Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

57 
 
Mediastinitin açıq üsulla müalicəsi ümidverici nəticələrə gətirib çıxarmır. Bu 
üsulun tətbiqi zamanı müşahidə olunurlar: 
-
 
Döş  qəfəsi  karkasının  tamlığının  pozulması  nəticəsində  tənəffüs 
çatmazlığı 
-
 
Yara sahəsində diskomfort 
-
 
Uzun müddətli stasionar müalicəsi 
-
 
Yüksək letallıq (30%) 
Mediastinitin  müalicəsini  8-10  sutka  ərzində  çıxarıcı  mənfi  təzyiqli  drenajla 
divararalığının  davamlı  lavajı  bir  neçə  antiseptik  məhlulların  (0,8%  pervomur, 
ekterisid, 30%-li dimeksid, baliz və b.) tətbiqi ilə letallığın və müalicə müddətinin 
aşağı düşməsinin əldə olunmasına imkan verir. 
Mediastinal 
infeksiyanın 
daha 
çox 
optimal 
müalicə 
üsulu 
omentomediastinopeksiyadır.  Mediastinitin  ilkin  əlamətləri  üzə  çıxdıqda 
resternotomiya  aparılır,  nekroza  uğramış  toxumalar  kəsilib  xaric  edilir  və 
divararalığı  antiseptik  məhlullarla  yuyulur.  Sonra  qarın  boşluğu  açılaraq  böyük 
piyliyin  hissəsi  qidalandırıcı  damarı  ―ayaqcıqda‖  kəsilir,  ardınca  isə  o  ön 
divararalığına yerləşdirilərək ətraf toxumalara fiksə edilir. Bir sutka öncə ön divar 
aralığı-qaba 
birləşdirilən 
boru 
ilə 
drenə 
edilmiş 
olur. 
Təkcə 
omentomediastinopeksiyadan istifadə olunması letallığı 0,5%-ə qədər,  həm də orta 
müalicə müddətini aşağı endirməyə imkan verir.  
Divararalığı  infeksiyasının  müalicəsində  irəliləyir,  ayrı-ayrı  mərkəzlərdə, 
böyük döş əzələsi və ya qarının duz əzələsindən bir parçanı ayırmaqla istifadəsinə 
gətirib çıxarmışdır. 
Abdominal cərrahiyyə və əməliyyatdan sonrakı ağırlaĢmalar 
 
Abdominal  əməliyyatdan  sonrakı  dövrün  normal  klinik  gedişi  əməliyyat 
aqressiyasının  xəstənin  başlanğıc  vəziyyətinə  təsirini  özündə  əks  etdirir.  Cərrahi 
əməliyyat  dedikdə  biz  qeyri-fizioloji  təsirlər  üzündən  bütöv  orqanizm,  sonradan 
onun  orqan  və  sistemlərinin  artıq  yüklənməsini  başa  düşürük.  Açıq  klassik 
əməliyyat zamanı orqanizm əməliyyat aqressiyasının qarşısını 3-4 sutka ərzində ala 


58 
 
bilir.  Bu  zaman  ağrılar  aradan  qalxır,  yalnız  hərəkət  və  palpasiya  zamanı  qeyd 
olunur. Xəstə özünü yaxşı hiss edir. Hərarət subfebril və ya febril rəqəmlərə düşür. 
Hərəki  aktivlik  artır,  genişlənir.  Dili  nəmdir.  Qarnı  yumşalır,  bağırsaqların 
peristaltikası  3-4  günə  bərpa  olunur.  Bağırsaq  qazları  və  nəcis  kütləsinin 
əməliyyatdan sonrakı 3-cu gunundə xaric olmamasından, qarnında nəzərə çarpaçaq 
köp və vəziyyətinin bir qədər pisləşməsi ilə ağrı ola bilər. Zəif ağrılar yalnız dərin 
palpasiyada  əməliyyat  olunmuş  üzv  sahəsində  qeyd  olunur.  Laparoskopik 
əməliyyatlardan sonra xəstələrin ümumi vəziyyətinin yaxşılaşması 2 dəfəyə qədər 
tezləşmiş olur. Laborator göstəricilər: əməliyyat zamanı itirilən  qana uyğun olaraq 
hemoqlobinin  və  eritrositlərin  düşməsi  ilə  qeyd  olunur,  leykositlərin  isə  sola 
meyilliklə  yüksəlməsi  nəzərə  çarpır.  Biokimyəvi  göstəricilər  ya  norma  daxilində 
olur, ya da, başlanğıcda pozulmuşsa, normallaşmaya meyilli olur. Başlanğıc irinli-
iltihabi  xəstəlik  və  ya  kütləvi  qanaxmaya  görə  təcili  qaydada  əməliyyat  keçirmiş 
xəstələrdə  bərpa  dövrü  uzun  müddətli  ola  bilər.  Bu  qrup  xəstələrdə  intoksikasiya 
və ya anemiya artıq dərəcədə nəzərə çarpan olur. Bağırsağın hazırlığı 2 gündən az 
olduğu halda qarında köpün əmələ gəlməsi problem yarada bilər.  
 
Əməliyyatdan sonrakı ağırlaĢmaların profilaktikası. 
Keçid  mərhələsində  olan  vəziyyətdə  əməliyyatın  keçirilə  bilinməsinin  ciddi 
göstərişləri    (kriteriyaları)  yoxdur.  Profilaktikanın  vəzifəsi  –  riskləri  maksimal 
olaraq azaltmaqdır.  
Ümumi prinsiplər:  
1.
 
Hospital infeksiya ilə sistemli mübarizə  
2.
 
Əməliyyatdan əvvəlki və sonrakı stasionarda qalma müddətinin qısaldılması 
3.
 
Spesifik və qeyri-spesifik müqavimətin, alimentar durumun gücləndirilməsi 
planı üzrə hazırlıq 
4.
 
Orqanizmdə infeksiya ocaqlarının, o cümlədən köhnə əməliyyatdan sonrakı 
çapıqda  ―yatan  infeksiyanın‖  (quru  isti,  UVÇ  ilə  provokasiya)  üzə 
çıxarılması. 
5.
 
Əməliyyatdan öncə və vaxtında antibiotiklərlə profilaktika 


59 
 
6.
 
Keyfiyyətli tikiş materialı 
7.
 
Cərrahların ixtisaslı təhsili 
8.
 
Erkən diaqnostika və maksimal hər tərəfli müayinə - qarnında ağrısı olan hər 
bir xəstəyə cərrah baxmalıdır 
9.
 
Vaxtında  üzə  çıxarmaq  və  cərrahi  təmizləmə,  uyğun  terapevtik  müalicə  - 
yaxşı dövlət sosial politikası 
10.
 
 Əməliyyatdan sonrakı müalicədə əməliyyatı aparmış cərrahın iştirakı 
11.
 
 Əməliyyatdan  sonrakı  reaksiyanın  vaxtında  aradan  qaldırılması  (məs. 
bağırsaq parezi) 
12.
 
 Əməliyyat  otağının  və  klinikada  əməliyyatdan  sonrakı  xəstələrin 
aparılmasının eyni qaydalı fəaliyyət planı 
13.
 
 Əməliyyatdan  sonrakı  dövrün  aktiv  aparılması  planını  əsaslandırılmış 
şəkildə həyata keçirmək. 
 
Əməliyyatdan sonrakı ağırlaĢmaların ümumi klinikası. 
 
Ağırlaşmalar  simptomsuz  olmur.  Hər  bir  halda  özünəməxsus  spesifik 
əlamətlər  olur,  lakin  ümumilik  də  vardır.  Onlar,  başlıca  olaraq,  davam  edən 
intoksikasiya  ilə  bağlıdır,  xarici  görünüşü  və  ya  xəstənin  vəziyyətinin  pisləşməsi 
ilə özünü  biruzə verir. Təlaşlı baxışlar, sönük gözlər, üzdə cizgilər itiləşmiş olur. 
Dilin quru olması, taxikardiya, peristaltikanın olmaması xarakterikdir. Davam edən 
intoksikasiyanın  simptomları:  davam  edən  hərarət,  tərləmə,  üşütmə,  titrətmə, 
diurezin  azalması.  Üzə  çıxma,  ümumi  vəziyyəti  məlum  olmayan  şəkildə  qarında 
ağrıların  güclənməsi  peritonun  qıcıqlanma  simptomları-  əməliyyatdan  sonrakı 
abdominal ağırlaşmanın  əlamətidir.  
Normal  gedişatlı  əməliyyatdan  sonrakı  dövr  üçün  ürəkbulanma,  qusma  və 
hıcqırma  xarakterik  deyil.  Tədricən  inkişaf  edən  ağırlaşmaların  nisbətən  daimi 
əlaməti  –  vüsət  alan  bağırsaq  iflicidir.  Bağırsaq  iflicinin  əlamətləri  daha  çox 
narahatlıq yaradır. Bu daxili qanaxmanın, tikişlərin tutmamazlığı, mədənin kəskin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə