68
Erkən bitişmə mənşəli keçməzlikdən ancaq o halda söhbət açmaq olar ki,
mədə bağırsaq traktının normal fəaliyyəti bərpa olunduqdan sonra hec olmasa bir
dəfə normal defekasiya aktı olsun.
Erkən mexaniki keçməzliyin səbəbləri:
-
seroz örtüyünün tamlığının pozulmasında (mexaniki, kimyəvi, termiki
zədələnmələr, qarın boşluğunda irinli-destruktiv proses nəticəsində, talk
və tənziflə) əmələ gələn bitişmələr
-
bağırsaq ilgəyinin infiltratla sıxılması, anastomozit
səbəbindən keçməzlik
-
Tampon və drenajın qeyri-düzgün yerləşdirilməsi səbəbindən keçməzlik
-
Əməliyyatın icrasında texniki qüsurlar səbəbindən keçməzlik
(anastomozların qoyulmasında qüsurlar, laparotom kəsiyinin tikilməsi
zamanı bağırsaq divarının səhvən tikişə alınması).
Klinika: Bağırsaq möhtəviyyatının qazların durğunluğu ilə hərəkətinin
pozulması və əməliyyatdan sonra 4 sutka defekasiyanın keçməsinə baxmayaraq
olmaması ilə yanaşı qarında köpün qalmaqda davam etməsi, mədə zondu ilə xaric
olunan möhtəviyyatın miqdarının artması.
Diaqnostika: Bitişmədən əmələ gələn erkən bağırsaq keçməzliklərini
defferensasiya etmək lazımdır. Məs., tamponlarla stimullaşan, bağırsaq ilgəyinin
iltihabi infiltrata bitməsi, həmçinin bağırsaq iflici (qarında septiki prosesin olması
hesabına). Dinamiki formadan mexaniki formaya keçməsini təyin etmək çətindir.
Cərrahi qərarın verilməsi üçün müddət 4 sutka hesab olunur.
Rentgenoloji müayinələrin nəticəsi böyük köməkdir.
Mədə və onikibarmaq bağırsaqda aparılan əməliyyatlardan sonrakı yuxarı
keçməzlik (mədə rezeksiyasından sonrakı kəskin anastomozit, deşilmiş
onikibarmaq bağırsaq xorasının gözənməsindən sonra keçiriciliyin pozulması,
pankreas başı səviyyəsində sıxılma) ayrıca yer tutur və mədə zondu ilə
möhtəviyyatın nəzərə çarpacaq dərəcədə qalmaqda davam etməsi ilə özünü biruzə
verir. Vaxtında çıxış yolu: qastroduodenoskopiya aparılmalı, daralmış sahəni
bujlamalı və daralmış sahədən qidalandırma zondunun aşağı keçirməli. Cərrahi
əməliyyat nazointestinal intubasiya, cənbər bağırsağın anorektal boru ilə
69
dekompressiyası, anal sfinkterin genişləndirilməsi əlavə olunmaqla aparılır. Aktiv
intensiv terapiya davam etdirilir.
Mədə rezeksiyasının bəzi xüsusiyyətləri, əməliyyatdan sonrakı
ağırlaĢmalar.
Həzm kanalının müştərək patologiyalarında həm diaqnostik, həm də
əməliyyat zamanı taktiki səhvlər, əməliyyat növünü və ya onun ayrı-ayrı
mərhələlərinin icrasında əsassız seçilən əməliyyat üsullarının tətbiqi əməliyyatdan
sonrakı ağırlaşmaları qaçılmaz edir.
Klassik Bilrot və ya Hofmeyster-Finsterer üsullarından başqa ilk dəfə Maki
1967, 1968-ci ildə isə Şalimov tərəfindən əsası qoyulan, sonradan isə A.İ.Qorbaşko
tərəfindən bir neçə növü işlənib hazırlanan pilorusun saxlanması ilə mədə
rezeksiyası da aparılır. Müvafiq göstərişlərə görə tətbiq edilən mədə rezeksiyasının
növündən asılı olmayaraq bir sıra hallarda rezeksiya zamanı seçilən və tətbiq
edilən anastomoz növləri mövcud vəziyyətin tələbi əsasında formalaşdırılmalıdır.
Nəzərdə tutulan hallar:
-
onikibarmaq bağırsağın
divertikulu olduqda
-
onikibarmaq bağırsağın
xroniki keçməzliyi olduqda
-
onikibarmaq bağırsağın
polipi olduqda
Klassik Bilrot-II və ya Hofmeyster – Finsterer üsulu ilə mədə rezeksiyası
zamanı tətbiq edilən qaydalardan birində - gətirici bağırsaq ilgəyini kiçik əyrilik
boyunca qastro-entero anastomozdan xeyli yüksəkdə tikişlərlə fiksə etməklə
gətirici bağırsaq ilgəyi sindromunun profilaktikası həyata keçirilir. Bu ona görə
aparılır ki, mədə möhtəviyyatı gətirici bağırsaq ilgəyinə tökülməsin. Gətirici
bağırsaq ilgəyi qeyd olunan şəkildə fiksə olunarkən, istər-istəməz onikibarmaq
barmaq bağırsağda durğunluğa səbəb olur. onikibarmaq barmaq bağırsağda qeyd
olunan dəyişikliklər olduqda rezeksiyadan sonrakı günlərdə aşağıdakı ağırlaşmalar
ortaya çıxır:
-
onikibarmaq bağırsaq güdülü tikişlərinin daxili təzyiqin yüksəlməsi
hesabına açılması