Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

hərəkətinə  nəzarət  edilməsi  və  nəhayət,  xaricilərin  işlərinə,  sürgünedil- 
mənin  həyata  keçirilməsi  nəzarətin  həyata  keçirilməsinə,  yaxud  da 
məhkəmə  qərarlarının  yerinə  yetirilməsi  üçün  köməklik  məqsədilə 
polisdən istifadə edilir. 
Belə olduqca çoxcəhətli funksiyaların bir əldə cəmlənməsi təəssüf 
ediləcək  haldır,  çünki  polisin  xidməti  işi  ilə  bağlı  olaraq  vurulmuş 
zərərlərin  ödənməsinə  nail  olmaq  asan  deyildir.  Əgər  zərər  məhkəmə 
polisinin  hərəkətləri  nəticəsində  dəymişdirsə,  bu  hərəkətlər  dövlət 
hakimiyyəti tərəfindən və dövlət adından icra edildiyinə görə bu barədə 
mübahisələr  ümumi  məhkəmələrdə  baxılmalıdır.  Qeyri-qanuni 
hərəkətləri inzibati polis etmişdirsə, onda mübahisələrə inzibati ədliyyə 
orqanlarında  baxılmalıdır.  Əgər  bələdiyyə  polisi  tərəfindən  törədilibsə, 
dövlət  adından  fəaliyyət  göstərən  polisdən  söhbət  getməsindən  asılı 
olaraq,  bu  məsələdə  fərq  qoyulur.  Elə  hallar  olur  ki,  eyni  bir  agent 
müəyyən  müddət  ərzində  məhkəmə  polisi  çərçivəsində  fəaliyyətdən 
inzibati  polis  çərçivəsində  fəaliyyətə  keçir.  Yol  hərəkətini  təmin  edən 
polis  bununla  əlaqədar  hüquqpozmaya  görə  cərimə  tətbiq  edirsə,  bunu 
məhkəmə polisi adından edir. O, yol hərəkətini pis təmin etdiyinə görə 
zərər vurursa, bu zaman bələdiyyə polisi adından çıxış etmiş olur; əgər 
avtomobil sürücüsü polis nəfəri ilə mübahisə edərək, nəticədə ona bədən 
xəsapəti  yetirirsə,  onda  polis  nəfəri  dövlət  adından  hərəkət  etmiş  olur, 
çünki söhbət hüquq qaydalarının qorunmasından gedir. 
Nəzarətin həyata keçirilməsi zamanı məsuliyyət prinsipi normativ 
aktlarla  yaradılır.  Məsələn,  merin  kommuna  adından  qəbul  etdiyi 
bələdiyyə qərarı kommuna üçün məsuliyyət yaradır. Lakin o, bu qərarı 
qəbul etməyə kommunanı məcbur edərsə, yaxud əksinə, o, kommunaya 
qəbul  etmək  istədiyi  qərarı  qəbul  etməyi  qadağan  edərsə^  bu  zaman 
kommuna dövlətə qarşı iddia qaldıra bilər. Bu halda dövlətin məsuliyyəti 
təqsirli nöqsanla əlaqədar olaraq yaranır və zərərçəkənin özü bilavasitə 
dövlətə qarşı iddia qaldırmaq hüququna malikdir. Bunun nəticəsində bir 
sıra  praktik  çətinlkilər,  o  cümlədən  dövlət  nəzarəti  funksiyalarının 
əvəzlənməsi  zamanı  yaranan  çətinlkilər  ortaya  çıxır.  Misal  üçün,  əgər 
Respublika  komissarı  bilavasitə  kommuna  adından  çıxış  edirsə,  onun 
hərəkətləri birinci növbədə kommuna üçün məsuliyyət riski yaradır. 
Bu çətinliklər bəzən şikayətçilər üçün çaşdırıcı hal olur və belə 
hallar Dövlət Şurasını çətin vəziyyətdən çıxış yolu tapmağa vadar edir. 
Məsələn,  məcburi  vaksinasiya  nəticəsində  (peyvəndetmə)  bəzən 
vətəndaşlara zərər vurulur. Vurulmuş zərər dövləti xidmət sahəsi nəti 
186 


cəsində baş verir. Dövlət Şurasının səhiyyə naziri Lastrojolinin əleyhinə 
dair iş üzrə 13 iyul, 1963-cü il tarixli qərarında müəyyən edilmişdi ki, «bu 
işdə  iki  ümumi  kollektiv  arasında  qanunvericilik  tərəfindən 
müəyyənləşdirilmiş  sıx  əməkdaşlıq  olduğundan»  zərərçəkən  cərimə 
ödənilməsi  barədə  tələblərə  öz  mülahizəsi  üzrə  bu  və  ya  digər  ümumi 
kollektivə  qarşı  şikayət  vermək  hüququna  malikdir.  Sonradan  hər  iki 
ümumi kollektiv ödəniləsi cərimə məbləğini öz aralarında bölmək barədə 
razılığa gələ bilərlər. , 
Lakin bu cür məhkəmə praktikası indiyədək yalnız vaksinasiya ilə 
əlaqədar  olaraq  müvafiq  şəxslərin  başına  gələn  bədbəxt  hadisələrlə 
məhdudlaşmışdır. 
Beləliklə,  məhkəmə  praktikası  perspektivli  olmalıdır.  Bu 
baxımdan idarəetmə fəaliyyətinin mürəkkəb peripetiyalannda, vurulmuş 
zərərə  görə  cavabdeh  kollektivin  axtarışında  çətinliklərlə  üzləşən 
zərərçəkənə  cərimə  ödənilməsini  asanlaşdırmaq  məqsədilə  gələcəkdə, 
bəlkə də, bu ideyaya yenidən qayıdılmalı olacaqdır. 
Qurğunun  sahibi  -  memarı  tərəfindən  aparılan  ümumi  işlərlə 
vurulan zərər inzibati məsuliyyətin çox mühüm kateqoriyasını təşkil edir. 
Bu  halda  məsuliyyət  daşıyan  şəxs  qurğunun  sahibi  olacaqdır;  o, 
ümumi-mülki qanunvericilik üzrə sahibin ekvivalentidir. 
Misal  üçün,  yol  şəbəkəsi  üzrə  qurğunun  sahibi  kimi  yollar 
baxımından  -  dövlət,  departament  yollan  baxımından  -  departament  və 
kommuna  çıxış  edir.  Lakin  müəyyən  meyarlar  və  bəzi  xüsusiyyətlər 
vardır ki, bunların da yeganə məqsədi zərərçəkənin cavabdeh şəxsin və ya 
orqanın  axtarmasını  asanlaşdırmaqdır.  Göstərilən  hallarda  zərərçəkənin 
vəziyyəti  olduqca  əlverişlidir,  çünki  o,  iddiaçıdır  və  qurğunun  sahibi  - 
zərərçəkən  qarşısında  həmişə  məsuliyyət  daşıyan  şəxsdir.  Zərərçəkən 
göstərilən halda zərərin ödənməsi barədə iddia ilə işi gördürən sahibkara 
və ya qurğunun saxlanmasına cavabdeh olan digər ümumi kollektivlərə 
müraciət edə bilər. 
Konkret cavabdeh axtarmaq problemi həmişə inzibati hüquqa xas 
olmuşdur,  bu  ondan  irəli  gəlir  ki,  administrasiyanın  fəaliyyəti  çox- 
şaxəlidir  və  onun  fəaliyyəti  bütün  əraziyə  yayılmışdır  ki,  bu  da  öz 
ifadəsini  idarəetmə  bölmələrinin  və  hüquqi  şəxslərin  müxtəlifliyində 
tapır. 
Əlavə etmək lazımdır ki, çox zaman nəzəri cəhətdən güman edilən 
cavabdehin arxasında cərimə ödəyicisi  - real cavabdeh durur. Məsələn, 
sığorta  şirkəti.  Şirkət  dövlətin  özünün  sığortaçısıdır  və  ona  qarşı  iddia 
irəli sürüldükdə ziyanı məhz o ödəyir. Lakin departamentlər, kommunalar 
və yaxud təsisatlar da fərdi şəxslərin hüquqları ilə sığor 
187 


ta  olunmağa  meyillidirlər  və  onlara  qarşı  iddia  irəli  sürüldüyü  zaman 
cəriməni əslində sığorta şirkəti ödəyəcəkdir. Digər tərəfdən, çox zaman 
zərərçəkən artıq öz sığorta olunduğu sığorta şirkətindən ödənc almış olur. 
Bu zaman məhkəmədə gedən proses öz nümayəndələri ilə təmsil olunan 
iki  sığorta  şirkəti  arasında  yaranan  proses  olacaqdır.  Belə  təsəvvür 
yaranır ki, bir tərəfdən kommuna, digər tərəfdən isə vətəndaş çıxış edir, 
lakin əslində onların hər ikisinin arxasında sığorta şirkətləri durur. 
Zərər  anlayışı.
  Mülki  hüquqa  yaxşı  məlum  olan  bu  məsələnin 
inzibati hüquqla xüsusi orijinal fərqləri yoxdur və əslində bunlar zəruri də 
deyildir. 
Zərər zərərçəkənə dəyir. Vətəndaşın və yaxud administrasiyanın 
günahı  üzündən  zərərçəkənlər arasında  fərq qoymaq  üçün  heç  bir  əsas 
yoxdur. Əslində isə belə fərqlər mövcuddur, çünki məhkəmə qərarlarını 
eyni məhkəmələr qəbul etmirlər və onların sübut-dəlilləri heç də həmişə 
eyni  olmur.  Buna  görə  də,  məsələn,  yol-nəqliyyat  hadisələri  haqqında 
1957-ci  il  qanununda  anlayışların  eyniləşdirilməsi  üçün  bəzi  tədbirlər 
görülmüşdür.  Əvvəllər  xüsusi  şəxslərə  məxsus  avtonəqliyyat 
vasitələrinin  toqquşmasından  zərər  çəkən  adamlar  dövlət  idarəetmə 
orqanına  məxsus  avtomobildən  zərər  çəkənlərə  nisbətən  daha  böyük 
miqdarda  cərimə  alırdrırlar.  Qanunvericilik  belə  qeyri-bərabərliyin 
əsassızlığını qət edərək, mübahisəni mülki məhkəmələrin praktikasında 
işlənmiş prinsiplərin xeyrinə unifıkasiya etdi. 
Hazırda  həm  cərimə  ödənilməli  olan  zərərin  xarakterini 
müəyyənləşdirmək  baxımından,  həm  də  iddia  tələblərində  göstərilən 
məbləğlərin  qiymətləndirilməsi  baxımından  praktikanın  iki  növünün  - 
mülki  hüquqi  və  inzibati  növünün  bərabərləşdirilməsi  meyli  nəzərə 
çarpır. 
Ödənilməli  olan  zərər.
  Klassik  tərifə  görə  vurulmuş  zərər  yalnız  o 
halda  ödənilməlidir  ki,  o,  müstəqim,  səhih  olsun  və  pul  ilə 
qiymətləndirilə bilsin. 
Müstəqim  zərər  anlayışı  indiyədək  də  mövcud  olan  çoxsaylı 
fəlsəfi şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Həqiqətən də səbəb 
və nəticə arasındakı əlaqələrin xarakteri barədə həmişə mübahisə etmək 
olar, 
Praktikada inzibati məhkəmələr bəzən düşünmədən iki ideyaya: 
normalhq ideyasına və qarşılıqlı səbəb əlaqəsi ideyasına müraciət edirlər. 
Normalhq  ideyasına  müraciət  zamanı  müəyyənləşdirməyə  çalışırlar  ki, 
zərərin  vəziyyəti  yaranmış  halın  normal  nəticəsidir  və  xarici  amilin 
təsirindən əmələ gəlmişdir; qarşılıqlı səbəb əlaqəsi ide- 
188 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə