Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə41/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

haribə lazım gəlmişdi. 
Lakin  preambulanm  bir  sıra  digər  müddəaları  daha  dəqiq  və 
dərhal yerinə yetirilməli olduğuna görə hüquqi qüvvəyə malik müddəalar 
hesab  edilir  və  pozitiv  hüququn  tərkibinə  üzvi  şəkildə  daxil  olur; 
vətəndaşlar bunlara bilavasitə istinad edə bilərlər. 
Qulluqçuların tətil hüququ baxımından vəziyyət belədir. 1964- cü 
ilədək Dövlət Şurası hesab edirdi ki, məmurların tətil elan etmək hüququ 
yoxdur. 1946-cı il Konstitusiyasının preambulasında bildirilirdi ki, «tətil 
hüququ onu tənzimləyən qanunlar çərçivəsində həyata keçirilir». Bu, tətil 
hüququnun ümumən qəbul edilməsi demək idi və Dövlət Şurası həmin 
müddəa ilə belə bir ideyanı əsaslandırırdı ki, indi məmurlar bu hüquqdan 
müəyyən çərçivələrdə və müəyyən qeyd-şərtlərlə istifadə etməlidirlər. 
Kommunist  namizədlərin Milli  İnzibati  Məktəbə  daxil  olmasını 
qadağan  edən  hökumət  tədbirlərinin  ləğvi  zamanı  Dövlət  Şurası 
Konstitusiyanın  preambulasına  istinad  edilmişdi.  Preambulanm  özü  isə 
1789-cu  il  insan  hüquqları  Bəyannaməsinə  istinad  edir;  həmin 
Bəyannaməyə  görə  bütün  vətəndaşlar  dövlət  vəzifələrinə  qəbul 
olunmaqda bərabər imkana malikdirlər. 
«Respublika qanunları ilə qəbul edilmiş əsas prinsiplər»ə gəlincə, 
Dövlət Şurası tərəfindən bu mənada cəmiyyətlər yaratmaq azadlığı qəbul 
edilmişdir.16  iyul,  1971-ci  il  tarixdə  cəmiyyətlər  yaratmaq  azadlığı 
prinsipini şübhə altına alan qanun barədə Dövlət Şurası çox mühüm qərar 
qəbul  etdi.  Həm  Konstitusiya  aktı,  dəqiq  desək,  onun  preambulası  - 
cəmiyyətlər yaratmaq azadlığına istinadlar sisteminin köməyi ilə inzibati 
hüquq prinsipi mənasını verən preambula ilə ziddiyyət təşkil etdi. 
Beynəlxalq müqavilələr daxili hüququn tərkib hissəsidir və bunlar 
nə  dərəcədə  qanuni  qaydada  paraflanmış  və  dərc  edilmişdirsə,  bunları 
imzalamış digər dövlətlər tərəfindən necə icra edilirsə, o dərəcədə də o, 
qanunçuluq  mənbələridir.  Beləliklə,  beynəlxalq  aktların  daxili  hüquqa 
nisbətən getdikcə daha artıq nüfuza malik olması müşahidə olunur. 
Müharibədən  əvvəl  Dövlət  Şurası  beynəlxalq  müqavilələri 
administrasiya üçün məcburi qanunçuluq mənbəyi hesab etmirdi. 
Dövlet Şurasınnm Deaenin işinə dair 1 iyul, 1950-ji il tarixli qəran. 
Dövlet Şurasınnm Barelin işinə dair 28 may, 1954-jü il tarixli qərarı. 
Dövlət Şurasınnm Parisdə annamimlerin həmyerlilər jemiyyetinin qeranna dair 11 
iyul, 1956-jı il tarixli qəran. 
’’ Dövlet Şurasının Deserin işinə dair 28 may, 1937-ji il tarixli qəran. 
121 


Buna  görə  də  beynəlxalq  qanunçuluğu  təşkil  edən  beynəlxalq  aktlarla 
daxili  qanunçuluq  arasında  fərq  mövcud  idi.  Lakin  1946-cı  il 
Konstitusiyasına  əsasən  Dövlət  Şurası  öz  praktikasını  dəyişərək 
Konstitusiyanın  26  və  28-ci  maddələrinə  istinadən  bəyan  etmişdir  ki, 
beynəlxalq  müqavilələr  qanuni  qüvvəsinə  görə,  hətta  daxili  qanunların 
qüvvəsindən üstün qüvvəyə malikdir. Dövlət Şurası həmin müddəalara 
əsasən beynəlxalq müqavilələri qanunçuluq mənbələrinin tərkibinə daxil 
etdi.'8  Bu  məhkəmə  praktikası  1958-ci  il  Konstitusiyası  ilə  də  təsdiq 
edilir.  Konstitusiyanın  55-ci  maddəsi  nəzərdə  tutur  ki,  lazımi  şəkildə 
paraflanmış  və  ya  bəyənilmiş  olan  müqavilələr,  yaxud  sazişlər  dərc 
edildiyi  andan  etibarən  daxili  qanunların  qüvvəsindən  üstün  qüvvəyə 
malik hesab edilsin, bu şərtlə ki, həmin sazişin və ya müqavilənin yerinə 
yetirilməsini digər tərəf də təmin etsin. 
Bu müddəalar iki sahədə: müstəmləkəçiliyin dağılmasını hüquqi 
cəhətdən təsbit edən beynəlxalq müqavilələr sahəsində, yəni Vyetnamın, 
Afrika  ölkələrinin  və  yaxud  Şimali  Afrika  ölkələrinin  müstəqilliyi 
haqqında  məsələlər  üzrə  bağlanmış  müqavilələr  sahəsində  və  Avropa 
iqtisadi  birliyi,  «Ümumi  bazar»,  Avropa  Kömür  və  Polad  Birliyi  ilə 
əlaqədar müqavilələr olmaqla yanaşı, habelə Ümumavropa reqlamentləri 
formasında hüquq tətbiqetmə aktları sahəsində tətbiq olunmur. 
Beynəlxalq  müqavilələrin  bu  kateqoriyası  ilə  əlaqədar  olaraq 
onların təfsirinə aid xüsusiyyəti qeyd etmək lazımdır. Qanunçuluğun bu 
kateqoriyadan  başqa  bütün  mənbələrinin  yekunu  məkhəməlikdir.  Əgər 
beynəlxalq müqavilənin mahiyyətinə və fəaliyyət dairəsinə aid hər hansı 
bir çətinlik meydana çıxarsa, Dövlət Şurasının inzibati işlər üzrə hakimi 
həmin məsələni, vəziyyətindən asılı olaraq, iki növ orqanın müzakirəsinə 
verməlidir. Lakin indi daha tez-tez rast gəlinən bu müstəsna hallarda da 
«Ümumi  bazar»  müqavilələrinə  və  onlann  tətbiqi  haqqında  aktlara  aid 
məsələlərdə  səlahiyyətli  orqan  olan,  iclaslarını  Lüksemburqda  keçirən 
Avropa  birlikləri  məhkəməsi  olmuşdur.  Bu,  çox  geniş  məhkəmə 
praktikasıdır.  Əslində  təfsir  yalnız  mətndə  anlaşılmazlıq  olduqda 
zəruridir.  Əgər  aktda  ikimənalılıq  yoxdursa,  təfsirə  də  ehtiyac  qalmır. 
Çox  zaman  aktın  kifayət  qədər  anlaşıqlı  və  aydın  olub-olmaması  sualı 
meydana  çıxır;  bəzi  hallarda  qəti  qərara  gələnədək  bu  sual  uzun 
müzakirələrə  səbəb  olur.  Misal  üçün,  Fransaya  neft  idxalı  ilə  əlaqədar 
olaraq Dövlət Şurası Roma müqaviləsinə müvafiq müddəanı daxil etməyi 
lüzumsuz hesab etmiş və beləliklə bu ba 
Dövlət Şurasının Kirivudun işinə dair 30 may, 1952-ji il tarixli qərarı. 
122 


rədə  Lüksemburqdakı  məhkəməyə  müraciət  etməmişdi.'^  Bu  məsələnin 
həllində hüquqi millətçilik təzahürü görən deputatlar Avropa parlamentinə 
bir sıra yazılı sorğular göndərməklə kifayətlənmişlər. O vaxtdan etibarən 
Dövlət Şurası bəzi qərarların mətnləri və qərar hissələrini aydınlaşdırmaq 
məqsədi ilə təfsir üçün Lüksemburqdakı məhkəmənin müzakirəsinə versə 

,20
 məhkəmə praktikasında yuxarıda göstərilən xətti dəfələrlə müdafiə 
etmiş və Lüksemburq məhkəməsindən fərqli olaraq müəyyənləşdirmişdi 
ki,  Roma  müqaviləsində  göstərilənlər  aydındır,  onlar  sadəcə  həyata 
keçirilməlidir. 
Sözün əsl mənasında qanunlar normativ sənədlər adlanan aktların 
əsas  məcmusunun  ən  qədim  və  ən  çoxsaylı  kateqoriyasını  təşkil  edir. 
Onlar  hələ  konstitusiyalar  meydana  çıxmazdan  əvvəl  və  beynəlxalq 
müqavilələrin 
dövlətdaxili 
qanunvericiliyə 
birləşdirilməsinə 
başlanmasından çox-çox əvvəl mövcud olmuşdur. 
İndi  tətbiq  edilən  qanunların  bəziləri  öz  kökləri  ilə  çox  qədim 
zamanlara  gedib  çıxır:  deməli,  «qanun»  adlandırılan  aktların  məcmusu 
müxtəlif adlar daşımaqla və müxtəlif dövrlərdə qəbul olunmuş müəyyən 
sayda  aktları  əhatə  edir  (Dövlət  Şurası  nisbətən  yaxın  vaxtlarda  dövlət 
mülklərindən  birinin  müqəddəratı  ilə  əlaqədar  1566-cı  il  tarixli  Mulen 
ediktini tətbiq etməli olmuşdu). 
Nəzəri cəhətdən iyerarxiya mövcuddur: Konstitusiya bütün qalan 
aktlann qüvvəsindən üstün qüvvəyə malikdir, beynəlxalq müqavilələr isə. 
Konstitusiyanın 55-ci maddəsinə uyğun olaraq, qanunlara nisbətən daha 
yüksək qüvvəyə malik olmalıdır. 
Lakin praktikada bu üstün hüquqlar heç də həmişə təsbit olunmur. 
Bu prinsip Dövlət Şurası tərəfindən 6 noyabr, 1936-cı il tarixdə 
Arriqinin  işinə  dair  qərarda  irəli  sürülmüş,  sonra  isə  dəfələrlə  təsdiq 
olunmuşdur.  O,  ölkədə  və  xaricdə  beynəlxalq  müqavilələrin 
səmərəliliyinə  şübhə  doğurmuşdu,  çünki  hakimlərin  tutduqları  mövqe 
Konstitusiyanın 55-ci maddəsinə əsaslanırdı. Manna yarması istehlakçılan 
ümumi həmkarlar ittifaqının işinə dair 12 mart, 1968-ci il tarixli qərarı ilə 
Dövlət  Şurası  müəyyən  etdi  ki,  Avropa  reqlamentlərindən  sonra  qəbul 
edilmiş  daxili  qanun,  hətta  həmin  reqlamentlərə  zidd  olsa  da,  tətbiq 
edilməlidir. Belə məhkəmə praktikası beynəlxalq hüquq sahə- 
Dövlət Şurasının «Şell-Berr» neft şirkətinin işinə dair 19 iyun, 1964-jü il tarixli qərarı. 
“ Dövlət Şurasının Xariji Taxıl tijarəti Həmkarlar İttifaqının işinə dair 10 iyul, 1970- 
ji il tarixli qəran. 
123 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə