Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

70 
 
-
 
eyni səbəb üzündən divertikulun perforasiyası 
-
 
polip  olduqda  mədəaltı  vəzin  şirəsinin  onikibarmaq  barmaq  bağırsağda 
aktivləşərək  onu  ―qəbul  olunmuş‖  qida  bilərək  dağıdıcı  təsirə  məruz 
qoyur və qanaxmaya səbəb olur. 
Eyni  klinik  mənzərə  pilorusun  saxlanılması  ilə  aparılan  rezeksiya  zamanı  da 
özünü  göstərə  bilir.  Xəstə  əməliyyat  sahəsi,  bir  qədər  də  orta  xəttdən  sağda 
rezeksiyaya  xass  olmayan  ağırlıq,  bağırsaqlarda  iflic-qarında  köp  hissiyatı 
(bağırsağların  hərəki  mərkəzi    onikibarmaq  barmaq  bağırsağın  enən  hissəsinin 
arxasında olduğuna görə), palpasiya zamanı isə qarında ağrılar qeyd edir. Qanaxma 
nazoqastral  zondla  özünü  biruzə  verir,  divertikulun  perforasiyası  –  peritonitin 
mənzərəsi,  arxa  divarda  yerləşən  divertikulun  perforasiyası  isə  peritonarxası 
infiltrat və ya absesə səbəb olur. 
  Diaqnostikası  –  onikibarmaq  bağırsağda  durğunluğu  təsdiqləmək  məqsədi 
ilə xəstəyə diz və əlləri üstə duraraq (―it‖ vəziyyəti) yandan rentgenoloji müayinə  
(skopiya  və  ya  qrafiya)  aparılmaqla  bağırsağın  mənfəzində  maye  səviyyəsi 
üzərində hava qabarcığı aşkar etmək təşəbbüsü göstərilir.  
Bilrot-II və ya Hofmeyster – Finsterer üsulu tətbiq edildikdən sonra baş verən 
belə  ağırlaşmada  qastroskopiya  zamanı  gətirici  ilgəyə  yeridilən  transnazal  zondla 
aktiv  dekompressiya  aparılmaqla  vəziyyəti  nisbətən  yüngülləşdirmək  olar.  Belə 
halda  profilaktika  məqsədi  ilə  tətbiq  edilən  U-tipli    anastomozla  aparılan  Ru 
əməliyyatı,  əməliyyatdan  sonrakı    uzaq  dövrdə  gətirici  bağırsaq  ilgəyi 
sındromunun cərrahi-operativ müalicəsi məqsədi ilə tətbiq edilməlidir. Bununla da 
onikibarmaq  barmaq  bağırsaqda  və  durğunluq  baş  verə  biləcək  digər 
ağırlaşmalardan da yan keçilir.  
Öd yolları əməliyyatlarından sonrakı ağırlaĢmalar. 
 
Ümumi  ağırlaĢmalar.  Digər  qarın  boşluğu  əməliyyatlarında  olduğu  kimi 
ümumi ağırlaşmalar baş verə bilər. Biliar əməliyyatlardan sonrakı dövrdə baş verə 
bilən  qeyri-spesifik  ağırlaşmalardan  bronxopnevmoniya,  ağ  ciyər  arteriyalarının 
emboliyası, flebotromboz və ürək çatmazlığı rast gəlinir. 


71 
 
Qeyd olunan əməliyyatlarda ölümə ən çox səbəb olanı miokard infarktıdır. O, 
ürəyin  işemik  xəstəliyi  olan  şəxslərdə  daha  çox  baş  verir  və  onların  xəstəxanada 
olduqlarının  ikinci  yarısında  meydana  çıxır.  Müəyyən  edilmişdir  ki,  miokard 
infarktı  klinik  diaqnozu  təyin  olunduğundan  daha  çox  rast  gəlinir.  Ancaq  izah 
oluna  bilinməyən  taxikardiya  və  qarın  boşluğunda  əməliyyatdan  sonrakı  kollaps 
zamanı  hər  şeydən  əvvəl  baş  verə  biləcək  ciddi  ağırlaşmalar  haqqında  düşünmək 
lazımdır. Hətta EKQ göstəricilərində infarkta şübhəli tapıntı olsa belə, onu başlıca 
sanmaq  lazım  deyil,  ―infarkt‖  diaqnozundan  kənara  qaçmada  tələsmək  lazımdır. 
EKQ-da aydın olmayan dəyişiklikləri əməliyyat öncə olanlarla müqaisələndirdikdə 
onların  düzgün  qiymətləndirilmısinə  əsas  yaranır.  Biliar  əməliyyatlardan  sonra 
ölümə səbəb olanların içərisində miokard infarktı 7% təşkil edir.  
Diabetli  xəstələrdə  öd  yolları  əməliyyatlardan  sonrakı  dövrdə  stabillikdən 
qəfləti  qabarıq  yan  qaçmalar  ola  bilir.  Ağır  formalı  diabet  olan  şəxslərdə 
qlükozanın  əvvəlki  şəkildə  nisbi  normal  sayılan  səviyyəsi  müvəqqəti  olaraq 
yüksələ, sonradan isə kəskin şəkildə düşə bilər. Bununla yanaşı əməliyyatdan sonra 
mütləq hər gün şəkərin qanda səviyyəsinə nəzarət etmək, sidiyi müayinə etmək və 
insulinin dozasını diqqətlə tənzimləmək lazımdır. 
Əməliyyatdan  sonrakı  ilk  gün  və  ya  saatlar,  bəzən  şok  əlamətləri  ilə, 
peritoneal simptomların meydana çıxması qarın boşluğuna qanaxma, ödün sızması 
və  ya  kəskin  pankreatitlə  izah  oluna  bilər.  Şokun  daxili  səbəbi,  məsələn  miokard 
infarktı,  ağ  ciyərin  kəskin  ödemi  və  ya  emboliyası  çox  az  halda  çətin  ki,  birinci 
günlər  rast  gəlinə  bilinsin  və  peritonun  güclü  qıcıqlama  simptomu  ilə  müşayiət 
olunsun.  Onlar  haqqında  yalnız  qarın  boşluğunda  baş  verə  biləcək  fəlakəti  hətta 
şübhələri belə inkar etdikdən sonra düşünmək olar. 
 
Qarındaxili qanaxmalar. 
 
Əməliyyat  sahəsinə  çoxlu  qan  axması  çox  az  hallarda  rast  gəlinir.  Səbəbləri 
mexaniki, infeksiyalaşma, həmçinin nekrozla bağlı ola bilər. Qanaxma sarılığı olan 
xəstələrdə qanın laxtalanma qabiliyyətinin pozulması nəticəsində olur. 


72 
 
Əgər  qanaxma  əməliyyatdan  sonra  həmən  baş  vermişsə,  onun  mahiyyətcə 
səbəbi  demək  olar  ki,  həmişə  mexanikidir.  Qarın  boşluğuna  qanaxma  özünü  
sonradan  əmələ  gələn  ağrılar  və  qara  ciyər  altında  yerləşdirilmiş  drenaj  borudan 
qanaxma ilə biruzə verir. Nazik drenaj asanlıqla laxta ilə tutula bilir və qanaxmanın 
xaricdən  artıq  qeyd  olunması  baş  vermir.  Ağrıları  həmişə  əməliyyat  travması  ilə 
bağlayırlar  və  belə  qanaxma  tezliklə  taxikardiya  və  arterial  təzyiqin  düşməsinə 
görə  diqqət  çəkir.  Xəstə  solğun,  soyuq  tərlə  örtülmüş  olur,  əməliyyatdan  sonrakı 
şokdan  fərqli  olaraq  kollapsın  əlamətləri  hətta  qan  köçürmədən  sonra  da  qayıdır. 
Qara  ciyər  altı  drenaj  boru  boşalandan  və  yuyulduqdan  sonra  onda,  bir  qayda 
olaraq,  qan  görünməyə  başlayır.  Beləliklə,  qanaxma  özlüyündə  gecikmiş 
diaqnozdan təhlükəlidir. 
Qara  ciyər  altı  sahəyə  qanın  toplanması  və  təxmini  miqdarının  USM,  KT, 
imkan olduqda MNR müayinələri vasitəsi ilə təstiqlənməsi ağırlaşmanın qarşısını 
almaq  sahəsində  aparılacaq  tədbirlərin  və  bununla  yanaşı  aparılacaq  əməliyyatın 
tezliyini  müəyyənləşdirir.    Tezliklə  cərrahi  təftişə  başlanılıb,  bu  zaman  bir  qayda 
olaraq,  qara  ciyər  altı  sahədə  çoxlu  miqdarda  təzə  qan  və  laxtalar  tapılır.  Bütün 
əməliyyat  sahəsinə,  ən  əsası  isə  öd  kisəsi  arteriyasının  bağlandığı  yerə  diqqətlə 
baxmaq tələb olunur. Adətən qanaxma yataqdan və ya onun kənarından baş verir. 
Qan  xaric  edildikdən  sonra  qanaxma  elektrokoaqulyasiya,  damarın  təkrari 
bağlanılması  ilə  dayandırılır.  Əgər  qanaxma  zamanı  xırda  arteriyanı  aşkar  etmək 
mümkün  olmasa  yatağı  həmçinin  parenximanı  ―U‖  tipli  tikişlə  sıxmaq  lazımdır. 
Qara ciyər altına diametrli böyük drenaj yerləşdirilir və qanitirmə bərpa olunur.  
Əməliyyatdan bir neçə gün sonrakı qanaxma təhlükəlidir. O infeksiya, nekroz 
əsasında baş verir və ya mədəaltı vəz şirəsi və ya öd təsirindən yaranır. O heç də 
tez-tez rast gəlinmir, adətən  qara ciyər altı drenajdan təkrarlanan qəfləti qanaxma 
ilə  aşkar  olunur. Əgər  drenaj  boru  artıq  xaric  edilmişsə    xüsusən  də  belə  hallarda  
aparılan USM, KT və MNR müayinələri ilə  diaqnoz təsdiqlənir və müalicə yolu 
seçilir.  Təcili  laparotomiyaya  başlamaq  vacibdir,  ancaq  müalicə  qarşıda  asan 
olmayan  vəzifələr  də    qoyur.  Baş  vermiş  vəziyyətdə  bəzən  tamponada  edilməsi 
məcburiyyəti  yaranır,  bu  isə  təhlükəsiz  tədbir  sayıla  bilməz.  Qanaxmanın  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə