Buna görə də beynəlxalq qanunçuluğu təşkil edən beynəlxalq aktlarla
daxili qanunçuluq arasında fərq mövcud idi. Lakin 1946-cı il
Konstitusiyasına əsasən Dövlət Şurası öz praktikasını dəyişərək
Konstitusiyanın 26 və 28-ci maddələrinə istinadən bəyan etmişdir ki,
beynəlxalq müqavilələr qanuni qüvvəsinə görə, hətta daxili qanunların
qüvvəsindən üstün qüvvəyə malikdir. Dövlət Şurası həmin müddəalara
əsasən beynəlxalq müqavilələri qanunçuluq mənbələrinin tərkibinə daxil
etdi.'8 Bu məhkəmə praktikası 1958-ci il Konstitusiyası ilə də təsdiq
edilir. Konstitusiyanın 55-ci maddəsi nəzərdə tutur ki, lazımi şəkildə
paraflanmış və ya bəyənilmiş olan müqavilələr, yaxud sazişlər dərc
edildiyi andan etibarən daxili qanunların qüvvəsindən üstün qüvvəyə
malik hesab edilsin, bu
şərtlə ki, həmin sazişin və ya müqavilənin yerinə
yetirilməsini digər tərəf də təmin etsin.
Bu müddəalar iki sahədə: müstəmləkəçiliyin dağılmasını hüquqi
cəhətdən təsbit edən beynəlxalq müqavilələr sahəsində, yəni Vyetnamın,
Afrika ölkələrinin və yaxud Şimali Afrika ölkələrinin müstəqilliyi
haqqında məsələlər üzrə bağlanmış müqavilələr sahəsində və Avropa
iqtisadi birliyi, «Ümumi bazar», Avropa Kömür və Polad Birliyi ilə
əlaqədar müqavilələr olmaqla yanaşı, habelə Ümumavropa reqlamentləri
formasında hüquq tətbiqetmə aktları sahəsində tətbiq olunmur.
Beynəlxalq müqavilələrin bu kateqoriyası ilə əlaqədar olaraq
onların təfsirinə aid xüsusiyyəti qeyd etmək lazımdır. Qanunçuluğun bu
kateqoriyadan başqa bütün mənbələrinin yekunu məkhəməlikdir. Əgər
beynəlxalq müqavilənin mahiyyətinə və fəaliyyət dairəsinə aid hər hansı
bir çətinlik meydana çıxarsa, Dövlət Şurasının inzibati işlər üzrə hakimi
həmin məsələni, vəziyyətindən asılı olaraq, iki növ orqanın müzakirəsinə
verməlidir. Lakin indi daha tez-tez rast gəlinən bu müstəsna hallarda da
«Ümumi bazar» müqavilələrinə və onlann tətbiqi haqqında aktlara aid
məsələlərdə səlahiyyətli orqan olan, iclaslarını Lüksemburqda keçirən
Avropa birlikləri məhkəməsi olmuşdur. Bu, çox geniş məhkəmə
praktikasıdır. Əslində təfsir yalnız mətndə anlaşılmazlıq olduqda
zəruridir. Əgər aktda ikimənalılıq yoxdursa, təfsirə də ehtiyac qalmır.
Çox zaman aktın kifayət qədər anlaşıqlı və aydın olub-olmaması sualı
meydana çıxır; bəzi hallarda qəti qərara gələnədək bu sual uzun
müzakirələrə səbəb olur. Misal üçün, Fransaya neft idxalı ilə əlaqədar
olaraq Dövlət Şurası Roma müqaviləsinə müvafiq müddəanı daxil etməyi
lüzumsuz hesab
etmiş və beləliklə bu ba
Dövlət Şurasının Kirivudun işinə dair 30 may, 1952-ji il tarixli qərarı.
122
rədə Lüksemburqdakı məhkəməyə müraciət etməmişdi.'^ Bu məsələnin
həllində hüquqi millətçilik təzahürü görən deputatlar Avropa parlamentinə
bir sıra yazılı sorğular göndərməklə kifayətlənmişlər. O vaxtdan etibarən
Dövlət Şurası bəzi qərarların mətnləri və qərar hissələrini aydınlaşdırmaq
məqsədi ilə təfsir üçün Lüksemburqdakı məhkəmənin
müzakirəsinə versə
də
,20
məhkəmə praktikasında yuxarıda göstərilən xətti dəfələrlə müdafiə
etmiş və Lüksemburq məhkəməsindən fərqli olaraq müəyyənləşdirmişdi
ki, Roma müqaviləsində göstərilənlər aydındır, onlar sadəcə həyata
keçirilməlidir.
Sözün əsl mənasında qanunlar normativ sənədlər adlanan aktların
əsas məcmusunun ən qədim və ən çoxsaylı kateqoriyasını təşkil edir.
Onlar hələ konstitusiyalar meydana çıxmazdan əvvəl və beynəlxalq
müqavilələrin
dövlətdaxili
qanunvericiliyə
birləşdirilməsinə
başlanmasından çox-çox əvvəl mövcud olmuşdur.
İndi tətbiq edilən qanunların bəziləri öz kökləri ilə çox qədim
zamanlara gedib çıxır: deməli, «qanun» adlandırılan aktların məcmusu
müxtəlif adlar daşımaqla və müxtəlif dövrlərdə qəbul olunmuş müəyyən
sayda aktları əhatə edir (Dövlət Şurası nisbətən yaxın vaxtlarda dövlət
mülklərindən birinin müqəddəratı ilə əlaqədar 1566-cı il tarixli Mulen
ediktini tətbiq etməli olmuşdu).
Nəzəri cəhətdən iyerarxiya mövcuddur: Konstitusiya bütün qalan
aktlann qüvvəsindən
üstün qüvvəyə malikdir, beynəlxalq müqavilələr isə.
Konstitusiyanın 55-ci maddəsinə uyğun olaraq, qanunlara nisbətən daha
yüksək qüvvəyə malik olmalıdır.
Lakin praktikada bu üstün hüquqlar heç də həmişə təsbit olunmur.
Bu prinsip Dövlət Şurası tərəfindən 6 noyabr, 1936-cı il tarixdə
Arriqinin işinə dair qərarda irəli sürülmüş, sonra isə dəfələrlə təsdiq
olunmuşdur. O, ölkədə və xaricdə beynəlxalq müqavilələrin
səmərəliliyinə şübhə doğurmuşdu, çünki hakimlərin tutduqları mövqe
Konstitusiyanın 55-ci maddəsinə əsaslanırdı. Manna yarması istehlakçılan
ümumi həmkarlar ittifaqının işinə dair 12 mart, 1968-ci il tarixli qərarı ilə
Dövlət Şurası müəyyən etdi ki, Avropa reqlamentlərindən sonra qəbul
edilmiş daxili qanun, hətta həmin reqlamentlərə zidd olsa da, tətbiq
edilməlidir. Belə məhkəmə praktikası beynəlxalq hüquq sahə-
Dövlət Şurasının «Şell-Berr» neft şirkətinin işinə dair 19 iyun, 1964-jü il tarixli qərarı.
“ Dövlət Şurasının Xariji Taxıl tijarəti Həmkarlar İttifaqının işinə dair 10 iyul, 1970-
ji il tarixli qəran.
123