Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

24 
 
-
 
infeksion-iltihabi ağırlaşma 
-
 
limforreya - əməliyyat yarasından limfanın axması 
-
 
limfostaz – Fil ayaqlılıq – qızıl yeldən – sonra inkişaf edir 
-
 
dəri hissiyatının pozulması 
-
 
tromboz və emboliyalar 
 
Qanaxmalar 
Iki mənbədən – damarlardan qaynaqlanır 
-
 
dəri  
-
 
dərialtı 
  Çox  da  böyük  olmayan  dəri  damarları  əməliyyat  zamanı  ya  diqqətdən 
kölgədə  qalır,  onlara  yetərincə  əhəmiyyət  verilmir,  ya  da  qanaxmaların 
dayandırılması  yetərincə  olmur.  Varikoz  genişlənmə,  limfostaz  və  ətrafların 
nisbətən, bir qayda olaraq, şişkin olması dərini gərginləşdirir, nazikləşdirir. Dərinin 
özündə  qan  dövranının,  toxumanın  isə  normal  səviyyədə  qidalanması  xroniki 
olaraq  pozulur.    Histoloji  müayinələrin  çox  saylı  nəticələri  dəridə  gedən  trofiki 
pozğunluqların  və  birləşdirici  toxumanın  inkişafının  yüksək  səviyyədə  olmasını 
sübut edir. Həmçinin o da nəzərə çatdırılır ki, məntiqi olaraq baş verən inkişaf kimi 
damarlar  birləşdirici  toxumalar  mühitində  nizamsız  genişlənməyə  məruz  qalır. 
Beləliklə,  cərrah  xroniki  varikoz  xəstəliyi  zamanı  apardığı  əməliyyat  sahəsindəki 
dərinin  bədənin  digər  yerlərindən  fərqli  olduğunu  bilməli  və  qan  damarlarının 
dəyişilmiş quruluşunu nəzərindən qaçırmamalı və hemostazın yaradılmasında daha 
diqqətli  olmalıdır.  Elektrokoaqulyasiya  yolu  ilə  qanaxmanın  dayandırılmasına 
çalışarkən  dəridə artıq  baş  vermiş  dəyişikliklər  səbəbindən  asanlıqla  yanıq  sahəsi 
yaratmaq  olar.  Bu  isə  bir  ağırlaşmadan  qaçmaqla  digərinin  –  yaranın 
infeksiyalaşması,  dəri  nekrozunun  əmələ  gəlməsinin  təməli  qoyulması  deməkdir. 
Dərialtı damarlar dəridə yerləşənlərlə sıx bağlı olduqlarına görə orada əməliyyatın 
icrası  davam  etdirilərkən  yanaşma,  təxminən  eyni  şəkildə,  qeyd  olunanlar  nəzərə 
alınmaqla  kobud  rəftar  olunduqda  makro-  və  mikrotravmaların  baş  verməsinə 


25 
 
gətirib  çıxarır  və  qanaxma  cərrahın  əməliyyatın  icrası  zamanı  qüsurlu  hərəkətinə 
görə baş vermiş olur. Beləliklə, qanaxmalar həm də : 
-
 
toxumalarda gedən dəyişikliklər
-
 
cərrahi travmalar 
nəticəsində  baş  verə  bilər.  Qanaxmalar  əməliyyatdan  sonrakı  ilk  günlərdə  çox  da 
olmayan miqdarda özünü göstərir, qeyri-spesifik ağırlaşma kimi qeyd olunur. 
Bəzi hallarda qanaxma bu və ya digər səbəbdən qanın laxtalanma sistemində 
əmələ  gəlmiş  pozğunluqlarla  bağlı  olur.  Bu  sistemə,  daha  doğrusu  qanın 
laxtalanma sürətinə ləngedici təsir göstərən dərman preparatlarının xəstələrin uzun 
müddət qəbul etməsi, tromboz kimi ağırlaşmanın profilaktik tədbirləri sırasına aid 
olur  və  bu  əməliyyat  aparılana  qədər  davam  etdirildikdə  əməliyyatdan  sonra  da 
orqanizmin adaptasiyasına görə öz təsirini davam etdirdikdə qanaxmalar üzə çıxa 
bilir.  Xroniki  varikoz  xəstəliyi  ilə  yanaşı  qara  ciyərin  fəaliyyət  pozğunluqları 
mövcud  olduğu  hallarda  və  ya  digər  sistemlərdə  buna  bənzər  dəyişikliklər  qanın 
laxtalanma sisteminə də təsir etməkdən yan keçmir. 
 
 
Qansızma və hematoma. 
Özünü  qanın  dəri  və  dərialtı  toxumaya  hopması  (qansızma)  və  ya  qanın 
boşluğa  yığılması  (hematoma)  kimi  təqdim  edir  və  travmatik  flebektomiyanın 
qanuni  ağırlaşmasıdırlar.  Qansızmanın  mənbəyi  əməliyyat  zamanı  qırılan  kiçik 
damarlardır.  Qan  əsasən  iri  şaxələrin  və  düyünlü  konqlomeratın  çıxarılmasından 
sonra qalan boşluqlara toplanır. 
Profilaktika: 
-
 
venaların  xaric  edilməsində  müasir  az  travmalı  üsullardan  (invaginasiya 
edici strippinq, kriostrippinq, kiçik flebektomiya) istifadə
-
 
əməliyyat zamanı diqqətli hemostaz (manual sıxılma- kompressiya); 
-
 
əməliyyatdan sonra (elastik bint və sıxıcı trikotaj, iri şaxə və onlara axan 
damarların gedişi boyunca yastıqca və altlıqlardan istifadə). 


26 
 
Adətən qansızma və hematoma 7-10 gündən sonra öz-özünə sorulur, özündən 
sonra  isə  1-2  ay  davam  edən  piqmentasiya  qoyur.  Ağır  hallarda  və  geniş 
əməliyyatlarda,  perforantların  Feldar  üsulu  ilə  subfasial  əməliyyatında  olduğu 
kimi,  hematomanın  sağalma  prosesini  ləngidən  toplantını  punksiya  yolu  ilə 
boşalmasını tələb edə bilər.  
Qanaxmanı  dayandırmaq  və  daha  etibarlı  hemostaz  yaratmaq  məqsədi  ilə 
elektrokoaqulyasiyadan izafi şəkildə istifadə etməklə dəri və dərialtı sahənin geniş 
yanığına gətirib çıxaran sahə yaranır. Qoyulmuş birincili tikişlər, yaranın sağalması 
və  sağlam  çapıq  toxuması  əmələ  gəldikdə  yarıtmaz  olur,  2-3-cü  günlər  yara 
kənarlarının  rəngi  tündləşir,  sonradan  nekroz  sahəsi  formalaşır.  Aparılan 
antibiotikoterapiya və yaranın gündəlik aseptik sarğı ilə örtülməsi nekroz sahəsinin 
infeksiyalaşmasına  imkan  vermədiyinə  görə  yaranın  kənarlarında  hiperemiya, 
şişkinlik  qeyd  olunmur.  Yaranın  sağalmasının  bu  şəkildə  davam  etməsi  müsbət 
nəticələnməyəcəyini  nəzərə  alaraq  dəri  və  bəzən  də  dərialtı  tikişlər  sökülür, 
nekrektomiya  aparılır.  Yaranın  sonrakı  taleyi  ikincili  sağalma  ilə  həll  olunur. 
Yanıqların müalicəsində istifadə oluna selulid yara örtüyündən də istifadə olunur. 
 
Infeksion-iltihabi ağırlaĢmalar. 
 
 
Iki növ Ģəklində rast gəlinir: 
-
 
iltihabi infiltrat 
-
 
yaranın irinləməsi 
 
Risk faktorları: 
-
 
xəstənin yaşı 
-
 
yanaşı xəstəliklər 
-
 
şəkərli diabet 
-
 
immun çatmazlığı. 
Infiltrat  bütün  növ  flebektomiyanın  15%-nə  qədərində,  yəni  nisbətən  tez-tez 
rast  gəlinir  və  özünü  toxumaların  irin  şəklində  əriməsi  olmayan  infeksion 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə