Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

51 
 
Koaqulyasiya  sisteminin  bir  neçə  defekti,  o  cümlədən  heparinin  qeyri 
qənaətbəxş  neytrallaşdırılması,  trombositopeniya,  hiperfibrinoliz,  laxtalanma 
faktorlarında çatmamazlıq və koaqulopatiya nəinki təkcə artıq qanitirməyə, həm də 
homeostazın ciddi pozulmasına gətirib çıxarır.  
Perfuziyadan  sonrakı  dövrdə  hipokoaqulyasiya,  birinci  növbədə, 
hemodilyusiya  və  süni  qan  dövranı  daxilində  trombositlərin  dağılması 
trombositopeniya,  həm  də  onların  aktivliyinin  aşağı  düşməsi  ilə  bağlıdır. 
Aktivliyin    azalması  aspirin,  dipiridamol  və  antibiotiklər  kimi  dərman 
preparatlarının  qəbulu  ilə  əlaqədar  olaraq  dərinləşə  bilər.  Qanaxmanın  vaxtı, 
trombositlərin  sayı  –  koaqulyasiya  özülü  işinin bu  hissəsinə  nəzarət  etməyin  sadə 
tədbiridir. 
Fibrinoliz  və  laxtalanma  faktorlarının  (xüsusən  V  və  VIII)  çatmazlığı 
əməliyyatdan sonra rast gəlinən nisbətən az təsadüf olunan ağırlaşmalarındandır və 
yeni  dondurulmuş  plazmanın  yeridilməsi  ilə  aradan  qaldırılır.  Çox  nadir  hallarda 
epsilon  aminokapron  turşusundan  istifadə  lazım  ola  bilər.  Disseminə  olunmuş 
damardaxili  laxtalanma  sindromu  trombositlərin  və  fibrinolizin  miqdarının 
qəflətən  aşağı  düşməsi  və  fibrinlərin  dehidratasiya  məhsullarının  plazmada  əmələ 
gəlməsi ilə xarakterizə olunur. Aktiv aparılan süni tənəffüsdə bu adətən sepsis və 
ya  aktiv  infeksion  endokarditlə  bağlıdır.  Belə  hallarda  anemiya  yuyulmuş 
eritrositlərin  köçürülməsinə  və  təzə  dondurulmuş  plazmadan  istifadəyə  göstəriş 
olur. 
Heparinin  qeyri  adekvat  neytrallaşdırılması  olduqca  sadə  protamin-sulfat 
yeritməklə qaydasına qoyulur, ancaq bu qanın laxtalanma vaxtının aktivləşməsinin 
ciddi  nəzarəti  altında  aparılmalıdır,  belə  ki,  protaminin  dozasının  artıq  olması 
ancaq qanaxmanı sürətləndirə bilər.  
Əməliyyatdan  sonrakı  qanaxmanın  əlavə  profilaktikası  həm  də  proteaz 
inhibitorların  (trasilol,  kontrikal,  ovomin)  süni  qan  dövranı  konturunda  və 
əməliyyatdan sonrakı dövrdə tətbiq edilməsi ilə reallaşır. 
Əməliyyatdan  sonrakı  qanitirmə  birinci  saatda  5  ml/kq-dan  artıq  olarsa,  bu 
bütün göstəricilərin, birinci növbədə qanın laxtalanma vaxtının aktivləşdirilməsi və 


52 
 
sonradan  onun  korreksiyasının  aparılması  şərti  daxilində  qiymətləndirilməsi  ilə 
koaquloqrammanın  açıqlanması  göstərişdir.  Qanitirmə  əməliyyatdan  sonra  birinci 
saatlar  ərzində  10  ml/kq-dan  artıq  və  ya  sonrakı  hər  üç  saatda  5  ml/kq  olması, 
aparılan  terapiyaya  baxmayaraq,  resternotomiya  və  əməliyyat  yarasının  təftişinə 
göstərişdir.  
 
Immunoloji ağırlaĢma. 
Immun sistemin çox saylı komponentləri süni qan dövranının təsirinə məruz 
qalır.  Orqanizmin  qanın  yad  səthlə  təmasda  olmasına  görə  qanın    formal 
elementlərinin  və  endotel  qatının  travması,  hemodilyusiya,  neytrofillərin  aktivliyi 
ilə  süni  qan  dövranına  məlum  qeyri  spesifik  immun  iltihabi  cavabı  yaxşı 
məlumdur.  Reaktiv  anticism  və  C
+3 
komponentin  səviyyəsinin  artması  immun 
sistemin ekstrakorporal qan dövranından sonra verdiyi adi cavabdır. Bundan əlavə, 
T-limfositlərin  azalması  və  İgG,  İgA  və  İgM  qlobulinlərin  səviyyəsinin  artması 
qeyd olunur. 
Süni qan dövranı zamanı orqanizmin sensibilizasiyası kimi üzə çıxan antitel 
postkardiotom  (post  perfuzion)  sindromun  inkişafına  səbəb  olur.  Bu  isə  adi 
hallarda müdaxilədən 2-3 gün sonra başlayır, 1-2-ci həftədə tam inkişaf edir və 3-5 
həftəyə qədər davam edə bilər.  
Sindromun klinik təzahürü: 
-
 
Orqanizmin ümumi iltihabi reaksiyası 
-
 
Ekssudativ plevrit 
-
 
Quru plevrit 
-
 
Ekssudativ perikardit 
-
 
Quru perikardit 
Bu sindromun etiologiyası indiyədək  tam aydın deyildir, lakin bəzi hallarda, 
xüsusən  uşaqlarda  Koksaki-virus  anticismlərinin  səviyyəsinin  artması  ilə 
assosiasiya olunmadıqları məlumdur. 


53 
 
Postkardiotom  sindromun  müalicə  sxeminə  iltihab  əleyhinə  qeyri  spesifik 
preparatların  (aspirin,  indometasin)  qəbulu  qoşulur,  nisbətən  ağır  hallarda  isə 
steroidlərdən istifadə olunur. 
Böyrəklər tərəfinfən ağırlaĢmalar. 
Kəskin  tubulyar  nekroz.  Bu  ağırlaşma  süni  qan  dövranı  ilə  aparılan 
operasiyadan  sonrakı  letallığı  nəzərə  çarpacaq  dərəcədə  artırır.  Böyrək 
damarlarının zədələnməsi ilə müşayət olunan (ateroskleroz, trombemboliya) və ya 
böyrək  parenximasının  digər  xəstəlikləri  ağırlaşmanın  inkişafına  səbəb  olan 
faktorların süni qan dövranı, əsasən perfuziyanın həcmi və sürətinin aşağı düşməsi 
zamanı  və  vazokonstriktorlardan  istifadə  dövründə  böyrək  qan  dövranının 
fəaliyyəti zəifləyir.  
Plazmanın  sərbəst  hemoqlobininin  səviyyəsinin  artmasına  gətirib  çıxaran 
hemoliz filtrasiyanın pozulmasına səbəb olur. Kəskin tubulyar nekrozun süni qan 
dövranı vaxtı inkişafının profilaktikası tədbirləri: 
-
 
Perfuziyanın həcm sürətinin adekvat səviyyəsi  
-
 
Hemodilyusiyanın müvafiq səviyyəsi 
-
 
Arterial təzyiqin adekvat səviyyəsi 
-
 
Sidiyin qələvi reaksiyasının bir qərarda olmasına ciddi nəzarət 
-
 
Diurezə ciddi nəzarət 
Açıq  ürəkdə  əməliyyatdan  sonra  ağır  dərəcəli  kəskin  böyrək  çatmazlığı 
(kreatinin  səviyyəsi  2,5mq/l-dən  çox)  5-7  %  pasiyentlərdə  ən  çox  yaşlı  insanlar 
qrupuna  xass  olanlarda  inkişaf  edir.  Aşağı  ürək  vurğusu  sindromu,  bir  qayda 
olaraq,  böyrək  çatmazlığının  əsas  səbəbidir.  Dövr  edən  qanın  dəqiqəlik  həcminin 
adekvat  səviyyəsini  bir  qərarda  saxlanmasını  təmin  edən  dərman  müalicəsi  eyni 
zamanda  həm  də  böyrəklərin  fəaliyyətini  yaxşılaşdırır.  Ancaq  yadda  saxlamaq 
lazımdır ki, damardaraldıcı katexolaminlərin adrenalinə görə dozasının 1,5 mkq/kq 
və  dofaminin  onikibarmaq  mkq/kq/dəq  qədər  qaldırılması  vazokonstruksiyaya 
gətirib çıxara və böyrəyin qabıq qan dövranını zəiflədə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə