Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   10   ...   45

21 
 
edilir.  Tetaniya  baş  verən  hipokalsiemiyanın  7  mq%  aşağı  olması  ilə  şərtlənir. 
Həmçinin  hiperfosfatemiya  –  8-10  mq%  qeydə  alınır.  Qələvi  fosfatozanın 
göstəriciləri  əhəmiyyətli  dərəcədə  artır.  Cattell-in  göstərdiyinə  görə  qalxanvari 
ətraf  vəzin  zədələnməsi  əməliyyat  önü  hazırlıq  zamanı  xəstələrə  tireoid  əleyhinə 
dərmanların yeridilməsi hesabına 3 dəfə artmış olur. 
 
Müalicə  
Əməliyyatdan  sonrakı  cəng  xəstəliyini  kalsium  və  vitamin  D 
 
ilə  müalicə 
olunur.  Cəng  xəstəliyinin  müalicəsi    aparılarkən  mütləq  sistematik  olaraq  qanda 
kalsium  və  fosforun  səviyyəsi  onların  göstəricilərinin  normallaşana  qədər 
izlənilməlidir.  Bu  zaman,  yaxşı  olar  ki,  qan  zərdabında  kalsiumun  səviyyəsi  8 
mq%-də  saxlanılsın,  bu  da  digər  qalxanvari  ətraf  vəzilərin  fəaliyyətinə  fizioloji 
stimulyator  (tənzimedici)  kimi  təsir  göstərir.  Cəng  xəstəliyinin  kəskin  vəziyyəti 
artıq  səslənmişsə,  qanda  kalsium  və  fosforun  miqdarının  bir  daha  bərpası  baş 
tutmur,    xroniki  hipoparatireodizm  inkişaf  edir.  Onun  müalicəsi  məqsədi  ilə 
dərman terapiyası və pəhrizdən əlavə, qalxanvari vəz və qalxanvari ətraf vəzin bir 
hissəsinin  transplantasiyası,  steril  sümüyün  (qabırğa,  qalça  sümüyün  tini)  Oppel 
üsulu ilə transplantasiyası və ya bir hissə steril gipsin implantasiyası kimi müxtəlif 
cərrahi üsullar tətbiq edilir. 
Əksər  hallarda  əməliyyatdan  sonrakı  cəng  xəstəliyi  keçib  gedəndir.  O,  ya 
spontan  və  ya  qısa  müalicədən  sonra  yox  olur.  Xroniki  vəziyyətdə  əməliyyat 
olunmuşar daim müşahidə və müalicə altında olmalıdırlar. Əgər vaxtaşırı müalicə 
olunmazlarsa,  xroniki  hipoparatreodizm  əməliyyat  olunmuşlarda  iki  tərəfli 
katarakta və korluğa, bir çox hallarda isə ensefalopatiyaya gətirib çıxarır. 
 
Qalxanvari ətraf vəz əməliyyatlarından sonrakı ağırlaĢmalar. 
 
Adətən  hiperparatireodizmdə  əməliyyatdan  sonrakı  dövr  nisbətən  yüngül 
keçir.  Ancaq  tək-tək  olmasada  bir  neçə  ağırlaşmalar  baş  verir  ki,  onlar 
əməliyyatdan  sonrakı  dövrü  ağırlaşdırmaqla  yanaşı,  hətta  xəstənin  vəziyyətini 


22 
 
təhlükə altına alır. Bu halların əlamətlərini bilmək lazımdır ki, onları erkən görmək 
və vaxtında qarşısını almaq mümkün olsun. 
Yerli  ağırlaşmalar  hiperparatireodizmdə  adenomektomiyadan  sonra  az 
hallarda  baş  verməklə  onlar  tireoidektomiyadan  sonrakılar  ilə,  demək  olar  ki, 
eynidir. Paratireoid vəzinin xaric edilməsi zamanı, nadir hallarda olsa da, qayıdan 
sinirin  zədələnməsini  müşahidə  etmək  olar.  Bu  ən  çox  sağ  tərəfdə  yerləşən 
paratireoid vəzin adenomasının xaric edilməsi zamanı rast gəlinir. Qayıdan sinirin 
yerləməsinin  müxtəlif  variant  və  aşağı  tireoid  arteriyasına  münasibətini  və 
adenomanın  ölçülərinin  boyüməsi  ilə  arteriyanın  yerini  dəyişməsini  nəzərə  alsaq 
onun  zədələnmə  səbəbi  aydınlaşar.  Ən  çox  əməliyyat  zamanı  qanaxma  sahəsində 
çoxlu  alətlərdən  istifadə  və  pis  görmə  -  işiqlanma  sahəsinin  olması  sinirin 
zədələnməsinə  gətirib  çıxarır.  Belə  ağırlaşmadan  qaçmaq  üçün  ağır  və  mürəkkəb 
hallarda əvvəlcədən qayıdan siniri nişanlamaq və ayırmaq və sonradan paratireoid 
adenomasını  xaric  etmək  məsləhət  görülür.  Səs  əzələlərinin  elektropotensialının 
mioqrafiya  yolu  ilə  qeydiyyatı  qayıdan  sinirin  əməliyyat  zamanı  topoqrafik 
yerləşməsinin təyin edilməsində etibarlı üsuldur. “Xomed nerve integritymonitor 2 
TM”    aparat  kompleksinin  xüsusi  endotraxeal  borusu  divarında  yerləşdirilmiş 
elektrodla 
səs 
büküşləri  səviyyəsində  yerləşdirilir.  Əməliyyat  zamanı 
elektrostimulyasiya 
şup 
qayıdan 
sinir 
proyeksiyasında 
gəzdirilir, 
elektrostimulyasiya aparılır. Alınan cavablar kompyuter araşdırmaları  ossiloqrafla 
monitora  ötürülür  və  monitorinq  nəticəsində  qayıdan  sinirin  aşkarlanması 
asanlaşır.  
Hiperparatireoidizm  zamanı  keçirilən  əməliyyatdan  sonrakı  dövrdə  nisbətən 
xarakterik və ən çox ağırlaşma cəng xəstəliyidir. Onun təsadüf olunan formaları: 
-
 
Yüngül 
-
 
Orta ağır 
-
 
Ağır  
Hiperparatiroidizmə  görə  əməliyyat  olunanlarının  50%-dən  çoxunda 
əməliyyatdan  sonrakı  dövrdə  qıcolmanın  gizlin  gedişli,  əhəmiyyətli  dərəcədə 


23 
 
ətraflar  və  üzün  keyləşməsi  ətin  ürpəşməsi  hissiyatı,  müsbət  Xvostek  və  Trusso 
simptomları ilə meydana çxır. 
Hiperparatireodizm  zamanı  aparılan  əməliyyatdan  sonrakı  dövrdəki  az  rast 
gəlinməyənlərdən  biri  aydın  oliqouriya  və  ya  anuriya  və  qanda  sürətlə  sidik 
cövhərinin  artması  ilə  ifadə  olunan  kəskin  böyrək  çatmazlığının  inkişafı  olur.  Bu 
qalxanvari  ətraf  vəzilərin  fəaliyyətinin  kəskin  aşağı  düşməsi  və  parathormonun 
poliuriya  effektinin  kəsilməsi,  böyrəklərdən  qan  dövranının  və  yumaqcıqlar 
filtrasiyası  aşağı  düşməsi  ilə  bağlıdır.  Çatmazlığın  əmələ  gəlməsində  xüsusi  rolu 
böyrəklərin mövcud zədələnməsi durur. 
Aparılan  müalicə  tədbirləri  böyrək  filtrasiyasının  pozğunluqlarını  aradan 
qaldırılmağa yönəldilir. Hiperparatireodizm xəstələrinin keçirdiyi əməliyyatlardan 
sonrakı  digər  ağırlaşma  kəskin  pankreatitdir.  O  nisbətən  az  hallarda  rast  gəlinir, 
ancaq xüsusən xəstənin həyatını təhlükə altına alan ağır inkişaflı (gedişli) olduğuna 
görə onu nəzərə almaq lazımdır. 
 
Flebektomiyanın ilkin ağırlaĢmaları.  
 
Flebektomiya  hər  hansı  bir  cərrahi  əməliyyat  kimi  müəyyən  ağırlaşmaların 
inkişafı  riski  ilə  bağlıdır,  ancaq  bu  risk  bir  qayda  olaraq  böyük  deyil,  belə  ki, 
əməliyyat özlüyündə təmiz və az travmatik müdaxilələr kateqoriyasına aiddir. Bu 
zaman  risk  venoz  sistemin  zədələnməsinin  ağırlıq  dərəcəsi,  xəstənin  ümumi 
vəziyyəti və yanaşı xəstəliklərin olmasından asılıdır. 
Aşağıdakı ağırlaşmalar ayırd edilir: 
-
 
Qanaxma  
Səbəbləri:  
a)
 
əməliyyat travması 
b)
 
qanın laxtalanma sistemi 
Nəticəsi: 
-
 
hematoma 
-
 
yaranın ikincili sağalması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə