Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə50/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

Belə  aktların  tətbiq  edilməməsi  qaydaları  konstitusiyaya  uyğun 
olaraq,  nəzarət  sistemlərində  yoxlanılan  üsuldur.  Misal  üçün,  ABŞ  Ali 
Məhkəməsi belə hərəkət etmək hüququna malik olduqda o təsdiq edir ki, 
verilmiş qanun kostitusiyaya ziddir. Bu zaman o, qanunu formal olaraq 
ləğv  etmir,  lakin  onun  tətbiqindən  imtina  edir.  Aktların  konstitusiyaya 
zidd olması əsasları üzrə bu cür istisna edilməsi qaydası Fransada mövcud 
deyildir, çünki Konstitusiya Şurası öz nəzarətini iddia icraatı qaydasında 
həyata keçirir və aktların konstitusiyaya müvafiq olub-olmaması məsələsi 
inzibati  ədliyyənin  yurisdiksiyasına  daxildir.  Bunun  müqabilində 
Fransada  aktların  qeyri-qanuniliyi  ilə  əlaqədar  onların  tətbiqinə  qarşı 
etirazlar da mövcuddur. 
Misal  üçün,  idarəetmə  orqanı  tərəfindən  reqlament  qəbul 
edilmişdir,  o  qeyri-qanunidir,  lakin  hələ  öz  qüvvəsini  saxlayır.  Onun 
tətbiqindən  iki  yol  ilə  imtina  etmək  olar:  ya  idarəetmə  orqanının  özü 
verilmiş  qanunsuz  aktın  tətbiq  edilməsi  nəticəsində  hüquq  pozuntusuna 
səbəb ola biləcəyini hiss edərək, həmin aktın tətbiq edilməsini dayandırır 
və  yaxud  da  idarəetmə  orqanı  həmin  aktın  tətbiq  edilməsini  məcburi 
sayarsa, onda onun ləğv edilməsi barədə tələbnamə ilə mülki məhkəməyə, 
cinayət işləri üzrə və ya inzibati məhkəməyə müraciət olunur. 
Cinayət hüququ sahəsində yuxarıda haqqında danışılan iş - Bordo 
Benendəki  milli  bazar  haqqında  iş  üzrə  olmuşdur.  İdarəetmə  orqanı  öz 
müəyyən 
zona 
hüdudlarında 
ayrı-ayrı 
ticarət 
nöqtələrinin 
yerləşdirilməsinə  qadağa  qoymuşdu.  Ticarətçilər  qadağanı  pozmuş  və 
cinayət  təqibinə  məruz  qalmışdılar.  Onlar  dektretin  qanunsuz  olduğuna 
əsaslanaraq  bu  barədə  qoyulan  sanksiyalardan  şikayət  vermiş  və 
Kassasiya  Məhkəməsi  onların  iddiasını  təmin  etmişdir.  Deməli,  onlar 
məsuliyyətdən  azad  edilmişdilər,  çünki  qanunsuz  dekret  əsasında  hər 
hansı cəza tətbiq edilə bilməz. Dekret isə hələ də öz qüvvəsində qalmaqda, 
fəaliyyət göstərməkdədir, lakin cinayət hüquq nəticələri baxımından o, öz 
qüvvəsini itirmiş hesab olunur. 
Əksinə,  cinayət işləri  üzrə məhkəmələr  hüquq  pozuntusuna dair 
aktların  qanunsuzluğuna  istinad  etməklə  hər  hansı  işə  bəraət  qazandıra 
bilməz.32 Avranş və Demare ov zamanı hüquq pozuntusu törətdiklərinə 
görə  hər  ikisi  məhkəməyə  cəlb  edilmişdi.  Onlar  öz  hərəkətlərini  ferma 
torpaqlarında fermerin ailə üzvlərinin ov etməsinə icazə verən prefektura 
aktına əsasən həyata keçirmişlər. Münaqişələr üzrə Tribunal müəyyən etdi 
ki, cinayət işlərinə baxan məhkəmə bu aktı qa- 
Münaqişələr üzrə Tribunalın Avranş və Demarenin işinə dair 5 iyul, 1951-ji il tarixli 
qeran. 
147 


nunsuz hesab etmişdir və deməli, həmin şəxslər ov qaydalarını pozmaqla 
cinayət hadisəsi törətmişlər. 
İnzibati  hüquq  sahəsində  də  qeyri-qanuniliyə  istinad  edilən 
çoxsaylı  hallar  müşahidə  olunur.  Əgər  hökumət  müəyyənləşdirilmiş 
qaydada  dekret  əsasında  vergi  qoymuş  və  yaxud  vergi  miqdarını 
artırmışdırsa,  vergi  ödəyənlər  dekretin  qanunsuzluğuna  istinad  edərək 
vergini ödəməkdən imtina edə bilərlər; həqiqətən də vergiqoyma yalnız 
qanunla müəyyənləşdirilə bilər. 
Qanun  aktlarının  qeyri-qanuni  olmasına  baxmayaraq,  bunlar 
qəbul  olunduqdan  sonra  istənilən  vaxt  ona  istinad  edilə  bilər.  Əgər 
administrasiya XIX əsrə aid dekreti və yaxud prefektura qərarını tətbiq 
etmək  niyyətindədirsə,  həmin  aktın  ilk  növbədə  qanuniliyini  müəyyən 
etməlidir. Əgər o qeyri-qanunidirsə, tətbiq edilə bilməz. 
Fərdi  aktların  müqəddəratı  isə  başqa  cürdür.  Bu  sahədə  qanun- 
çuluğun  tələblərinin  pozulmasından  müdafiə,  yalnız  akt  qüvvəyə 
mindikdən sonra təmin olunur. Akt isə o vaxt qüvvəyə minir ki, o dərc 
edilmiş  və  yaxud  haqqında  bildiriş  verilmiş  olsun  və şikayət  verilməsi 
üçün müəyyənləşdirilmiş iki aylıq müddət keçmiş olsun. Beləliklə, həmin 
aktlara münasibətdə qanunsuzluq motivlərinə görə şikayət verilməsi çox 
qısa müddət üçün nəzərdə tutulmuşdur. 
Etibarsız  aktların  tətbiq  edilməsinin  qarşısını  almaq  üçün  əsas 
onlann ləğv edilməsidir. 
Fransa  hüquq  sistemində  aktın  məhkəmə  qaydasında  ləğv 
edilməsi  üçün  əsas  hakimiyyət  orqanlannm  həddini  aşmasına  görə 
inzibati  məhkəməyə  şikayət  verilməsidir.  Belə  hallarda  ləğvetmə 
haqqında  qərar  qəbul  edilir,  bu  qərarın  nə  kimi  nəticələr  verəcəyi 
müəyyənləşdirilir. 
Aktın lə$v edilməsi aavdası.
 Aktın ləğv edilməsi haqqında əsaslı qərar 
çıxarılmalıdır, çünki ləğvetmə avtomatik qaydada baş vermir. Belə qərarı 
ancaq administrasiya özü və yaxud məhkəmə çıxara bilər. 
Aktın  fəaliyyətinə  inzibati  qaydada  xitam  verilməsi.
  Aktın  ləğv  edilməsi 
barədə  qərar  administrasiya  tərəfindən  qəbul  olunduqdan  sonra  onun 
fəaliyyətinə xitam verilir. Bu, aktın fəaliyyətinə administrasiyanın iradəsi 
ilə son qoyulması deməkdir. Bununla əlaqədar iki metoddan istifadə edilə 
bilər:  akta  xitam  verilir  və  yaxud  o,  ləğv  edilir.  Texniki  dildə  «ləğv 
edilmə»  termini  aktın  daha  çox  məhkəmə  qaydasında  ləğv  edilməsi 
zamanı tətbiq edilir. 
Bir-birinə  əks  olan  iki  halda  qanunvericilik  tələbinə  əməl 
olunmaqla yanaşı, nəticədə sabitlik də əldə edilir. Əgər məmur vəzifəyə 
qanunsuz təyin edilmişdirsə və bu, yalnız 20 ildən sonra aşkar edilərsə, 
onun inzibati qulluqdan azad edilməsi ədalətsiz və qeyri-düzgün olar 
148 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə