Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə54/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

Qanun aktlarında bəzən administrasiya və onun bəzi sifarişçiləri 
arasındakı münasibətlərlə əlaqədar qəbul edilən tədbirlərə də rast gəlinir. 
Bu barədə məktəblər və həbsxanalarla bağlı iki misal göstərmək olar. 
Eks-an-Provans liseyinin direktoru şagirdlərə fərqlənmə nişanları 
gəzdirməyi  qadağan  etmişdi.  Belə  olduğu  halda,  onun  bu  qəran  daxili 
xarakterli  tədbirdir  və  ona  görə  də  ondan  şikayət  edilə  bilməz.^* 
Şagirdlərə  ancaq  qış  dövründə  məşğələlərdə  xizəkçi  şalvarı  geyinməyi 
qadağan etmiş bir lisey direktorunun müəyyən etdiyi bu qaydanı Dövlət 
Şurası öz qərarı ilə qüvvəsində saxlamışdır.^? 
Həbsxanalarda dustaqlara qarşı daha ciddi tədbirlər tətbiq olunur 
və bundan məhkəmə qaydasında şikayət verilə bilməz. Söhbət həbsxana 
rejimini  pozmuş  məhbuslara  qarşı  tətbiq  olunan  cəzalardan,  habelə  bir 
həbsxanadan  digərinə  keçirməklə  bağlı  tədbirlərdən,  yaxud  da  bəzi 
məhbuslara güzəştli siyasi məhbus rejimi yaratmaqdan imtina edilməsi 
ilə bağlı görülən tədbirlərdən gedir. 
Belə  vəziyyətlərlə  əlaqədar  məhkəmə  praktikasında  yekdillik 
yoxdur. Belə bir meyil mövcuddur ki, məhbuslara və hərbi qulluqçulara 
da  məhkəmənin  işə  qarışması  yolu  ilə  qəbul  və  təsbit  edilməli  olan 
hüquqlar verilməlidir. 
Bu  cür  hökumət  aktlarına  və  daxili  xarakterli  belə  görülən  sərt 
tədbirlərə  «haqqında  şikayətə  yol  verilməyən»,  yəni  məhkəmə 
nəzarətindən çıxanimış sahələrin mövcudluğu kimi qiymət vermək olar. 
Lakin  qeyd-şərtlər  nəzərə  alınmaqla  bu  istisnalara  qarşı  nəzəriyyədə 
etirazlar  edilir  və  onların  mövcudluğuna,  həyatda  yaranan  zərurətə 
əsaslanaraq haqq qazandırılır. 
Bütün hallarda yadda saxlamaq lazımdır ki, qanunçuluq prinsipi 
əsasdır  və  həmin  aktlar  da  (qanunçuluğun  pozulması  əlamətinə  görə 
onların ləğvinə məhkəmə vasitəsilə nail oluna bilinməsə belə) bu prinsipə 
tabedir. 
Qanunsuz  hərəkətlərlə  vurulmuş  zərərin  ödənilməsi  -
  bu  problem  üzrə 
aşağıdakı üç fikri qeyd etmək məqsədəuyğundur
Prinsip  etibarilə  aktın  qanunsuz  xarakteri,  avtomatik  olaraq 
administrasiyanın məsuliyyətinə səbəb olur. Bu halda əvvəlcə aktın ləğv 
edilməsi  barədə,  sonra  isə  cərimə  ödənilməsi  haqqında  tələb  irəli 
sürülməlidir.  Lakin  qanunsuz  akt  nəticəsində  vurulmuş  zərərin  olması 
faktı müəyyənləşdirildikdən sonra birinci mərhələdən imtina edərək. 
Dövlət Şurasının Latun işinə dair 21 oktyabr, 1938-ji il tarixli qərarı. 
Dövlət Şurasının Şapunun işinə dair 20 oktyabr, 1954-jü il tarixli 
qərarı. Dövlət Şurasının Kayolun işinə dair 27 yanvar, 1984-jü il tarixli 
qərarı. 
157 


dərhal cərimə ödənilməsini tələb etmək olar. Bu halda, ləğv edilməli olan 
aktlara  məhkəmədə  baxılması  müddətlərinə  riayət  etmək  qaydasından 
asılı olmayaraq, istənilən vaxt aktın qanunsuzluğuna istinad edilə bilər. 
Bir çox hallarda zərərçəkən aktın özünün ləğvi ilə maraqlanmır və 
yalnız zərərin ona müəyyən pul məbləği şəklində ödənilməsini tələb edir, 
yaxud zərərçəkənin özü aktın ləğvinə nail olmaq müddətlərini ötürmüş 
olur. Belə hallarda o, əldən buraxılmış imkanın əvəzini cərimə almaqla 
çıxır. Beləliklə, bəzi hallarda praktikada zərərə görə cərimə ödənilməsi 
aktın qanunsuzluğu ilə əlaqədar yeganə sanksiya olur. 
Lakin  aktın  qeyri-qanuni  xarakteri  heç  də  həmişə  cərimə 
ödənilməsi  ilə  nəticələnmir.  Elə  hallar  da  olur  ki,  kompensasiya 
ödənilməsi barədə iddia qaldırılmazdan əvvəl yalnız aktın ləğv edilməsi 
tələbi  irəli  sürülür,  yaxud  iddia  qaldırılmasına  baxmayaraq,  cərimə 
ödənilmir.  Bəzi  qanunsuz  aktlar  o  qədər  az  əhəmiyyətli  sayılır  ki, 
nəticədə  heç  bir  məsuliyyətə  səbəb  olmur.  Bu,  misal  üsün,  prosessual 
xarakterli qanunsuz aktlara aiddir. Həmin aktların qəbul edilməsində yol 
verilmiş  hüquqi  pozuntular  bunlann  ləğvinə  səbəb  olsa  da,  cərimə 
ödənilməsi ilə bağlı olmur. 
Nəhayət,  müxtəlif  hallarda  məhkəmə  müvafiq  məsələdə 
administrasiyanın  özünün  məsuliyyət  daşıması  faktını  nəzərə  alaraq, 
aktın  qanuniliyinə  nəzarət  etmir.  Bu,  bəzi  hökumət  aktlarına  aiddir. 
Hökumət aktlarından şikayət verilə bilməz, çünki ondan birbaşa şikayət 
verilsə  belə,  onun  ləğv  edilməsinə  nail  olmaq  olmaz.  Lakin  ayrı-ayrı 
hallarda, hökumət aktı ilə zərər vurulduğu təqdirdə, zərərə görə cərimə 
ödənilməsini tələb etmək və buna nail olmaq olar.“^* Daxili xarakterli bir 
sıra tədbirlərlə əlaqədar bu yaxınlarda belə qərar qəbul edilmiş- 
dir.''2
 
Belə bir ümumi müddəa xülasə etmək olar ki, aktın qeyri-qanuni 
xarakteri, adətən, zərərə görə cərimə ödənilməsinə nail olmağa əsas verir, 
hərçənd ki, bəzən aktın özünün qeyri-qanuniliyi avtomatik şəkildə cərimə 
ödənilməsi ilə nəticələnmir və yaxud, əksinə, məhkəmə aktın qanuniliyi 
və qeyri-qanuniliyi məsələsinin həll edilməsini öz hüququna aid etmədiyi 
hallarda ödənc almaq mümkün olur. 
Beləliklə, əksər hallarda qanunçuluq prinsipi məsuliyyət prinsipi 
ilə bağlıdır. 
Dövlət Şurasının Baş elektrik eneıjisi şirkətinin işinə dair 30 mart, 1966-jı il tarixli 
qəran. 
Dövlət Şurasınm Spirin işinə dair 9 iyun, 1978-ji il tarixli qərarı. 
158 


Azərbaycan Respublikası inzibati hüququnda idarəetmə dedikdə, 
ictimai əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən 
hərəkətlər  məcmusu  (daha geniş  mənada  idarəetmə  nəyinsə  və  kiminsə 
üzərində rəhbərlik etməkdir) başa düşülür. 
İdarəetmə  funksiyalarını  həyata  keçirən  zaman  administrasiya 
onun  üzərinə  qoyulan  xüsusi  funksiyaları  da  həyata  keçirir.  Xüsusi 
funksiyalar  dedikdə,  idarəetmə  prosesinin  məqsədindən  və  onun 
qarşısında  duran  vəzifələrdən.  asılı  olaraq  müəyyən  edilən  funksiyalar 
başa düşülür. 
İdarəetmə funksiyalarından biri də təminedici funksiyadır. 
Təminedici funksiyalar dedikdə idarəetmə prosesinin məqsədinə 
nail  olmaq  və  idarəetmə  prosesinin  qarşısında  duran  vəzifələrin  yerinə 
yetirilməsi  üçün  görülən  maddi-texniki  əməliyyat  məcmusu  nəzərdə 
tutulur.  İdarəetmə  zamanı  xüsusi  və  təminedici  funksiyalardan  əlavə, 
ümumi funksiyaları da idarəetmə orqanları həyata keçirirlər. 
Ümumi  funksiyalar  -  hər  bir  idarəetmə  prosesinə  bütövlükdə  və 
onun ayrı-ayrı mərhələlərinə aid olan funksiyalardır. 
Sosial idarəetmənin iki əsas növü mövcuddur: dövlət idarəetməsi 
və qeyri-dövlət idarəetməsi. 
Dövlət idarəetməsi dedikdə dövlət hakimiyyəti xarakteri daşıyan 
xüsusi  səlahiyyətli  subyektlərin  təşkilatçılıq  fəaliyyəti  başa  düşülür  və 
onun həyata keçirilməsi prosesi dövlət funksiyalarının yerinə yetirilməsi 
ilə  xarakterizə  olunur.  Dövlət  idarəetməsinin  subyektlərinin  növləri 
vardır, onlar Azərbaycan Respublikasının inzibati hüququnda geniş şərh 
edilmişdir.  Eyni  zamanda  burada  dövlət  idarəetməsinin  əsas 
xüsusiyyətləri, prinsipləri, metodları və idarəetmənin formaları da geniş 
şəkildə əks etdirilmişdir. 
Qeyri-dövlət  idarəetməsini  sosial  idarəetmənin  digər  növləri, 
qeyri-dövlət 
orqanları  həyata  keçirirlər.  Buraya  aiddir;  yerli 
özünüidarəetmə  orqanları;  dini  qurumlar,  qeyri-hökumət  təşkilatları 
(ictimai  birliklərin  və  fondların  idarəetmə  orqanları);  fərdi  təşkilatların 
idarəetmə orqanları və s. 
Dövlət  idarəetməsinin  obyektləri  -  dövlət  hakimiyyət  orqanlan- 
nın aparatları, idarə, müəssisə və təşkilatların əməkdaşlarının kollektivləri 
və vətəndaşlardır. 
Qeyri-dövlət idarəetməsinin obyektləri - müvafiq idarə, müəssisə 
və təşkilatlann əməkdaşlarının kollektivləri və vətəndaşlardır. 
159 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə