Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

hadisə xidmətlə bağlı idi, çünki polis nəfərinə asayişin qorunmasını təmin 
etmək funksiyası həvalə edilmişdir.'*^ 
Ümumi  təqsir  nəzəriyyəsinə  əsaslanan  məhkəmə  praktikası 
zərərçəkənlər  üçün  olduqca  sərfəli  bir  hal  kimi  qiymətləndirilir.  Bu, 
praktikada  onların  zərər  çəkmələrinə  görə  cərimə  almalarına  böyük 
etibarlılıq imkanı yaratdı, çünki bir çox hallarda qulluqçular, xüsusilə də 
hərbi qulluqçular vurulan zərərə görə xeyli məbləğ təşkil edən cəriməni 
ödəmək imkanına malik olmurlar. 
Təbii  olaraq  belə  hallarda  bir  sıra  tədbirlər  nəzərdə  tutulur  ki, 
zərərçəkən eyni bir zərərə görə eyni vaxtda iki ödənc ala bilməsin. 
Məhkəmə  praktikasında  yeridilən  belə  xətt  qulluqçular  üçün  də 
əlverişlidir, çünki onların saysız-hesabsız hərəkətləri nəticəsində vurulan 
ziyanı özləri ödəməli olduğu halda, bu ziyanları dövlət ödəyirdi. 
Beləliklə, bu şəraitdə qulluqçulann fərdi məsuliyyəti məsələsinə 
çox  nadir  hallarda  toxunulurdu,  çünki  zərərçəkənlər  administrasiyaya 
qarşı  iddia  qaldırmağa  üstünlük  verirdilər.  Bir  sıra  alimlər  tərəfindən 
tənqidi  fikirlər  söylənildikdən  sonra  ümumi  təqsir  nəzəriyyəsi  1951-ci 
ildə  administrasiyanın  kollektivinin  daxili  münasibətlərinə  də  şamil 
edilməyə başladı. 
Administrasiyanın  öz  qulluqçuları  ilə  münasibətləri  ondan 
ibarətdir  ki,  Dövlət  Şurası  ilk  vaxtlar  belə  hesab  edirdi  ki,  məhkəmə 
qərarına əsasən zərərçəkənə cərimə ödəməyə borclu olan administrasiya 
bütün cərimə məbləğini bir qulluqçudan (hətta o, fərdi təqsir olan hərəkət 
etdikdə belə) tuta bilməz.“*5 Bu məhkəmə praktikası Dövlət Şurasının 
Delvilin və Larüelin işlərinə dair 26 iyul, 1951-ci il tarixli qərarı ilə rədd 
edildi və tamamilə dəyişdirildi. 
Hər  iki  işdə  söhbət  yol-nəqliyyat  hadisələrindən  gedirdi.  Bu 
işlərdə  iki  fakt  müşahidə  edilir;  ümumi  təqsiri  və  birgə  məsuliyyəti 
müəyyənləşdirmək. 
- Delvilin işində hərbi yük maşınının sürücüsünün təqsiri üzündən 
baş  verən  yol-nəqliyyat  hadisəsinə  iki  fakt  səbəb  olmuşdur:  bu, 
öz-özlüyündə  xidməti  vəzifələrin  icrası  zamanı  yol  verilən  təqsirdir; 
sürücü özü isə sərxoş vəziyyətdə olmuşdu - bu, fərdi təqsirdir. Yol verdiyi 
fərdi  təqsirə  görə  ümumi  məhkəmə  tərəfindən  ittiham  olunmuş  sürücü 
dövlətə qarşı iddia qaldırdı. Dövlət Şurası onun məsuliy- 
Dövlət Şurasının Bemarın işinə dair 19 oktyabr, 1954-jü il tarixli qeran. 
Dövlət Şurasının Pursinin (1914-jü il müharibəsi zamanı səhvən satqın hesab etdiyi 
şəxsin güllələnməsi barədə serenjam vermiş zabitin) işinə dair 28 mart, 1924-jü il tarixli 
qəran. 
169 


yətini  iki  hissəyə  böldü:  məsuliyyətin  yarısını  bu  işdə  iştirakı 
olmayanlarla, ikinci yarısını isə sürücünün sərxoş vəziyyətdə olması ilə 
əlaqələndirdi;  beləliklə,  cərimə  ödəmək  yükü  təqsirli  qulluqçu  ilə 
administrasiya arasında bölüşdürüldü. 
Laürelin işində eyni bir hərəkətə görə birgə məsuliyyətdən söhbət 
gedirdi.  Hərbi  avtomobilin  sürücüsü  maşını  öz  şəxsi  məqsədləri  üçün 
istifadə  edərkən  yol-nəqliyyat  hadisəsi  törətmişdi.  Bilavasitə  zərəri 
doğuran yeganə hərəkət sürücünün avtomobili idarə etməsi ilə bağlı təqsir 
idi.  Bu  o  mənada  fərdi  təqsir  idi  ki,  sürücü  xidməti  vəzifə  başında 
olmamış,  hətta  xidməti  avtomaşından  qanunsuz  istifadə  etmişdir. 
Bununla  belə,  hər  halda  bu  təqsir  sürücünün  üzərində  lazımi  nəzarətin 
olmaması  üzündən  baş  vermişdir.  Məhkəmənin  qərarına  əsasən 
zərərçəkənə vurulmuş ziyanı ödəməyə borclu olan dövlət sürücüyə qarşı 
iddia  irəli  sürdü.  Dövlət  Şurası  da  reqress  iddiası  olduqda  sürücünün 
hərəkətini  zərərçəkənə  dövlət  tərəfindən  vurulmuş  ziyan  kimi 
qiymətləndirmiş və bu zərərin dövlət tərəfindən ödənməli olduğu barədə 
hökm çıxartmışdır. 
Birgə  məsuliyyət  nəzəriyyəsinin  yeni  qaydada  tətbiqinə  dair  bu 
misalla  əlaqədar  iki  faktı  qeyd  etmək  olar.  Əvvələn,  belə  işlər  inzibati 
məhkəmələrə  aiddir.  Dövlət  və  zərərçəkən  arasında  mübahisə  bəzən 
yol-nəqliyyat  hadisələri  ilə  əlaqədar  ümumi  məhkəmələrə  də  aid  edilə 
bilər.  Lakin  dövlət  və  onun  qulluqçusu  arasında  mübahisəyə 
administrasiya üçün daxili mübahisə kimi baxılır ki, bu da ilk törədilmiş 
hərəkətlərdən  asılı  olmayaraq,  inzibati  məhkəməyə  aiddir.  İkincisi, 
xidmətlə əlaqədar təqsir və fərdi təqsir anlayışları öz mənasına görə bir 
qədər dəyişmişdir, o cümlədən fərdi təqsir intizam qaydasıdır. Laürelin 
işində  hərbi  qulluqçunun  nəqliyyat  vasitəsini  idarə  etməsi  zamanı 
törətdiyi  hüquq  pozuntusundan  daha  çox  onun  xidməti  maşından 
qanunsuz  istifadə  etməsi  təqsir  sayılmışdı.  Beləliklə,  tamamilə  eyni 
olmayan  fərdi  təqsir  sürücünün  zərərçəkənə  münasibəti  və  dövlətə 
münasibəti baxımından məhkəmə məsuliyyətinə səbəb olmuşdu; birinci 
halda  avtomaşının  idarə  edilməsi  qaydalarının  pozulması  ilə  bağlı 
təqsirdən  söhbət  gedirsə,  ikinci  hal  intizam  qəbahəti  kimi 
qiymətləndirilərək, qanun aktının pozulmasına səbəb olmuşdur. 
Məhkəmə praktikasında belə xəttin yeridilməsi dövlətə və ictimai 
kollektivlərə imkan verir ki, öz qulluqçularının bir növ toxunulmaz silkə 
çevrilməməsi üçün iddianı daha tez-tez onlara qarşı yönəltsinlər. Lakin 
bütün  hallarda  baş  vermiş  hüquq  pozuntusunun  səbəbləri 
müəyyənləşdirilməlidir. 
Məhkəmə praktikasında bu yeni istiqamət heç də intensiv inki 
170 


şaf  etmirdi  və  hökumət  komissarı  Kan  analoji  işlərdən  birinə  dair 
çıxardığı  nəticələrdə  məsuliyyətin  qulluqçular  üzərinə  ötürülməsi 
praktikasının  sinfi  məhkəmə  praktikası  xarakteri  ala  biləcəyindən 
narahatlığını bildirmişdi.“'^ Həqiqətən müəyyən edilmişdir ki, dövlətin bu 
yol ilə əleyhinə iddia irəli sürdüyü şəxslər, çox zaman hərbi qulluqçular, 
əsasən  sıravi  heyət,  yaxud  aşağı  rütbəlilər,  nadir  hallarda  isə  general 
olurlar  və  bu  axırıncılar  hər  halda  xidməti  avtonəqliyyatdan  öz  şəxsi 
məqsədləri üçün istifadə edirlər. 
Özbaşınalıq  imkanı  onunla  bağlıdır  ki,  administrasiya,  intizam 
sahəsində olduğu kimi, öz şəxsi heyətinə qarşı iddia irəli sürməyə borclu 
deyildir.  Bu  cəhətdən  o,  diskresion  səlahiyyətə  malikdir  və  həmin 
səlahiyyətdən  vəziyyətdən  asılı  olaraq  istifadə  edir.  Elə  olur  ki,  eyni 
təqsirə yol vermiş iki qulluqçunun biri məhkəməyə cəlb edilir, digərinə 
qarşı  isə  xidmət  rəhbərlərinin  onun  barəsində  verdikləri  xasiy- 
yətnamədən  asılı  olaraq  barəsində  tədbir  görülmür.  Bəlkə  də  məhz  bu 
təhlükə  administrasiyanı  Laürelin  və  Delvilin  işləri  üzrə  məhkəmə 
praktikasının ona verdiyi yeni vasitədən çox nadir hallarda istifadə etməyə 
səbəb olmuşdur. 
Təqsiri təfsir olunmasından asılı olaraq fərqləndirmə öz kökləri ilə 
Roma hüququna gedib çıxır; bu, xüsusi huquqda da mövcuddur və oradan 
da inzibati hüquqa keçirilmişdir. 
Administrasiyanın məsuliyət daşıması üçün, adətən, sadə təqsir də 
kifayətdir.  Bunu  bəzən  yüngül  təqsir  də  adlandırırlar.  Lakin  ayrı-  ayrı 
hallarda inzibati məhkəmə təfsir olunmuş, törədilən hadisənin ağır təqsiri 
olmasını əsas götürür. 
Xidməti  borcun  yerinə  yetirilməsi  ağır  çətinliklərlə  bağlı 
olduğuna  görə  və  yaxud  qanun  hər  hansı  şəkildə  inzibati  məsuliyyəti 
prinsipcə istisna etdiyi hallarda, məsuliyyətin meydana çıxması üçün ağır 
təqsirin mövcudluğu sübuta yetirilməlidir. 
Xidməti vəzifələrin verinə yetirilməsi zamanı çətinliklər.
 Məhkəmə belə hesab 
edir  ki,  ümumi  xidmət  funksiyalarının  təmin  edilməsi  zamanı  bir  sıra 
çətinliklərlə  qarşılaşanda  sadə  təqsir  bağışlanır  və  məhkəmə 
məsuliyyətinə cəlb edilməklə sanksiyalar tətbiq olunması üçün əsas ancaq 
ağır  təqsir  olur;  bundan  başqa,  ən  kiçicik  qüsurlara  görə  xidmət  heyəti 
üzərinə  məsuliyyət  düşə  biləcəyi  hal  da  baş  verir  ki,  bu  zaman  xidmət 
agentləri  xidmət  zamanı  qorxulu  faktlarla  üzləşirlər.  Məsələn,  söhbət 
polisin bütün fəaliyyətindən deyil, həmin fəaliyyətin yalnız o növlərindən 
gedir ki, bunlar ən çətin hesab edilən və əsasən 
Dövlət Şurasının Jangyenin işinə dair 22 mart, 1957-jü il tarixli qərarı. 
171 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə