Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   69   70   71   72   73   74   75   76   77

biq etmək olmaz. Misal üsün, 1981-ci ilin ortalarında keçirilmiş axırıncı 
prezident  seçkilərindən  sonra,  qulluqçular  tərəfindən  1981-  ci  ilin 
əvvəllərində törədilmiş hüquqpozmalara görə başlanmış bütün məhkəmə 
araşdırmaları  dayandırılmış,  təqsirkar  şəxslər  barədə  cəza  tədbirləri  isə 
tətbiq edilməmişdi. Lakin olduqca çoxmənalı və məhkəmə praktikasında 
sınaqdan  keçirilmiş  bir  qeyd-şərt  nəzərə  alınmalıdır:  şərəfsizlik, 
vicdansızlıq  və  əyrilik  təzahürləri  olan  əməllərə  amnistiya  düşmür. 
Bununla belə, amnistiya haqqında 1969, 1976 və 1981-ci illərin qanunları 
nəzərdə tuturdu ki, şərəfə, vicdansızlığa və ya nəcib xüsusiyyətlərə zidd 
olan  əməllərə  də  Respublika  Prezidentinin  fərdi  xarakterli  aktları 
əsasında amnistiya tətbiq edilə bilər. 
Azərbaycan  Respublikasında  Qanunvericilik  hakimiyyətini 
Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  93-cü  maddəsinə 
əsasən, Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid 
məsələlər  üzrə  Konstitusiya  qanunları,  qanunlar  və  qərarlar  qəbul  edir. 
Azərbaycan  Respublikası  Milli  Məclisində  Konstitusiya  qanunları, 
qanunlar  və  qərarlar  Konstitusiya  ilə  nəzərdə  tutulmuş  qaydada  qəbul 
edilir. 
Qəbul etdiyi qanunlarda və qərarlarda Azərbaycan Respublikası 
Milli  Məclisi  icra  hakimiyyəti  və  məhkəmə  orqanlarına  konkret 
tapşırıqlar verə bilməz. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  müəyyən  etdiyi 
ümumi  qaydalara  əsasən,  Azərbaycan  Respublikası  Prezidentinin 
seçkiləri,  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilər  və 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  statusu  və 
referendum  məsələlərinə  dair  qanunlar 83  səs çoxluğu  ilə, qalan  bütün 
məsələlərə  dair  qanunlar  isə  63  səs  çoxluğu  ilə  qəbul  edilir.  Qanunlar 
qəbul  edildiyi  gündən  14  gün  müddətində  Azərbaycan  Respublikası 
Prezidentinə imzalamaq üçün təqdim edilir. 
Təcili  elan  olunan  qanun  layihəsi  Azərbaycan  Respublikasının 
Prezidentinə  imzalamaq  üçün  qəbul  edildiyi  gündən  24  saat  ərzində 
təqdim edilir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin 
3-cü  bəndinə  əsasən,  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsi  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan 
Respublikası  Milli  Məclisinin,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin,  Azərbaycan 
Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikasının Ali 
207 


Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir: 

 
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası 
Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli 
Məclisinin  qərarlarının,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ 
hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu

 
Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti 
orqanlarının  normativ  hüquqi  aktlarının  Azərbaycan  Respublikası 
qanunlarına uyğunluğu; 

 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarının, 
mərkəzi hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan 
Respublikası Prezidentinin fərmanlarına uyğunluğu; 

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda 
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və 
qanunlanna uyğunluğu; 

 
Bələdiyyə  aktlarının  Azərbaycan  Respublikası  Konstitusiyasına, 
Azərbaycan  Respublikası  qanunlanna,  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanlarına,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  qərarlanna  (Naxçıvan  MR-də,  həm  də  Naxçıvan  MR-in 
Konstitusiyasına,  qanunlarına  və  Naxçıvan  MR  Nazirlər  Kabinetinin 
qərarlarına) uyğunluğu; 

 
Azərbaycan  Respublikasının  qüvvəyə  minməmiş  dövlətlərarası 
müqavilələrinin  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğunluğu; 
Azərbaycan 
Respublikasının 
hökumətlərarası 
müqavilələrinin 
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu; 

 
Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasının,  qanunlan-  nm, 
Naxçıvan  MR  Ali  Məclisinin  qərarlarının  və  Nazirlər  Kabinetinin 
qərarlanmn  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğunluğu; 
Naxçıvan  MR  qanunlarının,  Naxçıvan  MR  Nazirlər  Kabinetinin 
qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan 
MR  Nazirlər  Kabinetinin  qərarlarının  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanlarına  və  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin qərarlanna uyğunluğu

 
Qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  arasında 
səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr və s.; 

 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan 
Respublikası Prezidentinin, Azərbaycan Respublikası MM-in, 
208 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası 
Ali  Məhkəməsinin,  Azərbaycan  Respublikası  Prokurorluğunun, 
Naxçıvan MR Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası 
Konstitusiyasını və qanunlarını şərh edir. 

 
Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra 
hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə 
aktlarından,  qanun  və  müəyyən  edilmiş  qaydada  bu  maddənin  III 
hissəsinin  1-7-ci  bəndlərində  göstərilən  məsələlərin  Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan 
hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. 

 
Azərbaycan Respublikasının qanunlan ilə müəyən edilmiş qaydada 
məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri 
ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlannm 
şərh  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsinə müraciət edə bilərlər. 
■  Azərbaycan  Respublikasının  insan  hüquqları  üzrə  müvəkkili  insan 
hüquq  və  azadlıqlarını  pozan  qanunvericilik  və  icra  hakimiyyəti 
orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından 
qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu maddəsinin III 
hissəsinin  1-7-ci  bəndlərində  göstərilən  məsələlərin  Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verə bilər. 
Normativ qanunların yuxarıda qeyd olunan pillələrdən keçməsi, 
onu  sübut  edir  ki,  Azərbaycan  Respublikasında  heç  bir  zaman 
qeyri-qanuni aktların qəbul edilməsi halları ola bilməz. 
Normativ  və  digər  aktlar  öz  qüvvələrini  o  halda  itirə  bilər  ki, 
qanunda göstərilən müddət qurtarmış olsun və yaxud həmin qanun yeni 
qanunla əvəz edilsin. 
209 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə