Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə46/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

minât,  sağlamlığın  qorunması,  təhsil,  məşğulluğun  təmin  edilməsi, 
mənzil verilməsi və yaxud nəqliyyat təminatı hüquqlarına aiddir. 
Dəqiq  hüquqi  defınisiyalara,  müvafiq  hüquqi  qərarların 
formalaşmasına nail olmaq üçün bu sahədə hələ xeyli tədqiqat aparılması 
lazım  gələcəkdir  və  əlbəttə  ki,  məhz  bu  sahədə  hüququn  ümumi 
prinsipləri  nəzəriyyəsi  qarşıdakı  illərdə  ən  böyük  təkamül  potensialına 
çevriləcəkdir. 
§ 3. Administrasiyanın mälahizshr üzr a s9İahiyyəthri 
Mülahizə  üzrə  administrasiyasının  səlahiyyəti  -  vəziyyəti 
qiymətləndirmək və ona uyğun qərarlar qəbul etmək azadlığı deməkdir. 
Burada  administrasiyaya  geniş  meydan  verilmişdir.  O,  bir  sıra 
qərarlardan birini seçə bilər. Administrasiya müəyyən işi görmək və ya 
görməmək  hüququna  malikdir,  işi  gördükdə  isə  bir  neçə  mümkün 
variantdan birini seçə bilər. 
Diskresion  hüququn  klassik  nümunəsi  köhnə  rejimdə  adamların 
məhkəməsiz  və  istintaqsız  sürgün  edilməsi  və  yaxud  həbs  olunması 
haqqında  kral  fərmanları  idi  ki,  xoşbəxtlikdən  bunlar  artıq  yoxdur. 
Hazırda  siyasi,  diplomatik  və  yaxud  hərbi  xarakterli  məsələlər  üzrə 
diskresiya  tətbiqinin  bir  çox  imkanlarına  rast  gəlinir.  Hərbi  kampaniya 
zamanı  diplomatiya  sahəsində  müttəfiqlər  seçilməsində,  yaxud 
iqtisadiyyatın  planlaşdırılması  sahəsində  məhsul  artımının  plan 
göstəricilərinin  müəyyənləşdirilməsində  olduğu  kimi,  strategiya  və 
taktikanın seçilməsi də əlbəttə ki, rəhbərliyin mülahizəsindən asılıdır. 
Diskresion  hüquqlara  həmçinin  idarəetmə  sahəsində  də  (misal 
üçün, küçənin və yaxud kommunanın adı seçilərkən, yaxud da şəhərsalma 
baxımından onların hündürlüyü müəyyənləşdirilərkən) rast gəlinir. Lakin 
variant seçildikdən, plan isə təsdiq edildikdən sonra fərdi qərarlar qəbul 
etmək  sahəsində  səlahiyyətlər  tikintiyə  icazə  verilməsi  ilə 
məhdudlaşdınlır.  Mülahizə  üzrə  səlahiyyətdən  bu  və  ya  digər  vəzifəli 
şəxsin  qulluqda  irəli  çəkilməsi,  yaxud  pərakəndə  satış  qiymətləri 
müəyyənləşdirilməsi zamanı geniş istifadə olunur. 
Mütləq  səlahiyyət  nadir  hallarda  tam  hüquqi  olduğu  kimi, 
diskresion  mülahizə  də  mütləq  hüquqi  deyildir.  Onun  müəyyən 
çərçivələri  vardır.  Barelin  işp'?  ilə  əlaqədar  olaraq,  kommunist 
namizədlər nazirin diskresion mülahizəsi ilə Milli İnzibati Məktəbə qəbul 
üçün müsabiqədən kənarlaşdınlarkən vəkil Moro Jiaferri parlamentdə mü 
Dövlət Şurasının Barelin işinə dair 28 may, 1954-jü il tarixli qəran. 
135 


zakirələr zamanı demişdi: «Diskresion səlahiyyət elə hüquqdur ki, ondan 
məhdud  şəkildə  istifadə  edilməlidir...  Bu,  hüquqi  formuldan  daha  çox 
siyasi  formuldur.  Lakin  formal  olaraq  diskresion  hüququn  mövcudluğu 
şəraitində  belə  administrasiyanın  azadlığına  bir  sıra  məhdudiyyətlər 
qoyulur,  bu  azadlıq  qanunçuluq  çərçivələrində  həyata  keçirilir  və  ona 
görə nə tam, nə də nəzarətsiz azadlıqdır». 
Administrasiya  öz  diskresion  hüququndan  istifadə  edərkən 
faktların nəzərə alınması zamanı səhvlərə yol verməməlidir. 
Ümumiyyətlə  o,  yaranmış  faktiki  vəziyyət  əsasında  hərəkət 
etməlidir.  Buna  görə  onun  həmin  şəraitin  yanlış  şərh  olunmasına  yol 
verməyə  ixtiyarı  yoxdur.  Əgər  pərakəndə  satış  qiymətləri  sərbəst 
mülahizədən  asılıdırsa  və  administrasiya  hər  hansı  mal  üçün  qiymət 
müəyyənləşdirərkən  hesablama  aparır,  bu  zaman  hər  hansı  dəyər 
göstəricisi  üzrə  faktiki  səhvə  yol  vermişdirsə,  deməli,  o  öz  diskresion 
hüququndan  pis  istifadə  etmişdir.  Beləliklə,  faktlara  münasibətdə  qa- 
nunçuluğa əməl edilməsi dərəcəsi barədə də mühakimə yürütmək olar. 
Diskresion  hüququn  tətbiqi.
  Administrasiya  həmin  hüququ  tətbiq 
edərkən, faktiki səhvə yol verərsə, deməli bununla da hüquqi səhvə yol 
verir və yaxud yanlış hüquqi qiymətləndirməyə əsaslanaraq qərar qəbul 
edir. Barelin işinə dair qərar buna misaldır. Administrasiya Milli İnzibati 
Məktəbə  qəbul  üzrə  müsabiqə  üçün  namizədlərin  siyahısının  tətbiq 
olunması baxımından diskresion hüquqa malik idi. Lakin o, namizədlərin 
siyasi görüşlərini qiymətləndirmək üçün mülahizə üzrə səlahiyyətlərdən 
istifadə etməklə hüquqi səhvə yol vermiş, bununla da vətəndaşların fikir 
azadlığını və dövlət qulluğuna qəbul olmaqda bərabər imkan prinsipini 
pozmuşdur. 
HakimiV  vətdən  sui-istifadə.
  Öz  diskresion  səlahiyyətlərini  həyata 
keçirmək prosesində administrasiya hakimiyyətdən sui-istifadəyə də yol 
verə bilər. Administrasiyaya səlahiyyətlər həmişə onun öz mənafeləri və 
ayrı-ayrı  vətəndaşların  mənafeləri  naminə  deyil,  ictimai-  faydalı 
məqsədlər  üçün  verilir.  Əgər  administrasiya  səlahiyyətlərindən  ümumi 
mənafe üçün deyil, başqa məqsədlərə istifadə edirsə, o, qanunsuz hərəkət 
edir  və  onun  düzgün  olmayan  hərəkətlərindən  məhkəmə  qaydasında 
şikayət verilə bilər. 
Qiymətləndirmədə  açıq-aşkar səhvə yol verilməsi, nəhayət, indi 
Fransada  həll  olunmuş  bir  problemi  də  meydana  çıxara  bilər.  Onun 
mahiyyəti  bundan  ibarətdir  ki,  administrasiya  öz  diskresion 
səlahiyyətlərini həyata keçirərkən vəziyyətə görə və ona hüquqi qiymət 
verməkdə səhv etmək hüququna malikdirmi? Bu, xaricdə də mövcud 
136 


olan  səhv  etmək  hüququ  problemidir.  Administrasiyanın  diskresion 
səlahiyyətləri  məsələsi  indi  dünyanın  bütün  ölkələrinin  idarəetmə 
praktikasında ən mühüm məsələlərdən biridir. 
Bu problem müəyyən çərçivədə Fransa praktikasında da meydana 
çıxmışdır. Dövlət Şurası qiymətləndirmədə açıq-aşkar yanlışlıq anlayışını 
tətbiq etmişdir.^* Administrasiya verdiyi qiymətdə səhv edə bilər, lakin 
onun açıq-aşkar etdiyi səhv, yəni eyni zamanda həm ciddi, həm də göz 
qabağında olan səhv kimi qiymətləndirilir. 
Mənəvi  nöqteyi-nəzərdən  hakimiyyətdən  sui-istifadə  halları 
məntiq  baxımından  açıq-aşkar  səhvə  yol  verməklə  eyni  şeydir. 
Administrasiya öz səlahiyyətlərini həyata keçirmək hüququna malikdir, 
lakin  onun  səhvlərə  yol  vermək  hüququ  yoxdur  (hərçənd  burada  nə 
mənalı,  nə  də  mənasız  olduğu  sualı  meydana  çıxa  bilər).  Hər  halda 
hazırda  diskresion  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  dördüncü 
məhdudiyyət  mövcuddur  ki,  bu  da  qiymətləndirmənin  açıq-aşkar  səhv 
anlayışında ifadə olunmasıdır. 
Məhkəmə praktikası tədricən diskresion hüququn bütün hallarına 
şamil  edilməyə  başlamışdır.  Həmin  hüququn  həyata  keçirilməsinin  ən 
əyani formalarından biri xarici nəşrlərə senzura qoyulması məsələsinə aid 
edilmişdir.25 
Artıq  bir  neçə  ildir  ki,  Dövlət  Şurası  diskresion  səlahiyyətlərin 
həyata keçirilməsinə öz nəzarətini gücləndirmək üçün iki əlavə vasitədən 
- direktiv göstərişlər nəzəriyyəsindən və adekvat məsariflər prinsipindən 
istifadə edir. 
Diskresion  fərdi  qərarlar  qəbul  edə  bilən  hakimiyyət  orqanları 
bəzən hüququn tətbiqi zamanı şəraiti və əsas götürəcəkləri siyasi xətti də 
müəyyənləşdirirlər. Dövlət Şurası Fransanın torpaq krediti işinə dair 11 
dekabr, 1970-ci il tarixli qərarında bu üsulun qanunauyğunluğunu qəbul 
etdi. Lakin tezliklə «direktiv» verildikdə, yaxud «oriyentasiya norması» 
bəyənildikdə idarəetmə orqanı sonralar, haqq qazandırıla bilən ekstremal 
hallar istisna olmaqla, onlan əsas götürməyə borcludur. Mülahizəyə görə, 
hüququn  reallaşdıniması  zamanı  fərdi  qərarlarla  əlaqədar  məhkəmə 
nəzarəti iki baxımdan həyata keçirilir: direktivin özünün əsaslandırılmış 
olması  baxımından  (çünki  onun  administrasiya  tərəfindən  tətbiq  edilən 
qanunun  məqsədlərinə  uyğun  olub-olmadığını  yoxlamaq  vacibdir)  və 
direktivin  fərdi  şəkildə  yerinə  yetirilməsi  baxımından,  o  cümlədən, 
ümumi qaydalardan yol verilmiş 
Dövlət Şurasının Laqranjın işinə dair 15 fevral, 1961-ji il tarixli qəran. 
Dövlət Şurasının «Fransa Masperonun kitab mağazası» səhmdar jəmiyyətinin işinə 
dair 1 noyabr, 1973-jü il tarixli qəran. 
137 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə