103
Yanıqlar zamanı erkən nekrektomiyalara göstəriĢ.
Yanıqar zamanı erkən nekrektomiya yalnız əməliyyata göstəriş olduqda
aparılır. Yanıqların hamısı belə cərrahi üsullarla müalicə olunmur.
Nekrektomiya əməliyyatı yanıqlar zamanı aşağıdakı hallarda aparılır:
-
Yaşlı şəxslərin həyatının xilas olması məsələsini ortaya qoyan yanıqlar;
-
Bədən səthinin 20%-dən çox olmayan hissəsini əhatə edən, birdəfəlik
autoplastika aparılması imkanının yaradılması üçün nisbətən çox sağlam
sahənin saxlanılması mümkünlüyü olan xəstələrdə dərin yanığın
mövcudluğu;
-
Ətrafların yanıqları, əməliyyatdan sonra kobud çapıqların azaldılması
mümkün olduqda.
Nekrektomiyadan sonra müvəffəqiyyətin maksimal səviyyədə əldə
edilməsi üçün arzu olunan, yanıq travmasının yaranma müddəti 5 günü
keçməməsidir.
Erkən nekrektomiyaya göstərişləri olan yanıqların dərəcəsi:
-
Ikinci
-
Üçüncü
-
Dürdüncü
Birinci dərəcəli yanıqlarda nekrektomiya nadir hallarda aparılır.
Operasiya orqanizmin qan dövranı və tənəffüs orqanlarının normal
funksiyasını pozan yanıq nekrozunun bərkləşmiş dairəvi sahəsi formalaşdıqda
aparılır.
Erkən nekrektomiyaya əks göstəriĢlər:
-
Hər şeydən əvvəl şok vəziyyətidir.
Əgər xəstə şok vəziyyətindədirsə əməliyyat aparılmır. Əvvəlcə xəstə şok
vəziyyətindən çıxarılrmalı, sonra nekrektomiya aparılmalıdır.
Həmçinin nekrektomiyanın aparılmamasına digər ciddi səbəblər də vardır:
-
Xəstənin dərin qoca yaşı;
-
Yanıq yarasının güclü infeksiyalaşması;
104
-
Xəstənin boynu, üzünün massiv yanığı, tənəffüs yollarının zədələnməsi
ilə ağırlaşma;
-
Yanıq travması ilə yanaşı qaraciyər, böyrək, ürək, mərkəzi sinir
sisteminin ağır zədələnməsi;
-
Dekompensə mərhələsində olan
şəkərli diabet;
-
Mədə-bağırsaq traktından qanaxma;
-
Pasientdə intoksikasiya
psixozu vəziyyəti;
-
Normal hemodinamikanın dayanıqlıqlı
pozğunluğu;
-
Qanın laxtalanma sisteminin pozulması.
Yanmış şəxslərin əməliyyat olunması anamnezində keçirilmiş infarkt,
hipertoniya, aritmiya, alkoqolizm, narkotikdən asılılıq olduqda yanaşma ehtiyatla
olur. Mövcud vəziyyət əməliyyatın icrasından əvvəl korreksiya tələb edir.
Yanıqlar zamanı aparılan erkən nekrektomiya üsulunun
üstünlükləri – ağırlaĢmalar və yanıq xəstəliyinin profilaktikası.
Nekrektomiya üsulu ilə 2, 3 və 4-cü dərəcəli yanıqla olan pasientlərdə yaxşı
nəticələr əldə etmək çatmaq üçün əməliyyatı mümkün qədər tez aparmaq lazımdır.
Yanıq travması yarandıqdan sonra, xüsusən ilk iki, ən çox – üç sutka ərzində
aparılan nekrektomiya yanıqdan sonrakı irinli septiki ağırlaşma, həmçinin ölümün
qarşısını ala bilir.
Bu fakt da az əhəmiyyətli deyildir ki, əməliyyat nə qədər tez aparılsa, yanıqla
zədələnmiş xəstənin stasionar müalicəsinə də o qədər az vaxt sərf olunur.
Erkən nekrektomiyanın üstünlükləri:
-
Patogen mikrofloranın inkişafı üçün əlverişli olan nekroz toxuması xaric
edilir;
-
Xəstənin ümumi intoksikasiyasının aşağı düşməsi;
-
Yanıq xəstəliyinin davam etmə müddətinin aşağı düşməsi;
-
Pasientlərə ən ağrılarla müşaiyət olunan sarğıların dəyişilməsi
vacibliyinin olmaması;
105
-
Xəstədə qanitirmə və plazma itkisinin əhəmiyyətli dərəcədə azaldılması;
-
Yanıqdan sonrakı kobud çapıqların formalaşmasının qarşısının alınması;
-
Xəstə tezliklə sağalır, onun ümumi vəziyyəti yaxşılaşır.
Erkən nekrektomiyanın texnikası.
Yanıq travması zamanı nekrektomiya ümumi narkozla keyləşdirmə altında
aparılır. Yanıqla zədələnmiş toxumanın sahəsi və nekrotik dəyişikliklərin
dərinliyindən asılı olaraq erkən cərrahi əməliyyatların müxtəlif formalarından
istifadə olunur:
-
Tangensial
və ya qat-qat təmizləmə üsulu;
-
Daha
dərin qat-qat, sağlam toxumaya
qədər təmizləmə;
-
Nekrozun fassiya səviyyəsinə qədər kəsilib xaric edilməsi-fassial
nekrektomiya;
-
Kombinə
olunmuş üsulla əməliyyatın aparılması, bu halda
nekrektomiyanın bütün texnikasından istifadə olunur.
II və II dərəcəli yanıqlarda toxumaların səthi ayrılması ilə
nekrozun kəsilib
götürülməsi və qat-qat təmizləmə aparılır. Kapillyar qanaxmasının görünməsi (üzə
çıxması) lazımı qədər dərinlikdə - sağlam toxumaya qədər, kəsilib
götürülməsindən xəbər verir. Sonra nekroz sahələri kənarlaşdırılır. Bu zaman bir
momentli autodermoplastika mümkündür.
Yanıq travmasının II dərəcəsində nekroz təbəqəsi xaric edildikdən sonra
yara səthi ksenotransplantantla bağlanır. Bu yaranı infeksiyalaşmadan qoruyur, tez
epiteliyasiyanın baş verməsini stimullaşdırır, yanıq xəstəliyinin inkişafını
dayandırır.
III dərəcəli yanıq nekrozunun 0,3- 0,5 mm qalınlığında qatı dərinin sağlam
hissəsindən olmaqla kəsilib götürülür. Götürülən nekrozun dərinliyi - dərialtı piy
təbəqəsinə qədərdir. Nekroz təbəqəsinin tədricən, qat-qat xaric edilməsi sağlam
toxumanın maksimal səviyyədə saxlanılmasına zəmanət verir. Zədələnmiş və
sağlam toxuma sərhədinə qədər çatan təmizlənmədən sonra spontan epitelizasiya
baş verə bilər, bununla eyni vaxtda dəri köçürülməsi aparmaq olmaz.