Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

orqanları) vurulmuş ziyana görə imkan daxilində ödənc ödəməlidirlər. 
Təhlükə doğuran fəaliyyət və yaxud vəziyyətlər zamanı vurulan 
zərərə  gəldikdə burada da inzibati fəaliyyətlə əlaqədar yaranan təhlükə 
ideyası meydana çıxır. 
Renyo - Derozyenin işində Paris ətrafındakı bir qala istehkamında 
böyük miqdarda partlayıcı maddə yığılıb saxlanmasından söhbət gedirdi. 
Gözlənilə bilən hadisə baş vermiş, həmin maddə partlamışdı. Partlayış o 
qədər güclü olmuşdur ki, istehkamın ətrafında onlarca adam həlak olmuş 
və xeyli miqdarda evlər dağılmışdır. Buna görə Dövlət Şurası özünün 28 
mart, 1919-cu il tarixli qərarında müəyyən etmişdi ki, bu hadisədə hərbi 
administrasiyanın  təqsiri  olmamışdır,  çünki  o,  lazımi  ehtiyat  tədbirləri 
əvvəlcədən  görmüşdü  və  oraya  toplanılan  partlayıcı  maddələrin  çoxlu 
miqdarda  olmasına  baxmayaraq  bu  partlayıcı  maddələr  müharibə 
dövrünün  tələbləri  üçün  yığılmışdır.  Lakin  Dövlət  Şurası  onu  da 
müəyyən  etdi  ki,  bu  qədər  partlayıcı  maddələrin  bir  yerdə 
toplanmasından  irəli  gələn  risk  ehtimalı  ilə  əlaqədar  olaraq 
zərərçəkənlərə cərimə ödənilməlidir. 
Dövlət  Şurasının  Lekontun  və  Daraminin  işi  üzrə  24  iyun, 
1949-cu  il  tarixli  qərarında  söhbət  polis  agentləri  tərəfindən  tabel 
silahdan istifadə olunmasından gedirdi. Əgər xidməti vəzifələrini yerinə 
yetirərkən polis agentinin tətbiq etdiyi silahla hər hansı şəxs yaralanmış 
və yaxud öldürülmüşsə, bu təhlükə dövlətin məsuliyyəti sayılır. Əgər bu 
işdə ağır təqsir nəzəriyyəsi əsas götürülməli olsaydı, onda zərərçəkənlər 
nadir hallarda ödənc alardılar. Buna görə onların mənafeyi naminə risk 
nəzəriyyəsi silahdan təhlükəli şəraitdə istifadə edilməsini nəzərdə tutur. 
Lakin  bunu  məhkəmə  praktikasında  tam  qənaətbəxş  hesab  etmədilər, 
çünki onun tətbiqi olduqca mürəkkəb şəraitdə baş vermişdir. Doğrudan 
da  əvvəlcə  müəyyənləşdirilməlidir  ki,  ekstremal  vəziyyət  yaradan 
təhlükəli silah nə olan şeydir. İndiyədək Dövlət Şurası bütün odlu silah 
növlərini təhlükəli  hesab edir, lakin gözyaşardıcı qaz qumbaralarını bu 
cür  qiymətləndirmirdi,  lakin  1968-ci  ildə  törədilmiş  hadisələr  zamanı 
həmin silahın vurduğu zərər nəzərə alınmaqla fikir yürüdüldüsə də, bu 
fikir  az  ağlabatan  oldu.  Bundan  başqa  Dövlət  Şurası  zərərçəkənlərin 
kateqoriyalarından asılı olaraq baş vermiş hadisələrə fərq qoyurdu. Əgər 
zərərçəkən məhz küçədə təqib olunan cani, yaxud yolda maneə yaradılan 
məqamda  həbsdən  gizlənən  şəxsdirsə,  yaxud  da  nümayişçidirsə,  onda 
risk  nəzəriyyəsi  deyil,  sadə  təqsir  nəzəriyyəsi  fəaliyyət  göstərir.  Ağır 
təqsirin mövcudluğu zamanı əgər silahdan söhbət gedərsə, o həmin andan 
etibarən qeydə alınır. 
