Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

30 
 
Müalicə: 
-
 
əsas xəstəliklə yanaşı aparılan müalicə; 
-
 
ilkin  dövrlərdə  müalicə,  bədən  tərbiyəsi,  massaj,  iş  rejiminin  (ayaq  üstə 
durmanın azalması), dəyişilməsi, ətrafa sıxıcı sarğıların qoyulması; 
-
 
fizioterapiya – palçıq, kükürd vannaları; 
-
 
limfa  dövranının  cərrahi  yolla  bərpası,  limfa  ilə  venoz  sistem  arasında 
anastomoz (kiçik cərrahiyyə); 
-
 
fil ayaqlılıq inkişaf etdikdə plastik əməliyyat, çapıq toxumanın və dərialtı 
toxumanın kəsilib götürülməsi, dəri və fassiyanın bir-birinə tikilməsi
-
 
enzimoterapiya (vobenzim, flogenzim). 
 
Dəri hissiyatının pozulması. 
 
Baldır  və  pəncənin  iç  səthi  ilə  hissiyatın  azalması  (hipersteziya)  və  ya 
xoşagəlməz  qarışqa  gəzintisi  hissiyatının  baş  verməsi  (parasteziya)  iri  dərialtı 
venaların yaxınlığından keçən sinirlərin (n.saphenus) zədələnməsi ilə bağlıdır. Bu 
safenektomiya  zamanı  travmatik  üsullardan  istifadə  etdikdə  müşahidə  olunur. 
Məsələn, Bebkok üsulu ilə venektomiya apardıqda dəri hissiyatının pozulması 20-
25%  hallarda  qeyd  olunur.  Bununla  yanaşı  kriostrippinq  (venaların  daxildən 
koaqulyasiyası) və kötük skleroobliterəedici (vena daxilinə sklerotik maddələrinin 
yeridilməsi)  əməliyyatların  tətbiqi  zamanı  dəri  hissiyyatının  pozulması,  praktiki 
olaraq, müşahidə olunmur. 
Tromboz  və  emboliya.  Flebektomiya  zamanı  dərin  venaların  trombozu  çox 
nadir  hallarda  rast  gəlinir,  bu  əməliyyatdan  sonra  elastik  bintləmə  və  xəstənin 
erkən  aktivləşdirilməsi  ilə  bağlıdır.  Risk  faktorları  olduqda  əməliyyatdan  öncə  və 
sonra qanı durulaşdıran preparatlardan istifadə olunur. 
 
 
 
 


31 
 
AğırlaĢmaların profilaktikası. 
Əməliyyatdan  sonrakı  ağırlaşmaların  inkişafının  qarşısının  alınmasında 
xəstənin  özünü  aparmasının  böyük  rolu  vardır.  Əgər  o  həkimin  verdiyi  təkliflərin 
hamısına  düzgün  riayət  edərsə,  o  zaman  əməliyyatdan  sonrakı  dövr  hər  hansı  bir 
xətasiz keçər. 
1.
 
Özünü  hərəkətdən  məhtudlaşdırmamaq  və  yatağın  ―quluna‖  çevrilməmək. 
Xəstə,  əlbəttə,  müəyyən  ölçü  daxilində  aktiv  olmalıdır.  Artıq  varikoza  görə 
keçirilmiş  əməliyyatdan  bir  neçə  saat  sonra  ayaqlarda  xüsusi  gimnastika 
aparmaq,  bununla  da  qan  durğunluğunun  qarşısını  almaq  və  qan  dövranının 
bərpasına  nail  olmaq  lazımdır.  Gimnastika  dairəvi  və  büküb-açma 
hərəkətlərindən  ibarət  olmalıdır.  Ancaq  onları,  xüsusən  birinci  gün, 
tələsmədən  və  diqqətlə  etmək  lazımdır.  Xəstə  başa  düşməlidir  ki,  indi  onun 
aşağı ətraflarının vəziyyəti özündən asılıdır. 
2.
 
Xəstənin ayaqları, hətta yuxuda belə, yuxarı qaldırılmış vəziyyətdə olmalıdır. 
3.
 
Həkim  icazə  verməyənə  qədər  özbaşına  ayaqüstə  durmağa  və  ya  oturmağa 
təşəbbüs  göstərmək  olmaz.  Varikozun  xaric  edilməsinə  görə  icra  edilmiş 
əməliyyatdan 2-3 sutka sonra oturmağa icazə verilir. 
4.
 
Trombların əmələ gəlməsinin qarşısını alaq məqsədi ilə xüsusi massaj, həm də 
yüngül fiziki çalışma məsləhət görülür (YFÇ). 
5.
 
Xəstəliyin  yenidən  baş  verməməsi  üçün  2-3  ay  müddətində  elastik  sarğı 
məsləhət görülür. 
6.
 
Bu zaman həkimin təyin etdiyi dərman preparatlarını mütəmadi qəbul etmək, 
xaricə  işlənən  gel  və  ya  məlhəmlərdən  istifadə  etmək  lazımdır.  Bu  qan 
dövranının  yaxşılaşmasına  imkan  yaradır  və  xəstəliyin  təkrar  inkişafının 
qarşısını alır. 
7.
 
Xəstələrin  düzgün  qidalanmasının  əməliyyatdan  sonrakı  dövrdə  xüsusi 
əhəmiyyəti  vardır.  Qidaların  tərkibində  xolesterin  və  yağların  çox  olduğu 
növlərini pəhrizdən xaric etmək lazımdır. Xəstənin qidası iltihab əleyhinə və 
qanın durulmasına imkan yaradan məhsullara zəngin olmalıdır. Onlara aiddir: 
-
 
Limon 


32 
 
-
 
Pomidor və tomat şirəsi 
-
 
Bütün dəniz məhsulları 
-
 
Quru qırmızı çaxır. 
8.
 
Flebektomiya  istər  kiçik  invaziv,  istərsə  də  klassik  üsullarla  icra  edilsin, 
əməliyyatdan  sonra  inkişaf  edən  çapıq  toxumasının  estetik  görünüş 
baxımından insanlar üçün böyük əhəmiyyət kəsb etdiyindən, bir qayda olaraq, 
əməliyyatdan  əvvəl,  əməliyyat  zamanı  və  flebektomiyadan  sonra  xəstələrin 
psixoloji durumunu tarazlamaq lazımdır (həkim+pasient).  
 
DöĢ boĢluğu üzvlərinin cərrahi əməliyyatlarından sonrakı 
ağırlaĢmaları. 
 
Belə  patologiyalar  adi  torakotomiyanın,  bəzən  diaqnostik,  icrasından  və  döş 
boşluğu  üzvlərində  aparılan  operasiyalardan  sonra  inkişaf  edən  ağırlaşmalara 
bölünür.  Düzdür,  istər  torakoskopik,  istərsə  də  klassik  torakotomiya  yolu  ilə 
boşluqda yerləşən üzvlərdə əməliyyat icra olunan zaman döş boşluğuna müdaxilə 
edilir və hər iki halda baş verən ağırlaşmalar bir müstəvi üzərində öz həllini tələb 
edir.  Lakin,  hər  bir  ağırlaşmanın  düzgün  və  etibarlı  müalicəsinin  müvəffəqiyyəti 
onun yaranma səbəbi və yerinin  düzgün qiymətləndirilməsindən də asılıdır.  
Torakotomiyadan  sonrakı  ağırlaşmalar  olduqca  tez-tez  rast  gəlinir,  ancaq 
bütövlükdə  onlar  çox  da  əhəmiyyət  kəsb  etmir,  iz  buraxmadan  həll  olunur.  Qatı 
bəlğəm  və  qan  laxtaları  asanlıqla  tənəffüs  yolları  mənfəzini  obturasiya  edərək 
atelektaz  yaradır,  onun  müalicəsi  isə  bəlğəmin  israrlı  və  ehtiyatla  sorulmasından 
ibarətdir. Seqment və ya pay rezeksiyasından sonra traxeyanın kənara çəkilməsi və 
divararalığının  əməliyyat  olunması  ağ  ciyər  tərəfə  yerini  dəyişməsinə  görə  geniş 
sahəli  atelektaz  baş  verir.  Davamlı  atelektaz,  xüsusən  yapışqanlı  qatı  bəlğəmlə 
müşahidə olunduqda müalicəvi bronxoskopiya göstərişdir. 
Beləliklə,  əməliyyatdan  sonra  hansı  ağırlaşmalar  ola  bilir  sualını  belə 
cavablandırmaq olar, ağırlaşmalar iki qrupa bölünür: 
-
 
Ümumi ağırlaşmalar – bütün əməliyyatlar zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə