97
-
Yara sahəsini (yatağı) dioksidin məhlulu ilə yumaq.
Pnevmoniya əməliyyatdan sonra az rast gəlinən ağırlaşmalardandır. Onların
baş
verməsində
yönəldici
səbəb
kimi
əməliyyat
zamanı
gərgin
pnevmoperitoneumun
rolu
ola
bilər.
Dünya praktikasına laparoskopik
cərrahiyyənin tətbiq edilməsinin ilk illərində əməliyyat onikibarmaq, bəzən, hətta
14 mm civə süt. təzyiqlə aparılırdı. Hal hazırda bu rəqəm 8-10 mm.c.süt bərabərdir
və şübhəsiz ağ ciyərlərin əməliyyatlardan sonrakı ağırlaşmaları azalmışdır.
Qarın boşluğunda əməliyyat zamanı yüksək təzyiqin olması
aĢağı ətraf
venalarından qan axınını çətinləşdirir, bu da özü ilə
trombun yaranma
təhlükəsinə, ardınca isə ağ ciyər arteriyasının tromboemboliyasına gətirib çıxarır.
Profilaktika: əməliyyat zamanı və ondan sonrakı ilk sütkalarda aşağı
ətrafların elastik bintlənməsi.
Termiki yanıqların müalicəsi zamanı aparılan cərrahi
əməliyyatlar və sonrakı ağırlaĢmalar.
Termiki yanıqlar dedikdə dəri, dərialtı piy toxuması və daha dərin
toxumaların termiki təsirlər (yanığa səbəb yüksək hərarət, elektrik cərəyanı və s.)
nəticəsində yaranan patoloji vəziyyət başa düşülür. Yanıq travmasının gedişi və
nəticəsi təkcə zədəni törədən amilin gücü və təsir müddətindən asılı deyil, o, həm
də, bir çox hallarda, göstərilən ilkin tibbi yardımın vaxtında və xəstəliyin gedişində
aparılan müalicənin düzgün olmasından da asılıdır.
Yanıqların müalicəsində taktika şok əleyhinə tədbirlərin tətbiqi ilə başlanır.
Şokun 3 ağırlıq dərəcəsi vardır:
-
Yüngül
-
Ağır
-
Təhlükəli ağır.
Ilk yardım:
Şok əleyhinə tədbirlər:
-
Ağrıkəsicilərdən istifadə
98
-
Yanıq səthinin soyudulması – su şırnağı
və başqa tədbirlər
-
Maye azotla aparılan krioterapiya (travmadan sonrakı bir saat ərzində),
bu nəyə səbəb olur?
1)
toxuma hipertermiyasının, azaldılması
2)
iltihab reaksiyasının, azalması
3)
ödemin, azalması
4)
nekrozun dərinliyinin, azalması
5)
yanıq
sahəsində
toksiki
maddələrin
reabsorbsiyasının,
intoksikasiyasının azalmasına
-
Kortikosteroidlərin aerozolla yaraya yeridilməsi.
Geniş yanıq sahəsi, həmçinin məhdud dərin zədələnməsi olan xəstələrin
müalicəsi xüsusiləşdirilmiş yanıq şöbəsində (mərkəzdə) aparılır. Ancaq şok
əleyhinə terapiya travma alınan yerə yaxın müalicə müəssisələrində aparılmalıdır.
Yanığa məruz qalan şok vəziyyətində olduqda onu hətta ən yüksək səviyyəli
avadanlıq təhcizatına malik nəqliyyatla belə bir tibb idarəsindən
digərinə köçürmək
qəti qadağandır.
Yanmış xəstənin stasionara qəbulu zamanı həkimin taktikası belə olmalıdır:
-
Şokun varlığı və ya inkişafının mümkünlüyünün olması məsələsinin
həlli;
-
Əlamətləri müəyyən olduqda şok əleyhinə aktiv tədbirlərin həyata
keçirilməsinə başlanılmalı
vacibdir;
-
Yanıq səthini antiseptik məhlul və ya məlhəmli sarğılarla örtmək.
-
Tənəffüs və qan dövranı pozğunluqarı törədən boyun, döş qəfəsi və
ətrafların dairəvi, dərin yanıqların nekrektomiya aparılmasına göstərişdir.
Yerli müalicə yanıq yarasının ilkin təmizlənməsi ilə başlanılır. Yanıq sahəsi
çox da böyük olmadıqda və şokun əlamətləri qeyd edilmədikdə ilkin təmizləmə
xəstənin gətirildiyi (qəbul olunduğu) tibb müəssisəsində həyata keçirilir. Şok
vəziyyətində qəbul olunan isə təmizlənmə işi travma ilə onun ağırlıq
dərinləşdirməmək səbəbindən aparılmır. Belə halda ilkin göstərilən tədbir sarğı
99
qoyulması ilə məhdudlaşdırılır, təmizləmə isə şok əlamətləri ləgv edildikdən sonra
həyara keçirilir.
Termiki yanıqlar zamanı tətbiq edilən cərrahi müdaxiləni müddət və
mürəkkəbliyinə görə 3 növə bölmək olar:
1.
Yanıq yarasının
birincili işlənməsi
2.
Nekrektomiya
3.
Yanıqdan sonrakı dəri köçürülməsi və digər bərpaedici əməliyyatlar.
Bu əməliyyatlar bir-birinin ardıcıllığı görkəmini yaratsalar da, hər biri ayrı-
ayrılıqda icra oluna və yekunlaşa bilər.
Patogenez və patanatomiya.
İlkin olaraq yanmış sahədə yanıq dermatiti, seroz iltihab müşahidə olunur.
Sonrakı inkişafı isə aşağıdakılardan asılıdır:
-
Zədələyici faktorun xarakterindən
-
Zədə sahəsindən
-
Zədənin dərinliyindən
Səthi yanıqlarda irinləmə az hallarda müşahidə olunur, regenerasiya yetirincə
tez baş verir və yaranın sağalması dəridə gözə görünən defekt sahəsinin olmaması
ilə baş verir.
Təsir edici faktorun daha güclü, uzunmüddətli və dərinə işləməsi toxumaların
ölümünə səbəb olur. Sonra travmatik ödem və iltihablaşma baş verir, bu da əksər
hallarda irinli xarakter alır.
Sağalma prosesində yanıq yarası ölü toxumalardan tədricən təmizlənir.
Sağalma qranulyasiya və çapıqlaşma yolu ilə gedir.
III a dərəcəli yanıqda dəri örtüyü qalmış az sahələrini epitelizasiyası yolu ilə
bərpa oluna bilər. Dərin zədələnmə olduqda isə dəri artımları məhv olur, buna görə
də bərpa ancaq çapıqlaşma və hissəvi olaraq kənar dəri epitelizasiyası ilə
mümkündür.
Dərinin hissəvi zədələnməsi orqanizmin müdafiə qabiliyyətini zəiflədir, bu da
öz ardınca onun işində bir sıra pozğunluqlara gətirib çıxarır.