177 


Beləliklə,  zərərçəkən  yalnız  üçüncü  şəxs  kimi  atılan  güllədən  zərər 
çəkmiş olduqda risk nəzəriyyəsi tətbiq edilir. 
Məhkəmə  praktikası  ruhi  xəstəxanalarda  müalicə  olunanlara  da 
şamil  edilir.  Orada  xəstələrə  maksimum  azadlıq  verilməlidir  ki,  onlar 
həbsxanada  olmalarını  hiss  etməsinlər.  Lakin  bu  azadlıq  olduqca 
təhlükəlidir,  həmin  xəstəxananın  mühafizəçiləri  və  tibb  bacıları,  orada 
olan  digər  xəstələr  və  üçüncü  şəxslər  üçün  qorxulu  hesab  edilir.  Yəni 
xəstə qaça bilər, sonra isə ruhi vəziyyətdə olduğuna görə cinayət hadisəsi 
törədə bilər. Bu barədə Dövlət Şurası Mozel departamentinin işinə dair 13 
iyul,  1967-ci  il  tarixli  qərannda  belə  halda  olan  risk  üçün  məsuliyyətin 
mövcudluğunu bəyan etdi. 
Ümumi  xidmətlərin  qulluqçularına  vurulmuş  zərərin  ödənilməsi. 
Burada 
söhbət  hər  şeydən  əvvəl  təhlükəyə  görə  kompensasiya  ödənilməsindən 
gedir. Bunu bəzən peşə riski adlandırırlar, xüsusi hüquqda da istehsalat 
travmatizmi  qanunvericiliyin  əsasını  təşkil  edir.  Lakin  administrasiya 
hətta təqsirə yol verməsə belə, bütün hallarda öz qulluqçularının xidməti 
vəzifələri  yerinə  yetirərkən  məruz  qaldıqları  təhlükənin  və  ya  riskin 
mövcudluğu hesabına yaranmış nəticələrin əvəzini ödəməyə borcludur. 
Daimi  qulluqçular  üçün  müəyyənləşdirilmiş  iş  rejimi  ilə 
müvəqqəti əməkdaşlara aid edilən rejimlər bir-birindən fərqlənirlər. 
Qulluqçulara  bədən  xəsarəti  yetirilməsinə  görə  ödənc  prinsipi 
Dövlət Şurasının Kamın işinə dair 21 iyun, 1998-ci il tarixli qərarında öz 
əksini tapmışdır. Bu qərara əsasən, dövlət müəssisəsinin fəhləsi, yuxanda 
göstərilən  halda  xidməti  vəzifələrin  yerinə  yetirilməsi  zamanı  zərər 
çəkdiklərinə  görə  (sahibkar  və  dövlət  heç  bir  təqsirə  yol  vermədikdə 
belə), ödənc almaq hüququ qazanır. 
Bu  barədə  məhkəmə  praktikası  tez  bir  zamanda  istehsalat 
travmatizmi haqqında 1898-ci il qanununu qəbul etdi. Həmin qanun eyni 
prinsipə  əsasən,  ümumi  mülki  qanunvericiliyə  də  tətbiq  olundu.  Yəni 
inzibati hüquqda məhkəmə praktikası, mülki hüquqda isə qanunvericilik 
üstünlük təşkil etdi. 
Kamın işinə dair çıxarılmış qərara əsaslanan məhkəmə praktikası 
hazırda nadir hallarda tətbiq olunur, çünki qulluqçular xidməti vəzifələrin 
yerinə  yetirilməsi  zamanı  bədbəxt  hadisələrdən,  bir  qayda  olaraq, 
birdəfəlik  cərimə  ödənilməməsi  sistemi  ilə  müdafiə  edilirlər. 
Zərərçəkənlər isə hüquqi aktlarla nəzərdə tutulmuş qaydada pensiyaları 
almaq hüququna malikdirlər. 
Məhkəmə  praktikası  isə  daimi  qulluqçulara  vurulmuş  maddi 
ziyanın ödənilməsi qaydası baxımından bunu vacib hesab edir. Həqiqə 
178 


tən də qulluqçular nəinki təkcə şəxsən özləri üçün, həm də öz əmlakları 
üçün bir sıra risk növlərinə məruz qalırlar. Məsələn, bəzi hallarda vergi 
yığımları zamanı vətəndaşların evlərinə basqın edilir. 
Lakin  belə  hallarla  əlaqədar  ayrı-ayrı  qanunlarda,  o  cümlədən 
dövlət  qulluqçularının  ümumi  statusunda  cərimə  ödənilməsi  nəzərdə 
tutulur. Belə aktların tətbiqi hüdudlarından kənarda (qanun tətbiq edilməli 
olmadığı hallarda) isə Dövlət Şurası risk nəzəriyyəsindən istifadə edirdi. 
Digər tərəfdən, həmin prinsiplər ümumi xidmət zamanı və yaxud, 
müvəqqəti əməkdaşlara münasibətdə daha geniş tətbiq edilirdi. 
Müvəqqəti  və  könüllü  əməkdaşlar.
  Adından  göründüyü  kimi,  bunlar 
ayrı-ayrı  hallarda  administrasiyaya  könüllü  olaraq,  haqq  almadan 
köməklik göstərən şəxslərdir. Daimi qulluqçulara şamil edilən konsepsiya 
rejimi  belə  şəxslərə  şamil  olunmamışdır.  Bununla  belə,  idarəetmə 
funksiyalarının  həyata  keçirilməsinə  kömək  göstərmək  məqsədi  ilə 
Dövlət Şurasının risk üçün cərimə ödənilməsini nəzərdə tutduğu zərərə 
onlar da məruz qaldılar, 
Belə işlər üzrə məhkəmə praktikasında əsas xətt ondan ibarətdir 
ki,  administrasiyaya  ya  öz  təşəbbüsü  yaxud  da  onun  xahişi  ilə  könüllü 
olaraq kömək göstərən şəxslər qabaqcadan nəzərə alma bilməyən hallarda 
meydana 
çıxan, 
təəssüf 
doğuran 
nəticələrdən 
əzab-əziyyət 
çəkməməlidirlər. Məhkəmə praktikasında, ilk baxışda aralannda heç bir 
ümumi  sərhəd  olmayan  iki  halda  bayramlarla  bağlı  və  təbii  fəlakətlər 
zamanı - müvəqqəti və könüllü əməkdaşlıq tətbiq edilir. 
Milli bayramların keçirilməsi zamanı, adətən, atəşfəşanlıq təşkil 
edilir. Kiçik kommunalarda atəşfəşanlığın təşkili üzrə daimi mütəxəssis 
olmadığına  görə,  onlar  bu  işin  təşkili  zamanı  ixtisaslaşdırılmış 
müəssisənin  köməyindən  deyil,  bir  neçə  kənd  sakinlərindən  istifadə 
edirlər.  Lakin  təcrübə  göstərir  ki,  səlahiyyətsizlikdən  və  ya  bacarıqsız- 
lıqdan  raketlərlə  atəş  açan  zaman  onlar  özlərini  yaralayırlar  və  bəzi 
hallarda isə bu iş ölümlə nəticələnir. Belə hallarda hesab edirlər ki, onlar 
özləri-özlərinə  vurmuş  olduqları  zərərə  görə  ödənc  almaq  hüququna 
malikdirlər və onlar öldükləri təqdirdə isə bu hüququ ailələri əldə edirlər. 
Belə  hallar  adətən  təbii  fəlakətlərə,  yanğınlara  da  aiddir.  Kənd 
yerlərində yanğınla mübarizədə əhali fəal iştirak edir. Belə hallarda 
Dövlət Şurasının Sen-Priye-la-Plen kommunasmm işinə dair 22 noyabr, 1946-jı il 
tarixli qeran. 
179 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə