Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

36 
 
Onların  inkişafında  əsas  vacib  rol  ağ  ciyərlərdə  uzun  müddətli  narkoz  və 
homeostazın  vəziyyətinin  müxtəlif  şəkildə  normadan  kənara  çıxması  səbəbindən 
mikrosirkulyasiyanın pozulmasının üzərinə düşür. 
Əməliyyatdan sonrakı pnevmoniya: 
-
 
Birincili 
-
 
Ikincili 
Birincili  pnevmoniya  əməliyyatdan  sonrakı  öz  başına  yaranmış  ağırlaşma 
kimi; 
-
 
Intoksikasiyalı 
-
 
Hipovolemiya 
-
 
Mübadilə pozğunluqları 
xəstələrdə baş verir. 
Ikincili  pnevmoniya  peritonit,  sepsis  və  başqa  irinli-iltihabi  proseslərin 
generalizə olunması sayəsində inkişaf edir. 
Əməliyyatdan sonrakı bakterial mənĢəli pnevmoniyalar qan, bəlğəm, mədə-
bağırsaq  möhtəviyyatının  sorulması  zamanı  atelektaz  və  kiçik  ağ  ciyər 
arteriyalarının  trombozu  səbəbindən  ümumi  və  məhəlli  (bronx-ağ  ciyər)  immun 
mexanizmlərin zəifləməsinə görə ortaya çıxır. Iltihabi proses kiçik ocaqlı xarakter 
daşıyır  və  ağ  ciyərlərin  aşağı  şöbələrində  toplanır.  Onun  inkişafı  tez-tez  kəskin 
traxeobronxitlərlə  bağlı  olur  ki,  o  da  kliniki  olaraq,  artıq,  əməliyyatdan  sonrakı 
birinci sutkada üzə çıxır. 
Pnevmoniyanın klinik simptomları əməliyyatdan artıq 2-3 sutkasında görünür 
və əməliyyatdan sonrakı pnevmoniyalardan öz gedişlərinə görə fərqlənirlər. Onun 
klassik forması kəskin başlanğıcla bəlğəmli öskürək, yüksək hərarət, təngənəfəslik, 
aydın  fizikal  dəyişikliklərlə  perkutor  səsin  qısalması,  sərt  tənəffüs  və  zədələnmə 
nahiyyəsində müxtəlif ölçülü xırıltı, intoksikasiya əlamətləri ilə xarakterizə olunur. 
Bronxopnevmoniya olduqda bronxit simptomları birinci yerə çıxır. 
Pnevmoniyanın örtülü (zəif gedişli) forması öskürək, intoksikasiya əlamətləri 
və  quru  xırıltılarla,  sərt  tənəffüslə  özünü  biruzə  verir.  Pnevmoniyanın 
diaqnostikasında    rentgenoloji  müayinə  köməklik  göstərir.  Qeyd  olunan  formalı 


37 
 
pnevmoniya  ilə  əməliyyatdan 4-5 gün  sonra  kiçik  ağ  ciyər  arteriyaların  trombozu 
səbəbindən  yaranan  infarkt-pnevmoniya  arasında  differensial  diaqnostikanı 
aparmaq  lazımdır.  O  döş  qəfəsində,  qəflətən  baş  verən  aydın  ağrı  simptomu, 
tənəffüsdə  çətinləşmə,  bəlğəm  və  qan  qarışığı  ilə  öskürək,  artan  təngənəfəslik  və 
yüksək hərarətlə xarakterizə olunur. 
Hipostatik  pnevmoniya  ürək-damar  çatmazlığı  olan  xəstələrdə  müşahidə 
olunur.  O  zaman  təngənəfəslik,  öskürək,  subfebril  hərarət  və  ağ  ciyərlərin  aşağı 
şöbələrində çoxlu kiçik qabarcıqlı xırıltılar üzə çıxır. 
Aspirasiya  mənĢəli  pnevmoniya  əməliyyatdan  həmən  sonra  kəskin 
başlanğıcla və bronxitin aydın simptomları, döş qəfəsində ağrılar, təngənəfəslik və 
yüksək hərarətlə xarakterizə olunur. 
Əməliyyatdan  sonrakı  ikincili  pnevmoniya  irinli  iltihabi  proseslərin 
generalizə olunması fonunda inkişaf edir və ağciyərlərdə xoşagəlməyən nəticələrlə 
və adətən, destruktiv dəyişikliklərin tez baş verməsi ilə keçir. 
 
Əməliyyatdan sonrakı pnevmoniyaların müalicəsi. 
 
Əməliyyatdan sonrakı pnevmoniyaların müalicəsi bir sıra prinsiplərlə aparılır: 
-
 
Onların inkişafına səbəb olan faktorların ləğv edilməsi 
-
 
Intensiv antibakterial terapiyanın təyin edilməsi 
-
 
Pozulmuş homeostazın bərpası 
-
 
Orqanizmin müdafiə gücünün artırılması 
Əməliyyatdan sonrakı pnevmoniyaların müalicəsində əhəmiyyətli komponent 
bronxların  pozulmuş  keçiriciliyinin  bərpa  olunmasıdır.  Bu  məqsədlə  istifadə 
olunur: 
-
 
Mukolitik aerozollar 
-
 
Vibromassaj 
-
 
Tənəffüs gimnastikası 
-
 
Fizioterapiya prosedurları 


38 
 
Ağır hallarda bəlğəmin xaric edilməsi nazotraxeal katetr vasitəsi ilə aspirasiya 
yolu  ilə,  lazım  gəldikdə  isə  tənəffüs  yollarının  lavajı  həyata  keçirilir.  İnfarkt  – 
pnevmoniya  zamanı  müalicə  və  digər  formalı  pnevmoniyaların  profilaktikası 
məqsədi ilə antikoaqulyantlar (heparin və ya dolayı təsirli preparatlar)  tətbiq edilir. 
Kəskin  traxeobronxit  mexaniki,  klinik  və  infeksion  faktorların  təsiri 
səbəbindən inkişaf edir: 
-
 
Anestetiklərlə inqalyasiya zamanı tənəffüs yollarının qıcıqlanması 
-
 
Təmiz oksigenlə tənəffüs yolların qıcıqlanması 
-
 
Intubasiya borusu ilə selikli qişanın zədələnməsi 
-
 
Nəfəs alınarkən havanın yetirincə qızdırılmaması və nəmləşdirilməməsi 
-
 
Burun, qırtlağın əməliyyatdan öncə aparılan sanasiyasının effektsizliyi 
-
 
Narkoz aparatlarının aseptikliyinin çox aşağı olması. 
Xəstəlik  ən  çox  tənəffüs  yollarında  xroniki  xəstəlikləri,  siqaret  çəkən  və 
orqanizmdə  infeksiya  ocaqları  olan  şəxslərdə  inkişaf  edir.  Bu  zaman  bronxların 
ödemi, orada seliyin yığılması baş verir. Xəstəliyin klinikası öskürək, döş sümüyü 
arxasında  ağrılar,  təngənəfəslik,  bəlğəmin  xaric  olması  ilə  üzə  çıxır.  Hərarətin 
yüksəlməsi  və  intoksikasiya  olduqda  pnevmoniya  ilə  differensial  diaqnostika 
rentgenoloji müayinə ilə aparılır. 
Müalicəsi  -  bronxların  drenaj  və  ventilyasiya  fəaliyyətinin  pozğunluqlarını 
aradan qaldırmaqla nəzərdə tutulur. Bu məqsədlə, 2% -li natrium xlorid məhlulu, 
natrium hidrokarbonat, proteolitik ferment və bronxolitiklərlə inqalyasiya aparılır.  
Ferozolun  tərkibinə  iltihab  əleyhinə,  antiseptik  və  ağrıkəsici  preparatları 
əlavə  edilir.  Çoxlu  isti  maye  qəbul  etmək  göstərişdir  (mineral  sular,  balla  çay  və  
s.). 
Ağ ciyər exinokokkozunun cərrahi müalicəsindən sonrakı ağırlaĢmalar. 
Ağ  ciyər  exinokokkozunun  cərrahi  müalicəsindən  sonra  4-19,1%  xəstələrdə 
ağırlaşma  inkişaf  edir.  Ağırlaşma  həm  ―radikal‖  (ağ  ciyər  rezeksiyası, 
perisistektomiya),  həm  də  ―konservativ‖  (exinokokkektomiya)  əməliyyatlardan 
sonra qeyd olunur.  
Əməliyyatdan sonra inkişaf edə biləcək ağırlaşmalar: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə