri də 
bu cür həyata keçirilir. 
Misal üçün, küçədə cinayətkarı və yaxud nümayişçini təqibet- mə 
nəticəsində  yaralanmış  polis  nəfəri  qarşısında  administrasiyanın 
məsuliyyəti  ona  görə  yaranır  ki,  administrasiya  ilə  onun  agentləri 
arasında  müqavilədənkənar  münasibətlər  mövcuddur.  Əgər  yaralanan 
cinayətkar və yaxud nümayişçi olarsa, onda inzibati hüquq münasibətləri 
dairəsinə  başqa  kateqoriya  düşür.  Onlar  polisdən  fərqli  olaraq 
administrasiya  ilə  xidməti  asılılıqla  bir-birilə  bağlı  deyillər.  Həmin 
əməliyyat  zamanı  yoldan  keçən,  təsadüfi  güllə  ilə  yaralanmış  adam 
administrasiya ilə nə onun sifarişçisi, nə də agenti kimi heç bir ümumi 
bağlılığı olmayan üçüncü şəxs qismində çıxış edir; bu qisimdə çıxış edən 
həmin  şəxs  qarşısında  da  administrasiyanın  məsuliyyəti  kvazidelikt 
məsuliyyət olacaqdır. Misal üçün, əgər məktəb yanarsa, yanğın zamanı 
zərər  çəkmiş  müəllimlər,  agentlər,  şagirdlər,  istifadəçilər  və  qonşular 
hadisədə üçüncü şəxs qismində tanınırlar. 
Müqavilə  məsuliyyətləri  müxtəlif  formalarda  meydana  çıxır, 
mahiyyətcə  o,  bağlanmış  müqavilələrdəki  şəraitdən  və  bir  sıra  ümumi 
normalardakı göstərişlərdən asılıdır. 
Kvazidelikt 
məsuliyyəti, 
adətən, 
ümumi 
hakimiyyətin 
məsuliyyəti  kimi  səciyyələndirirlər.  Bu  zaman  onlar  ünvansız  formada 
tətbiq  edilən  və  məhkəmə  praktikası  ilə  dəqiqləşdirilən  ümumi  hüquq 
rejimi və məhkəmə praktikası əsasında, yaxud qanunvericilik qaydasında 
ümumi qaydalardan istisnalar müəyyənləşdirildiyi xüsusi hallarda tətbiq 
edilən spesifik rejimlərlə fərqlənirlər. 
İnzibati hüquq münasibətlərində ümumi rejim eyni zamanda 
163 


həm  mühüm,  həm  də  burada  inzibati  hüququn  xüsusiyyətləri  və 
spesifikliyi aydın təzahür edildiyindən daha özünəməxsusdur. Buradaca 
qeyd  etmək  lazımdır  ki,  bu  rejim  xüsusi  hüquqda  da  (əvvəlcə  ümumi 
mülki  ədliyyə  praktikasından  götürülmüş  misallar  olsa  belə)  dərin  iz 
buraxmışdır. 
Ümumi məsuliyyət rejimində məsuliyyətin meydana çıxmasının 
əsaslarını və zərərin ödənilməsi qaydasını ayrıca qeyd etmək vacibdir. 
Administrasiyanın  məsuliyyətinin  hansı  şəraitlərdə  meydana 
çıxması  sualına  cavab  birmənalı  deyildir.  Əgər  bu,  ümumi  xidmət 
sahəsinin  fəaliyyəti  zamanı  yaranarsa,  onda  administrasiyanın 
məsuliyyəti o vaxt meydana çıxır ki, o, xidmət üzrə səhvlərə yol vermiş 
olsun və onun bu səhvləri özündə təqsirli məsuliyyət yaradır. Lakin həll 
olunmuş bir sıra hallarda da məsuliyyət təqsirsiz də meydana çıxa bilər. 
Təqsir anlayışının məsuliyyəti əksər normativ qanunlar əsasında 
yaranır.  Bu  anlayış  normativ  qanunların  sanksiyasının  ideyasına  uyğun 
gəlir: təqsirli şəxs həmin təqsirin nəticəsinə görə məsuliyyət daşıyır. Bura 
aiddir: mülki-hüquqi sanksiyalar və cinayət-hüquqi məsuliyyətlər, yaxud 
intizam məsuliyyəti tədbirləri. Bu sanksiya həmçinin zərərin ödənilməsi 
ideyasına uyğundur: təqsir nəticəsində vurulmuş zərər ödənilməlidir ki, 
zərərçəkən onun nəticələrindən əziyyətə düşməsin. 
İnzibati hüquqda bu problemin həlli yolları, hüquqi şəxslər olan 
idarəetmə  orqanlan  və  həmin  orqanlar  daxilində  xidməti  funksiyalarını 
həyata  keçirən  fiziki  şəxslər  arasında  fərq  qoyulması  məsələsi  qanunla 
müəyyən edilir. 
Hüquqi şəxslər kateqoriyasına dövlət, ərazi idarəetmə bölmələri, 
ümumi xidmət funksiyalarını həyata keçirən dövlət təsisatları və xüsusi 
təşkilatlar daxildirlər. Onlar qulluqçulardan və yaxud seçkili şəxslərdən, 
siyasi xadimlərdən, yuxanda qeyd olunan vəzifələr üzrə nazirlərdən ibarət 
ola bilərlər; onlar fəaliyyət göstərir, qərarlar qəbul edirlər və bəzi hallarda 
öz fəaliyyətlərini icra edərkən ayn-ayrı şəxslərə zərər yetirə bilərlər. 
Burada  belə  bir  sual  meydana  çıxır  ki,  həmin  zərəri  kim 
ödəməlidir? Bunu şəxsən qulluqçu, nazir, mer, prefektmi, yoxsa bu və ya 
digər qulluqçunun, yaxud nazirin təmsil etdiyi hüquqi şəxsmi etməlidir? 
Bu problem xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təqsir və şəxsi 
təqsir arasında əsas fərqin müəyyənləşdirilməsi yolu ilə həll edilməlidir. 
164 


Fərqin  mənşəyi.
  Fransa  Respublikasının  Konstitusiyasının  75-ci 
maddəsində «qulluqçuların tərainatlan» ideyası ifadə edilmişdir. Həmin 
maddəyə  əsasən,  vətəndaşa  qulluqçu  tərəfindən  zərər  vurulduqda 
0

məhkəmə  qaydasında  cərimə  almaq  hüququna  malikdir,  bu  şərtlə  ki, 
Dövlət  Şurası  sanksiya  versin  (belə  sanksiya  isə  çox  nadir  hallarda 
verilir). O vaxt zərərçəkənin vəziyyəti xoşagələn deyildi. Bir qayda olaraq 
o,  administrasiyaya  qarşı  iddia  irəli  sürə  bilməzdi,  çünki 
administrasiyanın belə məsələlərdə məsuliyyət daşımaması prinsipi hökm 
sürürdü;  o,  şəxsən  qulluqçuya  qarşı  da  iddia  irəli  sürə  bilməzdi,  çünki 
qulluqçu üçün də qanunla müəyyənləşdirilmiş təminatlar var idi. 
Həmin  maddə  19  sentyabr,  1870-ci  il  tarixli  dekret-qanunla  və 
Münaqişələr üzrə Tribunalın Pelletyenin işinə dair qəbul etdiyi 30 iyul, 
1873-cü  il  tarixli  qərarı  ilə  ləğv  olunmuşdur.  Göstərilən  hallar  qərara 
əsasən  yeni  prinsiplərlə  müəyyənləşdirilmişdi.  Həmin  işdə  bir  qrup 
vətəndaş  qəzetlərin  müsadirə  olunmasından  şikayət  edirdilər.  Onlara 
cərimənin  ödənilməsi  tələbi  ilə  şəxsən  həmin  müsadirənin 
günahkarlarına,  yəni  müsadirə  icraatı  haqqında  sərəncam  verənə  və  bu 
sərəncamı  həyata  keçirənə,  nəzarətin  daha  dəqiq  yerinə  yetirilməsi, 
departamentdə  müharibə  vəziyyəti  elan  edilərkən  ümumi  rəhbərliyi 
həyata keçirən generala, müsadirəni icra edən departament prefektinə və 
polis  komissarına  qarşı  iddia  irəli  sürmüşdülər.  Münaqişələr  üzrə 
Tribunal  bu  məsələyə  baxaraq  müəyyən  etdi  ki,  qəzetlərin  müsadirə 
olunması  tədbiri,  barələrində  iddia  irəli  sürülən  hərbçilərin  və  yaxud 
mülki  məmurların  «hər  hansı  şəxsi  mülahizələrinə»  əsaslanmışdır. 
Tribunal  bunun  əsasında  iki  nəticəyə  gəldi:  Həmin  iş  ümumi 
məhkəmələrə deyil, inzibati ədliyyəyə aiddir, yoxlama zamanı məsuliyyət 
meydana  çıxarsa,  bu  zaman  vəzifəli  şəxslərin  məsuliyyəti  fərdi 
məsuliyyət  deyil,  dövlət  idarəetmə  orqanının  məsuliyyəti  kimi 
qiymətləndirilməlidir. 
Münaqişələr  üzrə  Tribunal  Pelletyenin  işinə  baxarkən  xidməti 
vəzifələrin  yerinə  yetirilməsi  ilə  bağlı  meydana  çıxan  təqsiri 
müəyyənləşdirdi və qanuni qərar qəbul etdi. 
Xidmətlə əlaqədar təqsir.
  Onun tərifi  1877-ci  ildə hökumət  komissarı 
Laferpyer  tərəfindən  verilmişdir;  bu,  xidməti  vəzifələrin  yerinə 
yetirilməsi  ilə  bağlı  olan  təqsirdir,  çünki  zərər  vuranın  işi  (hərəkəti) 
ünvansızdır  və  həmin  işin  yerinə  yetirilməsini  təqsirkar  olan  şəxsə 
idarəetmə orqanının rəhbəri həvalə 
etmişdir.^^
 
Münaqişələr üzrə Tribunalın Lomonnye-Karryolun işinə dair 5 may, 1877-ji il tarixli 
qəran. 
165 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə