Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə67/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

ikincisi,  xatırlanılan  əlavə  ödənclərə  qanunvericilikdə  əvvəldən 
nəzərdə  tutulmamış  digər  ödənc  formaları  da  əlavə  edilmişdir;  belə 
ödənclər əslində çox zaman gizli xarakter daşıyır. Mütəxəssislər dövlət 
qulluqçularının  spesifik  kateqoriyasını  təşkil  edirlər;  onlar  məvacibi 
dövlətdən  alırlar,  lakin  tikinti  dəyərinin  müəyyən  faizi  onların  nəfmə 
ayrılmaq şərti ilə podrat işlərini yerinə yetirmək hüququna da malikdirlər. 
Həmin  ayırmaların  miqdarı  bəzi  hallarda  onların  məvaciblərini  ikiqat 
artıra bilər. 
Digər  tərəfdən,  elə  əlavə  ödənclər  verilməyə  başlanmışdır  ki, 
bunlar çox zaman gizli xarakterli ən müxtəlif təbiətli, müxtəlif təyinatlı 
olur, həm də müvafiq məsariflər maddəsi üzrə sənədləşdirilir. 
Üçüncüsü,  ümumi  xarakterli  ödənclər  müəyənləşdirilmişdir  ki, 
bunların hər hansı şərt olmadan əsas maaşa sadəcə əlavə olduğu heç kəs 
üçün sirr deyildir. Hüquqi aktda axırıncı iş yeri üzrə ümumi məvacibin 80 
faizi qədər pensiya almaq mümkün olduğu göstərilməsinə baxmayaraq, 
əslində  çox  zaman  pensiya  maaşın  50  faizinə  qədər  hesablanır,  çünki 
pensiya miqdarı müəyyənləşdirilən əməyə görə verilmiş ümumi haqqın 
xeyli hissəsi əlavə haqq mahiyyəti daşıdığından hesaba alınmır. 
Əlavə  ödənclər  sistemi  idarəetmə  korpusları  arasında  rəqabət 
yaradır, çünki hər bir əməkdaşın ayrılıqda hansı ödəncləri aldığı bilin 
mir. 
Vəziyyətə  aydınlıq  gətirməyə  və  pensiya  qanunvericiliyində 
qayda  yaratmağa  çalışan  hökumət  aşağıdakı  tədbirləri  gördü.  O,  əlavə 
ödənclərin qeyri-mümkün olmuş kodifıkasiyasmdan imtina etdi və dövlət 
qulluqçularının yeni ümumi statusuna belə bir müddəa daxil edilməsi ilə 
kifayətləndi  ki,  dövlət  qulluqçularının  əməyinə  görə  verilən  haqq 
«məvacibi, güzəran üçün əlavə ödənci, ailə üzvləri üçün məvacib əlavə 
ödənci, habelə qanunvericilikdə və qanun aktlarında müəyyənləşdirilmiş 
digər ödənişləri» əhatə edir. Sonra hökumət əlavə ödənclər və mükafatlar 
haqqında  məruzə  hazırlanmasına  dair  sərəncam  verdi,  həmin  məruzə 
siyasi, inzibati və maliyyə orqanlarının nəzərinə çatdırıldı. Bununla belə, 
hazırkı şəraitdə məmurların real vəziyyəti tarif cədvəlinə heç də uyğun 
gəlmir,  çünki  yüksək  rütbəli  məmurlar  üçün  əlavələr  formasında 
ödənclərin miqdarı daha yüksəkdir. 
Beləliklə,  ümumi  xidmət  sahəsi,  əmək  haqqı  ilə  əlaqədar  sərt 
rejimi - hər cür ödənclərlə qismən yüngülləşdirilən bu rejimi, görünür ki
hələ uzun müddət ərzində saxlayacaqlar. 
Dövlət  qulluqçularına  edilən  sosial  güzəştlər  haqqında  az  şey 
demək olar. Çünki dövlət qulluqçularının rejimi öz imtiyazlı xarakte 
194 


rini  itirmişdir.  Əvvəllər  dövlət  qulluqçuları  xüsusi  bölmənin 
qulluqçularına  nisbətən  daha  artıq  sosial  (misal  üçün,  məzuniyyət  və 
pensiyalar sahəsində) güzəştlərə malik idilər. Lakin hazırda hər iki rejim - 
dövlət-hüquqi və xüsusi-hüquqi rejimlər bir-birinə xeyli yaxınlaşmış və 
bunların arasındakı fərqlər silinmişdir. 
Xüsusi  bölmənin  qulluqçularında  olduğu  kimi,  dövlət 
qulluqçularına  da  illik  məzuniyyət,  xəstəliyə,  doğuma  və  uşağa  qulluq 
etməyə  görə  məzuniyyətlər  verilir,  lakin  bunların  şərtləri  daha  əlverişli 
olur. Onlara həmçinin xüsusi sosial təminat rejimi də şamil edilir ki, bu da 
ümumi  rejimin  əsasıdır.  Dövlət  qulluqçusunun  müəyyən  üstünlüyü 
saxlansa belə, bunlar indi xüsusi imtiyaz xarakteri daşımırlar. 
§ 3, MobiUiyin anlayışı vd növhri 
Kadr 
xidməti 
rejimi 
şəraitində 
mobillik, 
əslində, 
məhdudlaşdırılmış  olduğundan  bütün  idarəetmə  korpusu  əsas  ehtiyatı 
eyni  vəziyyətdə  saxlayırlar.  Dövlət  qulluqçularının  əksəriyyəti,  demək 
olar ki, bütün əmək fəaliyyətləri müddətində inzibati qulluqda qalırlar. Bir 
qayda  olaraq,  onlar  eyni  korpusda,  eyni  vəzifəyə  malikdirlər.  Bununla 
belə, mobillik daxili və xarici mobillik şəklində bir sıra formaların həyata 
keçirilməsində mövcuddur. 
Daxili  mobillik  əsasən  qulluqçunun  qəbul  edilmiş  olduğu 
idarəetmə korpusu çərçivəsində olur. O ya üfüqi, ya da şaquli ola bilər. 
Xidməti  yerdəyişmə
  üfüqi  mobillik  eyni  bir  korpus  daxilində  •  eyni 
vəzifədə (bəzən yaşayış yerini dəyişməklə) bir işdən başqasına keçilməsi 
ilə  əlaqədə  olur.  Bu  daxili  mobillik  çoxştatlı  idarəetmə  korpuslarında 
geniş  tətbiq  olunur;  milli  təhsil  sistemi  də  belə  səciyyələnir:  lisey 
müəllimi ilkin korpus çərçivəsindəki vəzifəsində qalmaqla həmin liseydə 
bir sinifdən digərinə, eyni bir şəhərdə bir liseydən digərinə və yaxud bir 
şəhərdən  başqasına  keçə  bilər.  Poçt  və  rabitə  işçiləri  idarəetmə 
korpuslarında  xeyli  daxili  mobillik  müşahidə  olunur  ki,  bu  da  bir  çox 
hallarda  çətinliklər  yarada  bilər,  çünki  burada  xidmətin  tələblərini  və 
müştərilərin ehtiyaclarını nəzərə almaq vacibdir. Məsələn, məlumdur ki, 
cənub  rayonlarında  poçt  qulluqçularının  sayı  həddindən  artıqdır  və 
müvafiq  vəzifələrin  tutulması  üçün  lazımi  üstünlüklər  sisteminin  təşkil 
edilməsi məqsədəmüvafiq hesab edilir. 
Xidməti  yerdəyişmələr  əksər  hallarda  əlaqədar  şəxslərin  razılığı 
ilə edilir, lakin qulluqçular halında isə ehtiyac olduqda yerdəyişməyə yol 
verilir. Misal üçün, qulluqçu ona tapşırılmış işin öhdəsindən gələ 
195 


bilmədyi  hallarda,  onun  başqa  yerə  keçirilməsi  münasib  sayıldıqda 
qulluqçunun  xidməti  yerləri,  dəyişdirilə  bilər.  Polis  və  ordu 
korpuslarında kütləvi qaydada bir vəzifədən digər vəzifəyə keçirilmə baş 
verir ki, bu da tamamilə qanunauyğundur. 
Xidmət  üzrə  irəliçəkilmə  -  qulluqçu  eyni  bir  korpus  daxilində, 
bəzən  həm  də  eyni  vəzifədə  qalmaqla  özünün  bütün xidməti  karyerası 
müddətində  iyerarxiya  pillələri  ilə  irəliləyir,  bu  da  onun  öz  maddi 
vəziyyətini  yaxşılaşdırmasına  imkan  yaradır.  Xidməti  irəliçəkilmələr 
dərəcələr və kateqoriyalar üzrə həyata keçirilə bilər. 
Dərəcələr  üzrə  irəliçəkilmə  əsasən  uzun  müddət  etdiyi  xidmət 
nəzərə  alınmaqla  həyata  keçirilir.  Qulluqçu  18  aydan  2  ilədək  müddət 
keçdikdə  məvacib  indekslərinin  iyerarxik  pilləkənində  bir  pillə  irəli 
addım  atır,  lakin  bu  zaman  müəyyənləşdirilmiş  müddətlərə  düzəlişlər 
edilə  bilər.  Başqa  sözlə,  attestasiya  zamanı  ən  yaxşı  qiymətlər  almış 
qulluqçular xidmət üzrə daha sürətlə irəliləyirlər. Lakin prinsipcə bütün 
qulluqçular  xidmət  üzrə  gec  və  ya  tez  irəliləyişə  nail  olacaqlar,  çünki 
irəliçəkilmə hüquqi prinsipi onların statusu ilə təsbit edilmişdir. 
Əksinə,  kateqoriyalar  üzrə  irəliçəkilmə  (bu,  bəzən  xidmət 
dərəcəsi üzrə irəliçəkilmə adlandırılır) prinsipcə seçmə qaydada, bəzən 
isə  müsabiqə  əsasında  həyata  keçirlir:  qulluqçunun  belə  irəliçəkilmə 
qaydasına qarşı hər hansı iddia irəli sürməyə heç kəsin hüquqi səlahiyyəti 
yoxdur.  O,  bəzən  bütün  xidmət  müddəti  ərzində  kateqoriya  üzrə  irəli 
çəkilsə də, öz yerində xidmət apara da bilər. Lakin bu çox nadir hallarda 
olur. Kateqoriyanın yüksəldilməsi, eyni zamanda, həm məvacib, həm də 
vəzifədə irəliyə çəkilmə ilə nəticələnir. 
Dərəcələr  və  kateqoriyalar  üzrə  irəliləyiş  zamanı  qulluqçunun 
xidməti karyerası nəzərə alınır. 
İrəliçəkilmə  seçmə  qaydasında  həyata  keçirilir,  buna  görə  də 
müəyyən meyarlara əməl olunmalı və ehtiyatla hərəkət edilməlidir. Bu 
zaman  uzunmüddətli  iş  stajı,  xidmətlər  və  i.a.  kimi  meyarlar  nəzərə 
alınmaqla ən yaxşı əməkdaşlar aynlıb seçilməlidir. Narazılıqlar olmasın 
deyə, xidmət üzrə irəliçəkilmə cədvəl ilə müəyyənləşdirilir və bu, bütün 
dövlət idarəetmə orqanlarında qəbul edilmiş bir qaydadır. 
Bu qayda bir neçə mərhələyə bölünür: xidmət üzrə irəliçəkilmə 
məsələlərini həll etmək səlahiyyəti olan orqan, əvvəlcə bir sıra təkliflər 
irəli sürür. Onun mülki qulluqçulara aid təklifləri administrasiyadan və 
ştat  heyətindən  bərabər  sayda  olmaqla  təşkil  edilən  tərkibdə  fəaliyyət 
göstərən paritet komissiyasının müzakirəsinə verilir. Paritet komissiyası 
namizədin xidmətləri barədə rəyini bildirməklə, qulluqçuların dərəcələr 
üzrə bölünməsinin müəyyən qaydasına riyaət etməklə. 
196 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə