70
-
eyni səbəb üzündən divertikulun perforasiyası
-
polip olduqda mədəaltı vəzin şirəsinin onikibarmaq barmaq bağırsağda
aktivləşərək onu ―qəbul olunmuş‖ qida bilərək dağıdıcı təsirə məruz
qoyur və qanaxmaya səbəb olur.
Eyni klinik mənzərə pilorusun saxlanılması ilə aparılan rezeksiya zamanı da
özünü göstərə bilir. Xəstə əməliyyat sahəsi, bir qədər də orta xəttdən sağda
rezeksiyaya xass olmayan ağırlıq, bağırsaqlarda iflic-qarında köp hissiyatı
(bağırsağların hərəki mərkəzi onikibarmaq barmaq bağırsağın enən hissəsinin
arxasında olduğuna görə), palpasiya zamanı isə qarında ağrılar qeyd edir.
Qanaxma
nazoqastral zondla özünü biruzə verir, divertikulun perforasiyası – peritonitin
mənzərəsi, arxa divarda yerləşən divertikulun perforasiyası isə peritonarxası
infiltrat və ya absesə səbəb olur.
Diaqnostikası – onikibarmaq bağırsağda durğunluğu təsdiqləmək məqsədi
ilə xəstəyə diz və əlləri üstə duraraq (―it‖ vəziyyəti) yandan rentgenoloji müayinə
(skopiya və ya qrafiya) aparılmaqla bağırsağın mənfəzində maye səviyyəsi
üzərində hava qabarcığı aşkar etmək təşəbbüsü göstərilir.
Bilrot-II və ya Hofmeyster – Finsterer üsulu tətbiq edildikdən sonra baş verən
belə ağırlaşmada qastroskopiya zamanı gətirici ilgəyə yeridilən transnazal zondla
aktiv dekompressiya aparılmaqla vəziyyəti nisbətən yüngülləşdirmək olar. Belə
halda profilaktika məqsədi ilə tətbiq edilən U-tipli anastomozla aparılan Ru
əməliyyatı, əməliyyatdan sonrakı uzaq dövrdə gətirici bağırsaq ilgəyi
sındromunun cərrahi-operativ müalicəsi məqsədi ilə tətbiq edilməlidir. Bununla da
onikibarmaq barmaq bağırsaqda və durğunluq baş verə biləcək digər
ağırlaşmalardan da yan keçilir.
Öd yolları əməliyyatlarından sonrakı ağırlaĢmalar.
Ümumi ağırlaĢmalar. Digər qarın boşluğu əməliyyatlarında olduğu kimi
ümumi ağırlaşmalar baş verə bilər. Biliar əməliyyatlardan sonrakı dövrdə baş verə
bilən qeyri-spesifik ağırlaşmalardan bronxopnevmoniya, ağ ciyər arteriyalarının
emboliyası, flebotromboz və ürək çatmazlığı rast gəlinir.