Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə59/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

küçələrdə  asayişi  qoruyaraq  polis  fəaliyyətini  həyata  keçirməklə  bağlı 
olsun  və  ya  fəaliyyət  yanğınlara  qarşı  mübarizədə  iştirak  edən 
yanğınsöndürənlərlə əlaqədar olsun. 
Bu iki halda belə hesab edilir ki, küçə iğtişaşları və sürətlə yayılan 
yanğın  zamanı  dərhal  və  həmişə  lazımınca  düşünülmüş  qərarlar  qəbul 
edilməsi çətinlik törədir. Elə buna görə də hər hansı bir çatışmazlıqlara 
yol  verilə  bilər,  çünki  xidmət  üzrə  fəaliyyət  məsuliyyətlə  nəticələnmir. 
Məhz bununla əlaqədar xidmət üzrə yaranan məsuliyyət ağır təqsir hesab 
edilir. 
Təbabət.
 Belə hesab edilir ki, tibb sənəti çətin sənətdir və hətta ən 
yaxşı həkim də ya diaqnoz qoyduğu, ya da müalicə apardığı zaman səhvə 
yol  verə  bilər.  Buna  görə  də  həkim  öz  fəaliyyətində  tam  müstəqil 
olduğundan  diaqnoz  qoymaq  və  müalicə  ilə  bağlı  olaraq,  tam  sərbəst 
hərəkət  etməlidir.  Xəstəxana  şəraitində  yol  verilən  təqsirə  o,  cavab 
vermir. 
Bu qayda yalnız sırf tibbi xarakterli təqsirlə əlaqədar tətbiq edilir. 
Əksinə,  əgər  xəstəxana  xidmətinin  təşkilindən,  yaxud  bu  xidmətin 
fəaliyyətindən,  ya  da  yardımçı  tibb  heyətinin,  tibb  bacılarının  işindən 
söhbət gedirsə, bu halda xidməti məsuliyyətə istinad etmək üçün sadəcə 
təqsirlinin olması kifayətdir. 
Nəzarət  etmək  həmişə  iş  görməkdən  çətindir,  çünki  nəzarətçi 
əvvəlcədən  işin  mahiyyətini  bilməkdə  maraqlı  olmalıdır.  Buna  görə  də 
belə  hesab  edilir  ki,  əgər  nəzarət  edilən  orqan  qanunsuz  hərəkətə  yol 
vermirşsə, onda bu barədə nəzarətin aparılması həvalə olunan orqan da 
apardığı qanunsuz nəzarətə görə məsuliyyətə cəlb edilə bilər. Təbiidir, bu 
o halda baş verir ki, həmin orqan ya bilavasitə zərərçəkənə, yaxud nəzarət 
altındakı orqana münasibətdə ağır təqsirə yol vermiş olsun. Belə olduqda, 
sonuncu  da  öz  növbəsində  nəzarətçinin  qanunsuz  əməllər  törətməsinə 
maneçilik törətməyə borclu olduğuna istinad edərək, ona qarşı iddia irəli 
sürülür. 
Məhkəmə  praktikasında  dövlət  tərəfindən  yardımçı  ümumi 
(ictimai)  kollektivlər,  misal  üçün, sosial təminat  kassaları'*'^  və  xüsusi 
fəaliyyət, o cümlədən bankların fəaliyyəti“** üzərində həyata keçirilən 
nəzarətlə əlaqədar belə hadisələrə rast olunur. Misal üçün, əmanətçilərin 
çox  asanca  etibar  etdikləri  bank  iflasa  uğrayır  və  onların  pullarını 
qaytarmaq iqtidarında olmur, bu zaman əmanətçilər banklara nə- 
Dövlət Şurasının Mert-e-Mozel departamenti sığorta kassasının işinə dair 29 mart, 
1946-jı il tarixli qərarı. 
Dövlət Şurasının Darmonun işinə dair 29 dekabr, 1978-ji il tarixli qərarı. 
172 


zarət  fəaliyyəti  üçün  məsuliyyət  daşıyan  dövlətə  qarşı  iddia  qaldırır. 
Nəzarət hərəkətini keçirməli olan orqan ona tapşırılan vəzifələri vicdanla 
yerinə  yetirmədikdə  və  nəticədə  isə  vətəndaşlara  zərər  vurulduqda  öz 
fəaliyyətini lazımınca həyata keçirməməyə görə günahlandırıla bilər. Bu 
halda  ağır  təqsir  mövcud  olduğundan  dövlətin  məsuliyyəti  yaranır.  Bu 
zaman  saxtakarlıq  faktları  da  aşkar  edilərsə,  onda  xidməti  fəaliyyətilə 
əlaqədar  olsa  belə,  nəzarəti  lazımi  qaydada  həyata  keçirməmiş  şəxslər 
barəsində qərar qəbul edilməlidir.'*^ 
Məsuliyyətdən  azad  edilmə.
  Bir  sıra  qanunlara  əsasən,  dövlət  öz 
qulluqçularının  fəaliyyəti  üçün  məsuliyyət  daşımır.  Yəni  şəxsin  ümumi 
xidməti  fəaliyyəti  dövlət  üçün  əhəmiyyət  kəsb  etmədiyinə  görə  onun 
məsuliyyəti  yaranmır  və  yalnız  bu  halda  müəyyən  qeyd-şərtlər  mövcud 
olur.  Bu  cür  qanunvericilik  iddialan  fıkrimizcə  düzgün  deyildir,  çünki 
əksinə olaraq, belə bir prinsipə üstünlük verməməli dövlət vətəndaşların 
fəaliyyəti üçün də məsuliyyət daşımalıdır. Qanunverici yalnız sadə təqsirə 
görə məsuliyyətə cəlb edilmə hallarını istisna etməyə cəhd göstərmişdir. 
Çox  güman  ki,  bu,  qanunvericinin  xidməti  çətinliklər  barədə  özünün 
müəyyən təsəvvürlərə malik olması ilə bağlıdır. 
Lakin hər bir halda ağır təqsirə görə məsuliyyətdən azad edilməyə 
yol verilməməlidir. 
Beləilklə,  əgər  birinci  halda  ağır  təqsir  barədə  qeyd-şərtlər 
məsuliyyət prinsipini qəsdən zəiflətmək üçün vasitədirsə, digər hallarda 
məsuliyyətin  olmamasına  görə  mövcud  olan  normalar  məhdud  şəkildə 
şərh edilir. 
Məsuliyyəti,  adətən,  təqsir  doğurur,  lakin  müstəsna  hallarda 
məsuliyyət təqsirsiz də yarana bilər. Buna risk məsuliyyəti də deyirlər, bu 
anlayış  fıkrimizcə  qətiyyən  qənaətləndirici  deyildir,  çünki  risk  ideyası 
təqsirsiz məsuliyyətin bütün motivlərini əhatə etmir. 
Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı bərabərliklə bağlı 
səbəblərə  görə  yaranan  məsuliyyətlər  barədə  məhkəmələr  bu  təqsirsiz 
məsuliyyətin  mövcudluğuna  dair  izahatlar  vermişlər.  Söhbət 
administrasiya tərəfindən ümumi mənafelər naminə xüsusi şəxsə həvalə 
olunmuş təəhhüdün yerinə yetirilməməsi nəticələrinin əvəzini ödəməkdən 
gedir. 
Qeyd  olunur  ki,  administrasiya  sosial  həyatda  çox  mühüm  və 
geniş  fəaliyyətlər  göstərdiyindən  bu  fəaliyyətlər  bir  çox  vətəndaşlar 
üzərinə ağır vəzifələr qoyur. Bu, ya işdə son dərəcə risk yaranmasına 
Dövlət Şurasının dul qadın Tyeların işinə dair 24 mart, 1976-jı il tarixli qərarı. 
173 


gətirib çıxarır, ya da onun qarşısına qoyulan fəaliyyətin geniş miqyaslı 
olması ilə əlaqədar olaraq qeyri-normal zərərin vurulmasına səbəb olur. 
Belə hallarda həmin zərərin ödənilməsi həmin şəxsin üzərinə qoyulursa, 
bu zərərin ödənilməsi qeyri-qanuni hesab edilir. 
Təqsirsiz  məsuliyyət  nəzəriyyəsi  tarazlıq  amili  olub,  idarəetmə 
xarakterli münasibətlərdə gərginliyi azaldır. 
Xüsusi hüquqda da təqsirsiz məsuliyyət mövcuddur, lakin burada 
o,  məhdud  çərçivədədir,  çünki  məhkəmə  praktikasına  yalnız  qanunda 
nəzərdə tutulduğu halda əməl edilir. İstehsalatda işləyən fəhlə və ya hər 
hansı bir şəxs zədələnərsə, o anda administrasiya məsuliyyət daşıyır və 
qanuna  görə  hətta  sahibkarın  təqsiri  olmadıqda  belə  öz  muzdlu  işçisi 
qarşısında məsuliyyət daşımalıdır. 
Bu  cür  normaların  qiymətləndirilməsində  inzibati  ədliyyə  daha 
sərbəstdir. Qanunla nəzərdə tutulmadığı halda inzibati hakimlər təqsirli 
olmayan  şəraitdə  məsuliyyətin  yaranmasını  nəzərdə  tuturlar;  ümumi 
mülki  hüquqdakı  məsuliyyətlə  müqayisədə  inzibati  məsuliyyətin 
orijinallığı,  spesifikliyi,  müstəqilliyi  məhz  təqsirsiz  məsuliyyətin 
yaranması şəraitində daha yaxşı təzahür edir. 
İnzibati  məsuliyyət  əsasən  ictimai  işlərdə  fəaliyyətin  təhlükəli 
növləri ilə vurulmuş zərərləri, ümumi xidmətlərin əməkdaşlanna vurulan 
zərəri, nəhayət, qanunların və hüquqi aktların icrası nəticəsində yaranan 
məsuliyyəti əhatə edir. 
Bu adi ümumi ifadə eyni zamanda müəyyən işlərin görülməsini 
tikililərin  (qurğuların)  aparılması  ilə  bağlayır. Məsələn,  yol  tikintisi  və 
artıq işi başa çatmış yol ilə bağlı olan vurulmuş zərərin əmələ gəlməsi. 
Söhbət çoxdan təşəkkül tapmış və klassik nümunəyə malik olmuş 
məhkəmə  praktikasından  gedir.  Təqsirsiz  məsuliyyət  inzibati  ədliyyə 
praktikasının  ən  mühüm  işlərindən  biridir.  İnzibati  məhkəmələr  və 
Dövlət Şurası hər il yüzlərlə bu cür işləri icraata götürürlər. İctimai işlərin 
görülməsi nəticəsində yaranan zərərdən əziyyət çəkən və ya əziyyətlərə 
məruz qalan adamların çoxunda bu, təəccüb doğurur. 
Bu  nəzəriyyə  eyni  zamanda  tikilinin  (qurğunun)  sahibi 
adlandırılan  ümumi  (ictimai)  kollektivə,  milli  obyektlərə,  dövlətə  və 
ayrı-ayrı  sahibkarlara  münasibətdə  də  tətbiq  olunur.  Sonuncu  halda 
söhbət müstəsna olaraq çətin və ağır işlərlə əlaqədar olur və bu zaman 
xüsusi  şəxsin  məsuliyyəti  inzibati  hüquq  dairəsində  yaranır,  bunun 
normaları  nəticəsində  meydana  çıxan  mübahisələr  inzibati  ədliyyə 
çərçivəsində həll edilir. 
İctimai işlərlə bağlı zərər vurulması nəzəriyyəsinə gəlincə, burada 
zərərin xarakterindən və zərərçəkənlərin kateqoriyasından asılı 
174 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə