Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə47/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

istisnaların haqlı və məqsədəuyğun olub-olmadığını yoxlamağı nəzərdə 
tutur. 
Başqa 
bir 
problem 
də 
mövcuddur. 
Dövlət 
Şurası 
administrasiyanın  fəaliyyətinin  öz  miqyaslarına  görə  onun  izlədiyi 
məqsədlərlə müqayisə edilə bilən faktların olub-olmadığını daha tez-tez 
aydınlaşdırmağa  çalışır.  Vasitələrin  qarşıya  qoyulmuş  məqsədlərə 
mütənasibliyi  və  ya  adekvathğı  prinsipi  ekspropriasiya  məsələlərində 
geniş  tətbiqini  tapmışdır.  Administrasiya  planlaşdırılan  tikili,  çəkiləcək 
yol üçün yer seçmə zamanı gözlənilən üstünlüklərlə müqayisədə həddən 
artıq narahatlıq yaradan, çoxsaylı mənzillərin dağıdılması və yaxud ətraf 
mühitin vəziyyətinin pisləşməsinə səbəb olan qərar qəbul etməməlidir. 
Beləliklə,  halların  qiymətləndirilməsində  açıq-aşkar  səhvlərin 
olmamasına təminat verilməsi və ümumi direktivlərə riayət edilməsi ilə 
yanaşı,  bu  metodla  diskresion  səlahiyyətlərin  məhdudlaşdırılması  və 
həmin səlahiyyətlərin həyata keçirilməsi üzərində nəzarət imkanı təmin 
olunur.  Diskresion  hüquqları  və  bundan  istifadə  üzərində  məhkəmə 
nəzarəti məsələsi Fransada olduqca aktual məsələdir. Bu məsələ inzibati 
hüquqda da, dövlətin siyasi praktikasında da diqqət mərkəzindədir. 
Sərt  səlahiyyət  və  diskresion  səlahiyyətlər  çox  zaman  eyni  bir 
idarəetmə aktı çərçivəsində həll edilir. Qulluqçulara münasibətdə tətbiq 
edilən  intizam  tədbirləri  buna  əyani  misaldır;  əgər  qulluqçu  günahkar 
deyildirsə, administrasiya heç bir şərtlə ona qarşı cəza tətbiq edə bilməz; 
əgər qulluqçu günahkardırsa, administrasiya onu məsuliyyətə cəlb etmək 
və  sanksiyalar  seçməkdə  tam  azaddır,  yəni  bu  baxımdan  diskresion 
səlahiyyətlərə malikdir. 
Nəhayət, qeyd etmək lazımdır ki, sərt səlahiyyət kimi diskresion 
səlahiyyətlər  də  qanunçuluq  anlayışı  ilə  bağlıdır.  Bu  isə 
məqsədəuyğunluq anlayışı ilə heç də uzlaşmır. Sonuncu heç bir norma və 
hər  hansı  nəzarət  ilə  əhatə  olunmur.  Yalnız  inzibati  hakim  öz 
mülahizəsinə görə bu anlayışın hüdudlarını müəyyənləşdirir. 
Sərt və diskresion səlahiyyətlərin nisbəti ilə bağlı digər məsələlərə 
gəlincə, burada çox şey həmin iki kateqoriya çərçivəsində bu səlahiyyətin 
həcmini kimin bölməsindən və səlahiyyətin diskresion olduğunun, yaxud 
sərt  səlahiyyətdən  irəli  gəldiyinin  hansı  əlamətə  görə  müəyyən 
edilməsindən asılıdır. Belə bölgünü prinsip etibarilə qanunverici  aparır. 
Administrasiyaya  diskresion  səlahiyyətlər  verilməli,  yaxud  onun  üçün 
sərt səlahiyyət müəyyənləşdirilməli olduğunu məhz qanunverici həll edir. 
Misal  üçün,  «sərt  səlahiyyət»  anlayışım  ifadə  etmək  üçün  qanunverici 
«hüquq» terminini və yaxud «vəzifə» terminini işlədir. Məsələn, dövlət 
qulluqçularının ümumi statusunda deyilir ki. 
138 


«həqiqi  qulluqda  olan  məmur  hər  il  məzuniyyətə  çıxmaq  hüququna 
malikdir». Bu o deməkdir ki, administrasiyanın məmura belə məzuniyyət 
verməklə əlaqədar sərt səlahiyyəti vardır^o. 
Dövlət  qulluqçularının  həmin  ümumi  statusuna  uyğun  olaraq, 
«dövlət  qulluqçusunun  dosyesi  şəxsin  dövlət  idarəetmə  orqanları 
sistemindəki vəziyyətinə aid bütün materialları əhatə etməlidir». 
Sərt səlahiyyət təsbit edilməsinin üçüncü üsulu felin əslində əmr 
formasını  nəzərdə  tutan  xəbər  formasından  və  yaxud  gələcək  zaman 
şəklindən istifadə olunmasıdır. Misal üçün, əgər mətndə «hərbi hazırlıq 
kursu keçən qulluqçu bütün təlim dövrü üçün əmək  haqqı ödənilməklə 
məzuniyyətə  göndərilir»,  -  deyilirsə,  bu  o  deməkdir  ki,  məzuniyyət 
verilməsi məcburidir. Yaxud, «ezamiyyətə göndərilmə xidməti ehtiyaca 
görə  ola  bilər»  şəklində  məhdudlaşdırıcı  formul  işlədilə  bilər.  Bu  o 
deməkdir ki, başqa hallarda ezamiyyətə yol verilə bilməz və səlahiyyət bu 
mənada sərt olur. 
Əksinə,  əgər  diskresion  səlahiyyət  barədə  fikir  bildirilmək 
istənilirsə, onda «edə bilmək» feli işlədilir. Hər dəfə aktda deyilirsə ki, 
şəxs nəyi isə əldə edə bilər, administrasiya isə qərara ala bilər, bu, sərbəst 
mülahizə dairəsini göstərir. 
Lakin həqiqətdə bir səlahiyyət dairəsini digərindən ayırmaq asan 
deyildir,  çünki  lüğət  fondumuz  qətilik  baxımından  bütün  variantları 
lazımınca əhatə etmir və qanunvericidən heç də həmişə düzgün istifadə 
etməyi bacarmırlar. Buna görə də çox zaman aktları şərh etmək, yaxud bu 
və  ya  digər  məsələ  ilə  əlaqədar  dəqiqləşdirmək  vəzifəsi  məhkəmələrin 
öhdəsinə düşür. 
İdarəetmə  səlahiyyətlərinin  həcminin  və  xarakterinin  hüquqi 
cəhətdən  qiymətləndirilməsi  həmişə  qanunvericilik  və  məhkəmə 
orqanlarının daimi diqqət və qarşılıqlı əməkdaşlıq obyekti olmuşdur; sərt 
səlahiyyətin  sərhədlərini  və  sərbəst  mülahizə  çərçivələrini,  eləcə  də 
qanunçuluqla  məqsədəuyğunluq  arasında  ayrıca  xəttini  məhkəmə 
praktikası ilə tamamlanmış qanunvericilik müəyyənləşdirir. 
Azərbaycan Respublikasının inzibati hüququnda hüquq normaları 
insanların  davranışına  fəal  təsir  göstərmək  və  ictimai  münasibətləri 
tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına, 
onların  iradəsinə  və  şüuruna  təsir  edir.  Hüquqi  tənzimləmə  sahəsində 
insanlar  hüquq  normalanmn  tələblərinə  uyğun  olaraq  davranırlar. 
Vətəndaşların  davranışı,  ümumi  və  fərdi  maraqları  ictimai  inkişafın 
tələblərinə  uyğunlaşdırılır.  Hüquq  normalarının  realizəsi  onlann 
tələblərinin insanların davranışında təcəssüm edilməsidir. 
Dövlət Şurasının Yeni Şərq şəhərinin işinə dair 28 may, 1971-ji il tarixli qəran. 
139 


inzibati hüquq normaları vətəndaşların optimal davranış variantıdır. 
Lakin bunu fəaliyyətə (həqiqətə) çevirmək üçün inzibati hüququn 
subyektlərinin  davramşlanm  inzibati  hüquq  normasındakı  qaydalara 
qeyri-şərtsiz olaraq uyğunlaşdırmaq lazımdır. 
Deməli,  inzibati  hüquq  normalarının  realizəsi  dedikdə,  inzibati 
hüququn subyektlərinin inzibati hüquqları əldə etməsi və ondan istifadə 
etməsi, hüquqi vəzifələri icra etməsi, vəzifələrə riayət etməsi və inzibati 
hüquqa uyğun hərəkəti başa düşülür. 
Hüquq nəzəriyyəsində hüquq normalarının realizəsinin aşağıdakı 
formaları (üsulu) mövcuddur: 

 
hüquqların icrası; 

 
vəzifələrin icrası; 

 
hüquq normalarının tətbiqi; 
İnzibati hüquq normalarının realizəsinin isə aşağıdakı 4 forması 
mövcuddur: 

 
riayət etmə; 

 
icra etmə; 

 
istifadə etmə; 

 
tətbiq etmə. 
İnzibati  hüquq  normalarının  tətbiq  edilməsinə  qoyulan  əsas 
tələblər  qanunvericilikdən,  məqsədyönlülükdən, əsaslılıqdan  və  hüquq- 
tətbiqetmə fəaliyyətinin elmi təşkilindən ibarətdir. 
Qanunçuluq
  dedikdə,  səlahiyyətli  orqanlar  və  vəzifəli  şəxslərin 
idarəetmə  işini  həll  edən  zaman  inzibati  hüquq  normaları  ilə  onlara 
verilmiş səlahiyyətlər çərçivəsində və ya onun mənasına uyğun sürətdə 
hərəkət etməsi başa düşülür. 
Əsaslılıq  tələbi  inzibati  hüquq  normasının  tətbiqinin  faktiki 
əsasına  yönəlib.  Hüquq  tətbiq  edənləri  istənilən  faktlar  yox,  yalnız  o 
faktlar, hadisələr və hərəkətlər maraqlandırmalıdır ki, onlar üçün inzibati 
hüquq normaları qəbul olunmuşdur. Əsaslılıq tələbi qanunçu- luqla sıx 
əlaqədədir. 
Məqsədəuyğunluq
  dedikdə,  hüquq  tətbiq  edən  tərəfindən  normanın 
mənasını (məqsədini) və işin faktiki hallarını araşdırdıqdan sonra iş üzrə 
daha məqbul qərar qəbul edilməsi başa düşülür. 
Hüquq  tətbiqetmənin  elmi  təşkili  dedikdə,  hər  hansı  ictimai- 
faydalı fəaliyyət kimi hüquq tətbiqetmənin elmi cəhətdən təşkil olunması 
düşünülür. 
Bu tələbin mahiyyəti ondan ibarətdir ki, hüquq tətbiqetmə prosesi 
zamanı,  onun  həyata  keçirilməsində  az  vasitələrin  sərf  olunması  ilə 
maksimal effektivliyə nail olunsun. 
140 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə