Bu işdə «mövcud olmamaq» və yaxud «mənasızlıq» nəzəriyyəsi
məhkəmə praktikasına aid bir çox nəzəriyyələr kimi izlənilən mənadadır,
Dövlət Şurası çox zaman empirik məhkəmə praktikasına malik olur, bu
da özünü onun «məhkəmə praktikası sahəsindəki xəttində» əks etdirir. O,
müəyyən məqsədə çatmağa cəhd göstərərək, məqsədə nail olmaq üçün
həm hüquqi nəzəriyyəyə müraciət edir, həm də müvafiq hüquqi motivlərə
əsaslanaraq qərar qəbul edir. «Mənasızlıq» nəzəriyyəsi cəncəl xarakter
kəsb edən və adi vəziyyətlərdə mürur-müd- dət keçdiyinə görə qarşısının
alınması mümkün olmayan qanunsuz- luğu dəf etmək hüququna
malikdir. Beləliklə, bu nəzəriyyə məhkəmə hakimiyyətinin özü üçün çox
təsirli vasitədir və o, bu vasitədən fövqəladə vəziyyətlərdə istifadə edir.
Aktın mövcud olmaması və yaxud mənasız elan edilməsini
müəyyən etdikdə bu zaman ağır sanksiyalarla yanaşı, zəiflədilmiş
sanksiyalar rejimi də tətbiq edilə bilər və onlardan şikayət verilə bilməz.
İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlar qanunçuluq rejiminə
tabe olsa da, qanunsuz olan, lakin onun qanunsuzluğu məhkəmə
qaydasında müəyyənləşdirilə bilməyən aktlardandır.
§ 3. Hökumət aktları, nəzarətdən çıxan daxili xarakterli aktlar və
qanunsuz hərəkətlərlə vurulmuş ziyanın ödənilməsi qaydası
Bu aktlar qanunvericilik aktları ilə reqlamentar aktlar arasında
aralıq mövqeyi tutur. Bunları qanunvericilik aktlan ilə yaxınlaşdıran odur
ki, onlardan inzibati ədliyyə çərçivəsində şikayət verilə bilməz,
reqlamentar aktlarla bunların oxşarlığı ondan ibarətdir ki, hər ikisi icra
hakimiyyəti tərəfindən qəbul edilən qanun aktlarıdır.
Həmin kateqoriyadan olan aktların əlamətləri əvvəlcə müəyyən
edilmiş, ifadə olunmuş məqsəd baxımından əlaqələndirilir. Əgər aktın
əsasını XIX əsrdə «sövqedici siyasi səbəb» adlandırılan aktlar təşkil
edirdisə, o, hökumət aktı hesab edilirdi.
Dövlət Şurasının 1975-ci il tarixli qərarında deyilirdi ki, əgər
aktın əsasında siyasi xarakterli səbəb durursa, ona görə həmin aktdan
şikayət verilməsi barədə danışmağa dəyməz o, sadəcə olaraq qanunsuz
hesab edilir.
Beləliklə, siyasi xarakterli sövqedici səbəblər nəzəriyyəsi də
aradan götürülmüş, lakin buna baxmayaraq, siyahısı inzibati ədliyyə
çərçivəsində hazırlanmış olan hökumət aktlan kateqoriyasının özü ləğv
edilməmişdi. Hökumət aktları kateqoriyasının ayrılması iki meyara
əsaslanır. Birincisi, həmin kateqoriyaya ümumi konstitusion
hakimiyyətlər arasındakı münasibətlərlə bağlı olan daxili qanunvericilik
akt-
154
lari, digər tərəfdən isə Fransa dövlətinin xarici dövlətlərlə və yaxud
beynəlxalq təşkilatlarla münasibətlərinə dair beynəlxalq əhəmiyyətli
aklar aid edilir.
Ümumi hakimiyyətlə konstitusiya statusu olanlar arasında münasibətlər.
Parlament rejiminin fəaliyyəti ilə sıx bağlı olan bu münasibətlər klassik
nümunələr hesab edilir. Misal üçün, hökümət parlamentin müzakirəsinə
qanun layihəsi təqdim edir, yaxud əksinə, qanun layihəsinin qəbul
olunmasına qarşı motivləri irəli sürür, belə hallarda o, hökumət aktı hesab
edilir. Bununla yanaşı, müvafiq qanunun təsdiqindən sonra onun
Respublika Prezidenti tərəfindən imzalanmaqla elan edilməsi barədə
verilən dekret də hökumət aktıdır.
İndi həmin kateqoriyaya aktların Konstitusiyada nəzərdə tutulmuş
yeni növləri daxid edilmişdir. Bunlar prezidentin Respublika
Konstitusiyasının 11-ci maddəsində nəzərdə tutulmuş referendum
haqqında qərarP^ və yaxud fövqəladə səlahiyyətlərindən istifadə edilməsi
haqqında Konstitusiyanın 16-cı maddəsində təsbit edilən qərar-
lardır^ö.
Birinci
kateqoriyaya
daxil
olan
hökumət
aktlannm
qanunauyğunluğu tam aydındır. Məhkəməyə xalq tərəfindən referendum
yolu ilə normayaratma səlahiyyəti verilmişdir. O, milli hökumət orqanlan
ilə və yaxud parlament qarşısında hesabat verməklə nümayəndəli
orqanlarla münaqişə vəziyyətinə düşür. Belə hallarda Respublika
Prezidenti öz fövqəladə səlahiyyətlərindən istifadə edir.
Fransanın xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri.
Söhbət
olduqca çoxsaylı aktlardan, fransız vətəndaşının xaricdə diplomatik
müdafiəsindən, Fransa xarici hakimiyyət orqanları tərəfindən xarici
radiostansiyaların verilişlərinin susdurulmasmdan (misal üçün.
Münaqişələr üzrə Tribunal belə aktların qanunauyğunluğu barədə qərar
qəbul etmişdir) və yaxud beynəlxalq müqavilələrdən, məsələn, Əlcəzairin
müstəqilliyi üçün müqəddimə olmuş Evian müqa- vilələrmin37
bağlanmasına dair aktlardan gedirdi.
Burada qanun üstünlük təşkil edir, ona görə ki, Fransa beynəlxalq
danışıqlarda və yaxud beynəlxalq münasibətlərdə tək çıxış etmir, onun
xarici partnyorları vardır və ona görə də Fransanın xarici part- nyorlarla
diplomatik münasibətləri ilə bağlı hallar məhkəmə hakimiyyətlərinin
nəzarəti altına alma bilməz.
Dövlət Şurasının Brokun işinə dair 19 oktyabr, 1962-ji il tarixli qəran.
Dövlət Şurasının Rüben de Servanın işinə dair 2 mart, 1962-ji il tərixli qəran.
Münaqişələr üzrə Tribunalın Fransa Radio Verilişləri Şirkətinin işinə dair 2 fevral
,1950-ji il tarixli qərarı.
155
Hökumət aktlannm kateqoriyasının həcmi son zatnanlar
«fərqləndirilən aktlar» kateqoriyasından istifadə edilməklə azaldılmışdır.
Yalnız beynəlxalq - hüquqi xarakterli aktlar hökumət aktlan
kateqoriyasına aid edilmişdir, xarici aspektdən gələn bütün aktlar isə
məhkəmə nəzarəti rejiminə tabe olan dövlətdaxili aktlar kimi
qiymətləndirilir. Fərqləndirilən aktlara misal olaraq müqəssirlərin
bir-birinə təhvil verilməsi barədə dekretləri göstərmək olar, Fransa
hökuməti bu aktların köməyi ilə, müvafiq ölkənin tələbi üzrə cinayət
törətməkdə müqəssir olan şəxsləri xarici dövlətə göndərməyə razılıq
verir.
Qanunsuz olaraq xarici dövlətlər tərəfindən Fransa vətəndaşlarına
vurulmuş zərərə görə kompensasiya kimi xarici hökumətdən alınmış
ümumi cərimənin ödənilməsinə aid bütün aktlar da fərqləndirilən aktlar
hesab edilir.
Nəhayət, fərqləndirilən akt anlayışı inkişaf etməkdə olan ölkələrlə
əməkdaşlıq çərçivəsində xarici dövlətlərin orqanlarına və yaxud
beynəlxalq təşkilatlara müvəqqəti ezam edilmiş Fransa qulluqçularının
statusunun tənzimlənməsinə aid edilən, çox tez-tez rast gəlinən hallara
şamil edilmişdir.
Nəzarət altından çıxan daxili xarakterli aktlar haqqında, şikayət
verilməli olmayan aktların ikinci kateqoriyası ilə bəzi idarədaxili
qərarlarla əlaqədar da mübahisə etmək olar. Şübhəsiz ki, bu kateqoriyalı
aktlar hökumət qərarlanndan daha az əhəmiyyətlidir. Lakin bu aktlar
ümumi prinsipdən istisna edilmə səbəblərindən doğur, hərçənd belə
istisnalar üçün irəli sürülən səbəblər müxtəlif olur. Bəzən belə aktların az
əhəmiyyətli olmasını nəzərə alaraq məhkəmənin bunlarla məşğul
olmasını istisna kimi qəbul edirlər. Belə aktların qəbul edilməsi əsasən
intizam tədbirləri ilə bağlı olur.
Bəzi aktlar mülki qulluqçuların statusu ilə məhdudlaşır; buna görə
də onlar az əhəmiyyətli aktlar kateqoriyasına aid edilmişdir. Hərbi
qulluqçulara aid edilən aktlar daha mühüm aktlardır: söhbət hərbi
qulluqçulara qarşı tətbiq edilən həbs, qalaya salınma və yaxud ev
şəraitində dustaq saxlama tədbirlərindən gedir. Bəzən belə qənaətə
gəlmək olur ki, bu cür tədbirlər son dərəcə ciddi deyildir. Bu, yuxarıda
sadalanan sonuncu hal üçün doğrudur, lakin qalada 50 günlük saxlanılan
həbsi qeyri-ciddi tədbir adlandırmaq olmaz; belə halda da «intizamı
pozduğuna görə ona tətbiq edilən cəzanı çəkən» hərbi qulluqçular üçün
də müəyyən edilmiş bəzi sanksiyalar mövcuddur, məsələn, rütbənin aşağı
salınması və yaxud zabit vəzifəsindən kənarlaşdı- rılma kimi intizam
tədbirləri tətbiq edilə bilər. Digər tərəfdən, başqa ölkələrdə olduğu kimi,
Fransada da ümumi qaydalar müəyyən edilmişdir.
156
Dostları ilə paylaş: |