Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

82 
 
QalmıĢ daĢlar. 
Əməliyyatdan  sonrakı  erkən  dövrdə  müxtəlif  ölçüdə  olan  daşlar  daha 
üstünlüklə  bir  çox  hallarda  heç  bir  pozğunluq  yaratmır.  Əməliyyatdan  sonrakı 
xolangioqrafiya  olduğu  yerdə  qalmasını  və  ya  distal  istiqamətdə  hərəkət  etdiyini 
aydınlaşdırır.  Əgər  daşlar  spontan  olaraq  çıxıbsa  və  ya  rentgen  şəkillərinin 
araşdırılması düzgün aparılmayıbsa onda növbəti rentgen şəkildə daşlar tapılmır. 
Ancaq bəzi hallarda qalan daş əməliyyatdan həmən sonra keçib gedən təzyiq 
hissiyatı  və  ya  ödün  T-şəkilli  drenajdan  intensiv  axını  və  drenajın  bağlanması 
zamanı  xoşagəlməz  gərginlik  hissi  ilə  özü  haqqında  məlumat  verir.  Enmiş  daşla 
məməciyin blokadaya alınması drenajın xaric edilməsindən həmən sonra, fistulanın 
əmələ  gəlməsi  inkar  olunmadığı  halda  belə,  hətta    sarılıq  və  ya  xolangitlə  özünü 
göstərə bilər. 
Müalicə.  Qalmış  daşlar  cərrahi,  başlıcası  əvvəl  aparılmış  əməliyyat  təftişinə 
aid olan növbəti hərəkətə görə qəbul olunacaq açıq  qərarla üz-üzə qoyur. Əvvəllər
ənənəyə görə, qalmış daşlar aşkar olunandan həmən sonra axacağı tez tapmaq üçün 
ora  T-şəkilli  drenaj  yerləşdirilirdi.  Ancaq  sonradan  aydın  oldu  ki,  ilk  günlər  və 
həftələr  təkrari  əməliyyatın  icrası  nəinki  uzun  müddətli  vaxt  keçdikdən  sonra 
həkimlər üçün çətin və xəstələr üçün isə təhlükəlidir, həm də öd xaric edən axacağı 
drenajsız da asanlıqla tapmaq olar. 
Bununla  bağlı  olaraq,  həm  də  ona  görə  bir  sıra  qalmış  daşları  əməliyyatdan 
sonrakı  erkən  təftiş  aparılmadan  və  əməliyyatsız,  öd  axarlarının  daşla  kəskin 
tıxanmasından başqa hallarda  xaric etmək olar. Operativ müdaxiləni bir neçə həftə 
və ya ay ləngitmək lazımdır. 
Əvvəlcə  qalmış  daşı  cərrahi  əməliyyatsız  xaric  etməyə  təşəbbüs  göstərmək 
lazımdır. Müasir dövrdə bunun üçün bir neçə imkanlar vardır: 
-
 
Yerli  və  ya  ümumi  müalicələrlə  daşın  spontan  xaric  olunmasına  meyili 
dəstəkləmək; 
-
 
Qalmış daşlar yumaqla xaric edilir
-
 
Daşı əritməyə çalışmaq; 
-
 
Qalmış daşları instrumental yolla xaric edilməsini təcrübədən keçirilməsi. 


83 
 
Kiçik daĢların spontan olaraq çıxması nəzərdə tutulduğundan daha tez-tez 
olur. Buna T-şəkilli drenajın bağlı şəkildə gəzinti, öd axırını sürətləndirən və Oddi 
sfinkterini tonusunun zəifləməsi səbəb olur. 
DaĢların yuyulması. Yuma zamanı öd axarlarında təzyiq qaldırır, fizioloji və 
ya  digər  məhlul  yeridilir,  nəticədə  daş  hərəkətə  gətirilir  və  bağırsağa  axır.  Isti 
fizioloji  məhlul  tətbiq  edilir,  onu  gündəlik  (heç  olmasa  həftədə  bir)  T-şəkilli 
drenajdan  yeridilir  və  bu  zaman,  ən  yaxşısı,  monometrik  nəzarət  aparılmalıdır. 
Daşın  öddən  ağır  və  ya  yüngül  olmasını  xolangioqrafiyanın  köməyi  ilə 
aydınlaşdırmaq  məqsədə  uyğundur  və  bu  yuyulmanın  xəstənin  ayaqüstə  və  ya 
uzanmış vəziyyətdə aparılmasını təyin edir. Maye əvvəlcə ləng yeridilir, maye olan 
qabı xəstədən 1 m yüksəkə qaldırmaqla axını sürətlənir. 
Müxtəlif qarışıqlarla yuma  məqsədi ilə uçan həlledici efir, xloroform və etil 
spirti istifadə oluna bilər. 1%-li prokain və ya novokain 5  ml həcmdə yeridilməsi 
ilə  başlanılır.  Bundan  sonra  xəstə  ac  qarnına  və  uzanmış  vəziyyətdə  olmaqla         
T-şəkilli drenaj borudan 5-10 ml qarışıq məhlul ləng damcılarla yeridilir. Əgər iki 
mənfəzli T-şəkilli borudan nazik sidik axarı katetri keçirilərək qarışığın yeridilməsi 
üçün ondan istifadə olunarsa, o zaman əmələ gəlmiş sulu havanın drenajla xaricə 
çıxmasına şərait yaradılır. Yuma gündəlik və ya günaşırı aparılmalıdır və nəticəyə 
xolangioqrafiya ilə nəzarət olunur. 
DaĢların  əridilməsi-dağıdılması.  Daşların  yuyulması  ilə  əridilməsi 
arasındakı  sərhəd  həmişə  görünmür,  belə  ki,  nəticəni  yaxşılaşdırmaq  məqsədi  ilə 
bəzən hər ikisindən istifadə etmək məcburiyyəti yaranır. 
Bu iki yolla aparılır: 
-
 
Dərman preparatları (heparin-Gardner) ilə xol turşusu, Qlutar turşusu və s. 
istifadə etməklə. 
-
 
Ultrasəslə daşların dağıdılması. 
DaĢların  alətlərlə  xaric  edilməsi.  Vəziyyət  əlverişli  olduqda  daşların  T-
şəkilli drenaj, ya da o çıxarıldıqdan sonra qalan kanaldan keçirilən alətlərlə xaric 
edilməsinə  təşəbbüs  göstərmək  lazımdır.  Daşı  operativ  yolla  deyil,  alətin  köməyi 


84 
 
ilə  çıxaran  cərrah  inanılmaz  dərəcədə  hövsələli,  təmkinli  və  yetirincə  təcrübəli 
olmalıdır. 
Daşların  kateterin  ucu  ilə  itilənib  öd  yollarından  çıxarılmasını  birbaşa 
xolangioqrafiya  nəzarəti  altında  həyata keçirmək  daha  məqsədəuyğundur.  Ən  çox 
yararlı olanı başlıqlı Foqarti katetridir. Daş Dormu kateterinin kisəciyi vasitəsi ilə 
də xaric edilir. 
Daşların ağrılı xaric edilməsi narahatlıq və risk altında olur. Belə üsul yoğun 
T-şəkilli  drenajın  bir  neçə  həftə  əvvəl  yeridilməsi  ilə  nəzərdə  tutulur.  Çox  saylı 
uğursuzluqlar təcrübənin az olması, yaralanma və infeksiya təhlükəsi ilə bağlıdır. 
Alətlərlə  daşların  xaric  edilməsinə  rentgenoloqlar  cərrahlara  nisbətən  daha  çox 
meyillidirlər,  bu  isə  onlarda  bir  neçə,  çox  da  mürəkkəb  olmayan,  əməliyyatların 
icra olunmasına meyil yaradır. 
Patterson daşların bir neçə üsulla əridilmə və daşın xaric edilməsi üsullarının 
müştərək  tətbiqinin  mümkün  olmasına  xüsusi  diqqət  yetirmişdir.  Qalmış  daşların 
operativ  yolla  xaric  edilməsinə  üstünlük  verilməlidir.  Onların  T-şəkilli  drenajdan 
keçməklə  instrumental  xaric  edilməsinə  yalnız  bu  hal  üçün  rahat  olan  zaman 
şəraitdə müraciət etmək qaçmaq lazımdır. Belə olan halda yeni təklif ortaya çıxır – 
daha uzaq dövrdə duodenoskopun köməyi ilə papillotomiya yolu ilə daşların xaric 
edilməsi.  Qeyd  olunan  üsul  kiçik  invaziv  cərrahiyyə  bölməsində  təsvir 
olunmuşdur. 
Duodenoskopik  papillotomiya.  Böyük  ixtisaslaşdırılmış  klinikalarda 
məməcikdə  aparılan  əməliyyatların  yerinə  duodenoskopik  müayinələr  aparmaqla 
yanaşı  və  onun  təkrari  daralması  zamanı  yüksək  keyfiyyətli  diatermik  zondun 
köməyi ilə endoskopik üsulla papillotomiya icra edilməsinə çalışılır.   
 
Qaraciyər rezeksiyasından sonrakı ağırlaĢmalar. 
Əməliyyatdan sonra xəstələrin aparılması 
hemihepatektomiya 
keçirmiş 
xəstələrə 
qulluq, 
digər 
əhəmiyyətli 
əməliyyatlarda  olduğu  kimi,  elə  təyinatla  olmalıdır  ki,  onun  xarakteri  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə