Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

45 
 
araşdırılmasından,  təhlil  edilməsindən  asılıdır.  Kəskin  ürək  çatmazlığının  inkişaf 
səbəblərinin  qiymətləndirilməsində  əvəzolunmaz  metod  transesophaqus  ExoKQ-
dır.  O  birbaşa  əməliyyat  stolunda  ürəyin  ayrı-ayrı  şöbələrinin  fəaliyyət 
pozğunluqlarını  üzə  çıxarır.  Vurulan  qanın  ümumi  fraksiyasını  və  sol  mədəciyin, 
seqmentar  yığılmasını  təyin  edir.  ExoKQ  köməyi  ilə  ürəyin  protez  qapağının 
içindəki pozğunluqların diaqnozunu qoymaq olar. Ağ ciyər arteriyasına yeridilmiş 
Swan-Gans katetrindən istifadə etməklə hemodinamikanın göstəricilərinin monitor 
nəzarəti  və  termodilyasiya    metodu  real  vaxt  rejimində  əvvəl-və  sonra  verilən 
yükdə vəziyyət, ürək atımının böyüklüyü haqqında məlumat almağa imkan verir.  
Müasir  diaqnostika  metodları  və  monitor  nəzarətinin  istifadəsi  kəskin  ürək 
çatmazlığını düzgün təyin etmək və onun cərrahi müalicə taktikasını dəyişməyə, bu 
isə  hemodinamikanın  bərpa  olunmasında  dərman  preparatları  və  köməkçi  bərpa 
etmə  vasitələrin  bütün  hamısından  maksimal  istifadə  etməyə,  belə  ağır 
fəsadlaşmanın müalicəsinin nəticələrini yetirincə yaxşılaşdırılmasına imkan verir.  
Ağ ciyərlər tərəfindən ağırlaĢmalar. 
Əməliyyat  zamanı  və  əməliyyatdan  sonrakı  dövrdə  həm  anesteziyanın 
aparılmasında  yarıtmaz  profilaktik  tədbirlərlə,  həm  də  əməliyyatdan  sonrakı 
dövrün düzgün aparılmaması ilə bağlı müxtəlif ağırlaşmalar ola bilər: 
-
 
hava yollarının tutulması 
-
 
mədə möhtəviyyatının aspirasiyası 
-
 
qırtlaq və traxeyanın zədələnməsi. 
Qeyd olunan ağırlaĢmaların profilaktikası: 
-
 
traxeyanın yaxşı görünməsi 
-
 
tənəffüs xırıltılarının auskultasiyası 
-
 
oksigen saturasiyasına nəzarət  
-
 
mədənin  dekompressiyası  –  ağ  ciyərin  bütün  süni  ventilyasiyası 
dövründə. 
Ağ ciyərlərin süni tənəffüsü aparıldıqda: 
-
 
traxeo-bronx yollarının drenaj sisteminə nəzarət 


46 
 
-
 
atelektazların  (obturasiyalı,  kompression,  hipoventelyasiyalı)  inkişafının 
profilaktikası 
-
 
ola biləcək pnevmotoraksın vaxtında diaqnostika və müalicəsi. 
Ağ ciyər ödeminin inkiĢafı: 
-
 
Kardial – sol qulaqcığa axımın pozulması hesabına kapillyar hidrostatik 
təzyiqin artması rejimi ilə bağlı. 
-
 
Qeyri  kardial  -  əksərən  ağ    ciyər  kapilyarlarının  keçiriciliyinin  artması 
hesabına inkişaf edir, bu da damar daxilindən mayenin interstisial sahəyə
ardınca alveollara süni qan dövranı ilə çıxması. 
Ağ  ciyərin  süni  qan  dövranı  ilə  əməliyyatından  sonrakı  qeyri  ürək  mənşəli 
ödemin inkişafında etioloji faktorlar: 
-
 
Leykositlərin aktivləşməsi 
-
 
Endotoksinlər 
-
 
Dondurulmuş plazma və protamindən istifadə. 
Kardioloji və ürək mənşəli olmayan ağ ciyər ödemlərinin klinik görünüşü eynidir: 
Ağ  ciyər  daxili  şuntlanma  və  alveollar  daxili  mayenin  artması,  ağ  ciyərin 
fəaliyyətinin aşağı düşməsi səbəbindən baş verən hipoksiya ilə özünü göstərir.  
Ağ ciyər ödeminin ortaya çıxması təxirə salınmaz tədbirlər tələb edir: 
-
 
Periferik vazodilatatorlar (natrium nitropoprussid) yeridilməsi 
-
 
Katexolaminlər (noradrenalin) 
-
 
Fosfodiesteraza inhibitorları (milrion) 
-
 
Kortikosteroidlər 
-
 
Natrium bikarbonat  
-
 
Aminofillin – bronx spazmını aradan qaldırır 
-
 
Terapevtik tədbirlər effektsiz olduqda – suni qan dövranı  
-
 
Suni tənəffüs aparatı – mütləqdir. 
Əməliyyatdan sonrakı dövrdə inkiĢaf edən pnevmoniya zamanı müalicə: 
-
 
Antibiotiklərdən istifadə 
-
 
Traxeobronx yolunun drenajı 
-
 
Döş qəfəsinin massajı 


47 
 
-
 
Inqalyasiya  
Əməliyyat dövründə yetərincə çox rast gəlinən ağırlaşmalardan biri də quru 
və  ya  ekssudativ  plevritdir.  Ekssudativ  plevrit  ən  çox  sol  plevra  boşluğu 
açılarkən  sol  mammariya  arteriyadan  istifadə  olunduğuna  görə  inkişaf  edir. 
Eksudativ  plevritdə  kompleks  müalicəyə  mayenin  xaric  edilməsi  və  atelektazın 
qarşısını almaq üçün plevra boşluğunun vaxtaşırı punksiyası qatılır. 
Xüsusi  ağ  ciyər  ağırlaşmaları  da  mövcuddur.  Bunlar  anadangəlmə  ürək 
qüsurlarının cərrahi yolla bərpası ilə bağlıdır. Qeyd olunanlara ağ ciyər venasından 
axın  pozulduqda,  böyük  və  kiçik  dövran  arasındakı  anastomozun  hiperfunksiyası 
zamanı baş verən  ağciyər infarktı aiddir. 
 
Mərkəzi sinir sistemi tərəfindən ağırlaĢmalar. 
 
Ekstrakorporal  qan  dövranı  ilə  əməliyyat  zamanı  nevroloji  ağırlaşmalara 
səbəb hipoksiya və hipotenziya, həm də müxtəlif emboliyalar olur: 
-
 
hava  
-
 
material  
-
 
tromb 
Risk  qrupunu  aorta  və  yuxu  arteriyalarının  nəzərə  çarpan  aterosklerozu  olan 
xəstələr  təşkil  edirlər.  Belə  ki,  süni  qan  dövranı  aparılan  zaman,    xüsusən  də 
normal  termiki  şəraitdə,  lokal  hipoperfuziya  ardınca  işemik  insultun  inkişafına 
gətirib  çıxara  bilər.  Bununla  bağlı  yaşlı  pasiyentlərdə  arteriyaların  ekstrakranial 
dopleroqrafiyasının  köməyi  ilə  mütləq,  diqqətli  diaqnostikası  və  hemodinamik 
əhəmiyyətli  aterosklerotik  zədələnmə  aşkar  edildikdə  ürəkdə  əməliyyata  qədər 
endarterektomiya  aparılmalıdır.  Koronar  (tac)  arteriyaların  nəzərə  çarpan 
aterosklerozu  (sol  tac  arteriyasının  şaxəsinin  stenozu,  qeyri  stabil  stenokardiya)  
olan xəstələrdə birinci mərhələ kimi karotid endarterektomiya icra edilmək şərti ilə 
eyni vaxtda korreksiya aparılması mümkündür. 
Əsas  qrupu  aortanın  nəzərə  çarpan  aterosklerozu  ilə  zədələnmiş  pasiyentlər 
təşkil  edir.  Aortaya  sıxıcı  köndələn  və  yan  tərəfdən  qoyularkən  ateroskleroz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə