Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

60 
 
genişlənməsi,  həmçinin  miokard  infarktı,  anafilaktik  şok,  ağciyər  arteriyasının 
tromboemboliyası əlamətləri ola bilər.  
 
Əməliyyatdan sonrakı ağırlaĢmalara Ģübhə olduqda aparılan tədbirlər: 
-
 
Aparılan  detoksikasiyanı  nəzərə  almaqla  dinamikada  intoksikasiya 
sindromunun səviyyəsinin qiymətləndirilməsi (nəbz, ağızda quruluq, laborator 
göstəricilər) 
-
 
Müvafiq  ağrısızlaşdırma  şəraitində  əməliyyat  yarasının  zondlama  ilə  geniş 
sarğısı, təftişi 
-
 
Məqsədyönlü və diqqətli  instrumental müayinə (USM, rentgenodiaqnostikası, 
MNR). 
 
Yara ağırlaĢması. 
Hər  hansı  yara  bioloji  qanuna  uyğunluqlar  üzrə  sağalır.  Ilk  saatlarda  yara 
kanalı boşluğu qan ilə dolur. Iltihabi ekssudatda çoxlu miqdarda zülal olur. Ikinci 
sutkada  fibrin  təşkil  olunmağa  məruz  qalır  –  yara  yapışır.  Bu  mərhələdə  də  yara 
ilişgənliyi  fenomeni  inkişaf  edir  ki,  bu  da  yara  kənarlarının  istiqamətləndirilmiş 
şəkildə yığılması ilə yekunlaşır. 
III-IV  sutkasında  yara  kənarları  fibrositlərdən  ibarət  zərif  birləşdirici  təbəqə 
və  incə  kollagen  liflərlə  birləşirlər.  VII-IX  sutkadan  sonra  çapığın  əmələ  gəlməsi 
haqda danışmaq olar ki, bu proses 2-3 həftə dəfə davam etmiş olur. Kliniki olaraq 
yaranın ağırlaşmadan sağalması üçün ağrılar və hiperemiyanın tez keçməsi, hərarət 
reaksiyasının olmaması xarakterikdir.  
Alternativ  vəziyyət-  yarada  köbud  işləmə  ekssudativ  hallara,toxumaların 
dərinliyinə  qədər,  lazımsız  elektrokoaqulyasiya  quru  örtüyün  əmələ  gəlməsi, 
bağırsaq  möhtəviyyatı  ilə  və  irinlikdən  infeksiyalaşma  sayılır.  Ümumbioloji 
nöqteyi  nəzərdən  mikroflora  lazımdır,  belə  ki,  o,  yaranın  tez  təmizlənməsinə 
gətirib çıxarır. Bakterial çirklənmənin kritik sərhəddi – 105 canlı mikrobun 1 qram 
yara  toxumasına  düşməsidir.  Mikrobların  parçalanması  əməliyyatdan  6-8  saat 
sonra yüksək vüsət alır. Toxuma təzyiqi qaydasına görə tikişlərlə qapalı yarada 3-4 


61 
 
sutka  ərzində  ekssudativ  proses  daha  dərinlikərə  yayılır.  Infeksiya  şəraitində  yara 
qranulyasiya toxuması ilə, sonradan bu çapıq toxumasına çevrilir. Qranulyasiyanın 
sürəti  anemiya  və  hipoproteinemiya,  şəkərli  diabet,  şok,  vərəm,  avitaminoz, 
bədxassəli  şişlərdə  ləngiyir.  Toxumaları  yüksək  travmaya  uğramış  xəstələr  yara 
ağırlaşmalarının  inkişaf  etməsinə  meyillidirlər.  Ağırlaşmaların  davamlılığı 
mövcuddur. Daxili və xarici qanaxma I-II, hematoma əlamətləri isə II-IV sutkada 
biruzə verir.  
İltihabi infiltrat (8-14%) III-IV sutkada nəzərə çarpır. Toxumalara seroz və ya 
seroz-fibrinoz  transsudat  hopur  (susuzlaşmanın  ləngimə  mərhələsi).  Infiltratın 
sərhədləri – yara kənarından 5-10 sm məsafədə təyin olunur.  
Klinika: yarada ağrı və ağırlıq hissi, 38
0
C qədər qalxan, üşütmə ilə müşayiət 
olunan  hərarət.  Nəzərəçarpan  leykositoz.  Yerli:  yara  kənarlarının  ödemləşməsi  və 
hiperemiya, lokal hiperemiya, palpasiyada bərkləşmə.  
Müalicə  -  yaranın  zondlanması,  möhtəviyyatın  xaric  edilməsi,  tikişlərin 
hissəvi  götürülməsi  ilə  toxuma  təzyiqinin  azaldılması.  Spirtli  kompress,  isti, 
sakitlik, fizioterapiya, nadir hallarda rentgenoterapiya. 
Yaranın  irinləməsi  (2-4%)  –  VI-VII  sutkada  baş  verir.  Bir  qayda  olaraq 
yaranmış  hematoma  sonradan  infiltrata  çevrilir.  Az  hallarda  yüksək  virulentli 
infeksiyalı xəstənin areaktivliyi zamanı çox tez baş vermiş olur. 
Klinika:  hektik  hərarət,  üzüntülü  tərləmə,  üşütmə,  baş  ağrıları.  Yara  sahəsi 
ödemləşir,  hiperemiyalaşır,  ağrılı  olur.  Irinliyin  aponevrozaltı  sahədə  yerləşməsi  
zamanı  peritonun  qıcıqlanmasına  görə  dinamiki  keçməzlik  ola  bilər  və  bu  halda 
əməliyyatdan sonrakı peritonitlə differensial diaqnostika aktuallaşır. Anaerob və ya 
digər irinli proses yüksək vüsət ala bilər, əməliyyatdan sonrakı II-III sutkada özünü 
biruzə  verə  bilər.  Aydın  intoksikasiya  və  yerli  reaksiya,  ətraf  sahələrin  dərialtı 
emfizeması ağırlaşmanın varlığını təsdiqləyir.  
Müalicə:  tikişlərin  sökülməsi.  Irinlik  boşluğunda  yaranmış  cib  və  toxuma 
arasındakı yığıntı sahələri açılır. Yaranın həyat qabiliyyətini itirmiş toxumalardan 
təmizlənməsi  (yuyulması)  və  drenləşdirilməsi  yerinə  yetirilir.  Anaerob  inkişafa 
şübhə  olduqda  (toxuma  həyat  qabiliyyətini  itirmiş  vəziyyətdə,  görünüş-çirkli-boz 


62 
 
rəngli irinli nekrozlu ərplə örtülmüş, əzələ toxuması solğun, qazın xaric olması) – 
mütləq  şəkildə  dağılmış  bütün  toxumaların  geniş  kəsilib  xaric  edilməsi.  Geniş 
yayılmış hallarda - əlavə kəsiklər. Irin sarı və ya ağ, iysiz – stafilokokk, bağırsaq 
çöpləri; yaşıl – yaşıllaşan streptokokk;  çirkli – boz kəskin iyli – çürüntülü mühit; 
göy-yaşıl  –  göy-irin  çöpləri;  moruq  cürüntülü  iylə  və  anaerob  infeksiya. 
Müalicənin gedişində mühit ―hospital‖-a dəyişir.  
Çürüntülü yara infeksiyalarında  bol hemorragik ekssudat olur və kəskin iyli 
qaz, boz rəngli nekrozlu toxuma qeyd olunur. Qranulyasiyanın inkişafı ilə bağlı və 
ekssudativ  mərhələnin  ləğv  olunması  və  ya  ikincili  tikişlərin  qoyulması  (yara 
kənarlarının leykoplastrla yaxınlaşdırılması) və ya məlhəm sarğılarına keçid (geniş 
yaralar olduğu halda) sonuncu mərhələ sayılır. 
 
 
Əməliyyatdan sonrakı peritonit 
Qarın boşluğu və peritonarxası sahədə yerləşən üzvlərdə icra olunan hər hansı 
bir  əməliyyatdan  sonra  inkişaf  edə  bilər.  Bu,  yeni  keyfiyyətdə  inkişaf  edən  
xəstəliyin  başqa  formasıdır.  Prinsipial  olaraq  əsas  odur  ki,  əməliyyatdan  sonrakı 
peritonit  vüsət  olan,  davam  edən  və  ya  ləng  gedişli  peritonitdən  seçilə  bilinsin. 
Əməliyyatdan  öncə    mövcud  olan  peritonitin  problemlərini  bütövlükdə  aparılan 
əməliyyat həll etmir, bəzən isə hec həll edə də bilmir.  
Etiopatogenez: 3 qrup səbəb vardır.  
-
 
Texniki və taktiki plan üzrə həkim səhvindən (50-80%) 
-
 
Immunobiloji  mexanizmlərin  çatmazlığı  və  bərpası  yetərincə  mümkün 
olmayan idarəetməyə aparan dərin mübadilə pozğunluqları 
-
 
Nadir, kazuistik səbəblər 
Texniki  həkim  səhvinə  əməliyyatdan  öncəki  dövrdə  xəstələrin  müayinəsinin 
hər tərəfli aparılmaması və əməliyyat planının tərtibatında çatmazlığa yol verilməsi 
aid ola bilir (müştərək patologiyalarda). 
Praktikada  tez-tez  baş  verən  hallar:  enteral  infeksiyadan  qarın  boşluğunu 
qorumaq  məqsədi  ilə  sahənin  izolyasiyasının  yetərincə  olmaması,  sistemsiz  təftiş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə