qanunvericilik və məhkəmə hakimiyyətləri orqanları aparatında dövlət
qulluğuna keçən qulluqçulara şamil edilir.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və
digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və
funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz
vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Dövlət qulluqçularının əsas hüquq və vəzifələri «Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının inzibati hüququnda və «Dövlət qulluqçuları
haqqında» Qanunda bu barədə geniş şəkildə izahat verilmişdir.
Dövlət qulluqçularının xidməti hüquq və vəzifələrinin həyata
keçirilməsi üçün dövlət tərəfindən normal şərait yaradılır. Məsələn,
hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etməyə görə (Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi), təhqir
etməyə görə (Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi) və
dövlət qulluqçularının vəzifələrinin yerinə yetirilməsinə maneçilik
törədən və ya hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe ol- mamağa
görə inzibati məsuliyyət nəzərdə tutulur.
115
də, işin görülməsinə icazə vermək administrasiyaya qadağan edilir.
Burada qanunçuluq prinsipinin daha artıq məlum olan və daha çox
öyrənilmiş cəhəti təhlil edilmişdir, həmin prinsipin özü isə Fransa
idarəetmə sistemində təsbit və tətbiq olunmuşdur.
Bu məsələ Fransa hüquq sistemində, bəlkə də, ən azı ciddi və
səmərəlidir. Həqiqətən də, qanunda əks etdirilmiş normalara əməl
olunması kifayət deyildir, həmin normaların tətbiqinə təşəbbüs
göstərilməsi də vacibdir. Qanunun tətbiqi onun inkişafına təkan verir.
Qanun çox zaman yalnız o halda müsbət təcəssümünü tapır ki,
administrasiya onun reallaşdırılması, gerçəkləşdirilməsi üçün bir sıra
hüquqi və əməli tədbirlər həyata keçirilməsini təmin etmiş olsun. Həm də
qanun kağız üzərində qalmasın deyə administrasiya öz növbəsində təsirli
tədbirlər göıməyə borcludur.
Təşəbbüslərin iki kateqoriyasını: bir tərəfdən qanunların və icra
hakimiyyəti orqanların qərarlarının icrasını, digər tərəfdən məhkəmə
qərarlarının lazımi səviyyədə icrasını təmin etmək üçün gərəkli tədbirlər
həyata keçirilməlidir.
Administrasiya ya aktların tətbiqi üzrə, ya da onların icbari icrası
üçün tədbirlər görmək zərurəti qarşısında qalır:
1.
Aktların tətbiqi üzrə tədbirlər, əsasən, tənzimləyici tədbirlərdir,
çünki qanunun tətbiqinin təmin edilməsi üçün qanuni aktlann olması
zəruridir. Qanunun tətbiq edilməsi qaydası çox zaman Dövlət Şurası
tərəfindən qəbul edilən dekretlə müəyyənləşdirilir və
nə qədər ki,
belə bir
dekret qəbul edilməmişdi, qanun nə hüquqi, nə də əməli cəhətdən
qüvvəyə minə bilməzdi.
Lakin son zamanlar bir təzahür müşahidə edilməkdədir ki,
administrasiya qanunların tətbiqi barədə hökumət tərəfindən
dekret qəbul
edilməsinə nail olmur, nəticədə qanun ölü vəziyyətdə qalır. Belə hallann
qarşısını almaq məqsədi ilə qanunverici orqan
müvafiq dekretin üç aydan
və yaxud bir ildən sonra qəbul ediləcəyini elan edir. Lakin bu müddətə
əməl edilməsi heç bir sanksiya ilə şərtləndirilmir və dekret qəbul
olunanadək qanun əvvəlki kimi yenə də tətbiq edilmir. Beləliklə, bəzi
qanunlar, onların həyata keçirilməsi haqqında dekretlərin qəbul olunması
üçün üç aylıq müddət nəzərdə tutulsa da, bu müddət keçdikdən sonra da
tətbiq edilmir.
Administrasiyanın belə acınacaqlı hallarını aradan qaldırmaq
məqsədilə Dövlət Şurası 27 noyabr, 1964-cü il tarixdə dul qadın Re- narm
işinə dair qərar qəbul etdi. Həmin işdə tənzimləyici aktlardakı ötür-ötür
oyunundan söhbət gedirdi. İnzibati reqlamentlərin birində müəyyən
şəxslərin pensiya alacağı nəzərdə tutulur, lakin
elə oradaca
117