Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

33 
 
-
 
Spesifik ağırlaşmalar – bir əməliyyat növü zamanı, ona xass olan 
Əməliyyatdan  sonrakı  ağırlaşmalar  onların  rast  gəlmə  tezliyinə  görə  də 
fərqlənir. Əməliyyatın ümumi ağırlaşmaları ən çox bunlar sayılır: 
-
 
Hərarətin  yüksəlməsindən  titrəmə.  Əməliyyatdan  sonra  müşahidə  olunan 
titrətmə  əksər  hallarda  xoş  xasiyyətli  olur,  hematoma  və  ya  əməliyyat 
sahəsində toxumaların zədələnməsinə orqanizmin verdiyi reaksiya ilə bağlıdır. 
Nadir  hallarda  hərarətin  yüksəlməsi  atelektaz,  venaların  trombozu  və  ya  yara 
infeksiyası  səbəbindəndir.  Aşağı  ətraf  dərin  venaların  trombozu  ölümə  səbəb 
ola biləcək və xəstənin uzun müddət hərəkətsizliyi, qanın qatılaşması, varikoz 
genəlmə,  onunla  yanaşı  piylənmə  və  ürək  çatmazlığı  səbəbindən  yaranır. 
Profilaktik tədbirlər mütləqdir. 
-
 
Atelektaz    ağ  ciyərin  bir  hissəsinin  (seqment,  pay)  və  ya  bütövlükdə 
sıxılmasıdır.  Əsas  səbəbi  –  bəlğəmin  xaric  olunmasının  pozulmasıdır. 
Bəlğəmin xaric olunmasının çətinləşməsi həm əməliyyatın özü (ağ ciyərlərin 
fəaliyyəti  dayandırılır,    narkoz  –  tənəffüs  aparatı  onu  əvəz  edir),  həm  də 
əməliyyatdan  sonrakı  əməliyyat  yarası  hesabına  baş  verir.  Ən  çox  qarın 
boşluğu  əməliyyatlarında  sonra  xəstənin  tənəffüsü  və  bəlğımlə  öskürək 
zəifləyir. 
-
 
Yara infeksiyası 
-
 
 Dərin venaların trombozu  
Təxminən  18%  xəstələrdə  əməliyyat  keçirdikdən  sonra  bu,  və  ya  digər 
ağırlaşma  baş  verir.  Ağırlaşmaların  baş  vermə  ehtimallarını,  həmçinin  ağırlıq 
dərəcəsini  düzgün  və  sadə  şəkildə  istiqamət    tutmaq  üçün  əməliyyatdan  sonrakı 
bütün ağırlaşmalar, ənənəvi olaraq 5 qrupa bölünür: 
 
 
 
 
 
 


34 
 
Sinif 
AğırlaĢmanın xarakteristikası 
AğırlaĢma nümunəsi 

Yüngül  ağırlaşma,  sağlamlıq  üçün 
təhlükə  törətmir,  öz  başına  keçir  və 
ya  sadə  preparatların,  ağrıkəsici, 
hərarətsalıcı, qusma əleyhinə, diareya 
əleyhinə qəbulunu tələb edir. 
Ürək 
aritmiyası, 
kalıum 
qəbulundan sonra keçir. 
Ağ  ciyərin  yapışması  (atelektaz), 
fizioterapiyadan sonra keçən. 
Huşun 
tranzitor 
pozulması, 
özbaşına keçən - müalicəsiz. 
Qeyri 
infeksion 
diareya 
yara 
sahəsində 
yüngül 
infeksiya, 
antibiotik tələb etməyən. 

Nəzərə 
çarpan, 
nisbətən 
ağır 
ağırlaşma, 
yuxarıda 
qeyd 
olunanlardan  daha  ciddi  dərman 
praparatlarının təyini tələb olunur. Bu 
ağırlaşmaların  inkişafı  əksər  hallarda 
stasionarda qalma müddətini artırır. 
Ürək ritminin pozulması 4% 
Pnevmoniya 
Sonradan  tam  bərpa  olunma  ilə 
mikroinsult. 
Infeksion diareya  
Sidikxaricedici yolların infeksiyası 
Yara infeksiyası 
Dərin venaların trombozu 

Ağır  dərəcəli  ağırlaşma,  təkrari 
cərrahi əməliyyatın aparılmasını tələb 
edən.  Bu  ağırlaşmaların  inkişafı 
hospitalizasiya müddətin artırır. 
Bu  növ  ağırlaşma  özünü  müxtəlif 
pozğunluqlar 

əməliyyatın 
keçirildiyi  anatomik  yerlə  bağlı 
olaraq,  göstərir.  Belə  halların  çox 
hissəsində  təcili  və  təxirəsalınmaz 
əməliyyat tələb olunur.   

Həyatı  təhlükə  altına  atan  daha  ağır 
ağırlaşma,  reanimasiya  (intensiv 
terapiya)  şöbəsində  müalicə  tələb 
edən.  Bu  qəbildən  olan  ağırlaşmadan 
sonra ağır xroniki xəstəlik və əlilliyin 
inkişafı riski yüksək olur. 
Ürək çatmazlığı. 
Tənəffüs çatmazlığı. 
İnsult. 
Bağırsaq keçməməzliyi 
Pankreatit  
Böyrək çatmazlığı 
Qara ciyər çatmazlığı 

Ölümlə nəticələnmə 
 
 
Ağırlaşmaların,  praktiki  nöqteyi  nəzərdən,  ağır  nəticələri  əməliyyatların 
mürəkkəbliyi  və  mövcud  halda  xəstənin  vəziyyətindən  asılı  olaraq 
qiymətləndirilməsi  yüngül  -  sadə  gedişli  əməliyyata  nisbətdə  ölçülür.  Belə  ki, 
ixtisaslaşmış şəraitdə ürəkdə aparılan əməliyyatdan sonra ölüm riski təxminən 10% 
halda, adi torakotomiyadan sonra isə - 0,3 % olur. 
 


35 
 
Torakotomiya və ağ ciyərlərdə aparılan əməliyyatlardan sonrakı 
ağırlaĢmaların növləri. 
 
1.
 
Bronx-ağ ciyər ağırlaşmaları: 
-
 
Atelektaz 
-
 
Pnevmoniya 
-
 
Traxeobronxit 
2.
 
Pnevmatoraks 
3.
 
Bronxo-plevral fistula 
4.
 
Qanaxma 
5.
 
Qanhayxırma 
6.
 
Ağ ciyər infarktı 
7.
 
Ürəyin yerdəyişməsi 
8.
 
Miokard infarktı 
9.
 
Diafraqma, azan və qayıdan sinirlərin zədələnməsi 
Bronx-ağ ciyər ağırlaĢmaları. 
Əməliyyatdan sonrakı bronx-ağ ciyər ağırlaşması digər ağırlaşmalara nisbətən 
daha tez-tez rast gəlinir (5-20%). Bronx-ağ ciyər ağırlaşmalarına aiddir: 
-
 
Kəskin traxeobronxit 
-
 
Pnevmoniya 
-
 
Atelektaz  
Əməliyyatdan sonrakı ağ ciyər ağırlaşmalarının baş verməsi risk faktorları: 
-
 
Xəstənin ahıl, qoca yaşda olması 
-
 
Əməliyyatdan əvvəl tənəffüs sistemində xəstəliyin olması 
-
 
Digər müxtəlif xəstəliklərin olması 
-
 
Orqanizmin immun rezistentliyinin aşağı düşməsi. 
Narkoz və qan dövranının artıq yüklənməsi ilə həddən artıq infuzion terapiya 
belə  ağırlaşmaların  inkişafına  gətirib  çıxa  bilir.  Əməliyyatdan  sonrakı  bronx-ağ 
ciyər  ağırlaşması  həm  endogen,  həm  də  ekzogen  yolla  tənəffüs  yollarının 
infeksiyalaşmasına görə baş verir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə