Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

kimi, ödənc hüququ doğurur. Lakin məsuliyyət prinsipi qanuni əsaslarla 
yarandığı  halda,  zərər  iki  cəhətdən  səciyyələnməlidir;  o  öz  miqdarına 
(ölçüsünə)  görə  qeyri-adi  olmalı  və  zərərçəkən  üçün  spesifik  nəticələr 
doğurmalıdır. 
Zərərin  qeyri-adiliyi  bundan  ibarətdir  ki,  o,  xüsusi  mahiyyət 
daşımalıdır,  belə  halda  ödənc  tələb  etmək  hüququ  qəbul  ediləcəkdir. 
Qavarnidə  poçt  açıqcaları  satıcısı  mer  tərəfindən  görülmüş  tədbir 
nəticəsində  tam  iflasa  məruz  qalmışdı  və  yalnız  buna  görə  o,  ödənc 
almağa  ümid  edə  bilərdi;  əgər  o  öz  əmtəə  dövriyyəsinin  sadəcə  olaraq 
əhəmiyyətsiz dərəcədə azaldığını vaxtında bildirmiş olsaydı, onda heç bir 
ödənc almayacaqdı. 
Zərərin  spesifikliyi  bundan  ibarətdir  ki,  o,  əhalinin  geniş 
təbəqələrinə, hətta bütün millətə deyil, yalnız ayrıca bir vətəndaşa, yaxud 
vətəndaşların kiçik bir qrupuna aid olmalıdır. Radio-elektrik enerjisi Baş 
şirkətinin  işində  bu  ideya  təsbit  olunmuşdur:  zərərlərin  ödənilməsi 
tələbini rədd etmək üçün Dövlət Şurası Fransa vətəndaşlarının çoxsaylı 
kateqoriyaları  üçün  ödənc  hüququnun  məhdudlaşdırılması  haqqında 
təzminat müqavilələri bağlamaq məsələsini irəli sürdü. 
Ümumi  hakimiyyətin  məsuliyyətindən  istifadə  mexanizminin 
prinsipi  belədir.  Burada  daha  iki  halı  qeyd  etmək  olar.  Əvvələn,  bu 
mexanizm  məhkəmə  praktikasının,  o  cümlədən  onun  təqsirsiz 
məsuliyyətə  aid  edilən  hissəsinin  məhsulu  kimi  təşəkkül  tapmışdır.  Bu 
mexanizmi işləyib hazırlayarkən məhkəmələr, bir-birinə əks tələblər irəli 
sürməklə  tarazlığı  təmin  etməyə  çalışırdılar:  yəni  məhkəmələr  bir 
tərəfdən  dövlət  vəsaitlərinə  qənaət  edilməsi  tələblərini  nəzərə  alır  (bu 
tələblər  nəticə  etibarilə  vergiverənlərin  mənafelərinin  müdafiə 
olunmasını rəhbər tutur, çünki cərimə ödəmələri hansı yolla olursa-olsun, 
verilməlidir,  əgər  cərimənin  ödənilməsi  ümumi  kollektivə  həvalə 
olunursa,  onların  vasitəsilə  bu  tənbehə  vergiverənlər  məruz  qalırlar), 
digər  tərəfdən,  ədalətlilik  mülahizələrini  rəhbər  tutaraq,  zərərçəkənə 
dəymiş  zərərin  maksimum  dərəcədə  ödənilməsini  təmin  etməyə  cəhd 
göstərirdilər. Bunun nəticəsində olduqca güzəştli qərarlar verilir və daimi 
təkamül prosesinə məruz qalan qeyri-sabit tarazlıq təşəkkül tapır. 
183 


§ 2. Zərərin ödənilməsi qaydası 
İnzibati  hüquq  üçün  bu,  xüsusi  hüquqla  müqayisədə  daha  artıq 
dərəcədə  özünəməxsus  bir  sahədir.  Buna  görə  də  onu  dərindən  təhlil 
etməyə  dəyməz.  Üç  məsələ  haqqında  ayırmalar  etmək  tamamilə 
kifayətdir:  üzərinə  məsuliyyət  qoyulan  kollektivlər  haqqında;  zərər 
anlayışı  haqqında  və  cərimə  ödənilməsi  tələbli  məhkəmə  iddiaları 
haqqında. 
Üzərinə məsuliyyət qoyula bilən kollektivlər hər dəfə borclunun, 
zərərçəkənə cərimə ödəməli olanın xasiyyətini müəyyənləşdirməyi vacib 
sayır.  Burada  yenidən  hüquqi  şəxsin  ilkin  anlayışı  meydana  çıxır.  Adi 
dildə  «administrasiyanın  məsuliyyəti»  və  ya  «ümumi  hakimiyyətin 
məsuliyyəti»  ifadəsi  işlədilir.  Bu  ifadələrin  hüquqi  nöqteyi-nəzərindən 
heç bir mənası yoxdur. Müəyyən hüquqi şəxsin - dövlətin və yaxud ərazi 
kollektivinin,  kommunanın  və  ya  departamentin,  ümumi  xidmət 
funksiyasını  həyata  keçirən  dövlət  təsisatının  və  ya  xüsusi  orqanın 
məsuliyyəti meydana çıxır. 
Bu, praktiki cəhətdən çox vacib məsələdir, çünki əgər zərərçəkən 
səhvən təqsiri olmayan kollektivə qarşı iddia irəli sürərsə, onda ilk tələb 
iddia  icraatında  tətbiq  edilən  formula  uyğun  olaraq  ünvanına 
yönəldilməmiş hesab ediləcək və hətta zərərçəkənin tələbinin mahiyyəti 
üzrə  tamamilə  əsaslı  olsa  belə,  iddia  məhkəmə  tərəfindən  rədd 
ediləcəkdir. 
Bununla belə, idarəetmə orqanlarının hansının həqiqətən təqsirli 
olduğunu müəyyənləşdirmək bir sıra səbəblər üzündən çox çətin olur. 
Misal üçün, eyni bir qulluqçu bir neçə kollektivin adından çıxış 
edə  bilər;  bu,  funksional  ikiləşmədir;  mer  gah  kommunanın  adından 
fəaliyyət göstərir, gah da dövlət adından. 
Elə  də  olur  ki,  bir  neçə  kollektiv  eyni  bir  funksiyanı  yerinə 
yetirməkdə əməkdaşlıq edirlər: misal üçün, kommuna yollarının lazımi 
vəziyyətdə saxlanmasını təmin etmək üçün dövlət - hüquqi statusa malik 
olan yol xidmətini həyata keçirir; bununla yanaşı, bələdiyyə polisinə aid 
olan  yanğınsöndürmə  işləri  departament  səviyyəsində  təşkil  edən 
xidmətlərə  həvalə  olunur  və  xüsusi  ictimai  təsisat  tərəfindən  yerinə 
yetirilir.  Nəhayət,  daha  bir  neçə  çətinliklərə  rast  gəlinir  ki,  bu  da 
nəzarətin,  gözqoymanm  olmamasıdır.  Bəs  nəzarət  altında,  bəzən  də 
yuxarı idarəetmə orqanının tələbi ilə qeyri-qanuni qərar qəbul edildikdə 
bunun  üçün  kim  məsuliyyət  daşıyır?  Kollektiv  və  yaxud  qərar  çıxaran 
şəxs, yoxsa dövlət orqanı? 
184 


Bu məsələlərin həlli üçün məhkəmə praktikası iki meyar işləyib 
hazırlamışdır:  xidmətin  xarakterinə  aid  olan  əsas  meyar  və  daşınmaz 
əmlaka vurulan zərərlə əlaqədar yardımçı qrupun sahibinin meyarı. 
Xidmətin  xarakterinin  meyarı  məsuliyyətin,  adətən,  xidməti 
vəzifə  daşıyan  kollektivin  üzərinə  qoyulur.  Deməli,  zərərin  ödənilməsi 
həmin xidmətin tabeçiliyində olduğu idarəetmə orqanına həvalə edilir. 
Misal  üçün,  desentralizasiya  haqqında  1982-1983-cü  illərin 
qanunları qəbul edilənədək tikinti üçün icazələr verilməsi dövlət xidməti 
orqanları tərəfindən həyata keçirilirdi; hətta icazəni mer verdikdə və ya 
rədd  etdikdə  belə  qərarın  özü  dövlətin  məsuliyyətindən  doğulur,  çünki 
mer bu qərarı dövlət adından çıxardır. 
İkincisi  son  dərəcə  mürəkkəb  məsələdir;  polisin  fəaliyyəti 
sahəsində və nəzarətin həyata keçirilməsi zamanı bu qaydalar da bir qədər 
incəliklərlə üzləşir. 
Polisin  fəaliyyət  məsələsi  ona  görə  mürəkkəbdir  ki,  Fransada 
müasir hüquq sistemi xidmətin təşkili ilə bağlı onun məsuliyyəti arasında 
uyğunsuzluq nəzərdə tutur. Polis xidmətlərinin təşkili əsasən dövlətdən 
asılıdır. Polis bölmələrinin əksəriyyəti dövlət xidmətidir, polis nəfərləri 
özləri isə dövlət agentləridir. Bu, şəhər polisinə, respublika təhlükəsizlik 
dəstələrinə,  jandarmeriyaya  da  aiddir;  yalnız  kənd  polisi  indiyədək 
kommuna hakimiyyətlərinin tabeliyindədir. 
Xidməti funksiyaların xarakteri baxımından da fərq qoyulmalıdır. 
Bir çox hallarda məhkəmə işləri bələdiyyə polisinin fəaliyyətinə aid edilir 
(bələdiyyə polisi isə, hətta onun funksiyalarını dövlət agent- ləri yerinə 
yetirdikdə belə kommunalann tabeliyindədirlər). Digər hallarda müvafiq 
işlər dövlətin tabeliyindəki polisin fəalliyyətinə də aid edilir. Beləliklə, 
zərərə görə cavabdeh qismində çox zaman kommuna, bəzi hallarda isə 
dövlət çıxış edir. 
Kommunanm  məsuliyyəti  bələdiyyə  polisinin  qərarları  ilə, 
məsələn,  avtomobil  dayanacağı  haqqında,  yaxud  təcili  zərurət  olduqda 
adamları  yerləşdirmək  üçün  mənzillərin  müsadirə  edilməsi  barədə 
qərarlarla  müəyyənləşdirilir.  Yaşayış  məntəqələrində  yol  hərəkəti  üzrə 
polisə  aid  bütün  məsələlər  kommunanm  səlahiyyətindədir.  Bununla 
yanaşı,  kömək  üçün  qonşu  kommunalann,  hətta  departamentlərin 
yanğınsöndürmə  xidmətlərinə  müraciət  etməyə  məcbur  olan  kiçik  bir 
kəndin  yanğınsöndürənləri  barədə  getdikdə  belə,  yanğınsöndürmə  ilə 
bağlı  bütün  məsələlər  yanğın  baş  verən  yerin  kommunasmm 
səlahiyyətindədir. 
Polisin  fəaliyyət  prosesində  aşağıdakılar  həyata  keçirilir: 
şəhərlərdə ictimai asayişin qorunub saxlanması, şəhərlərdən kənarda yol 
185 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə