Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   ...   45

18 
 
2.
 
Qlukokortikoid 
preparatlarının 
ağır 
formalı 
tireotoksikozlarda 
əməliyyatönü  hazırlıq  və  əməliyyatdan  sonrakı  müalicə  -  tireotoksik 
krizin qarşısının alınması və müalicəsində vacib və lazımlı şərtdir; 
3.
 
Əməliyyatönü hazırlığın tam olması; 
4.
 
Əməliyyatın narkoz altında və travmasız olması; 
5.
 
Əməliyyatdan sonrakı dövr müalicəsinin düzgün aparılması. 
 
Klinik mənzərə 
 
Bu  mənzərə  xüsusilə  xarakterikdir.  Ən  erkən  simptomlardan  biri  - 
əməliyyatdan 6-10 saat sonra və 40-41°-ə çata bilən sürətlə qalxan hərarətdir. Kriz 
nə  qədər  ağır  keçirsə,  hipertermiya  o  qədər  də  yüksək  olur.  Xəstənin  sifəti  güclü 
hiperemiyalaşmışdır.  Hipertermiya  proqnostik  pis  əlamətdir.  O,  artan  taxikardiya 
ilə müşayət olunur. Nəbz bir dəqiqədə 140-200 vurğuya çatır, bununla yanaşı tez-
tez  aritmiyalı və çox vaxt qulaqcıqların səyriməsi müşahidə olunur. Arterial təzyiq 
tireotoksik  krizdə  əvvəlcə  qalxır,  sonra  isə  düşür.  Xəstə  çox  tərləyir,  sianozlu 
boğulma  və  təngənəfəslik  baş  verir,  zəiflik,  əzələ  hərəkətsizliyi  hiss  edir,  qusma 
müşahidə  olunur.  Əməliyyat  keçirmişlər,  narahatdırlar,  yaxınlaşan  ölümə  görə 
qorxu  keçirirlər.  Krizin  sonrakı  inkişafında  diensefal  simptomlar  –  psixomotor 
oyanma,  hallusinasiya,  huşun  vaxtaşırı  qaranlıqlaşması  ilə  sayıqlama  üstünlük 
təşkil  edir.  Bəzən  sarılıq  müşahidə  olunur.  Terminal  komada  hərarətin  ölçüsünün 
qalxması  baş  verir.  Tireotoksik  kriz  adətən  1-2  sutka  davam  edir.  Xüsusən  ağır 
formalarda ölümə nəticələnmə bütövlükdə bir neçə saatdan sonra baş verir. 
 
Təsnifatı  
-
 
Hərarətin yüksəlməsi, nəbzin tezliyi, sinir 
-
 
Psixiki pozğunluqlara görə 
-
 
Yüngül 
-
 
Orta 
-
 
Ağır  


19 
 
Müalicə  
 
Əməliyyatdan  sonrakı  kəskin  tireotoksik  reanimasiyanın  patogenezi  hələ  də 
aydınlaşmamasına  baxmayaraq  onunla  bir  sıra  mübarizə  üsulları  mövcuddur. 
Əməliyyatdan  sonrakı  tireotoksik  krizin  başlanğıc  və  ya  inkişaf  etmiş  hallarda 
blokadası üçün aşağıdakı sxem üzrə tədbirlər planı tövsiyyə olunur: 
1.
 
Yüksək dozalı yodla infusiya – yüksək təsirli müalicə
2.
 
Tireostatik müalicə (metil- və ya proriltiourasil, merkaptoimidazol); 
3.
 
Tiroksin; 
4.
 
Qlükokortikoidlər  –  24  saat  ərzində,  yüksək  doza  (böyrəküstü  vəz 
çatmamazlıq ilə mübarizə); 
5.
 
Kortizon 50-100 mq – 6-8 saatdan bir ə/d, hidokortizon 200-400 mq v/d; 
6.
 
Böyrəküstü  vəz  çatmazlığını  müşahidə  edən  elektrolit  pozğunluqlarını 
bərpa etmək üçün 10-20,0 – 10%-li NaCl sutkada 2-3 dəfə  v/d;  
7.
 
Kəskin ürək-damar pozğunluqlarının qarşısını almaq üçün – Strofantın və 
periferik  kardiotonik preparatlar
8.
 
Yüksək aritmiyalı taxikardiya olduqda – Sol.Novocaini 0,5% - 30,0 – 2-3 
dəfə v/d və ya prokainamid (Novcamid) və ya ß-blokator; 
9.
 
Toxuma  hipoksiyasının  azalması  və  mübadilənin  artırılması  üçün 
nəmləşdirilmiş oksigen verilir
10.
 
Hipertermiya  ilə  mübarizə  üçün  iri  damarların  üzərinə  buz  qoyulur. 
Sol.piranidon  4%  -  5,0  ə/d  gündə  3-4  dəfə.  Temperatur  idarə  etmə 
mərkəzini ləngitmək üçün – promethazine və chlorpomazine; 
11.
 
Antibiotiko-terapiya  yüksək  dozada,  kriz  iltihabi  ağırlaşma  (ən  çox 
əməliyyat  yarasında)  yarada  bilər  simpatikolitik  və  qanqlioplegik 
preparatlardan  məhdud  dozalarda  istifadə  etmək  lazımdır,  çünki  onlar 
geri qayıtmaz kollapsın təhlükəsini artıra bilər. 
Tam  inkişaf  etmiş  tireotoksik  krizin  müalicəsi  çox  çətindir,  demək  olar  ki, 
nəticəsizdir.  Ölüm  50-75%  arasında  cıvarlanır.  Ümüdverici  hal  onda  yaranır  ki, 
müalicə daha güclü (enerjili) və onun ilk simptomları olduqda başlanılsın. Müalicə 


20 
 
kompleks  və  uyğun  (adekvat)  xəstənin  vəziyyətinə daim  nəzarət  də  aparılmalıdır. 
Ən  yaxşı  nəticəni  tireotoksik  krizin  profilaktika  tədbirlərinə  riayət  etdikdə  almaq 
olur. 
Əməliyyatdan sonrakı qıcolmalar (cəng xəstəliyi) 
 
Əməliyyatdan  sonrakı  qıcolmalar  strumektomiya  əməliyyatından  sonrakı 
ciddi  ağırlaşmalardan  biri  kimi  özünü  göstərir  və  klassik  olaraq  hələ  Koxer 
tərəfindən  öyrənilmişdir.  Əksər  hallarda  qıcolmalar  qalxanvari  ətraf  vəzin 
zədələnməsi  ilə  şərtlənir.  Ancaq  bir  çox  hallarda  onların  terminal  arteriyalarının 
liqaturaya  düşməsi  ilə  dolayı  yolla  zədələnməsinin  nəticəsi  kimi  baş  verir.  Əgər 
qalxanvari  ətraf  vəzin  bütün  4-də  zədələnibsə  xəstənin  həyatına  təhlükə  törədə 
biləcək kəskin qıcolma başlayır. O, çox təhlükəli, dramatik inkişaf etməklə birbaşa 
stumektomiyadan  bir  neçə  saat  sonra  baş  verir.  2  və  3  qalxanvari  ətraf  vəzin 
zədələnməsində  adətən  əməliyyatdan  sonrakı  gün  yarım  kəskin  qıcolma  inkişaf 
edir. 
Klinik mənzərə 
 
Əməliyyatdan    sonrakı  cəng  xəstəliyi  narahatlıq,  qorxu  və  ətraf  əzələlərinin 
qıcolması ilə üzə çıxır. Onun xarakterik əlaməti trusso simptomudur ki, o ―akuşer 
əli‖  kimi  ifadə  olunur.  O,  tutmalar  zamanı  spontan  olaraq  və  ya  qan  təziqini 
ölçərək  bazu  əzələlərini  sıxdıqdan  sonra  üzə  çıxır.  Cəng  xəstəliyinin  digər  tipik 
əlaməti  Xvostek  simptomudur.  Bu  simptom  barmaqla  xəstənin  üzündə 
os.yuqomaticus  –un  alt  hissəsinə  döydükdə  özün  göstərir  –  üz  əzələləri,  xüsusən 
üst  dodaq,  burun  dəliyi  ətrafı  və  qaş,  xarakter  darılmalar    Xvostek  I,II,III 
simptomlarını  uyğun  şəkildə  əks  etdirir.  Bəzən  larinqospazm  və  ya  diaframanın 
spazmı baş verir ki, xəstənin kəskin, həyatını təhlükə altına atan asfiksiya baş verir. 
Adətən  bir  qədər  yüngül  formalı  əməliyyatdan  sonrakı  hipoparatitoizmdə  xəstələr 
ətin  ürpəşməyindən  və  əllərin,  ayaqların  və  üst  dodağın  keyləşməsindən 
şikayətlənirlər.  Əzələ  qıcolmaları  simmetrik,  xəstələrin  huşunun  saxlanılması 
xarakterikdir.  EKQ-da  Q-T  intervalının  nəzərəçarpacaq  dərəcədə  uzanması  təyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə